Ustad dili yügrəy olar. Tez libası tikdirib, Miişkünazgilə
üz qoydular.
Göy üzün duman bürüdü, bu halda yağış yağdı, palçıx
dizə çıxdı. Ələsgər babanın hər ayağında bir duvaxlıx palçıx,
Müşkünaz xanımın qapısını döydülər.
Müşkünaz qapını açıb, Nağını tanıdı, əmə yanındakın
kim olacağın bilmədi, fikir elədi ki, qardaşım Məhəmməd bəy
qardaşdığı Ələsgərin dalınca Nağını göndərib, bəlkə bı odu,
yox, əmə Ələsgər deyilən kimi alim təhər bir insandı, axı bu
insana da oxşamır. Müşkünaz xanım Nağını içəri qoydu, Ələs
gəri yox. Nağı ayağın çıxardıb, döşəyin üstə bardaş qurdu.
Müşkünaz xanım dedi:
-A Nağı, o kimdi? Adı nədi?
Nağı dedi:
-Adı Solaxqəydi, özü də qoca aşıx, mənim də şəyir-
dimdi.
-De buyursun o da içəri. Ancax qapının ağzııman əyləş
sin, paltarın üstə keçməsin.
Ələsgər “buyur” kəlməsin eşidəndə salamsız-kəlamsız
düz döşəyin üstə addımladı. Palçığın biri qapının ağzına düşdü
ayağından, biri də əyləşdiyi yerə.
Burasın da deyim ki, Ələsgər Nağıya demişdi: “Nağı,
mən neyləsəm, sən deyib danışmazsan! Denən qoca aşıxdı, alt
mış yaşında adamdı, ağlı zayıldı, kərrən-kərrən gəlir, birdən də
yaxşı olur”.
Sənə deyim Müşkünazdan, Müşkünaz dedi:
-Nağı, dur bu palçığın birin salax çölə, o birisi isə qoy
qalsın, bir duvaxlıx elərik, qalanını da kərpiç kəsdirib, toyux
damı tihdirərik.
Bəli, palçığın birin köməhləşib güc-bəla ilə atdılar çölə.
Müşkünaz dedi:
-Nağı, sənin xatrın olmasaydı bu qonağa bir istəkan su
da verməzdim, ancax odu ku, əyləşin, sənin xatrına samavar
salım, yol gəlmisiniz.
98
Müşkünaz xanım samovarı saldı. Ələsgər Müşkünazın
samavar saldığın görcəyin dedi:
-Bacı, odu da ordan tökürsən, suyu da, bəs onu içmək
olarmı?
Müşkünaz eşitçəyin bu sözü dedi:
-Nağı, bu nə qanmaz adamdı.
-Ay qız, dinmə, ağlı kəsəndə yaxşı söz də danışacax.
Müşkünaz əlini atıb bir nimçə düyü götürüb, arıtdamağa
başladı. Düyünü görən qoca dedi:
-Bacı, o nədi?
Müşgiınaz xanım dedi:
-Qonax, görmürsənmi, sənə xörək qayırıram, düyüdü.
Qoca dedi:
-Bacı, o qarışqa boyda şeydən də qonağa hörmət
olarmı?
Müşkünaz xanım dedi:
-Nağı, bu nə axmaxdı, bunu lıansı meşədən tutub gətir
misən? Avandma da döy, tərsinə də.
Müşkünaz xanım çayı, çörəyi hazırlayıf, qabağa gətirdi.
Qonaxlar başladılar çörək yeməyə. Müşkünaz xanım
qocanın adam kimi çörək yediyin görüb təəççübləndi, dedi:
-A Nağı, gör bu qoca necə də adam kimi çörəh yeyir.
Nağı dedi:
-Bacı, bu qocanı çox tənqid eləmə, sənə dedim, ağlı
kəsəndə yaxşı söz də danışır.
Bunlar burada qalsmnar, indi sizə kimnən deyim, Mə
həmməd bəydən, Aşıq Çəfərullahdan, Aşıq Əsədullahdan.
Aşıq Əsədullah eşitdi ki, Nağı bir aşıx gətirib, özü də
tərsinə. Ançax əlində bir sazı var ki, özündən qiymətdidi. Əsə
dullah dedi:
-Ədə, Cəfər, qızıl, mal, mülk nə qədər alsax, bölərik,
əmə saz mənimki di.
Bəyləmən danışıb, aşxama məclis qurdurdular.
Məclis quruldu.
99
#
Aşıxlar hamısı gəlib məclisdə əyləşdi. Bu məclisə
Qazaxdan İsrafil ağa da öz dəstəsiylə dəvət olunmuşdu. Hamı
öz yerində əyləşdi, Məhəmməd bəy dedi:
-Gedin, Nağıya deyin şəyirdini də götürüb gəlsin.
Qasid gəlib xəbəri Nağıya yetirdi.
Nağı qocaya dedi:
-Qoca, dur gedək!
Müşkünaz xanım dedi:
-A Nağı, bu qojuyu hara aparırsan? Qoy bu uşaxları
saxlasın biz gedək.
Nağı:
-Yox, Müşkünaz, bu mənim şəyirdimdi, bunsuz mən
məclisə getmərəm,-deyə, qocanı da götürüb məclisə gəldi.
Hamı Nağıya yol görsətdi. Qocam isə “çölə qovun” işarəsi
elədilər.
Qocanı görən kimi, İsrafil ağa yaxınlaşıb, yavaşca dedi:
-Qardaşım, xoş gördük!
Qoca dedi:
-Qardaş, üstünü vurma. Məsələ ayrıdı. İsrafil ağa arif
adamıydı, tez başa düşüb, üstünü vurmadı. İsrafil ağa öz yerin
də əyləşib, qəlyanı doldurdu, çəkməyə başladı. Qoca isə heç
salam da verməyib, düz başa keşdi. Bəyin birin otərəfə itələdi,
birin bu tərəfə dirsəyilə, aralarında oturdu.
Qəzəblənmiş bəy tez tapançaya əl atdı, israfil ağa bəyin
əlin tutub dedi:
-Bu pis olsa, qanmaz olsa, nə xərci olsa, mənim boy
numa. Mənə bağışlayın, vurmayın!
Bundan sonra hamı öz yerində əyləşdi. Ancax Aşıq Cə-
fərullah əyləşmədi, sazın alıb, meydana girdi, İsrafil ağa dedi:
-Məhəmməd bəy, bu nə işdi, məclis bir cür görünür.
Məhəmməd bəy işarə elədi Aşıq Əsədullaha ki, di
cavab ver.
Əsədullah dedi:
ф
-Heç bir şey, bu Nağıynan Aşıq Cəfərullahın bi az çə
kilməmiş yarması var, çəkib qurtarsınlar, sonra söhbət elərik.
Nağıya dedilər:
-Ay abırsız, səni bağlayıb, özünün də sazını almışıq,
özün nə bilirdin ki, indi də gedib bu qanmazı gətirmisən, hələ
bir bəyi xərcə saldığın da bəs deyil?!
Solaxqəy dilləndi:
-Ustalar, siz deyişirsiniz, ya döyüşürsünüz?
Cəfərullah dedi:
-Yox, deyişirik,
Solaxqəy dedi:
-Onda gəlin deyişək, əmə deyin görək nə təhər deyişək.
Cəfərullah dedi:
• •
-Elə söz deyək ki, “Ay nədən oldu” olsun. Ozü də kim
bağlasa, ustasıynan da deyişəcək.
Sazlar, köynəhdən çıxdı. Birinci söz çatdı Aşıq
Cəfərullaha. Aldı Cəfərullah görəh nə dedi:
Əzəldən can deyib, can eşidən yar,
indi beybafalıx ay nədən oldu?
Deyirdin ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?
Solaxqəy dedi:
-Oğul, bir kəs ki, bağ becərə, zəhmətini cəkə, saxlaya,
meyvənin yetişən vədəsi ola, bağbandan ixtiyarsız bar qopar
dasan, bə bağ sahibi deməzmi mənim barımı niyə qopardırsan?
Yəni bu söz sənin döy, özgənin sözün öz adma niyə deyirsən?
Aşıq Ələsgər bunu deyib, aldı görəh necə cavab verdi:
Yerin, göyün, ərşin, kiirşün, asmanın
Günhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi,
Hikmətin dəryası ay nədən oldu?
Hamı bir ağızdan dedi:
-Əyə, bu nə mərifətli qoca imiş...
Müşkünaz xanım da öz-özünə dedi:
Dostları ilə paylaş: |