Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Belə dövran,  belə vaxtda, 
Gözəl rəhbər düşüb baxta. 
El sevən əyləşib taxtda, 
Naxçıvana gün doğubdur!
Köhnə nə ki var sökülür, 
Yerində güllər əkilir.
Təzə binalar tikilir, 
Naxçıvana gün doğubdur!
Aşıq 
F
əitux
 
görür bunu, 
Gözəl olar işin sonu. 
Gündə dəyişilir donu, 
Naxçıvana gün doğubdur!


De, nə vaxtdır sən burdasan? 
Heç dinmirsən, xəyaldasan, 
Sən ulusan, sən ustasan,
Gəl Aydınla barış, dağlar.
KÖNLÜM
Çiçək kimi büzüşmüşəm, 
Novbaharı solan, könlüm. 
Yenə qəmlə  görüşmüşəm, 
Var-dövləti talan, könlüm.
Yada düşür köhnə günlər, 
Dəmli-qəmli xatirələr. 
Düşünürəm bir də gələr,
O  günlərdə qalan, könlüm.
Bir yarpağam od almışam, 
Qar altında qaralmışam, 
Aydm deyir qoçalmışam, 
Qəm sazını çalan könlüm.
YAVAŞ-YAVAŞ
Şimşək kimi alov saçmır, 
Yeriyəndə  su tək axmır, 
Şahin kimi qıya qalxmır, 
Qoçalıram yavaş-yavaş.
Aydm deyir yavaş-yavaş, 
Sarayımdan düşür bir daş, 
Keçirirəm hərdən təlaş, 
Qocalıram yavaş-yavaş.


AŞIQ RƏVAYƏTLƏRİ VƏ
DEYİŞMƏLƏRİ
%
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN 
NAXÇIVAN SƏFƏRİ
Aşıx  Hüseyn_Mənim_əslim_gəncəlidi,_Şəmkirbasan_elim_mənim._Siyasətlər_çəkib_başım,_Düşüb_bura_yolıım,_mənim._Cahan'>Hüseyn  gəlirmiş  Reyhan  xanımla  deyişməyə.  Edal- 
ağa  gölü  yaxıımığında  Qızılqışlaxda  görür  bir  oğlan,  bir  qız, 
oımardan  da  aralıda  bir  dəstə  qız  per-pencər  yığır.  Ancaq  bu 
pencər yığan qız heç oğlandan o yana getmir,  hey  oğlanı  danış­
dırır.  Oğlan  qıza  məhəl  qoymur.  Yan-yörəsindən  yığdığı  buğa 
qanqallarından  soyub  şirin-şirin yeyir.  Deyir  aşıx tayfasıki  var, 
gördüyün çağırar.  Bını görən kimi sazı köynəhdən çıxartdı.
Dedi:
Əzizim budamaxda,
Bu çağda, bu damaxda,
Maya nər sövdasında 
Nər qanqal budamaxda.
Demə  qız  da  arif  imiş.  Başa  düşdü  ki,  aşıx  sözdəri 
bunnara deyir.  Odu ki, dildən qalmadı.
Gedən aşıx dayan, dur,
Sirrim sənə əyandır,
Aləmə şəms eyləmə 
Oz nərim, öz mayamdır.
Aşıx  Hüseyn_Aşıqlıq_elmindən_mən_xəbərdaram,_Aşmışam_hər_yerdə_meydanı_bir-bir,_Yüz_on_dörd_kitabdan_almışam_dərsim,_Gəl_sənə_göstərim_ayəni_bir-bir._Reyhan'>Hüseyn  baxdı  qız  onun  cavabın  verdi.  Sonra  da 
oğlanı arxasında gizdətdi.  Götürdü sözün bu xanasın dedi:
Nərgizdər, ay nərgizdər 
Qızılgüllər, nərgizdər,
Bədrlənmiş maya gördüm,
Daldasında nər gizdər.
Aşıx  Hüseyn  yoluna  davam  etdi.  Per-pencər  yığan  bir 
dəstəni də ötmək isdiyəndə qızdardan biri  ondan xəbər aldı:
-Aşıx qardaş, hardan gəlib hara gedirsən?
Aşıx Hüseyn dedi:
85


-Qızım,  Şəmkir elinnən gəlib Naxçıvan şəhərinə gedirəm.
ш
Kalbalıxan namə yazıb.  Ireyhanla deyişməyə çağırıb.
Qız dedi:
-Xoş  gəlibsiniz.  Amma  sənə  bir  qatar  sözüm  var.  Deyə­
cəm,  qabağın  desən,  keş  get.  Deməsən,  gedib  onnan  deyişmə­
yinə dəyməz.
Aşıx Hüseyn  şair  idi.  Bütün  Şəmkir elində  ad çıxarmışdı. 
Qızın  bu  sözü  onu  tutdu.  Ürəyində  dedi,  buna  bax,  deyənsən 
elə Ireyhana deyərdin də. Amma fikrindən daşındı.  Dedi: 
-Qızım, de görüm nə deyəcəhsən?
Qız dedi:
Aşıx bənəh bənəhdi,
Xalın bənəh-bənəhdi,
Sənnən soruşum aşıx 
Araz neçə  sənəhdi?
Aşıq Hüseyn dedi:
Ay qız, bənəh-bənəhdi,
Xalın bənəh-bənəhdi,
Çağır dayansın Araz 
Ölçüm neçə  sənəhdi.
Qız  aşığa  sağ  ol,-  dedi.  Aşıx  Hüseyn  gəlib  Naxçıvan 
şəhərinə çatdı.
86


NAXÇIVANDA  CAHAN  QARI İLƏ 
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN
DEYİŞMƏSİ
Cahan
Söylə görüm haralısan? 
Danış indi sözün oğlan, 
Ağlı,  göylü, qaralısan, 
Çıxart baxım sazın, oğlan.
Hüseyn
Mənim əslim gəncəlidi, 
Şəmkirbasan elim mənim. 
Siyasətlər çəkib başım, 
Düşüb bura yolıım, mənim.
Cahan
Danışıxda nacaı* olsan, 
Bağlamalar açar olsan,
Gecə durub qaçar olsan, 
İzlədərəm  izin, oğlan.
Hüseyn
Dostun yolunda naçaram, 
Çox bağlamalar açaram, 
Ölüncə çətin qaçaram, 
Kəssələr də dilim mənim.
Cahan
Reyhan sinəni dağladar, 
Qollarını dar bağladar, 
Anaçığmı ağladar,
Çəkən olmaz nazın, oğlan.


Hüseyn
Dəryalara dalaram mən, 
Canım oda salaram mən,
O Reyhanı alaram mən,
Ona çatsa əlim mənim.
ф
Cahan
Xoş gəlibsən Naxçıvana, 
Dərdini söylə Cahana,
Səni yetirrəm Reyhana,
Onu görər gözün, oğlan.
Hüseyn
Aşıq Söyün,  aç meydanı, 
Gəldim görüm Naxçıvanı, 
Birçə qucsaydım Reyhanı, 
Dərdim yoxdu ölüm, mənim.


NAXÇIVANDA REYHAN XANIMLA 
ŞƏMKİRLİ AŞIQ HÜSEYNİN DEYİŞMƏSİ
Reyhan

iki aşıq bir meydanda tapılsa,
Əyləşib sazların düzəllər bir-bir.
Sual verib, cavabını alanda,
Duruban meydanı gəzəllər bir-bir.
Hüseyn
Aşıqlıq elmindən mən xəbərdaram, 
Aşmışam hər yerdə meydanı bir-bir, 
Yüz on dörd kitabdan almışam dərsim, 
Gəl sənə göstərim ayəni bir-bir.
Reyhan
Müxəıınəs gözlərə mənəm bir pıçax, 
Çoxların salmışam meydandan qaçax, 
Hanı mənim kimi bir kəndi qoçax, 
Gələnlər yolların azallar bir-bir.
Hüseyn
Sona kimi sığal verib telinə,
Nə cumubsan sən bu eşqin gölünə, 
Düşməyibsən kamil ustad əlinə,
Sənə dar elərəm dünyanı bir-bir.
Reyhan
Mən Reyhanam, tapmamışam tayımı, 
Mərdlər itirməsin haqqı-sayımı, 
Götürmüşəm ərənnərdən payımı, 
Dediyim sözləri yazallar bir-bir.
Hüseyn
Yetmək olmaz Aşıq Söyün işinə,
Belə sözlər çətin girər guşuna,
Alım qucağıma, basım döşümə,
Dərim ağ sinəndən püstəni bir-bir.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə