Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   17   18   19   20   21   22   23   24   25

Kim yandırdı kimin dü balü pərin? 
Ustadı yolunda ю т  qoydu sərin? 
Kimlər dedi ustadına afərin?
Biri mimdi, biri çimdi, üçü nə?
Allah peyğəmbərə  göndərdi  salam,
Onların şənində oxur kim kəlam?
Beş ulu peyğəmbər, dəftəri-aləm,
Biri Nuhdu, bir İbrahim, üçü nə?
' %
İsmayıl der, budu sözün kutahı, 
Heydərə qul olan heç çəkməz ahı, 
Dilində vird eylə kalamullahı, 
Əməl eylə beş vaxtının üçünə.


ŞAİR SURXAY
Surxay  Əbdüləli  oğlu  Quliyev  1914-cü  ildə  Şahbuzun 
Zırnel  kəndində  anadan  olub.  1961-ci  ildən  ömrünün  sonuna- 
dək  Şahbuz  rayonunun  Badamlı  qəsəbəsində  yaşayıb.  El  şairi 
kimi  tanınıb.  Heca vəznində şeirlər yazıb.  Şeirlərinin bir hissəsi 
“Zor bulağın zümzüməsi”(Bakı, Nurlan, 2003)  adlı ədəbi  alma­
naxda çap olunub.  Bir neçə şeiri də burada təqdim olunur.
Şair Surxay 2003-cü ildə vəfat edib.
ŞAİR QOCALANDA QƏRİ GÜLƏRMİŞ
Şair  Surxayın  dediyinə  görə,  biçinə  gedərkən  bir  qoca 
qadın ona gülüb,- “sən qoca kişisən, necə  işləyirsən?”-deyib.  O 
da bu səbəbdən aşağıdakı şeiri yazıb.
Olmayıb ki, namus-arı gülərmiş,
Üz qırışıb rəngi  sarı gülərmiş,
Şair qocalanda qəri gülərmiş,
Gülməliyəm, yox günahım gülgünən,
Mən qocayam, sən də qəri, bilginən.
Qış havası ola bilməz yaz kimi,
Zahirini bəzəmisən qız kimi,
Daxilində  soyuqluğun buz kimi,
Gülməliyəm, yox günahım, gülgünən,
Mən qocayam sən də qəri, bilginən.
Sürmədən çəkmisən qara qaşın var,
Hazır məzar torpaq üstə daşın var,
Mənim yetmiş, sənin səksən yaşın var, 
Gülməliyəm, yox günahım, gülgünən,
Mən qocayam sən də qəri, bilginən.
126


MƏN
Söyləyirəm sizə gördüyüm günü,
İsti yay gününün gecəsiyəm mən.
Sözü irəlidə, özü geridə,
Adsız şairlərin neçəsiyəm mən.
Bir neçə sözümü dillərə  saldım, 
Dostların dilində nişanə qaldım, 
Dünyada nə gün gördüm, nə kam aldım, 
Ölüm şərbətini içəsiyəm mən.
Mən Surxayam can qalmadı canımda, 
Zəhər yer eləyib sümük-qanımda, 
Dəftərim, qələmim qaldı yanımda, 
Özüm bu dünyadan köçəsiyəm mən.
QOCALDIM
Fələk qələmini tərsinə çaldı, 
Tapammadım ona çarə, qocaldım. 
Yoxsulluq üstümü duman tək aldı,
Ağ günü eylədi qarə, qocaldım.
Baxdım taleyimə, baxdım özümə, 
Baxdım öz yazdığım cümlə sözümə, 
Tale yazan görünmədi  gözümə,
Baxtım göyə, baxtım yerə, qocaldım.
Əvvəlindən şad oluban gülmədim, 
Səbəbin nə olduğunu bilmədim,
Nə qədər yazdımsa, heç yüksəlmədim, 
Heç düşmədim kitablara, qocaldım.
127


YAMİN İSMAYIL
Yamin  İsmayıl  oğlu  Abbasov  1927-ci  ildə  Culfa  rayo­
nunun  Qazançı  kəndində  anadan  olub.  Ömrünün  sonunadək 
həmin kənddə yaşayıb.’’Sail” təxəllüsü ilə heca vəznində şeirlər 
yazıb.  Haqqında  “Naxçıvan  aşıq  ədəbi  mühiti”  (Bakı.,  Elm, 
2009)  kitabında məlumat verilib.  “Azərbaycan  folkloru  antolo­
giyası,  Naxçıvan  folkloru”  (1994,  2010)  kitablarında  bir  neçə 
şeiri çap edilib.  Son illər “Şeirlər” kitabı da işıq üzü görüb.
Y. ismayıl 2006-cı  ildə vəfat etmişdir.
BAXIM
Nazlı canan, dinlə məni,
Uzat zülfü, dara, baxım.
Ruhumu oxşar tər sinə, 
istəyirəm nara, baxım.
Yay qaşların aldı canı,
Yanağın tək lalə hanı?
Əqli dərya, gövhər kam,
Gözlərindi qara, baxım.
%
Telin qızılı sarıdı,
Buxağın dağlar qarıdı,
Söz də  Sailin varıdı,
Oxu, məna ara, baxım.
ƏRİYƏR
Ürəyimdə bir dərdim var,
Dağa desəm, dağ əriyər.
Əzəl gündən bu qaydadı,
Piltə yanar, yağ əriyər.
128


Bağban gül qəhri çəkməsə,
Becərib onu əkməsə,
Bülbül göz yaşı tökməsə,
Bağça yanar, bağ əriyər.
Bülbül yazda gələr bağa,
Uçub qonar dal budağa.
Yamin, sir vermə alçağa, 
Gözlərində yağ əriyər.
YAR TƏRƏFƏ
Möhnəti-qəm üzdü məni 
Əs, ey səba, yar tərəfə.
Həsrət gözlər yada düşdü,
Bizik baxan nar tərəfə.
Uzaq deyil yar məkanı,
Büllur buxaq, qar məkanı,
Ələ keçsə nar məkanı,
Əymə onu xar tərəfə.
Sail, şerin yar oxusun,
Nəfəsi ənbər qoxusun,
Güllərdən çələng toxusun, 
Göndərməsin sar tərəfə.
MƏNƏM
Şərəf mənəm, şöhrət mənəm, şan mənəm 
Əziz aşiq, gözü dolu qan mənəm!
Rəqib mənəm, rəfıq mənəm, can mənəm! 
Əldə fərman, gözəllərdə şah mənəm!


Faş olubdu məhəbbətim cahana, 
Şərii-şəkər, qənd əzilib dəhana,
Kim sevirsə gəlsin son imtahana, 
Qəmər mənəm, hilal mənəm, mah ır
Zöhrə kimi  fəzalardı məskənim,
Yaş on altı, ola bilməz bir qəmim, 
Allah bilir kim olacaq həmdəmim? 
Sail, yox günahım, bigünah mənəm!
DƏN ÜYÜDÜR
Dünya var ki, dəyirmandı,
Dayanmadan dən üyüdür.
Baxmır ağı-qarasına,
Aqil, ağlıkəm üyüdür.
%
 ■
Aqil gedir, sözü qalır, 
Ürəklərdə  gözü qalır,
Demək onun özü qalır,
Gözəl,  gül bədən üyüdür.
Namərd daim mərdi vurub,
Sail də növbədə durub, 
Qurğunu yaradan qurub, 
Canlıları cəm üyüdür.
GÖRDÜM
illərdə həsrət çəkdiyim 
Gülüzlü cananı gördüm. 
Çarhovuzun kənarında 
Yaşılbaş sonanı gördüm.


Dərdim artıb qalxdı minə, 
Bilmirəm söyləyim kimə. 
Büllur buxaq, mərmər sinə, 
Qaşları kamanı gördüm.
Ağlımı başdan oynatdı, 
Hörüklərin yana atdı, 
Ayrılığın dəmi çatdı, 
Gözləri dolanı gördüm.
Yamin dedi, günahkaram,
Sağalmazdı qəlbdə yaram,
■ •
Urək vurdu aram-aram. 
Dərdi-dil qananı gördüm.
QURBANIYAM
Dinlə məni gözü qara, 
Gözlərinin qurbanıyam. 
Hər kəlməsi ürək açan 
Sözlərinin qurbanıyam.
Hər kəlmən dürdü, sədəfdi, 
Sinəm onlara hədəfdi, 
Durna tək kipriklər səfdi, 
“Dözmərinin qurbanıyam.
Sailəm,  Əyyub dözümdə, 
Təqsiri gördüm özümdə. 
Qalıb gözlərim gözündə, 
Gözlərinin qurbanıyam.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə