Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Dolandım dünyanı, gəzdim əfsanə,
Tabe oldum nəfsə,  uydum şeytana,
Xeyr əməlim yoxdu, mərdi-mərdanə, 
Günahkar, günahkar,  günahkar mənəm.
-Əyə,  görəsən,  bunun  günahı  nədi,  adam  öldürüb,  yol
kəsib?
-Əşi,  qoca,  giinahm nədi? De  görüm,  bə  sən niyə  günah
elədin?
Ələsgər dedi:
-Oğul, qulaq as deyim:
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı,
Sonradan anladım, çahanmış fani,
Bu fanidən köçən Ələsgər mənəm.
Hamı bildi ki, bu Ələsgərdi, dedilər:
-Əşi,  qoca,  sən  ki,  bir  alim  imişsən.  Gəl  bizim 
yanımızda ya şıx ol, ya molla.
-Xeyr,  oğul,  mənim  saz  çalmağım  sizin  mollalığınızdan 
təmizdi.
Bu cavabdan sonra şeyx, molla,  alim çıxıb getdilər.
Ələsgər  sazı  köynəyinə  salıb,  üzünü  Nağıya  tutub 
soruşdu:
-Oğul, nə yaxşı məni yada salıf gəlifsən, düzünü de?
Nağı  dedi:
-Usta,  düzünü  kü,  bilmək  istəyirsən,  Məhəmməd  bəy 
məni  göndərib  sənin yanma.  Əlində toyu var,  deyir gərək gedif 
Ələsgəri  gətirəsən.
Ələsgər dedi:
-Oğul,  sən  hara,  Naxçıvan  hara,  Şəril  hara,  Məhəmməd 
bəy hara? Sən hardan gedif o kişiyə tuş olmusan?
Nağı dedi:
-Usta,  onu  soruşma!  Əhvalat  uzundu,  özün  gedif  gö­
rərsən.
Ələsgər dedi:
94


-Yaxşı,  oğul,  bə  axı  mən  qocalmışam.  Əyağımda  çarıx, 
bağı yox; köşəsi var, altı yox; altı var, köşəsi yox.
Nağı dedi:
-Usta,  sənə  bir  xrom  sapox  mənim  boynuma.  Əmə 
gedəjiyik.
Ələsgər razılaşdı, dedi:
-Oğul,  bəylərdə  belə  adət  olmazdı,  nə  yaxşı,  məni  yad 
eliyif? Nəysə, burda bir iş var, dur gedək.
Oydu  ki,  yola  rəvan  olub,  günə  bir  mənzil,  teyyi- 
mənazil, gəlif Vediyə çıxdılar.
Ələsgər burda dedi:
-Oğul, çarıx əyağımdan  tüşdü, mənim sapoğumu burada 
alajaxsan,  yoxsa  başqa  yerdə?  Gəl,  elə  gedək  burda  mənə  bir 
sapox tikdirək.
Bəli, Nağı padoşu,  turnaşı  aldı, əmə tikdirif danışmağını 
Ələsgər özü elədi.
Çəkməçiylə  deyib  danışdılar.  Bir  neçə  günnən  sonra 
gəlib  çəkməçidən  sapoğu aldılar.  Ələsgər gördü verdiyi  tumaşa 
görə  sapoq döyül, dedi:
-Oğul,  bə sən bilmirsən ki, mən aşığam?
Çəkməçi dedi:
-Əşi, aşıq nədi? Yəni o qoyunun qıçasındakından?
-Xeyr,  oğul,  oxuyuram,  çalıram,  deyirəm,  bir  mətləb 
qandırıram,
Çəkməçi dedi:
-Al, birin çal görüm.
Ələsgər Nağıya dedi:
-Qaç, sazı gətir, bu çəkməçini başa salım.
Nağı tez sazı gətirib, Aşıq Ələsgərə verdi, Aşıq Ələsgər, 
görək,  sazı  götürüb,  çəkməçiyə  nə  dedi.  Biz  deyək,  siz  də  şad 
olun.
Aldı Aşıq Ələsgər:
Danışdın, barışdın mərhəmət eylə,
İnciklik araya qatma, hayıfsan!
95


Sən tacir olmazsan bir manat ilə,
Namusu, qeyrəti satma, hayıfsan!
Bu sözü eşidən çəkməçi  gördü kü,  qoca başa düşüb,  tez 
qocaya dedi:
-Qoca deyəsən yayıllıyıbsan.
Ələsgər dedi:
-Oğul, qulaq as!
Aldı Ələsgər:
Ellər məni nəzərinnən salmayıb,
Huşum cəmdi, ağlım heç azalmayıb.
Fani dünya Süleymana qalmayıb,
Oyan,  bu qəflətdə yatma, hayıfsan!
Boylum,  bu sözü eşidən çəkməçi,  gördü  işin üstü açılıb,
dedi:
-Ə,  peşə  tapmanusız,  bu  nə  peşədi?  Tulla  o  yana.  Mən 
də elə bildim mənə bir yaxşı söz deyəcəksən.
Ələsgər dedi:
-Oğul, qulaq as deyim.
Aldı Ələsgər:
Siz talaş eylərsiz iynə, biz iylə,
Bizimki də gələr, gedər söz iylə.
Əyri ol əyriylə, düz ol düz iylə,
Hər yetəni sən aldatma, hayıfsan!
Bu sözü eşidən çəkməçi yenə dedi:
-A  kişi,  çıx  get işinə-peşəııə,  qoca kişisən,  işimiz-gücü­
müz var, indi yaxşı müştərilərimiz gələcək.
Ələsgər dedi:
-Oğul,  harda yaxşı  adam  var,  orda  da mənim  hörmətim 
var, qulaq as deyim:
Düşəndə məclisə, ağır yığnağa,
Mənə hörmət eylər irəcbər, ağa.
Söz uzansa həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma hayıfsan!
Bu sözü eşidən kimi çəkməçi öz şəyirdinə dedi:
96


-Gücün çatarsa, bu qocanı gəl  itəliyək çıxaraq çölə.
Ələsgər  bunıı  eşidən  kimi,  gördü  çəkməçi  bunu  lap 
avam yerinə qoyub, aldı  gerisini:
Qəsəm olsun xutkeşlərin sərinə,
Yalan söz iyidi salar dərinə.
Köhnə dağarçığı tumaş yerinə 
Aşıq Ələsgərə satma, hayıfsan!
Ələsgər adını eşidən çəkməçi dedi:
-Palıo,  əmi,  sən  Ələsgər  imişsən?  Bağışla,  bu  sənin  sa- 
poğun!  Atam həmişə səni arzulardı.
Ustad  dili  yüyrəy  olar.  Aşıq Ələsgərin  sapoğunu qayda- 
sıyla tikib verdilər.
Aşıq  Ələsgər sazı  da,  sapoğu da, Nağıyı  da  götürüb  gəl­
dilər Şərilə, iki yol ayrımına.
Ələsgər  gördü,  axı,  Nağı  həmişə  irəlidə  gələrdi,  indi 
nədənsə geridən gəlir. Üz tutdu Nağıya dedi:
-Nağı,  bəlkə,  Məhəmməd  bəy  səni  hədələyif,  gec  gəl­
məyimizə qorxursan?
Nağı başını  ayağının altına salıb dedi:
-Usta,  düzünə  qalsa,  məni  bağlıyıf,  sazımı  alıflar,  özü­
mü də kötəynən yola salıblar.  Məhəmməd  bəy də deyif, get, us­
tan aşıq Ələsgəri gəti.
Ələsgər dedi:
-Ədə, əskih,  bə mən  deyəndə  ki,  sən yanmçıx da döyül­
sən, getmə, sən mənə deyirdin sən tərs,  mən avand. Di  get!
Ələsgər bir az fıkirləşəndən sonra dedi:
-Oğul, indi  ki,  belədi,  gəti  xərc  qoyax,  mənə  balax  dəri­
sindən  bir  kürk  tikdirək,  bir  də  bir  çarıx.  Erkəc  dərisindən  də 
bir papax.  Orda da kim mənim adımı  soruşsa,  deyərsən  adı  So- 
laxqəydi.  Özü də qoca aşıxdı, mənim şəyirdimdi.  İndi  de görək, 
oğul, Məhəmməd bəygilə gedəçiyik, yoxsa hara?
Nağı  dedi:
-Xeyr, Müşkünaz bacımgilə.
97


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə