Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   ...   25

%
bilirik.  Müxtəlif folklor  ansambl  və  qrupları  da  bu  gün  milli 
geyimlərimizi yaşadır və təbliğ edirlər.
Xalq  yaradıcılığının  ən  qədim  sahələrindən  biri  də  şifahi 
poetik  yaradıcılıq  kimi  dəyərləndirilən  folklordur.  Azərbaycan 
ərazisində  folklorun  tarixi  ilk  insan  məskənlərinin  meydana 
gəlməsi  dövrü  ilə  bağlıdır.  Xalqımızın  həyatında  elə  bir  əhə­
miyyətli  hadisə  yoxdur  ki,  o,  şifahi  yaradıcılıqda,  aşıq  poezi­
yasında,  xalq  musiqisində  bu və  ya digər  şəkildə  öz əksini  tap­
masın.  Diinyanm qədim və  mədəni xalqlarından  olan Azərbay­
can  xalqı  ən  qədim  dövrlərdən  başlayaraq  xalq  yaradıcılığında 
öz  tarixini  bu  və  ya  digər  şəkildə  əks  etdirmişdir.  Xalqımızın 
mifoloji-bədii  dünyagörüşünün  izləri  indi  də  folklorda  özünü 
büruzə  verməkdədir.  Müxtəlif ayin,  mərasim  və  əmək  proses­
lərinin  nəticəsi  olaraq  meydana  gələn  Azərbaycan  folkloru  ilk 
növbədə  janr  baxımından  rəngarəngliyi  ilə  diqqəti  cəlb  edir. 
Xalqımızın  yaradıcı  düşüncəsinin məhsulu  olan miflər,  əfsanə­
lər,  nağıl  və  rəvayətlər,  zərb-məsəllər,  tapmacalar,  dastanlar, 
aşıq  yaradıcılığı,  meydan  tamaşaları,  xalq  musiqi  və  rəqsləri 
nəsildən-nəsiə,  əsrdən-əsrə  Azərbaycan  türklərinin  ruhunu  ya­
şadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır.
Ənənəvi  xalq  bayramları,  Novruz  və  Xıdır  Nəbi  məra­
simləri  Azərbaycan  folklorunun  zənginliyini  nümayiş  etdirir. 
Yurdumuzun  qədim  sakinlərinin,  əcdadlarımızın  dünyagörüşü­
nün,  bədii-estetik təfəkkürünün təzahür forması  olan folklorun, 
musiqi  və  rəqs  sənətinin ən  qədim  qaynaqlan  eramızdan  əvvəl 
4-cii  -  1-ci  minilliklərə  aid  Gəmiqaya  təsvirlərində,  “Avesta” 
və  “Kitabi-Dədə  Qorqud”  kimi  qədim  qaynaqlarda  öz  əksini 
tapmışdır.  Dünyanın  ən  qədim  kollektiv  ifa  növlərindən  olan 
Azərbaycan  xalq  yallıları  xoreoqrafıya,  instrumental  və  vokal 
musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir.
Qədim  rəqs  və  musiqi  mədəniyyəti  ilə  sıx  bağlı  olan, 
vaxtilə  geniş  yayılmış  qədim  çalğı  alətlərimizin  də  bu  gün  ge­
niş təbliğinə və  gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə ta­
nıdılmasına ciddi ehtiyac vardır.  Cəng,  ud, təbil,  tənbur, qanun,
5


qopuz,  rübab,  tulum,  kərənay,  ney,  zurna,  balaban  kimi  çalğı 
alətlərimizin adlarına musiqi  tarixinə  dair mənbələrdə,  “Kitabi- 
Dədə  Qorqud”,  “Koroğlu”  dastanlarında,  eləcə  də  klassik  şair­
lərimizin  əsərlərində  rast  gəlinir.  Qədim  çalğı  alətlərinin  bir 
çoxu  bərpa  olunmuş  və  yenidən  musiqi  alətlərinin  sırasına  da­
xil  edilmişdir.
Xalqımızın  müstəqillik  yoluna  qədəm  qoyduğu  indiki 
şəraitdə  xalq  yaradıcılığının,  əsrlər  boyu  yaranan  mənəvi  və 
maddi  mədəniyyət  nümunələrinin  öyrənilməsi,  ənənəvi  sənət 
sahələrinin  dirçəldilməsi,  onların  geniş  şəkildə  tətbiq  və  təbliğ 
olunması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan  Muxtar  Respublikasında  xalq  yaradıcılığının 
inkişafı  və  qorunub  saxlanması  istiqamətində  bir  sıra  işlər  gö­
rülmüş,  folklor  kollektivlərinin  və  xalq  teatrlarının  fəaliyyəti 
gücləndirilmiş,  onlar milli geyim dəstləri ilə təmin olunmuşdur. 
Hal-hazırda  muxtar  respublikada  mövcud  olan  50  folklor  kol­
lektivinin  600-ə  yaxın  üzvü xalq  yaradıcılığının bu  və  ya  digər 
sahələrini qoruyub yaşatmaqdadır.
Xalqların,  ölkələrin  bir-birinə  daha  çox  inteqrasiya  olun­
duğu,  dərin  qloballaşma  proseslərinin  getdiyi  indiki  şəraitdə 
azərbaycanlıların  milli  kimlik  pasportu  olan  xalq  yaradıcılığı­
nın  qorunub  saxlanması  və  inkişaf etdirilməsi,  xalq  sənəti  nü­
munələrinin,  milli  mətbəxin,  folklorun,  milli  rəqs  və  mahnı  sə­
nətinin  daha  geniş,  sistemli  şəkildə  təbliğ  olunması,  böyümək­
də  olan  gənc  nəslə  milli-mənəvi  dəyərlərin  aşılanması  məqsədi 
ilə qərara  alıram:
1. 
“Novruz  bayramı”  şənliklərində  Xalq  yaradıcılığı 
günləri keçirilsin.
2. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçı­
van Bölməsi:
2.1. 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  mövcud 
olan  etnoqrafik  və  folklor  materiallarının  yenidən  toplanması, 
sistemləşdirilməsi  və  elmi  tədqiqatlara  cəlb  olunması  üçün
6


tədbirlər  görsün,  əldə  olunmuş  materiallar  əsasında  “Naxçıvan 
folkloru antologiyasını hazırlayıb nəşr etdirsin;
2.2.  Naxçıvan folkloru atlasını işləyib hazırlasın;
2.3.  Naxçıvan  Muxtar  Respublikasının  Mədəniyyət  və 
Turizm  Nazirliyi  ilə  birlikdə  xalq  yaradıcılığı  nümunələrinin 
sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görsün;
3.  Naxçıvan  Muxtar  Respublikasının  Mədəniyyət  və 
Turizm  Nazirliyi  və  Naxçıvan  Muxtar  Respublikasının  Bəstə­
karlar Təşkilatı xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı  saz 
havalarının  tədqiqinə  və  təbliğinə,  qədim  çalğı  alətlərinin  tət­
biqinə diqqəti artırsınlar.
4.  Muxtar  respublikada  mövcud  olan  xalq  teatrlarının 
və  folklor  ansambllarının  fəaliyyətinə  hərtərəfli  köməklik  gös­
tərilsin.
5.  Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri: 
VASİF TALIBOV
Naxçıvan şəhəri,  7 fevral 2009-cu il
7


ÖN SÖZ
Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  ən  zəngin  qolunu 
təşkil  edən  ozan-aşıq  sənəti  geniş  və  çoxşaxəli  olmaqla  qədim 
köklərə  malik  yaradıcılıq  sahəsidir.  Ozan-qopuz  sənətinin 
qədim  iz  və  əlamətləri  təxminən  e.ə.  II  minillikdən  özünü 
göstərir.  Manna  hakimiyyəti  illərindən  isə  bu  sənətin  varlığı 
şübhə  doğurmur.  Arxeoloji,  tarixi-etnoqrafık  və  fıloloji 
materialların  tədqiqi  Mannanın  türkdilli  maldar  tayfaları 
arasında  qopuz  musiqisini  yaradan  və  ifa  edən  sənətkarların 
fəaliyyət  göstərdiyini 
təsdiqləyir. 
Ozanı  xatırladan  bu 
sənətkarların  bir  qədər  sonrakı  dövrlərdə  Azərbaycanda  ozan, 
dədə, sonra varsaq, yanşaq, aşıq adlandığı elmə məlumdur.
Qədim  türk  dastanlarının  m.  ö.  VII  əsrdən  b.  е.  V  əsri- 
nədək  (”А1р  Ər  Tonqa”,  “Şu”,  “Oğuz  Kağan”,  “Boz  qurd”, 
“Törəyiş”,  “Köç”  və  s.)  yaranıb  yaşamasında ozanların  rolu  az
___ 
m
olmamışdır.  “Bu  ozan-dədələrin  eradan  əvvəl  VII  əsrdə  iran 
ordularına  qarşı  döyüşən  Alp  Ər  Tonqanın  (“Şahnamə”də  Əf­
rasiyab)  ölümü  münasibətilə  qoşduqları  ağıdan  bir  parça  hələ 
XI  əsrdə  Mahmud  Kaşğari  tərəfindən  yazıya  alınmışdır”  (1,  s. 
6).  Ozan-dədə  sənətkarlar  varsağa,  yanşağa  qədər  mürəkkəb 
ictimai-tarixi  bir  yol  keçərək  dəyərli  sənət  nümunələri  yarat- 
mışlar.  islamiyyətdən  çox  əvvəl  II  əsrdən  VI  əsrə  qədər  Azər­
baycan  türklərinin  adət-ənənələrini  saxlamış  “Dədə  Qorqud” 
boyları  isə  ozan  yaradıcılığının  ən  mükəmməl  nümunəsidir. 
Dədə  Qorqud  da  bu  mühitin  yetirdiyi  böyük  bir  sənətkar, 
ozanlar  ozanıdır.  VII-IX  əsrlərdə  də  fəaliyyət  göstərmiş  dədə- 
ozan  sənəti  təxminən  X  əsrdən  xalq  şeiri  tərzində  aşıq  yaradı­
cılığının yaranmasında əsas qaynaq olmuşdur.  XI  əsrdə Nizami 
Gəncəvinin əsərlərində saz və aşıq sözlərinin işlənməsi də bunu 
deməyə  imkan  verir.  Bundan  sonrakı  orta  əsrlərdə  yaradılmış 
oynaq  heca  vəznli  xalq  şeirimizin  gözəl  örnəklərini  Əhməd 
Yasəvi,  Yunis  İmrə kimi  qüdrətli  sənətkarların yaradıcılığında 
görürük.  XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaşamış Aşıq 
Əli  Paşanın  “aşıq”  ad-titulunu  daşımış  ilk  sənətkar  olduğu
8


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə