Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   2   3   4   5   6   7   8   9   ...   129

Yusif Aslanov 
 
 

 
 
I. 
ƏDƏBİ DÜŞÜNCƏLƏR 
 
H.CAVİD POEZİYASININ XÜSUSİYYƏTLƏRİ 
 
Az
ərbaycan  ədəbiyyatı  və  eləcə  də  dünya  ədəbiyyatı 
tarixin
ə nadir söz inciləri bəxş etmiş H.Cavid yaradıcılığı orijinallığı 
il
ə fərqlənən, insanı kamillik zirvəsinə yüksəldib özünü özünə tanı-
dan v
ə formalaşdıran böyük bir tərbiyə məktəbidir. Özünəməxsus 
üslubu, milli v
ə ümumbəşəri problemləri yüksək səviyyədə həll et-
m
ək  bacarığı  onu  dramaturgiyada  olduğu  kimi  poeziyada  da 
şöhrətləndirmişdir. Onun əsərlərində poeziya ilə dramatik hadisələ-
rin, konfliktl
ərin vəhdətdə  götürülməsi, real həyat hadisələrini 
reallıq səviyyəsində həll etmək bacarığı, folklor, klassik və dünya 
ədəbiyyatı  qaynaqlarından  bəhrələnmək, bəşəri problemlərin 
s
ənətkarlıqla  bədii həlli,  Şərq  poeziyasına  və  milli Azərbaycan 
şeirinə  dərindən  bağlılıq  ədibin  yaradıcılığının  qüdrətini bir daha 
t
əsdiqləyir, xalqa sevdirir.  
H.Cavid  yaradıcılığını  poeziyasız  təsəvvür etmək, 
düşünmək mümkün deyildir. “O (H.Cavid –  Y.Y.Aslanov) milli 
ədəbiyyatımızın inkişafında iki mərhələnin “baniyikar”ları sırasına 
daxildir: XX 
əsr Azərbaycan romantizminin və Azərbaycan sovet 
poeziyasının!..” (9, 51). 
Mübaliğəsiz xalq rəvayətlərinin birində  söylənmiş  müdrik 
bir m
əsəli də  H.Cavid  poeziyasına  aid etmək mümkündür. 
R
əvayətdə deyilir ki, üç şair arasında mübahisə düşür. Şairlərin hər 
biri  özünün  yaxşı  şair  olduğunu  sübut  etməyə  çalışır.  Onlar 
aralarındakı ziddiyyətə son qoymaq üçün ağıllı bir insana müraciət 
edirl
ər.  O,  şairlərə  belə bir sual verir: Siz nə  haqda  yazırsınız və 
m
əqsədiniz nədir? 
Birinci  şair:  -  Ürəyə  yatan,  xoş  avazla  səslənən  şeirlər 
yazmışam. 


Ədəbi axtarışlar və tədris 
 
 

İkinci  şair:  -  Xalqa həmişə  həqiqəti  demişəm, hadisələrə 
olduğu kimi qiymət vermişəm. 
Üçüncü  şair:  -  Hüquqsuzların,  əzilənlərin,  yoxsulların 
m
ənafeyini müdafiə etmişəm. 
Ağıllı  insan  şairləri dinlədikdən sonra deyir: -  Sizin hər 
biriniz ayrılıqda yox, birlikdə yaxşı şair ola bilərsiniz.  
Əsil  şairin  yaradıcılığında  müdrik  insanın  dediyi  kimi  üç 
keyfiyy
ət – ürəyə yatımlıq, xoş avaz, şeiriyyət, lirizm, emosionallıq, 
h
əyat hadisələrinə düzgün və dəqiq qiymət vermək, Vətəni sevmək, 
ictimai m
ənafeyi şəxsi həyatdan üstün tutmaq, millətin haqq səsini 
müdafi
ə etmək, sözünü demək fikirləri birləşməli, obrazlı ifadəsini 
tapmalıdır.  H.Cavid  poeziyası  da  sadalanan xüsusiyyətlərin 
bütövlüyünd
ən yaranan lirik nümunələr ilə  zəngindir, mövzu 
problematikası baxımından çoxşaxəli və genişdir.  
H.Cavid  yaradıcılığı  özünəməxsusluğu,  bənzərsizliyi, 
novatorluğu  ilə  seçilən lirik nümunələrlə  diqqəti cəlb edir. Bu 
poeziya nümun
ələrindəki fəlsəfi düşüncəni, hikməti, Vətən və xalq 
üçün yanan v
ə  döyünən ürəyin  ideyalarını  şagird  və  tələbələrə 
d
ərindən öyrətmək  insanları  gözəlliyə,  əxlaqa,  ədalətə, kamilliyə 
qovuşdurur,  mənən  saflaşdırır,  ən  əsası  insana  özünü  dərk edib 
f
əaliyyət göstərməsinə, həyatı gözəllik qanunları əsasında yenidən 
qurmasına düzgün istiqamət verir. “Əldə edilən, kəşf olunan qənaət 
v
ə  nəticələrlə  kifayətlənməmək, daim həqiqət  axtarışları  - 
H.Cavidin başlıca fəlsəfi-estetik prinsipi belədir” (7, 15). 
H.Cavid 
poeziyasında  vətənə  bağlılıq,  qüdrətli türk 
dünyasının gələcəyinə böyük inam, sevgi vardır:  
 
Türk oğlu sözündən dönməz, 
M
əhv olur da sürüklənməz. 
(4, 5). 
 
H.Cavid  lirik  şeirlərində  Azərbaycan  (türk)  oğlunun  şərəf 
v
ə şanından iftixarla danışmış, bütün türk dünyasını kökünü, yurd 
v
ə  yuvasını  dərindən  tanımağa,  Altay  dağı,  Mahan  çölü,  Yasin 


Yusif Aslanov 
 
 
10 
obası  və  s.  ərazilərdə  yaşayan  türkdilli  xalqlarla  sıx  birliyə 
çağırmışdı.  Onun  “Qoca  bir  türkün  vəsiyyəti”  şeirində  verilmiş 
ideyalar milli m
əzmunu,  özünəməxsus  xüsusiyyətləri ilə  yanaşı, 
h
əm də  ümumbəşəri  əhəmiyyətə  malikdir.  Bu  şeirdə  H.Cavid 
xalqın  istəyini, arzusunu yerinə  yetirir, gözəl həyat  qurmağın 
yollarını  öyrədir:  “İnsan  oğlu  sevgi  için  yaratılmış,  doğulmuşdur; 
Yer  üzünü  qardaş  bilin,  insan  qanı  tökməyin; Kimsəyə  kin 
bağlamayın,  igit  olun,  mərd olun; Hər kəslə  həmdərd  olun,  qırıq 
könüll
əri  yapın,  buraxmayın  sızlasın;  Tanrı  həqdir,  doğru  yoldan 
şaşmayın, yaltaqlığa irmənməyin, kibrə heç yanaşmayın; Aslan kibi 
c
əsur  olun,  zalımları,  cəlladları  çignəyin, heç qorxmayın;  Türk 
mill
əti görülməmiş  boyun  büksün,  yalvarsın;  Namus,  vicdan 
insanlarda  iki  böyük  qardaşdır.  Türk  eli  həp  o  hiss  için  doğmuş, 
onunla  yaşar”.  Belə  gözəl ülvi hisslər “Sevinmə, gülmə, quzum” 
şeirində də poetik formada qələmə alınmışdır: 
 
Sevinm
ə, gülmə, quzum, kimsənin fəlakətinə, 
Bu hal, 
əvət, eyi bir şey deyil, sevinmə, saqın! 
(3, 82) 
 
Bu n
əsihət, humanist fikirlər, milləti birliyə, tərəqqiyə 
s
əsləyən  düşüncələr görkəmli  bir  pedaqoqun,  xalqın  acı  taleyinə 
şam kimi əriyən gözəl insanın ürəyinin dərinliyindən gəlirdi: 
 
Bir mill
ət öz kökü üstə bitər, böyür, yüksəlir, 
Köksüz ağac çapuq çürür, çiçək açmaz, bar verməz. 
(4, 6) 
 
H.Cavidin m
əşhur əsərlərində olduğu kimi ilk şeirlərində də 
anaya, ataya, mü
əllimə, ümumiyyətlə, bütün insanlara böyük 
m
əhəbbət, sevgi duyulur. “Qız məktəbində” şeirində verilmiş bəşəri 
hissl
ər, düşüncələr elə bil gənc Cavidin deyil, saçını elm yolunda 
ağartmış  elmli,  bilikli,  ağsaqqal  məşhur  bir  filosofun  müdrik 
n
əsihətləridir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə