Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

BAYATI
Hər gələn sözün bilməz, 
Danışar sözün bilməz, 
Bulaqdan su dolduran, 
Bulağın gözün bilməz.
XOYRADLAR
Baha sat,
Tək matahın baha sat, 
Qədri bilinən yerdə 
Ayaq  dirə baha sat.
Qoy qalsın,
Doldur qəlyan, qoy qalsın,
Sözün keçməyən yerdə 
• •
Ürəyində qoy qalsın.
Min qandır,
Əlli qandır, min qandır, 
Anlayana işarət 
Anlamaza min qandır.
• ^  .  
,, t  
Г
Gülənlərə,
Xub deyib gülənlərə,
Çox da bavar eyləmə, 
Üzünə gülənlərə.
ÇOBANKƏRƏLİ AŞIQ  CƏFƏR


Aşıq  Cəfər  təxminən  1883-cü  ildə  Zəngibasar  bölgəsi­
nin  (Qərbi  Azərbaycan)  Çobankərə  kəndində  anadan  olub. 
Aşığın atası  ailəsilə  birlikdə  erməni  təzyiqi  nəticəsində  1922-ci 
ildə  Naxçıvanın  Şıxmahmud  kəndinə  köçmüşdür.  O,  aşıq  şei­
rinin əsas janrlarında şeirlər yaratmış, mahir saz ifaçısı  olmaqla 
gözəl  məclislər  aparmışdır.  Xalq  dastanlarının  da  çoxunu  bil­
miş,  özü  də  “Ziyad-Şövkət”  adlı  dastan  yaratmışdır.  Bir  neçə 
aşıq yetirmişdir ki,  bunlar arasında Aşıq Fətulla məşhur olmuş­
dur.
Ustad sənətkar  1943-cii ildə vəfat etmişdir.
QOŞMALAR
KİMİ
Qızlar durub xan Arazın başında,
Eybi yoxdu kipriyində, qaşında.
Həddi-buluq on dörd-on beş yaşında,
Sanasan dağların maralı kimi.
Arazın dörd yanı sırsıra buzdu,
Kimisi gəlindi, kimisi  qızdı.
Başına döndüyüm ay ala gözdii,
Könlümü eylədin qaralı kimi.
Aşıq Cəfər burda qoydu nişana,
Ayrılıq həsrəti kar eylər cana,
Sinəmə gəlibdi bir neçə xana,
Deməsəm, qalaram yaralı kimi.
49


OLARMI
Ay bemürvət,  ay beinsaf, ay zalım, 
Yaxşı dosta yalan satmaq olarmı? 
Bir yar ki, yolunda canından keçər 
Heç onu aldadıb atmaq olarmı?
Taleyi yatmışa heç vaxt kar olmaz, 
Tərlan oylağında bil  ki, sar olmaz. 
Nanəcibdən, bədəsildən yar olmaz, 
Ölüncə murada çatmaq olarmı?
Cəfərin taleyi dönməsin tərsə, 
Külək əsib yelkənini çevirsə,
İki könül bir-birini sevirsə,
Onun günahına batmaq olarmı?
SƏHNƏ XANIM
Bir qız gördüm Gözəldərə elində 
Küsmə aşiqindən gül,  Səhnə xanım. 
Gözüm qaldı zənəxdanda, telində, 
Sallan bizə sarı  gəl,  Səhnə xanım.
O qələm qaşların canımı aldı,
Qıya baxıb bu cismimə od saldı. 
Məşuqun üç gecə mehmanın oldu, 
Qurban olsun sənə el,  Səhnə xanım.
•Фг
Aşıq Cəfər dərdə düşkün adamdı, 
Dilin şəkər, dodaqların badamdı, 
Anam Şaban, Məmişoğlu ataradı, 
İstərsən xəbər al bil,  Səhnə xanım.


GÖZƏLLƏR
Al yaşıl geyinib çıxdı qarşıma, 
Yeriyin naz ilə dəstə gözəllər, 
Xudam sizi nə xoş gündə yaradıb, 
Qurban sizin kimi dosta gözəllər.
Qəvvas olan duz çıxarır dərindən, 
Aşiq olan keçər başı-sərindən, 
Üçünüzü seçmərəm bir-birizdən, 
Qaymaq dodaq, ağız püstə gözəllər.
Sizi mən eylərəm başımın tacı, 
Həsrət könlüm gül camalın möhtacı, 
Mən sizə qardaşam, siz mənə bacı, 
Oldum dərdinizdən xəstə gözəllər.
Yəqin bilin var-yoxumu tökərəm, 
Gözəllərin zəhmətini çəkərəm, 
İsmim Aşıq  Cəfər sizə nökərəm,
Xoş gəldiniz gözüm üstə gözəllər.
MÜXƏMMƏS- GOZƏLL ƏMƏ 
GÖZƏL
Leyli kimi calallıdı,
Məni Məcnun sandı  gözəl.
Əlində məzə şərbəti,
Məclisi dolandı gözəl.
Cismimi pərvayiş edib 
Atəş tutub yandı gözəl.
Dövrə vurub şux yeriyir,
Gör necə də candı gözəl.
51


Yeriyəndə min nazman 
Yerişin qaza bənzətdim. 
Uca boylu, mina gərdan 
Boyun şahbaza bənzətdim. 
Bilmirəm yaşı neçədi, 
Baxdıqca qıza bənzətdim. 
Bir cüt busə lütf eləsən,
Elə  bil ehsandı,  gözəl.
Səni sevən kimsənələr, 
Necə qəlbində yanmasın. 
Özü gözəl, sözü gözəl 
Doğan ana utanmasın! 
Danışdı mərdi-mərdana, 
Gərək ilqardan dönməsin. 
Aşıq Cəfər otağına 
Bir gecə mehmandı, gözəl.


AŞIQ FƏTULLA
Aşıq  Fətulla  1910-cu  ildə  Dərələyəz  bölgəsinin  Novlar 
kəndində İbad kişinin ailəsində anadan olub.  O, ailəsilə  1918-ci 
ildə  erməni  təzyiqi  nəticəsində  Naxçıvanın  Şıxmahmud  kəndi­
nə köçmüşdür.  Fətulla bir neçə  il  sonra çobankərəli  Aşıq  Cəfə­
rin  şəyirdi  olmuş,  1928-ci  ildən  isə  müstəqil  aşıqlıq  etməyə 
başlayıb.  Zil,  məlahətli  səsi  olan Fətulla  gözəl məclislər qurub, 
sazda  aşıq  havalarının  böyük  əksəriyyətini  ustalıqla  ifa  edibdi. 
Aşıq  şeirinin  gərayһ,  qoşma,  müxəmməs,  təcnis  və  digər 
formalarında şeirlər yaradıb.
Aşıq  Fətulla  1943-cü ildə ikinci  dünya müharibəsində hə­
lak olub.
»
%
QOŞMALAR
İSTƏR KÖNLÜM
Baharın xoş fəsli güllər açanda,
Nərgiz, bənövşəli yaz istər könlüm.
Tovuz tamaşalı, tərlan duruşlu 
Qəmzəsi  can alan qız istər könlüm.
Dindirsən can deyə, cana can düzə,
Hər vaxt aşiqinin cəbrinə dözə.
Yanaqlar piyalə, dodaqlar məzə,
Onda işvə, qəmzə, naz istər könlüm.
Könlüm bir pay dilər sinəndə nardan,
Camalın örtərdi yaylaqda qardan.
Bil ki, əl çəkmərəm vəfalı yardan,
Yarınan qolboyuıı gəz,  istər könlüm.
Sevdiyicim, büılinmüsən ala sən, 
Bu sınıq könlümü alsan ələ sən.
53


Götürüb qələmi alsan ələ sən,
Mən deyim, dərdimi yaz, istər könlüm.
Fətulla mayıldı cığalı  telə,
O qaymaq dodağa, o şirin dilə.
Xoş yeriyə, xoş danışa, xoş gülə,
Bu nişanlar onda düz istər könlüm.
DODAQ-DODAĞA
Bahar fəsli, gül mövsümü gələndə 
Ötüşər bülbüllər, qonar budağa, 
iki həsrət bir-birini qucanda 
Qoyarlar ləb-ləbə, dodaq-dodağa.
Pünhan-pünhan danışarlar,  güləli ər, 
Şümşad bilək, şana barmaq, gül əllər. 
Qaydadı, gözəldən dilək diləllər, 
Aşıqlar dilinə  olmaz qadağa.
Fətulla eşqindən şirin güləndə,
Hərdən yar yanına pünhan gələndə, 
İşarətlə dərdi-dilin biləndə 
Canım olsun belə dosta sadağa.
ZÜLFLƏRİN
Bir ala gözlüyə nəzər eylədim,
Darayıb tökübdü yana zülflərin. 
Halqa-halqa,  dəstə-dəstə, çinbəçin, 
Yaxşı düzüb dal gərdana zülflərin.
Gecə-gündüz gözüm gəzdi, aradı,
Ah çəkməkdən bağrım başı yaradı, 
Gecəm sitəmlidi, günüm qaradı, 
Döndərib könlümü qana zülflərin.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə