Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

-Ə, mən bilsəydim, onun ayaqların təmizlərdim. 
Müşkünaz xanım  öz  hərəkətlərindən xəcalət  çəkdi.  Qo­
ca dedi:
-Oğul,  bu sözdən varındımı? Gənə de gəlsin.
Aldı  Cəfərullah:
Başına döndüyüm şahın bajanı,
Şahın tövləsinə yol budu, tanı.
Deyirdin həftiyə olaram qanı,
Həftən ilə döndü, ay nədən oldu?
Cəfərullah əlavə elədi:
-Qoca,  adın nədi? Indiyətən soruşmamışam.
-Oğul,  adım Solaxqəydi.  Ancaq qulaq as, sözünün cava­
bın verim,  sonra bilərsən.
Aldı  Ələsgər:
Neçə sütun, neçə qəndil vuruldu?
Sən kimsən, mən kiməm, kimdən soruldu? 
Elmin müəmması harda duruldu,
Ustadlar ustadı ay nədən oldu?
Aldı Cəfərullah:
Gözəl şahım bizi saldı bir saya,
Rəhm elə sən mənim tək beyııəvaya,
Abbas deyər, sirr qaldım xudaya,
Pərim bir bəşərdi, ay nədən oldu?
Ələsgər dedi:
-Oğul, o sözü Abbas açmayıb, bə mən necə açım?
Aşıq Cəfərullah dedi:
-Abbas mənəm,  söz də  mənimdi.  Elə biz də  bunu gəzir­
dik, aça bilmədin, sazı  qoy yerə!
Qoca dedi:
-Oğul, sən ki, alimsən, qulaq as deyim.
Bir qoca aşığam, intizarım var,
Alim sənsən, məni eylə xəbərdar,
Elmi hardan tapdı cümlə aşıqlar,
Şeir müəmması ay nədən oldu?
102


Aşıq  Cəfərullahla  Aşıq  Əsədullah  belə  qərara  gəldilər 
ki,  göyçəli  Aşıq  Ələsgərin  bağlı  bəndini  bu  qocaya  desinlər. 
Bəlkə onunla bu qocanı bağlıya bilsinlər.
Usta Əsədullah dedi:
-Cəfərullah, götür o sözü de!
Aldı Cəfərullah:
Altı gündə dünya neçə don geydi,
Nə üstə əyləşdi bərqərar oldu?
Əzəl kimlər oldu Turun bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?
Solaxqəy dedi:
-Oğul,  o  söz ki,  deyirsən,  bə  demirsən  birdən söz sahibi 
böyürdən çıxar, onda neynərsən?
Cəfərullah dedi:
-Nəhlət sana şeytan,  tərs  ki,  tərs.  Nə  tərsinə  aşığımış.  A 
qoca, fikrin var bunu da açasan? Sazı  bəri ver!
Solaxqəy dedi:
-Qulaq as, oğul!
Aldı  Solaxqəy:
Altı gündə dünya iki  don geydi,
Gavi-mah üstündə bərqərar oldu.
Haqq özü olubdu Turun bənnası,
Ulduzlar göy üstə yerbəyer oldu.
Aldı Cəfərullah:
De, neçədi müqərrəyin mələyi,
Onların içində hansıdı bəyi?
Nə canlı, nə cansız, ərşin dirəyi 
Nə ilə çalındı, mötəbər oldu?
Aldı Solaxqəy:
Onaltıdı müqərrəyin mələyi,
Hümisədi onun içinin bəyi,
Nə canlı, nə cansız, ərşin dirəyi 
Salavat çalındı, mötəbər oldu.
103


Aşıq Cəfərullah:
Ələsgər agahdı etiqadından,
Yer də xəbərdardı göy büsatından,
Haqq ilə peyğəmbər əhvalatından 
islamam deyənə nə xəbər oldu?
Solaxqəy dedi:
-Oğul,  o  sözü  Ələsgər  açmayıb,  mən  necə  açım,  özü  də 
Ələsgər kimdi, onu camaatnaıı tanış eliyə bilərsənmi?
Aşıq Cəfərullah öz ustadı Aşıq Əsədullahı  Ələsgər yeri­
nə camaata tanış elədi və dedi:
-Çox  bizim  başımızı  ağrıtma,  uzun-gödək  danışma,  biz 
bildik sən bunu açan deyilsən, sazı ver bura!
Aldı Solaxqəy, görək bu cavabda necə dedi:
Ələsgər agahdı  ehtiqadmdan,
Yerdə xəbər verər göy büsatından,
Tut oruc, qıl  namaz, ibadətindən 
islamam deyənə bu xəbər oldu.
Aşıq  Cəfərullah  sazı  ortaya  qoyub  əyləşdi.  Müşkünaz 
xanım dedi:
-Bu  qoca  döyülmüş  ha...  Çox  ola  qırx  yaşı  ancaq  olar­
mış. Bilseydim belədi, mən bu aşığa başqa cür hörmət elərdim.
Müşkünaz  xanım  öz  yerində  corab  bəzəməkdə  olsun, 
aldı görəh ustadlar ustadı Aşıq Əsədullah Solaxqəyə nə dedi: 
Əsədullah:
Solaxqəy aşıqsan, az düşünürsən,
Qeyli-qallı bir bazara düşərsən,
Altmış yaşda təzə şəyird olmusan,
Çovğuna,  borana, qara düşərsən!
Aldı  Solaxqəy:
Məğrurluq eləyib, ustadam demə,
Bir gün olar sən də dara düşərsən,
Baş tiilək deyilsən, çolpa balasan,
Sürbədən ayrılıb, tora düşərsən.
104


Aldı Əsədullah:
Nabələdsən aşıxlığıh işinə,
Dözəmməzsən mən tək nər savaşma,
Yönünü salaram dağlar başına,
Vəzifəndən tez kənara düşərsən!
Aldı Solaxqəy:
Alcaxda əyləşib, dırmaşma başa,
Tülküsən, aslanla girmə savaşa,
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən!
Aldı Əsədullah:
Əsədullahla sən girmə meydana,
Mərd iyidi gərək tək doğsun ana,
Şagirdli, ustalı sallam zindana,
Gözü yolda intizara düşərsən!
Aldı  Solaxqəy:
Sən çəkmə Nağının işvə-nazını,
Zimistana döndərərəm yazını,
Soyaram libasın, allam sazını,
Yal, quyruğu qırxıx, yola düşərsən!
Əsədullah söz tapmayıb, sazı yerə qoydu.
Solaxqəy dedi:
-Oğul,  deyirdin  Ələsgər  mənəm,  indi  qulaq  as,  gör 
Ələsgər kimdi?
Aldı Solaxqəy:
Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Alar caynağına, səni  dağıdı,
Göydən yerə parça-para düşərsən!
Xalq,  hamı  Ələsgəri  tanıyandan  sonra,  xələt  xələt  üstün­
dən  töküldü.  Aşıq  Ələsgər  dönüb  baxanda  gözləri  Müşkünaz 
xanımı  gördü.  Aldı,  Müşkünaz  xanımın  tərifini  görək  necə  de­
di:
105


Səhər vaxtı mah camalın görəndə 
Xəstə könlüm gəldi  saza, Müşkünaz!
Sona tək silkinib göldən çıxanda 
Bənzəyərsən quba, qaza, Müşkünaz!
Könül gördü, ürək dərdü vərəmli,
Səni  gördüm səxavətli, kərəmli,
Bir mirzə lazımdı əli qələmli,
Mən deyəm, vəsvini yaza, Müşkünaz!
Hər tərəfin bənövşəli  bağ olsun,
Həmişə yediyin bal, qaymaq olsun, 
Sağ-solunda qardaşların sağ olsun!
Corabları yaxşı bəzə, Müşkünaz!
Ötkün sözüm, kəskin bəxtim olaydı,
Ağ otaxda zərri taxtım olaydı,
Ələsgərəm cavan vaxtım olaydı,
Qəddim, əyib qədri-qəza,  Müşkünaz!
Bununla  söz tamam  oldu.  Ələsgər Əsədullahnan  Cəfərul- 
lahın sazını  alıb, Müşkünaz xanımın peçinə odunlux verdi.
106


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə