Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   17   18   19   20   21   22   23   24   25

OIFILBƏNDLƏR
DARAYI BAĞLAR
Yüz on dörd dərvişin on dörd püstii var, 
Hər püstündə səkkiz darayı bağlar.
Altı min, altı yüz, altmış altı gün, 
Tutubdur dörd dəstə darayı bağlar.
Hər zaman qumlu bir çadır otaq,
Dörd darvazası var hər biri üç tağ,
On iki fanustu, qırx səkkiz çıraq,
Üç yüz altmış tənəf darayı bağlar.
Kərim tifil ikən bala bələndi,
Əmdi ləbin şəftin bala bələndi, 
Hicrandan çulğaşdı bala bələndi
'
Qəmdən bələk bükən darayı bağlar.
KİM İDİ
Səndən xəbər alım, ay Molla Sadıx, 
Sifdə bu dünyaya gələn kim idi? 
Quranın yox, yetmiş iki quranın,
Zərin, zəbərin hər bilən kim idi?
Sənə nəsib olsun bu fitrə-zəkat,
Məni lağa qoyub eyləmə zəkat,
Hansı namaz altmış iki salavat,
Halalı, haramı bölən kim idi?
Sən də bir mollasan lağa güləndə, 
Xəcalət çəkərsən üzə gələndə,
Kərim divanədi, hamı danəndə, 
Pilləkəndən yenib çıxan kim idi?
119


ULULU  KƏRİMLƏ BAĞLI RƏVAYƏT
Ululu  Kərim  Zəngəzurun  Ululu  kəndində  anadan  olub. 
Bu  kəııtdə  yaşayannar Uzdu tayfası  addanırmış.  Ahıl  yaşdarın- 
da Ululu Kərim iki  qardaşı  ilə  Şahbuz bəlgəsinə  gəlir.  Bıradakı 
Ağdüz deyilən yerdə  bina salırlar.  Bir müddətdən sonra qardaş- 
dar bıradan Qızıl  Qışlax kəndinə köçürlər.
Ululu  Kərimin  peşəsi  dəlləh  olup.  Ərəb-farsca  savadı 
vardı.  Aşıx  kimi  şeirlərini  məylislərdə  oxuyardılar.  Ustad  şair 
idi.  Saz çalardı.  Amma el-el  gəzməzdi.  Ad-sanına Molla  Sadıx 
adlı biri paxıllıx edərdi. Niyə ki, Molla Sadıx da ştiəra idi.
Ululu  Kərim  çox  qocalmışdı.  Deyirlər  120  il  ömür  sü- 
rüp.  Ömrünün  sonlarında  əli  işdən  düşdüyündən  kasıb  imiş.  O, 
Molla  Sadığa  həcv  də  deyib.  Bu  həcvi  aşıxlar  son  vaxtlaradək 
məylislərdə tez-tez oxuyardılar.
120
%


QÖNÇƏBƏYİM
Qönçəbəyim təxminən  1827-ci  ildə  Naxçıvan  şəhərində 
anadan  olmuşdur.  Rus  və  fars  dilində  təhsil  almış  şairə  eyni 
zamanda  heca  vəznində  şeirlər  yazmışdır.  “Şahzadə  ibrahim” 
dastamndakı  bir  çox  şeirlər  Qönçəbəyimə  aiddir.  Deyilənə  gö­
rə,  şairə  İbrahim adlı  bir zabiti  sevmiş,  lakin onu sevmədiyi  bir 
başqasına ərə vermişlər.  Başına gələn hadisələr dillərə  düşmüş, 
el  aşıqları,  yaxud  şairənin  özü tərəfindən  epikləşdirilərək  rəva­
yətə  və  dastana çevrilmişdir.  Dastanda “Bəyim”  adı  ilə  deyilən 
şeirlərun çoxu Qönçəbəyimindir.
QOŞMALAR
1
DE GƏLSİN
Hicran sənətkarı, qəm xiridarı,
Qəddar olan,  biilqara de gəlsin.
Yenə təzələnsin didaı* didarı,
Ciyər oldu həzar parə, de gəlsin.
Ərzi-halım yazdırmışam ərzədə,
Qara bağrım yar zədədir, yar, zədə,
Bir müddət də qaldıq Imammirzədə,
Eylədi dərdimə çarə, de gəlsin.
Aşiq olan məşuqəyə mirasdı,
Eşq oduna nahaq yanmaq əbəsdi,
Bizim məskənimiz Tünü Təbəsdi,
Qərib düşdüm bu diyara, de gəlsin.
Aşiq bilər məşuqunun halını,
Qismət olsa, ələ alaq əlini,
Gözləməkdən bimürvətin yolunu,
Gözümdə qalmadı qarə, de gəlsin.


Bizə sək rəqiblər deyirlər asi,
Mövlaya bağladıq yəni  ixlası,
»
Mən Bəyiməm ibrahimin butası, 
Gizli  deyil, var aşkara, de gəlsin.
ELƏR
2
Ey ağalar, məni neçin qmarsız? 
Eyləsə dərdimə bıı dərman elər.
Eşqə düşənləri axırda bu dərd,
Əridər,  incəldər, natəvan elər.
Görüm aralıqda yox olsun yaman,
• ♦ 
%
Uzüm payəndazdır, başım tərciman, 
Səndən qeyri mənim dərdimə dərman 
Nə Əflatun bilər, nə Loğman elər.
Göz yaşımnan ərzə yazdım  Səttara, 
Bəlkə bizi  qəm-qayğıdan qurtara, 
Sinə açıq, zülf pərişan, üz qara,
Məni  belə görən sənə man elər.
Şəri qoyub xeyrə qədəm basarlar, 
Həqqünnas sözlərə qulaq asarlar, 
Təsəddüq veribən qurban kəsərlər, 
Bəyim İbrahimə can qurban elər.
3
Yeddi tuman, yeddisi də zəncirə, 
Qorxum budu dal qapıdan xan girə. 
Qoça, kaftar, bihəyanın əlindən 
Bəyim yazıq yenə düşə mincirə.
4
I
Ey mənim laləzər çiçəkli bağçam, 
Gülüstan qoynunda fəvvarə vuram,


Sularla həmsöhbət olmaq istərəm, 
Qorxuram ki, ərim çıxa o yandan.
5
Könül verib sən tək cavan sevmişəm, 
Halım qanıb, dərdə yanan sevmişəm.


KALBA MOLLA İSMAYIL
Kal ba  Molla  ismayıl  XIX  əsrin  təxminən  60-65-ci  illə­
rində  Şahbuz  bölgəsinin  Yuxarı  Qışlaq  kəndində  anadan  olub. 
Heca  vəznində  şeirlər  yazıb.  Bədahətən  də  şeirlər  qoşurmuş. 
Ərəb-farsca savadlı  olub.  El  arasında savadlı  şəxs kimi tanınıb. 
Deyilənə  görə,  şairin  şeir  dəftəri  1950-ci  ilədək  qalmış,  sonra 
əldən-ələ keçib  itmişdir.
Kalba Molla ismayıl  1925-ci ildə vəfat edib.
QOŞMALAR
QALDI
Əcəl yastığına başım gələndə,
Fikir-xəyalımda nə isə qaldı.
Əynimə geymişdim zərinən-zuba,
Əynimdə libasım nə isə qaldı.
Qızılım, gümüşüm, dövləti-varım,
Qılıncım, qalxanım, yox havadarım,
Oğulum, uşağım, gül üzlü yarım,
O köhlən atlarım nə isə qaldı.
Nə alim olasan Cəbrayıl kimi,
Nə canlar alasan Əzrayıl kimi,
Nə fağır olasan İsmayıl kimi,
Ouranım, kitabım nə isə qaldı.
ÜÇÜNƏ
Ay ağalar, beş gözələ uğradım,
Gözüm düşdü gözəllərin üçünə.
İstərsən kövsərdən sirab alasan,
Qul  olginən, qulluq eylə üçünə.
124


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə