Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   2   3   4   5   6   7   8   9   ...   129

Yusif Aslanov 
 
 
14 
şeirlərə isə “Məsud və Şəfiqə”, “İlk bahar”, “Hərb və fəlakət”, “Qız 
m
əktəbində”, “Məzlumlar üçün”, “Bir xatirə”,  “Qadın”  və  s. 
əsərləri daxildir.  
Qeyd etdiyimiz kimi, H.Cavid 
ədəbiyyat tarxində və teatr 
al
əmində  novator, yenilikçi sənətkar  kimi  tanınır,  dünya  xalqları 
t
ərəfindən sevilə-sevilə  oxunur, insanların  mənəviyyatını 
z
ənginləşdirən, onlara zövq verən əsərləri yüksək qiymətləndirilir. 
M
əşhur Ukrayna alimi astronom Nikolay Çernıx H.Cavid sənətinin 
böyüklüyünü d
ərk edib ona hörmət və  ehtiram göstərərək kəşf 
etdiyi  bir planet
ə “Cavid” planeti adını vermişdir. Marsla Yupiter 
arasında  yerləşən bu  planetin nömrəsi: 6262-dir. Dahi öndərimiz, 
əvəzedilməz  liderimiz  H.Əliyevin  müdrik  bir  fikri  H.Cavid 
yaradıcılığına verilmiş fəlsəfi qiymətdir: “Onun bütün yaradıcılığı 
Az
ərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır”.  
 
Ədəbiyyat 
 
1.
 
H.Əliyev. “Azərbaycan” qəzeti, 1 noyabr 1996. 
2.
 
“Az
ərbaycan” qəzeti, 27 iyul 1997. 
3.
 
Cavid H. Seçilmiş əsərləri. 4 cilddə. I cild. B., 1982. 
4.
 
Cavid H. M
ənim tanrım gözəllikdir. B., 1995. 
5.
 
C
əfərov M. Hüseyn Cavid. B., 1960. 
6.
 
C
əfərov M. Seçilmiş əsərləri. 2-ci cild. B., 1974. 
7.
 
Əlioğlu M. H.Cavidin romantizmi. B., 1975. 
8.
 
Əlioğlu M.Məhəbbət və qəhrəmanlıq. B., 1979. 
9.
 
Vahabzad
ə B. Dərin qatlara işıq. B., 1986  
 
 
Sumqayıt Dövlət Universiteti 
“Elmi x
əbərlər” jurnalı.  
Sumqayıt,2005, №1, cild 1,  səh. 19-23 
(H
əmmüəllif: N.Cəlilova) 
 
 
 


Ədəbi axtarışlar və tədris 
 
 
15 
 
HÜSEYN  CAVİD  ÇAĞDAŞ  ƏDƏBİ  FİKİRDƏ 
 
Hüseyn Cavidin yaradıcılığı və ədəbi mövqeyini dərindən 
öyr
əndikcə dərk edirsən ki, o, təkcə Azərbaycanın, türk xalqlarının 
deyil, dünya  miqyaslı  sənətkardır. Mərhum prezidentimiz Heydər 
Əliyevin diqqət və qayğısı sayəsində Cavidin adının əbədiləşdiril-
m
əsi,  onun  yaradıcılığının  dərindən öyrənilməsinə  layiqli qiymət 
verilm
əsi və tədqiq olunması Cavid sənətinə məhəbbətin ifadəsidir. 
Ölk
ə  prezidenti  İlham  Əliyevin  17  aprel  2007-ci il tarixli 
s
ərəncamındakı  “öz  qaynağını  milli  mədəniyyətin  ən dərin 
qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi 
v
ə dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur” - dəyərli fikri 

seyn  Cavid  yaradıcılığına  yeni  ədəbi-estetik  baxışın  istiqamə-
tinin meyarı, ölçüsüdür. 
Hüseyn Cavid f
əlsəfi düşüncə və qənaətləri ilə Şərq və Qər-
bin dahi s
ənətkarları ilə müqayisədə yüksəkdə dayanır, möhtəşəm 
görü
nür. Eyni zamanda Cavidin yaradıcılığı müdrik fikirlərdən kök 
atan s
ənət və ucalıq zirvəsidir. Görkəmli Azərbaycan şairi Mikayıl 
Müşfiqin  “Hüseyn Cavid Azərbaycan  xalqının  Şekspiridir”, 
akademik M.C
əfər və Rəfiq Zəka Xəndanın isə “Əbdülhəqq Hamid 
Türkiy
ədə kimdirsə, Hüseyn Cavid də Azərbaycanda odur” - ədəbi-
estetik meyarlarından çıxış etsək görərik ki, Hüseyn Cavid Şekspir, 
Höte, Bayron, Şiller, Puşkin, Lermontov, Dostoyevski, Əbdülhəqq 
Hamidl
ə bir səviyyədə təhlil ediləndə daha əzəmətli və qüdrətlidir. 
Cavid  dünyasının  Tanrısı  gözəllik və  sevgi,  şah  əsəri 
insandır.  “Onun  poeziyası  və  dramaturgiyası  heyrətli bir aləmdir. 
T
əzadlarla, ziddiyyətlərlə  dolu,  münaqişəli, mübarizəli bir aləm” 
(11,  s.27).  İkinci  bir  tərəfdən “Hüseyn Cavidin bütün əsərlərində 
doğma vətənə və yurda tükənməz məhəbbətin şahidi oluruq” (12, 
s.68). Görk
əmli ədəbiyyatşünas alim prof. Y.Qarayevin sözləri ilə 
des
ək, Cavidin yazdığı əsərlər “…müasirliyi qədimilik yaratdığı ki-
mi, q
ədimiliyi də müasirlik yaradır”. Bu xüsusiyyətlərlə yanaşı də-
rind
ən düşündürən, mükəmməl xarakterlər yaratmağı ilə fərqlənən, 


Yusif Aslanov 
 
 
16 
böyük ama
llar uğrunda mübarizə aparan və bu yolda əqidəsindən 
dönm
əyən insanın həyatı həm də gələcək nəsillərə nümunə, tərbiyə 
m
əktəbi  olduğuna  görə  bütün insanlar üçün dəyərli, kamillik 
zirv
əsidir. 
Hüseyn Cavid 
əbədi və əzəli mövzulara, həyata və dünyaya 
f
əlsəfi baxışla  yanaşan,  əqidə  və  məfkurə  sahibi  olduğunu  təsdiq 
ed
ən  türk  dünyasının  parlaq  zəka  sahibi  idi.  O,  Şekspirin, 
M.F.Axundzad
ənin, V.Hötenin, Bayronun, Puşkinin, Lermontovun, 
Ə.Hamidin,  Z.Göyalpın,  Ə.Hüseynzadənin  əqidə  və  məfkurəsinə 
sadiq qalaraq mill
i  şüur  və  əxlaqda, cəmiyyətdə  yenilik  axtarır, 
haqq-
ədalətin qalib gəlməsini istəyirdi.  
Şərqin  ədəbi-estetik fikir tarixi və  dünya romantizm 
ənənələri ilə  sıx  bağlılıq,  milli  mədəniyyətin, folklorun tarixi 
kökl
ərini dərindən mənisəmək, klassik ədəbiyyatdan bəhrələnməyin 
Cavid  yaradıcılığındakı  izləri öyrənilməli və  tədqiqi  miqyası 
genişləndirilməlidir.  Bu  baxımdan  Cavidşünaslıqda  və  ədəbi 
t
ənqiddə M.Cəfər, C.Cəfərov, M.Arif, M.Məmmədov,  B.Nəbiyev, 
T.K
ərimli, R.Hüseynov S.Xəlilov, Y.Qarayev, T.Əfəndiyev, M.Əli-
oğlu,  Ə.İbadoğlu,  Ə.İsmayılov,  Z.Əkbər,  K.Əliyev,  A.Əliyeva  və 
başqalarının tədqiqatları qiymətlidir. Hüseyn Cavid yaradıcılığının 
düny
əviliyini təsdiq etmək üçün mövcud tədqiqat və monoqrafiya-
lara 
əsaslanmaqla Şərq və Qərb kontekstində aparılan tədqiqatların 
d
ərinləşdirilməsinə böyük ehtiyac duyulur. “Cavid sənətinin ülviy-
y
əti  bir  deyil,  onlarla  monoqrafiya  çıxarmağa  qadir  bir  sənətdir” 
(13, s.6-7). Çünki onun h
ər sözü, kəlamı,  mənzum  dramları, 
faci
ələri dahiyanə deyilmiş və yazılmışdır: “Cavidin böyük istedadı, 
mümtaz z
əkası, doğrudan da, yalnız sənət üfüqlərində parlamışdır” 
(11.s.12). 
Bizc
ə, Cavidin böyüklüyü o zaman elmi qiymətini tapa bi-
l
ər ki, onun ideyalarının milli-mənəvi dəyərlərlə bağlılığı, ümumbə-
şəri  olması,  yaradıcılığının  hərtərəfli  araşdırılması  lokal  mühitdən 
çıxarılıb qlobal səviyyədə tədqiq olunsun, məkana sığmayan, zama-
nı  qabaqlayan  fəlsəfi fikirləri paralellər, müqayisələr  aparılmaqla 
tarixi müqayis
əli metod əsasında  bir  daha  elmi-ədəbi faktlarla 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə