Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   18   19   20   21   22   23   24   25   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
65 
Mirz
ə Ələkbər Sabirin əsərləri həyatın aynası, özü isə əsrin 
şairi, gələcəyin görücüsü və bilicisidir. Bu aynada həyatın hər anı, 
h
ər üzü görünür, bədii sözün ifadəsində, təsir gücündə poetikləşir
müxt
əlif  şəkil və  formaya  salınır.  Sabirin  əsərləri  ədəbiyyat, dil, 
tarix, iqtisadiyyat, din, t
əhsil, tərbiyə, məktəb, milli adət-ənənələr, 
etnoqrafiya,  coğrafiya,  mifologiya,  folklor  və  s. sahələr ilə  bağlı 
faktlarla z
əngindir. Buna görə də Sabiri bütün insanlar sevir, filosof, 
ədəbiyyatşünas,  folklorşünas,  dilçi,  iqtisadçı,  pedaqoq,  psixoloq, 
coğrafiyaşünas,  etnoqraf  və  başqa  elm sahələri ilə  məşğul  olan 
aliml
ər, sənət və peşə adamları əsərlərini öyrənir, tədqiq edir, ondan 
t
ərbiyələnirlər. Həqiqət budur ki, Sabirin poeziyası qəlbləri riqqətə 
g
ətirir,  oxucunu  düşündürür,  saflığa,  ucalığa  aparır,  tərbiyə  edir, 
özünü özün
ə  tanıdır,  dərk etdirir:  “Sabir  gülüşünün vüsəti ölçüyə 
g
əlməz. Sabir gülüşü nə böyük – kiçik, nə milli məhdudiyyət, nə də 
coğrafi  sərhəd  tanıyır”  [2,  s.  17].  Sabir  yaradıcılığının  görkəmli 
t
ədqiqatçılarından biri, monoqrafiyaları ilə sabirşünaslığa yeniliklər 
g
ətirən prof. Abbas Zamanov fikrinə  davam edərək  şairin 
əsərlərinin mətnaltı gizli məqamlarını, ideyalarını açmağın, düzgün 
yanaşma  mövqelərini müəyyənləşdirməyin elmi istiqamətlərini 
göst
ərir: “Onun (Sabirin –  Y.Y.Aslanov) qəhqəhələrindən göz 
yaşları və fəryad, göz yaşlarından acı qəhqəhə doğur” [ 2, s. 18]. 
Mirz
ə  Ələkbər Sabir irsinin öyrənilməsi, tədqiqi və 
t
əbliğinə  marağın  artması  şairin  poeziyasının  təbiiliyindən, 
fikirl
ərinin fəlsəfi dərinliyindən, çağdaş dövrümüzlə səsləşməsi ilə 
bağlılıqdan  irəli gəlir.  Azərbaycan  Respublikası  Prezidenti  İlham 
Əliyevin imzaladığı sərəncam əsasında 2012-ci ildə Mirzə Ələkbər 
Sabirin 150 illik yubileyinin layiqinc
ə keçirilməsi də bu mənbədən, 
mövqed
ən  qaynaqlanmışdır.  Bu  tarixi  sərəncamın  imzalanması 
Prezidentin 
ədəbiyyata, mədəniyyətə  və  incəsənətə  göstərdiyi 
böyük diqq
ət və  qayğının  təzahürüdür: “Mirzə  Ələkbər Sabir 
çox
əsrlik  poeziyamızın  parlaq  ənənələrini layiqincə  yaşatmaqla 
ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai 
m
əfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş 
şöhrət tapmışdır”. 


Yusif Aslanov 
 
 
66 
Şairin  söz  inciləri elə  bir məxəzdir ki, ondan öyrəndikcə 
yen
ə də nə isə axtarırsan, özünü bu hadisələrin içində rahat tapırsan, 
sözün sehrind
ən,  işığından  mənəvi dünyaya axan hərarəti, istiliyi 
duyursa
n, kimin kim olduğunu dərk edirsən. Sabirşünaslığın tədqiqi 
v
ə təbliğində xüsusi bir mərhələ yaratmış Ə.Şərif, Ə.Mirəhmədov, 
M.C
əfərov,  A.Zamanov,  M.İbrahimov,  K.Talıbzadə,  Ə.Cəfər, 
T.Hacıyev, M.Məmmədov, T.Novruzov, A.Məmmədov (Bayram-
oğlu),  N.Paşayeva,  R.Məhərrəmova və  başqa  görkəmli alimlərin 
adları,  monoqrafiyaları  ədəbi-nəzəri  düşüncənin nailiyyətləri, 
maraqlı  tədqiqat əsərləridir.  Çağdaş  ədəbiyyatşünaslıqda  və  ədəbi 
t
ənqiddə  Sabir irsinin öyrənilməsi, tədqiqi problemləri də  müasir 
baxış müstəvisindən öz elmi-nəzəri həllini tapır, dünya ədəbi-nəzəri 
düşüncəsi baxımından şairin yaradıcılığına qiymət verilir. Düzdür, 
bir m
əqalə  çərçivəsində  bunları  ümumiləşdirmək, təhlil etmək 
mümkünsüzdür. Eyni zamanda bu haqda mövcud m
ənbələrdə 
kifay
ət qədər  danışılmışdır.  Ancaq  biz  bu  məsələlərə  istinad 
etm
əklə  sabirşünaslığın  öyrənilməsində  vacib hesab edilən bəzi 
m
əqamları, çağdaş dövrümüzdə çap edilmiş monoqrafik mənbələri 
ümumil
əşdirmək və oxuculara bu kitabların əsas məğzini çatdırmaq 
ist
əyirik. 
Mövcud t
ədqiqatlarda Sabir irsinin müəyyən mərhələlər 
üzr
ə öyrənilməsinin dövrləşdirilməsi tarixi göstərilmişdir: XX əsrin 
20-ci ill
ərinə  qədərki dövrdə  Sabir irsinin öyrənilməsi; 20-30-cu 
ill
ərdə Sabir irsinin tədqiqi; 40-50-ci illərdə  aparılan tədqiqatların 
t
əhlili, 60-80-ci illərdə  sabirşünaslıq  elminin  zənginləşdirilməsi 
yolları  [6.5;  1.5,  s.  5-25; 1.1, s. 3-60]. Sonuncu mərhələni 
müst
əqillik dövründə  -  1990-2012-ci illərdə  Sabir  yaradıcılığının 
öyr
ənilməsi mərhələsi hesab etmək, son elmi-nəzəri, pedaqoji 
ədəbiyyatları araşdırmaq olduqca vacib problemdir.  
XX 
əsrin  əvvəllərində  Abbas Səhhət, Seyid Hüseyn
Firidun b
əy Köçərli, Yusif Vəzir Çəmənzəminli və Tağı Şahbazi 
Simurqun Sabir irsinin öyr
ənilməsində  xidmətləri böyükdür. 
Bu
nların  ədəbi-nəzəri fikirləri  20-30-cu illərdə  davam  etdirilmiş, 
Sabir irsinin öyr
ənilməsinə  maraq güclənmiş,  şairin  ideyaları, 


Ədəbi axtarışlar və tədris 
 
 
67 
mövzu  problematikası,  həyat və  yaradıcılığının  bəzi məqamları 
t
ədqiqat  obyekti  kimi  götürülmüşdür.  M.Quliyev,  N.Nərimanov, 
M.K.Ələkbərov,  Ə.Nazim,  A.Lukyanova  və  başqaları  Mirzə 
Ələkbər Sabir irsini öyrənməyi  milli  düşüncədə,  ədəbiyyatşü-
naslığımızda  vacib  və  əhəmiyyətli tədqiqat sahəsinə  çevirdilər. 
A.Lukyanova 1923-cü ild
ə çap etdirdiyi “Sabir yaradıcılığının əsas 
nöqt
ələri”  (Bax:  3)  kitabında  Sabir  yaradıcılığının  ideya-estetik 
m
əziyyətlərini,  mövzu  problematikasını  araşdırır  və  qiymətli 
mülahiz
ələr irəli  sürür.  Kitabın  əhəmiyyətli bir mənbə  olduğunu 
görk
əmli alim A.Zamanov da etiraf edir və  bunu  sabirşünaslıqda 
uğurlu mənbə olduğunu təsdiq edir. Kitabın 2002-ci ildə “Nurlan” 
n
əşriyyatı  tərəfindən yenudən çap edilməsi də  bu mənbənin 
sabirşünaslıqda əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.   
Sabirşünaslıqda  40-50-ci illər dövrü daha məhsuldar bir 
m
ərhələ kimi tədqiqatçıların diqqət mərkəzində saxlanılır. M.Cəlal, 
H.S
əmədzadə,  Ə.Şərif, M.Hüseyn, M.Cəfərov, C.Xəndan və  baş-
qala
rının yazdıqları monoqrafiyalar, məqalələr ədəbiyyatşünaslıq və 
ədəbi tənqidin nailiyyətləri  olmaqla  yanaşı  Sabir  irsinin  ümu-
mittifaq  miqyasında  öyrənilməsinə  də  imkan  yaratdı.  Görkəmli 
alim C.X
əndanın “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” 
(Bakı, 1962), “Şairin həyatı” (Bakı, 1977) kitabları sabirşünaslıqda 
özün
əlayiq yer tutdu.  
60-70-ci ill
ər  ədəbiyyatşünaslığında  Azərbaycan və  Şərq 
xalqları  ədəbiyyatında  realizmin  ideya-estetik məziyyətlərinin, 
t
əkamül və inkişaf mərhələlərinin  araşdırılması ilə  yanaşı, tənqidi 
v
ə romantik ədəbiyyatın öyrənilməsi problemləri də ciddi müzakirə 
obyektin
ə  çevrildi. Azərbaycan  ədəbiyyatşünaslığında  Mirzə 
İbrahimov,  M.Cəfər,  Əziz  Mirəhmədov,  Əkbər  Ağayev,    Yaşar 
Qarayev,  Asif  Hacıyev,  Seyfulla  Əsədullayev və  başqaları  bədii 
metodun  metodologiyası  ilə  bağlı  tədqiqatlar  apardı,  nəzəri 
konsepsiya  hazırladılar.  Akademik  Kamal  Talıbzadə  isə  öz 
müasirl
ərindən fərqli olaraq Sabirin ədəbi-tənqidi  görüşlərini 
fundamental t
ədqiqata cəlb etdi və  ədəbi-nəzəri fikir tarixinin 
inkişafında  ciddi  dönüş  yaratdı.  Tədqiqatlar göstərir ki, “60-70-ci 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə