Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   4   5   6   7   8   9   10   11   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
23 
t
ədqiqat aparmağa, dövr, zaman kəsiyinə uyğun Cavid dünyasına 
qiym
ət verməyə ehtiyac duyulmur. 
Bizc
ə, Cavidin böyüklüyü o zaman elmi qiymətini tapa 
bil
ər  ki,  onun  ideyalarının  ümumbəşəri  olması,  yaradıcılığının 
h
ərtərəfli  araşdırılması  lokal  mühitdən  çıxarılıb  qlobal  səviyyədə 
t
ədqiq olunsun, məkana sığmayan, zamanı qabaqlayan fəlsəfi fikir-
l
əri paralellər, müqayisələr aparılmaqla dünya ədəbiyyatı nümunə-
l
əri əsasında bir daha elmi faktlarla əsaslandırılsın. Türkiyənin icti-
mai-siyasi, 
ədəbi-mədəni həyatının onun yaradıcılığına, yaxud əksi-
n
ə Cavidin türk ədəbi-mədəni mühitinin inkişafına göstərdiyi təsir, 
va
hid türk dünyası və dil birliyi yaratmaq haqqında fikirləri, folklor 
v
ə  klassik  ədəbiyyata  bağlılıq,  Cavid  ədəbi məktəbinin özündən 
son
rakı ədəbi prosesin inkişafında rolu, Cavidin dilinin sadə, anla-
şıqlı, asan, lakin fəlsəfi dərinliyi ilə fərqlənən ideyaların dərk olun-
ma
sına imkan yaradan bir dil olması, tarixi fakt və hadisələrə bə-
diilik müst
əvisindən  yanaşmaq  meyarı,  sənətkarlıq  xüsusiyyətləri 
v
ə s. problemlərin fundamental tədqiqat obyektinə çevrilməsi aktual 
m
əsələ və dərin araşdırma tələb edən elmi istiqamətlərdir.   
 
 
Filologiyanın aktual problemləri  
Respublika elmi-
parktik konfransının  
materialları, Sumqayıt, 2007, səh. 84-85 
 
 
 
 
 
 
 
 
 
 
 


Yusif Aslanov 
 
 
24 
 
 
POEZİYADA ƏBƏDİLƏŞƏN  
ÖMÜR - 
CAVİD ƏBƏDİYYƏTİ 
 
Cavid b
əşərin xilas yolunu tərəqqidə, maarifdə, yüksək 
intellekt,  kamal  sahibi  olmasında  görən  əqidə  mücahidi,  ucalıq 
zirv
əsidir. Bu zirvənin günəşi Tanrı sevgisi, məhəbbət, kamilliyin 
f
əthi,  əxlaqi dəyərlərə  sadiqlikdir.  Ədalətsizliyə, rəzalətə, kin-
küdur
ətə,  haqsızlığa,  müharibə  və  nahaq  qanların  axıdılmasına, 
çirkin 
əməllərə nifrət, qəzəb Cavidin ürəyinin səsidir, milli şüurun 
oyanması,  azadlıq  ideyaları,  türk  dünyasını  məsud və  xoşbəxt 
görm
ək, dil və ərazi birliyini qorumaq, insan hüquqlarını müdafiə 
etm
ək idealına çevrilir, “işığı əsrlərin süzgəcindən süzülüb gəlir” (3, 
s
əh.111). 
Türkçülük, islamçılıq və müasirləşmək, kökə bağlılıq, milli-
m
ənəvi dəyərlərin qorunması və bu zəmində insan konsepsiyasının 
f
əlsəfi mahiyyətinin  açıqlanması,  bəşəri problemlərin həlli 
yollarının  araşdırılması  Cavid  ideyalarının  dəyəri və  sanbalıdır. 
Cavidşünas alim Məsud Əlioğlunun tədqiqatlarında da bu reallıqla 
s
əsləşən həqiqətlər açılır və ədəbi ictimaiyyətə çatdırılır: “Hüseyn 
Cavid h
ər zaman təzədir. Bu təzəliyin  başlıca  mənbəyi  şairin 
t
ərənnüm  etdiyi fikirlərin dərinlik və  vüslətində,  toxunduğu 
mövzuların böyüklük və siqlətində, təbliğ etdiyi və əsaslandırdığı 
demokratik-
humanist ideyaların parlaqlığındadır” (3, səh.115). 
Az
ərbaycan və  dünya romantizm ədəbiyyatının  görkəmli 
ədəbi simaları ilə bir səviyyədə adı çəkilən, Şərqin estetik fikir tarixi 
v
ə  Qərb romantizmi ilə  müqayisədə  möhtəşəm görünən Cavid 
s
ənəti Azərbaycan  xalqının  mənəviyyat xəzinəsi, milli-mənəvi 
d
əyərləri bəşəri problemlər kontekstində işıqlandırmaqda və tədqiq 
etm
əkdə  əvəzsiz örnəkdir, fəlsəfi  idrakın  nəticəsidir. “Hüseyn 
Cavid Az
ərbaycan xalqının Şekspiridir” (3, səh.111), “Əbdülhəqq 
Hamid Türkiy
ədə kimdirsə Hüseyn Cavid də Azərbaycanda odur” 
(M.C
əfər, akademik) tezisləri də  Cavidin dünyəviliyinin təsdiqi 


Ədəbi axtarışlar və tədris 
 
 
25 
üçün qiym
ətli faktlardır.  Zənnimizcə, dünya ədəbiyyatı  və  mədə-
niyy
ətini dərindən öyrənən, orta əsrlər və intibah dövrünü gözəl bi-
l
ən, klassizm, realizm, sentimentalizm, romantizm ədəbi cərəyan-
larından hali olan və onların ideya və proqramlarına dərindən yiyə-
l
ənən Hüseyn Cavid sənətin fövqünə yüksəlməyə bilməzdi.  
Ulu Önd
ər, ümummilli lider Heydər Əliyevin dediyi kimi 
Cavidin “h
ər bir əsərində bir dünya var… əsərləri gələcək nəsillər 
üçün d
ərslik kitabıdır, bütöv türk dünyasının ən görkəmli bir sima-
sıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir, yazıçıdır”. Dünya 
şöhrətli ölkə prezidenti İlham Əliyevin 17 aprel 2007-ci il tarixdə 
H.Cavidin 125 illik yubileyinin keçirilm
əsi ilə bağlı sərəncamındakı 
fikirl
ər də  bu həqiqətlərin məntiqi  davamıdır:  “Azərbaycan 
poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavid 
ümumb
əşəri problemləri humanizm mövqeyindən  işıqlandıran 
m
ənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiya-
sında yeni bir mərhələ açmışdır”. 
Cavid haqqında ədəbiyyatşünaslıqda, metodik fikir tarixin-
d
ə, ədəbi-estetik, nəzəri  görüşlərdə, konkret desək 3500-dən artıq 
m
ənbələrdə  bir-birini təkzib etməyən  maraqlı  faktlar  söylənmiş, 
doktorluq v
ə  namizədlik  dissertasiyaları  müdafiə  edilmişdir.  Bu 
t
ədqiqatların nəticələrinə əsaslanmaqla Cavid dünyasının möcüzə-
l
ərini, ədəbiyyat tarixinə gətirdiyi yenilikləri, folklora, klassik ədə-
biyyata v
ə dünya romantizm ənənələrinə bağlılığını tədqiq etmək, 
əbədi və  əzəli, həyat, dünya və  yaşatmaqla  bağlı hikmətli söz və 
aforizml
ərdən vətəndaşlıq tərbiyəsində istifadə etmək şərəfdir, geniş 
t
əsir qüvvəsinə malik tarixi bir səlnamədir. Çünki Cavid əsri, za-
manı qabaqlayan, istedadı və Tanrı vergisinin qüdrətindən parlayan 

yük şəxsiyyətdir. Akademik Yaşar Qarayev də böyük bir həqi-
q
əti söyləməklə  Cavid  yaradıcılığına  verilən qiymətin  meyarını 

əyyənləşdirdi: “Cavid özü də o zaman bütün qiyməti ilə görünür 
ki, zirv
əyə qalxasan, zirvədə Cavidlə üzbəüz dayanıb ona öz həqiqi 
qiym
ətini verəsən… Cavid planeti görən və planetdən görünən bir 
s
ənətkardır” (3, səh.110). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə