Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   ...   25

araşdırılmasına  yeni  əlavələr  etmək  imkanları  yaratmaqla
oxucular üçün də oxunaqlı olacaqdır.
Kitabda  aşıq  və  el  şairlərinin  yaratdığı  şeirlər  sırasında
əxlaqi-didaktik məzmunlu nümunələr az deyil.  Belə nəsihətvari
şeirlər  arasında  xüsusən  Ululu  Kərimin,  Kosacanlı  Ağ  Aşıq
Allahverdinin,  Ordubadlı  Kərimin,  Aşıq  Abbas  Dəhrinin  və
• •
Aşıq Nabatın  şeirləri  diqqəti  daha çox cəlb  edir.  Ümumiyyətlə, 
orta  əsr  aşıq  poeziyasında  dövrdən,  zəmanədən,  dünyadan,  hə­
yatdan  şikayət  kimi  bədbin  əhvali-ruhiyyə  özünə  yer  tutsa  da, 
öyüd-nəsihətə,  vətənə,  eşq-məhəbbətə,  insan və təbiət gözəllik­
lərinə  həsr  olunmuş  şeirlər  daha  çoxdur.  Belə  poetik  örnəklər 
insanları  bəd  əməllərdən,  bədxahlıqdan  çəkindirmiş,  onları  xe­
yirxahlığa,  mərdliyə,  müdrikliyə  çağırmışdır.  Bu  çür  xüsusiy­
yətlər Ululu Kərimin şeirlərində daha qabarıqdır.
Dörd yanımız bağça ola, bağ ola,
Sinən üstü düyün ola, dağ ola,
Bir kiçik ki,  böyüyünə ağ ola,
Düşər el gözündən bəxtiyar olmaz.
Yaxud:
Ululu Kərimi axtaran tapar,
Bir könülü tikən min kəbə yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri kimsə sənə yar olmaz.
El  şairinin şeirlərində  bədbinlik də  özün göstərir.  Sənət­
kar  bir  şeirində  dünyadan  şikayətlənir,  mülkünün  Süleymana 
vəfa qılmadığını,  Loğmanın da öz dərdinə çarə tapmadığını de­
yir:
Mülkü Süleymana vəfa qılmadı,
Loğman da dərdinə çarə qılmadı,
Neçə padşah gəldi, səndə qalmadı,
Kəfənin belinə sarıdı getdi.
Kosacanlı  Ağ  Aşığın  şeirlərində  də  zəmanədən,  taledən 
şikayət  motivləri  çoxdur.  Aşığın  bəzi  şeirləri  onun  həyatının
12


ağır  keçdiyini,  sinfi  bərabərsizlikdən  doğan  ədalətsizliyə,  zora 
məruz  qaldığını  deməyə  əsas  verir.  Şikayət  xarakterli  şeirlə­
rindən birində deyilir.
Əyibdi  işimi  qəzavü-qədər.
Dolandım dünyanı, tamam sərasər,
Gedər bu dərdi-qəm mənlə bərabər,
Axıdar çaylara,  göllərə məni.
Başqa bir şeirdə deyilir:
Qocalıq üz verdi, yatdı iqbalım,
Zəhrimara döndü ağzımda balım,
İmran dilli sazı hicrana çalım,
Tale üz döndərib bəlkə bilmirəm.
Sənətkarın  yaradıcılığında  nəsihətvari  şeirlərə  də  təsa­
düf olunur.  Aşığın “Çətindir” adlı şeirinin bir bəndində deyilir:
Allahverdi işin yox fıtnə-felnən,
İnsanı qarşıla şirin dilinən 
Ayrılma yoldaşından bir ol  elnən,
El olmasa, tək ucalmaq çətindir.
Başqa bir ustadnamədə sənətkar deyir:
Nadan məclisində, naşı yanında,
Ləl xırdala, gövhəri seç, nə bilər?
Bir damlanı sel anlayan qanmaza,
Bütün ümman, dəryanı keç, nə bilər?
Axtarsan da yerin yeddi qatını,
Hər kəs göstərəcək öz isbatını,
Namərdə bağışla köhlən atını,
Ya yolunda sən zəhər iç, nə bilər?
Nəsihətvari fikirlərə Aşıq Abbas Dəhrinin də  şeirlərində 
rast gəlinir. Belə şeirlərdən birində deyilir:
Heyif deyil çuğul gələ, bac ala,
Bir adam ki, könlü, gözü ac ola,
Ya bir divar bünövrədən kəc ola 
Başı ərşə qalxsa, dibi  düz olmaz!


Aşıq yerişində işvə-naz olmaz,
Toyuq uçmaq ilə gəlib qaz olmaz,
Aşıq Abbas ölsə aşıq az olmaz 
Bir gülünən bahar olmaz, yaz olmaz!
Birinci  bəndin  3-4-çü  misralarmdakı  fikrə  həmahəng 
olaraq  məşhur el  şairi  Xəstə  Qasım da özünün eyni  rədifli  qoş­
masında deyir:
Bir hörgü ki, binəsindən kəc ola,
Başı ərşə dəysə, dibi düz olmaz.
Xəstə Qasımın atalar məsəli kimi səslənən bu beytini Aşıq 
Abbas  çox  az  dəyişərək  yuxarıdakı  şeirində  işlətmişdir.  Aşığın 
“Olmaz”  adlı  bu  qoşmasında  Xəstə  Qasımın  üslubu  və  şeirinin 
təsiri aydın hiss  olunur.  Məlumdur ki, Xəstə  Qasımın yaradıcılığı 
əxlaqi-tərbiyəvi  fikirlərlə  çox  zəngindir.  Buna  görə  onun  yaradı­
cılığı  özündən sonra yaşayıb-yaratmış aşıqlardan çoxunun, o sıra­
dan Aşıq Abbas Dəhrinin də şeirlərinə təsir etmişdir.
Aşıqların  yaradıcılığında  vətən,  onun  təbii  gözəllikləri 
insanların  sevinci,  şadlığı  ilə  birləşir,  bir-birini  tamamlayan  bu 
ahəngdarlıq  şeirlərdə  ifadəsin  tapır.  Ululu  Kərim  də  şeirlərin­
dən birində dağların gül-çiçəyini vəsf edir,  sinəsində yurd salan 
ağır elləri əzizləyir, üç ay yayın xoş keçdiyindən danışır.
Yaz olanda sarı çiçək, ağ çiçək,
Dahanında sədəf, yanağı göyçək,
Çəkər həsrətini top qarabirçək,
Üç ay yay səninlə saz olur dağlar.
Bayat ellər ətrafında qaralır,
El gələndə yerin, yurdun daralır.
El  sənətkarı  başqa  bir  şeirində  Keçilin  yaylağından  da­
nışır.
Ay camaat, möcüz gördüm,
Mən Keçilin yaylağında.
Süsən, sünbül, tər bənövşə,
Qız Keçilin yaylağında.
14


Aşıq  Həmid  də  şeirlərindən  birində  Azərbaycanı,  onun 
dilbər guşəsi Naxçıvanı tərənnüm edir.
Sənə can demişəm Azərbaycanım,
Sənə qurban olsun bu əziz canım. 
Sazım-sözüm, mənim öz adım-sanım 
Əziz yurdum, doğma Nəqşi-Cahanım.
Aşıq  poeziyasında təbiət  gözəlliklərini  tərənnüm  etmək 
həmişə  bir ənənə  olub.  Dağlara aid olan  şeirlər  isə  silsilə  təşkil 
edir.  Qurbani,  Tufarqanlı  Abbas,  Xəstə  Qasım,  Aşıq  Ələsgər, 
Şəmkirli  Hüseyn,  Dədə  Şəmkir və  başqaları  dağlara  həsr  olun­
muş gözəl şeirlər yaratmışlar.
Azərbaycan  aşıq  mühitinin  tanınan  nümayəndələrindən 
olan  Aşıq  Cəlil  də  ömrünün  son  illərini  Naxçıvan  bölgəsində 
yaşamışdır.  Dərələyəz,  Şərur  və  Naxçıvan  mühitində  yaxşı  ta­
nınan  Aşıq Cəlil yuxarıda adları  çəkilən saz havalarının bir ne­
çəsini yaratmışdır.
Naxçıvanlı  şairə  Qönçəbəyim  klassik  şeirlə yanaşı,  xalq 
şeiri  tərzində  də  gözəl  örnəklər  yaratmışdır.  Onun  həyatı  ilə 
bağlı bəzi  hadisələr epikləşərək dastana çevrilmişdir.  “Şahzadə 
İbrahim”  adlı  bu  dastanın  şeirlərinin  bir  qismi  şairənin  öz 
yaradıcılığına  məxsusdur. 
“Gəlsin”  adlı  qoşmanın  son 
bəndində deyilir:
Bizə sək rəqiblər deyirlər asi,
Mövlaya bağladı yəni  ixlası,
Mən Bəyiməm ibrahimin butası,
Gizlin deyil, var aşkara de gəlsin.
“Bəyim”  təxəllüsü  ilə  yazdığı  digər  bir  qoşmasında  isə 
şairənin iztirabları,  bihəya əlindən narahatçılığı ifadəsin tapır.
Yeddi tuman, yeddisi də zəncirə,
Qorxum budur dal qapıdan xan girə,
Qoca, kaftar, bihəyanın əlindən 
Bəyim yazıq yenə  düşə mincirə.
15


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə