Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   17   18   19   20   21   22   23   24   25

MƏMMƏDXAN MƏMMƏDOV
M.  Məmmədov  1927-ci  ildə  Ordubad  rayonunun  Tivi 
kəndində  anadan  olub.  Peşəsi  dəmirçi  idi.  O,  “Xan Tivili”,  öm­
rünün  son  illərində  isə  “Küskün”  təxəllüsləri  ilə  heca vəznində 
şeirlər  yazıb.  Haqqında  ilk  dəfə  “Naxçıvan  aşıq  ədəbi  mühiti” 
kitabında  (Bakı,  Elm,  2009)  məlumat  verilib.  Müxtəlif illərdə 
mətbuat səhifələrində bir neçə şeiri çap edilib.
M.  Məmmədov 2003-cü ilin mart ayının 3-də vəfat edib.
k i m i
ft ft
Omür sürüb bu dünyada yaşarsan, 
Əcəl köhləninə minənə kimi.
Bu dünyanın ləzzətini duyarsan, 
Hərdən bəxt üzünə gülənə kimi.
Qəvvas olsan, dəryalarda üzərsən, 
Sərraf olsan, ləli dürdən seçərsən. 
Mən də Xanam, bu diyarda gəzərsən, 
Sevgili dilbərə çatana kimi.
BİZƏ  NƏ VAR
Dünya qalar, biz gedərik, 
Deməyək ki, bizə nə var. 
Dünyaya deyilik şərik, 
Minə nə var, yüzə nə var.
Yağış yağsa sel gələcək, 
Çaylar coşub lillənəcək. 
Dağlar bir gün düzlənəcək, 
Dağ yıxılsa, düzə nə var.
132


Min nəğmə var hər könüldə, 
Oxunacaq neçə dildə, 
Süzgəcindən ay da, il də,
Bir gün bizi süzə nə var.
Dünya miras qalıb bizə,
Şair, düşmə oda-közə, 
Dayanmışıq  biz üz-üzə, 
Köhnə dünya, təzə nə var?


SƏRRAF QASIM
Sərraf  Qasım  1940-cı  ildə  Şahbuz  rayonunun  Aşağı 
Qışlaq kəndində anadan olub.
S.  Qasımın  beş,  yeddi  hecalı  şeirlərilə  yanaşı,  aşıq 
poeziyasının  müxtəlif  şəkillərində  yazdığı  şeir  nümunələri  də 
var.  Bəzi şeirləri aşıqlar tərəfindən məclislərdə oxunur.
BEŞLİK
Aşıqsan əgər,
Dilə gəl, dilə.
Şeyda bülbülsən,
Gülə gəl,  gülə.
Sevdalı qardaş,
Eşqlə gəz, dolaş,
Uçdu yaşılbaş,
Gölə gəl,  gölə.
Heyran gözünə,
Durna düzünə,
Ceyran izinə,
Çölə gəl, çölə.
Dolusan bara,
Dərdə et çara,
Gözləri qara,
Gilə gəl,  gilə.
And yerin alsın,
Peymanın dolsun,
Eşq dəniz olsun,
Selə gəl, selə.


Ey sehrikarım, 
Mərdimazarım,
Ay keçdi, yarım,
İlə gəl, ilə.
Sərrafa ol can,
Əziz, mehriban,
Şana gətir, şan,
Telə gəl, telə.
YEDDİLİK
Əlimdə mehir əli, 
Köküm qollu, pöhrəli, 
Bağlarım var bəhrəli, 
Barı barından gözəl, 
Narı narından gözəl.
Al-əlvandı  gülüm də, 
Nəğməkar bülbülüm də, 
Gözəllər var elimdə, 
Biri-birindən gözəl,
Arı arından gözəl.
Var gündüzün axşamı, 
Yurdumuzun ağ şamı, 
Axşam yanar ağ şamı, 
Şəri şərindən gözəl, 
Nuru nurundan gözəl.
Qayan sıldırım sallı, 
Şahin süzər xəyallı, 
Gördüm qırğı, qartallı, 
Yarı yarımdan gözəl, 
Şum şurundan gözəl.


Sərraf Qasımam, şənəm, 
Sözlə doludu sinəm, 
Hikmətlidi xəzinəm, 
Dürü düründən gözəl, 
Zəri zərindən gözə.l.


MƏMMƏD ƏMRAHOĞLU
M.Əmrahoğlu  1949-cu  ildə  Şahbuz  rayonunun  Aşağı 
Qışlaq  kəndində  anadan  olub.  Xalq  şeirinin  qoşma,  gəraylı, 
bayatı  şəkillərində  şeirlər  yaradıb.  Dülgərlik  və  dəmirçilik 
sənətlərini  də yaxşı bilib.
M.Əmrahoğlu  2009-cu  ildə  Aşağı  Qışlaq  kəndində  vəfat
edib.
OLMASA
Dostum, bu dünyaya bir diqqət eylə,
Dağ dağa bənzəməz qaya olmasa.
Kişinin başını ucaldar qadın,
Hər nərə bənzəyən maya olmasa.
Məhəbbətsiz dünya bir an dayanmaz,
Onsuz bu dünyada gözəllik olmaz.
İnsan bu dünyada insan sayılmaz,
Ədəb-ərkan, mərfət, həya olmasa.
Əmrahoğlu məhəbbətdən hey yanar,
Arif olan bu hikmətdən söz qanar,
İnsan olan insan kimi dolanar,
Ağıldan kəm, huşdan ziya olmasa.
BİR GÜN
Demə ki, nə etdim, görənim yoxdu,
Gizlini aşkarda görərsən bir gün.
Şeytana allanıb azma yolundan,
Özün öz bəlanı çəkərsən bir gün.
Yaxşı, yaman bu dünyadan köçəssən,
Əkdiyini axır özün biçəssən.
137


Əzəl-axır bil, o haqqı  görəssən, 
Haqqın qarşısında çökəssən bir gün.
Gəl, Əmrahoğlunu sən bilmə naşı,
Başına düşməsin tamahın daşı.
Burnunnan gələcək qazanın aşı,
• «
Ozün yığdığını tökəssən bir gün.
BAYATILAR
Əzizim, ağlar mənəm,
Sinəsi dağlar mənəm, 
Bülbiilsüz gülü solmuş, 
Virana bağlar mənəm.
Əziziyəm, qara bağ,
Şuşa, Laçın, Qarabağ,
Yağı kəsib yolları,
Yad olubdu Qarabağ.
%
Aşıq qara bağlıyam,
Şalı qara bağlıyam.
Dili naləli görsən,
Bil ki, qarabağlıyam.
Ocağam daşım yanar, 
Qazanım, aşım yanar, 
Toxunma bu məzara, 
Qəribəm, daşım yanar.
Əzizim, yaram sızlar, 
Dərdliyəm, yaram sızlar, 
Yaramın ağrısını,
Nə bilər yarasızlar.


ÇƏRKƏZ FƏTƏLİOĞLU
Ç.Fətəlioğlu  1961 -ci  ildə  Şahbuz  rayonunun  Yuxarı 
Qışlaq  kəndində  anadan  olub.  Ali  təhsillidir,  kənddə  müəllim 
işləyir. Xalq şeiri tərzində şeirləri var.
SORARSAN MƏNİ
Kəkliklər dağlarda haray salanda,
Dağlar arasında ararsan məni.
Qartal zirvələrdə yalqız qalanda,
Düşünüb yadına salarsan məni.
%
Durnalar qıy vurub qatarlaşanda,
Qoyun-quzu Daş bulaqdan aşanda, 
ildırımlar çaxıb çaylar daşanda,
O daşqın çaylardan sorarsan məni.
V
Əziz bulağında bir nəfəs alıb.
Ağ qaya köksündə xəyala dalıb,
Zor bulaqda dağa-daşa səs salıb,
Mağal yoxuşundan sorarsan məni.
Eşit nə söyləyir Nağdalı  bulaq,
Orda dədələrdən alarsan soraq,
Gilli bulaq tariximizdən varaq,
Salnamə dağlarda görərsən məni.
Baş yurdda dayanıb yolumu gözlə, 
Fətəlioğluyam, məni əzizlə,
Əgər uyumasam şeirlə, sözlə,
Bir Yelli saz ilə uyarsan məni.
139


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə