Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   5   6   7   8   9   10   11   12   ...   129

Yusif Aslanov 
 
 
26 
O, Az
ərbaycan  xalqının,  türk  dünyasının  əfəndisidir, 
c
əsarət, mərdlik simvoludur, əqidəsinə və məfkurəsinə sadiq dahi 
bir müt
əfəkkir filosof, şair və dramaturqdur. Nizami, Füzuli, Yunis 
Əmrə, Homer, Esxil, Şekspir, Höte, Dostoyevski kimi korifeylərlə 
bir s
əviyyədə dayanmağa qadir olan Cavid zamanın sərəncamı və 
sifarişi ilə yazmaqdan uzaq oldu, sovet siyasətinin “yenilikləri” ilə 
barışmadı, “Səma, Tanrı şairi” olması ilə fəxr edib həqiqəti, reallığı 
xalqa  çatdırdı, sözündən dönməz türk oğlu özünə  sənət aləmində 
əbədi heykəl ucaltdı. 
Etiraf ed
ək ki, alimlər fakt, dəlil və müqayisələr aparmaqla 
Cavidin  böyüklüyünü  dünyaya  tanıtdıqlarına  görə,  şairlər isə 
düşüncələri, poetik duyumu, obrazlı ifadələri ilə ona ehtiramlarını 
bildirdikl
əri, yaradıcılıq xüsusiyyətlərini poetik dillə verdikləri üçün 
tanınır  və  dəyərlidir.  Xalq  şairi  Nəriman Həsənzadənin “Cavid” 
şeiri də böyük Cavidə sonsuz məhəbbətdən, istəkdən yaranan sənət 
incil
əridir,  Bağırov,  Stalin  siyasətinin  iç  üzünü  açan,  bolşevizmə, 
qırmızı terrora, iblisləşmiş erməni siqlətlilərə ittihamdı, qəzəbdi: 
 
Cavid dedim - 
abır-həya dustağını xatırladım 
gözü bağlı bir millətin göz dağını xatırladım. 
Yada saldım papağını, eynəyini, əsasını, 
gör nam
ərdlər kimdən aldı bir torpağın qisasını 
 (3, s
əh.119). 
 
Cavidd
ən öyrənmək, ideyaları ilə yaşamaq, bütün insanları 
bu ruhda t
ərbiyə etmək haqq, ədalət, namus, vicdan, millət, dil, ana, 
v
ətən, sülh, dünyaya sevgi deməkdir,  Allaha  qovuşmaq,  ruhani 
saflıq, dünyəvi eşqdir. Cavid yaradıcılığı Allaha, peyğəmbərə, ata, 
ana, mü
əllim və  bütün insanlara qüdsi və  ülvi məhəbbətdən 
yaranmış əsərlərlə zəngindir. Lirik şeirləri, “Azər” poeması, “Ana”, 
“Maral”,  “Şeyx  Sənan”, “Afət”,  “Uçurum”,  “İblis”,  “Topal 
Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi əsərlərində də 
bu  fikirl
ər  açıq-aydın  duyulur,  hiss  edilir.  Cavid  də  sələfləri və 
x
ələfləri kimi Yer üzündə  şərdən, xəyanətdən, yalan və  riyadan 


Ədəbi axtarışlar və tədris 
 
 
27 
qaçıb  Göylərə  pənah  aparmaqla  yalnız  bir  həqiqəti irəli sürürdü: 
saflıq, düzlük, “min dürlü həqiqət” yalnız Göylərdə, Tanrının mər-
t
əbəsində ola bilər. 
“Yüks
əl, yüksəl, zavallı bəşər!”, “Ey varlığı yox, yoxluğu 
vardan daha dilb
ər!”, “Yüksələn məhv olar, fəqət enməz!”, “İblisə 
uymuş bəşəriyyət!?”, “Ancaq mübarizə mənlik verir hər dövlətə” 
kimi sual-
nidalar Cavid dühasının qüdrəti və hikmətidir.  
Cavid v
ətənə, millətə, insanlığa məhəbbətində də, ailədəki 
s
əmimiyyətində də, müəllimlik fəaliyyətində də nümunədir, əxlaqi 
d
əyərlərin daşıyıcısıdır. Cavidşünas alim, şair Rəfiq Zəka Xəndan 
“Hüseyn Cavid
ə” şeirində Cavidə xas olan əxlaqi dəyərləri ümu-
mil
əşdirməsi mütəfəkkir şəxsiyyətin  yaraşığı, xarakterində, qanın-
da, canında, varlığında olan keyfiyyətlərin dərkidir, qiymətidir: 
 
Ədavət nə, rəzalət nə, həsəd nə, kin nə, bilməzdin, 
Ədalətsizliyə məruz qalanlartək əyilməzdin. 
Yolundan dönd
ərilməzdin, yenilməzdin, çəkilməzdin, 
Yanıb odlanmasaydın, duymasaydın, vəcdə gəlməzdin. 
Bu gün dill
ərdə dastandır mətin şəxsiyyətin, ustad 
Az
ərbaycanımız durduqca parlar sənətin, ustad! (3, səh.124) 
 
Hüseyn Cavid 
kamil bir şəxsiyyət, insanlığın xilası yolunda 
mücadil
ə  edən və  türk  dünyasının  böyük  təəssübkeşi  kimi 
ədəbiyyata gəldi. Onun elmə, mədəniyyətə verdiyi töhvələr yenilik-
dir, b
ənzərsiz nümunələrdir. Ədibin dahiyanə yazılmış əsərlərində 
Şeyx Sənan məhəbbəti, Peyğəmbər uzaqgörənliyi, Xəyyam müd-
rikliyi, S
əyavuş cəsarəti, Arif aqilliyi, Teymur tiranlığı, İblis dəhşə-
ti, ana müq
əddəsliyi, qadınların faciəli taleyinin yaranmasına təsir 
göst
ərən bəlaların sosial-tarixi köklərinin tənqidi, insanlığa sevgi və 
hörm
ət duyulur. 
İdeallıqla reallığın vəhdətindən yaranan əsərləri, poeziya ilə 
dramatik hadis
ələrin sintezinin verilməsi, romantik xarakterlər dra-
ma
turgiyasının zənginləşdirilməsi, süjet xəttinin  bütövlüyünü ver-
m
ək bacarığı, “türk dilini əruz vəzni ilə qarışdırmaq” (3, səh.115) 


Yusif Aslanov 
 
 
28 
m
əharəti, “böyük xarakterlər, qızğın ehtiraslar, gərgin konfliktlər” 
(M.C
əfər), remarka, monoloq və  dialoqlar, kolliziyalar vasitəsilə 
f
əlsəfi fikirləri ifadə etməsi Cavidin gücüdür, dünyəviliynin təsdiqi-
dir. Filologiya elml
əri doktoru, şair  Rafiq  Yusifoğlunun  “Hüseyn 
Cavid
ə” şeirində də bu sevgi, dərin hörmət mübaliğəsiz bədii təs-
diqini tapır, sonsuz məhəbbətin ifadəsinə çevrilir: 
 
… O g
ələn yollara güllər düzülüb, 
Neç
ə xəbis ürək batıbdır yasa. 
Ona qibt
ə edir böyük Füzuli, 
Baxıb köks ötürür Müşfiq hardasa… (3, səh.126) 
 
Cavid saxta h
əqiqətdən  yazıb  reallıqla  barışmadı,  görmək 
ist
ədiyi həyata,  dünyaya,  yaşamağa  fəlsəfi mövqeyini bildirib öz 
romantik dünya
görüşünü qoydu, mövcud siyasəti dəstəkləmədi. O, 
Hadi  poeziyası  kimi  əzilən, “sürüklənən”  xalqı  oyanmağa,  qəflət 
yuxusunu mübariz
ə ilə əvəz etməyə səsləyirdi, “əsrin yavrularını” 
s
əadətə, cəsarətə, “nəşəli ömrə” çağırırdı. “Bəsdir, bu qədər xabi-
c
əhalətdə  ki  yatdıq”,  “ayıl,  ey  milləti-məzlumə,  ayıl!”-deyən XX 
əsr  romantik  şairi  Abbas  Səhhət də  ideyaca Hüseyn Cavidlə 
birl
əşirdi.  Cavidin  dediklərini Cəfər  Cabbarlı,  Məhəmməd Hadi, 
Əhməd Cavad, Mikayıl Müşfiq, Abbas Səhhət, Abdulla Şaiq amalı, 
m
əfkurəsində, onların ideyalarını da Cavid yaradıcılığında hiss et-
m
ək, duymaq mümkündür. Xalq şairi Zəlimxan Yaqub haqlı olaraq 
“Cavi
din  qız  balası”  poemasında  onların  ideya  və  məfkurəsinin 
kökl
ərini bir-birilərinə  dərin hörmət və  bağlılıqda,  səmimiyyətdə 
axtarırdı: 
 
Burda Şaiq əyləşər, Əhməd Cavad gələrdi 
Müşfiqin gəlişiylə 
Deyil
ən hər kəlməyə təzə həyat gələrdi! 
Əsəblər gah dincələr, gah da ki gərilərdi
Xoş arzular bağından meyvələr dərilərdi. 
Qanadlar açılardı, 
Duyğular saçılardı. (3, səh.132) 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə