Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   2   3   4   5   6   7   8   9   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
11 
Romantik s
ənətkar  xəyal və  həqiqət  arasında  bir  yaxınlıq 
görür, b
ədii  yaradıcılıq  axtarışlarında  da  bu  ideyanı  açmağa 
çalışırdı.  Bu  fikirlər  daha  çox  insanların  kamillik  zirvəsinə 
yüks
əlməsi və mənəviyyatında gizlənmiş naqis hiss və duyğuların 
düzgün t
ərbiyə vasitəsilə aradan götürülməsi ilə bağlı yaranırdı. O, 
h
əmişə iki böyük inam uğrunda yazıb-yaradırdı: birincisi, həyatda 
mövcud olmayan h
ər hansı bir ilahi qüvvəyə, “yeri-göyü, insanları 
x
əlq eyləyən”lərə  güclü  vurğunluq;  ikincisi,  insana  sonsuz 
m
əhəbbət, istəkdir:  
 
H
ər qulun cahanda bir pənahı var, 
H
ər əhli-halın bir qibləgahı var, 
H
ər kəsin bir eşqi, bir allahı var, 
M
ənim tanrım gözəllikdir, sevgidir. 
(3, 55) 
 
Ədibin  lirik  şeirləri,  poetik  düşüncələri  “Keçmiş  günlər” 
(13  şeir)  (1913),  “Bahar  şəbnəmləri”  (37  şeir)  (1917),  “Müxtəlif 
şeirlər” (10 şeir, 4 qəzəl), “Mənim tanrım gözəllikdir” (əsərlərindən 
seçm
ə  nümunələr  verilmişdir),  “Azər”  poeması  və  mənzum 
pyesl
ərində toplanmışdır. 
Ədib  lirik  yaradıcılığa  görkəmli pedaqoq M.T.Sidqinin 
(1854-1903) “M
əktəbi - tərbiyyə”sinə daxil olduqdan (1896) sonra 
başlamışdır. “Gülçin” və “Salik” təxəllüsü ilə Azərbaycan və fars 
dill
ərində şeirlər yazmışdır.  
Yazıçının yaradıcılığını dərindən təhlil edən Məsud Əlioğlu 
şairin  lirikasını  məzmununa və  bədii sənətkarlıq  xüsusiyyətlərinə 
gör
ə üç hissəyə ayırır: Xəyal və həqiqət; lirik qəhrəman və həyat; 
ideal v
ə varlıq (7, 10-56). Şairin lirikası haqqında geniş və dəyərli 
t
ədiqqat  əsəri  mərhum akademik M.Cəfərin “Hüseyn Cavid” 
monoqrafiyasıdır (5, 40-65). 
H.Cavid süjetli lirik 
əsərlərin gözəl nümunələrini 
yaratmışdır. Onun düşündükləri ilə həyat həqiqətləri arasında fərq 
görünmür, hadis
ələrə  olduğu  kimi  obyektiv  qiymət  verilir,  şairin 


Yusif Aslanov 
 
 
12 
lirik q
əhrəmanının,  bəzən  özünün  açıq  münasibəti bildirilir. O, 
“Öksüz Ənvər”, “Kiçik sərsəri”, “Vərəmli bir qız”, “Bir qızın son 
f
əryadı”  və  “Gecəydi”  şeirlərində  dövrə,  zamana,  insanların 
yaratdığı  ədalətsiz  qanunlara  qarşı  etiraz  səsini  ucaldır,  kimsəsiz, 
yetim, ac-
susuz  yaşayan  kiçik  uşaqların  fəryad və  iniltisini ürək 
ağrısı ilə ağ vərəqələrə köçürür, Şərq qadınının əzablarına, “altun və 
d
əbdəbə” arzusu ilə  yaşayanların  taleyinə  acıyır,  “kimsəyə 
açılmamış,  gizli  qəmlərin  əlindən vərəm  almış  Şərq  qadınının” 
(M.C
əfər) halına yanır. Onun lirik qəhrəmanları “acı şikayətlər, acı 
xatir
ələrlə yaşayan məhkum vətəndaşlardır” (M.Cəfər): 
X
əyalla həqiqət  arasında  fərq  yarananda,  arzuların  həyata 
keçirilm
əsi  reallığa  çevrilməyəndə  kədər bədii motivə  çevrilir. 
H.Cavid  poeziyasında  da  kədər iki istiqamətdə  işlənmişdir. 
“Müq
əddəs insani kədəri”, “bəşəri kədəri”,  yaxud da varlığı dərk 
etm
əkdə əqlü-zəkanın, real düşüncənin əlaməti kimi təzahür edən 
böyük v
ə  mənalı  kədəri bu istiqamətlərdən birincisi kimi qəbul 
etm
ək olar. Konkret insan surətlərində  və  onların  mənəvi-ruhi 
varlığında,  intibah  və  düşüncəsində  kədərin  doğurmuş  olduğu 
əhvali-ruhiyyənin, müqəddəs  əzablara susayan “ürfan əhlinin” 
t
əsviri bu istiqamətlərdən ikincisini ifadə edir (7, 16). 
Şairin lirikasında ana-qadın şəxsiyyətinə, ləyaqətinə böyük 
hörm
ət və  ehtiram  vardır.  Onun  qadın  –  anada görmək istədiyi 
xüsusiyy
ətlər bunlardır: 
1.
 
Qadın əxlaqi saflığın və ruhi gözəlliyin timsalıdır; 
2.
 
Qadın ana kimi müqəddəsdir, şərəfli ad daşıyır, bütün 
t
əmiz duyğulardan yüksəkdir; 
3.
 
Qadın vətəndaşdır, məslək və əqidə dostudur. (8, 194-
195). 
 
Şairin fikrincə: 
 
Ana övladını bəslər, böyüdür,  
Anasız millət, əvət, öksüzdür. 
(3, 39) 


Ədəbi axtarışlar və tədris 
 
 
13 
Yaxud: 
 
Qadın əlilə fəqət bəxtiyar olur şu cahan, 
O bir m
ələk... onu təqdis edər böyük yaradan –  
O p
ək sevimli, gözəl, incə, nazlı bir xilqət,  
Onun ayaqları altındadır fəqət cənnət, 
Qadın gülərsə şu issız mühitimiz güləcək,  
Sürükl
ənən bəşəriyyət qadınla yüksələcək... 
(4, 27) 
 
B
ədii təsvir və  ifadə  vasitələri, aforizmlərlə  zəngin olan 
H.Cavid lirikası fəlsəfi məzmunu və bədii dəyəri ilə fərqlənir: 
 
Gün
əş gülər, bulud ağlarsa, ey mələkxəndə, 
S
əmada qövsi – qüzehlər saçar təbəssümlər. 
(3, 81) 
 
Ölüm var ki, h
əyat qədər dəyərli,  
H
əyat var ki, ölümdən də zəhərli. 
(3, 199) 
 
Bilgi saçar h
ər qaranlıq yurda işıq, 
Yalnız əmək verir bizə bəxtiyarlıq. 
(3, 209) 
 
H.Cavid 
novator  bir  şair  idi.  O,  şeirlərini məsnəvi 
formasında, dördlüklər, tərkibbəndlər şəklində  yazmağa  geniş  yer 
vermişdir. Dördlüyün yeni bir formasını da yaradır: 2 bənd 4 misra, 
2 b
ənd isə 3 misra əsasında qurulur. Eyni zamanda “H.Cavid hər 
dörd misradan sonra dörd, yaxud 2 misra 
əlavə etməklə tərkibbənd 
formasına  keçməyə  üstünlük  vermişdir”  (6,  37).  “Dəniz pərisi”, 
“Son baharda”, “Kiçik s
ərsəri”, “Öysüz Ənvər”, “Hər yer səfalı”, 
“Sevinm
ə, gülmə, quzum”, “Vərəmli qız”, “Mən istərəm ki” və s. 
şeirləri dördlüklərə misal göstərə bilərik. Məsnəvi şəklində yazdığı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə