Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   ...   25

Gözəlin  tərifi  ənənəvi  olaraq  naxçıvanlı  aşıqların  yara­
dıcılığında əsas  yer tutur.  Kosacanlı Ağ  Aşıq  Allahverdi  şeirlə­
rindən birində deyir:
Mah camalın şölə saçır ay kimi,
Gözüm, könlüm,  ay Süsənbər səndədir. 
Qaşların sinəmi oxlar yay kimi,
Bir ahusan, mülki-ənbər səndədir...
Çobankərəli Aşıq Cəfər də şeirlərindən birində deyir:
Al-yaşıl geyinib çıxdı qarşıma,
Yeriyir naz ilə dəstə gözəllər.
Xudam sizi nə xoş gündə yaradıb,
Qurbanam siz kimi dosta gözəllər.
Aşıq Fətulla deyir:
Bir ala gözlüyə nəzər elədim,
Darayıb tökübdü yana zülflərin.
Halqa-halqa, dəstə-dəstə, çinbəçin,
Yaxşı düzüb dal gərdana zülflərin.
Şərurlu Aşıq Nabatın da şeirlərində gözəllər tərif edilir.
Ağ buxağa  gül-bənövşə düzərsiz,
Gərdan çəkib bağrım başın üzərsiz,
Sığallanıb tarla üstə gəzərsiz,
Bu hal çox yaraşır sizə, gözəllər.
Yaxud el şairi Yamin İsmayıl deyir:
Bayram günü küsülülər barışar,
%
V
Sevən könül yarı ilə yarışar,
Xumar gözlər ulduz kimi  sayrışar,
Olmaz ona tay qadasın aldığını.
Naxçıvan  aşıqlarının  yaradıcılığı  forma  və  şəkli  xüsu­
siyyətlərinə  görə  zəngindir.  Ululu  Kərim;  Kosacanlı  Ağ  Aşıq, 
Çobankərəli  Aşıq  Cəfər,  Aşıq  Fətulla,  Aşıq  Abbas  Dəhri,  Aşıq 
Nabat və başqaları heca vəzninin əksər formalarında şeirlər ya­
ratmışlar.  Bu  şeirlər  mövzu  baxımından  da  zəngindir.  Onlarda 
dolğun məzmun,  ideya və  məna vardır.  Aşıq  şeirində  qoşmanın 
haça  qafıyəli  şəklinə  də  təsadüf olunur.  Buna  qoşayarpaq  qoş­
16


ma  da  deyilir.  Aşıq  Fətullamn  “Gərəkdir”,  Məndədir”  rədifli 
şeirləri  belə örnəklərdir.  Aşıq “Məndədir”  şeirinin bir bəndində 
deyir:
Bir xoş camallının,  gülər üzlünün,
Fərhad külünglünlin, şirin sözlünün,
Vaqif övqatlmın, əsli gözlünün,
Ölməz sənətinin dağı  məndədir.
Bu  şeir bəndindən  göründüyü kimi,  qoşayarpaq  qoşma­
nın  əsas  xüsusiyyəti  hər  misranın  daxilində  qafiyələnməsidir. 
Şeirin  birinci,  ikinci,  üçüncü  misralarına  bu  aid  olsa  da,  dör­
düncü  misralara  şamil  edilmir.  Azərbaycan  aşıq  poeziyasında 
Aşıq  Rəcəb,  Aşıq  Ələsgər,  Hüseyn  Cavan,  Mikayıl  Azaflı  qo­
şayarpaq qoşmaların yaxşı nümunələrini yaratmışlar (18, s.  80).
XX  əsrin 30-56-cı  illərinədək  aşıq  sənəti  müəyyən təzyiq 
və yasaqlarla üzləşmişdir.  Sovet rejimi  yaxşı  halda aşığı  siyasi- 
ideoloji  mənafeyinin  təbliğatçısına çevirmək  istəyirdi.  Bu  illər­
də  keçirilən  Aşıqlar  qurultayları  da  bu  sahəyə  zahiri  dövlət 
qayğısı  idi.  Əslində  aşıq  sənəti  tarixi-milli  kökündən,  klassik 
ənənələrindən uzaq salınmağa yönəldilirdi.  Lakin belə  şəraitdə 
aşıq yaradıcılığı müəyyən geriləmə və yad təsirlərə məruz qalsa 
da,  ümumi  inkişafına  davam  edirdi.  Klassik  ənənələrə  söykə­
nən  yaradıcı-ifaçı  aşıqlar sənətin  inkişafına  töhfələr verdi,  bəzi 
alim və tədqiqatçılar aşıq şeirinin toplanılması, tədqiqi,  nəşri və 
təbliği sahəsində faydalı işlər görə bildilər.
Əvvəldə  deyildiyi  kimi,  müstəqillik  qazandıqdan  sonra
aşıq sənəti  dövlət qayğısı ilə əhatə  olunub.  Şifahi  xalq yaradıcı­
lığı,  o  sıradan  aşıq  poeziyasının  tədqiqi,  nəşri  və  təbliği  sahə­
sində  faydalı  tədbirlər  həyata  keçirilir.  Aşıq  və  el  şairlərinin 
fəaliyyətinə  kömək etmək məqsədilə Azərbaycan Aşıqlar Birli­
yi  və  onun  Naxçıvan  Mmctar  Respublika  bölməsi  yaradılıb. 
Birliyə  saz-söz  sənətimə  , hağiı  рЈад  xalq  şairi  Zəlimxan 
Yaqubun  rəhbərlik  etməsi  də.bü  sənətin  inkişaf  imkanlarını 
xeyli artırır.  Respublikanın radio və televiziya kanallarında aşıq 
yaradıcılığı  ilə  bağlı  rəngarəng,  məzmunlu  ədəbi-musiqili
17


%
verilişlərin  təşkili  geniş  yer alır.  Eləcə  də  sənətin təsir  gücü  və 
dairəsi  genişlənir.  Şimali  Azərbaycanla  yanaşı,  Cənubi 
Azərbaycanda  da  bu  sahə  canlanır,  inkişafın  vahid  tərkib 
hissəsi olaraq özünü yaşadır.
18



ORDUBADLI KƏMM
Ordubadlı  Kərimin həyat və  yaradıcılığı  haqqında çox  az 
məlumat  var.  XVII  əsrdə  Ordubad  şəhərində  yaşadığı  ehtimal 
olunur.  Əldə  olan  bir  neçə  şeiri  onun  ustad-yaradıcı  aşıq  oldu­
ğunu  göstərir.  Bəzi  şeirləri  Kərim adlı  digər aşıqların şeirlərinə 
qarışıb.  Aşığın  “Ayaza  qarşı”  şeiri  bəzi  nəşrlərdə  Mücrüm  Kə­
rimin adı ilə verilib.  “Ordubadlı Kərimin nağılı”, yaxud “Kərim 
və  Süsən”  dastanının  “yaradıcısı”  hesab  olunur.  Haqqında  ya- 
rımtarixi bir rəvayət də dövrümüzə gəlib çatmışdır.
TƏCNIS
AYAZA  QARŞI
Səhər-səhər günəş pərtöv salanda, 
istər ki, səmadan ay aza qarşı.
Gah münəvvər olur, artırır kamal,
Gah özün yetirir ayaza qarşı.
Eşq bəhrinə daldım, dərdinə qaldım,
Mənsur tək çəkildim, dərində qaldım,
Kəlbin tək yaşlandım, dərdinə qaldım,
Gecələr sızlaram ayaza qarşı.
Gir bağa gəşt elə olanda yar hey!
Sözün bülbül kimi olanda yar hey!
• •
Ozün Sultan Mahmud olanda yar hey!
Kərimi də oxşat Ayaza qarşı.
AYAZA  QARŞI
(variant)
Səhər-səhər günəş pərtöv edəndə 
Artar səma dəmi ayaza qarşı.
Gahdan-gah münəvvər elər camalı 
Gah-gah gizildədər ayaza qarşı.
20


Yarın gül budağın əyəndə barı,
Dərdi-dilin ona deyəndə barı,
Özün Mahmud bilib öyəndə barı,
Qul eylə Kərimi Ayaza qarşı.
%
OIFILBƏND
YEDDİ
Məndən salam olsun Məlik paşaya,
Nə səccardı, onun budağı yeddi?
Yüz iyirmi dörd min şahın içində 
Yanıb şölə çəkər çırağı yeddi?
Nə güldü ki, aləm doymaz iyindən,
Necə doymaz Leyli Məcnun xoyundan,
Nə çeşmədi,  içmək olmaz suyundan,
Başı birdi, daşdan ayağı yeddi?
Bu fani dünyada bircə bağım var,
Bağda üç yüz altmış beş budağım var,
Kərim der, dünyadan köçmək çağım var, 
Səkkiz ev döşənib, otağı yeddi?
GÖRÜNDÜ
Nagahandan mənim həsrət gözümə 
O xubların qibləgahı göründü.
Bulud kimi zülfün tökdü üzünə 
Sanasan fələyin mahı göründü.
Yanağı qırmızı laleyi-əhmər,
Başda zərəndamı tir mey i-zivər,
Qaşlarının tağı mehrabi-mənbər,
Aşıqların qibləgahı  göründü.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə