Yusif səFƏrov naxçivan aşiqlari


ORDUBADLI KƏRİMLƏ  BAĞLI RƏVAYƏT



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   2   3   4   5   6   7   8   9   ...   25

ORDUBADLI KƏRİMLƏ  BAĞLI RƏVAYƏT
Əzizlərim,  ustadlar  ərz  edir  ki,  Ordubadda  Molla  Qasım 
adlı  bir şəxs  var idi,  amma sövdəgərlik də  edirdi.  Ordubad  ma­
halında onu tanımayan yox  idi.  Molla Qasımın  züriyyətdən tək 
bir oğlu var idi.  Adını Kərim çağırırdılar. Kərim nə qədər desən 
zirək,  amma  çox  tərs  idi.  Odur  ki,  Molla  Qasım  bir  tay-tuşla 
söhbət  zamanı  deyərdi:  “Bir  atım  var,  o  da  xuygürdü”.  Nə  isə 
indi  nə  başınızı  ağrıdım.  Bu  Kərim  anasının  sözünə  baxmazdı, 
atasının da sözünnən çıxardı.
Kərimin  xoşagəlim  səsi  var  idi,  hərdən  təbi  gələndə  bir- 
iki  qatar söz də  qoşardı.  Molla Qasım söz-söhbətdən başı çıxan 
adamıydı,  amma  Kərimin  inadkarlığı  elə  eləmişdi  ki,  o  buna 
fikir vermirdi.
Bir gün Kərim atasına dedi:
-Qoy gedim aşıxlığa.
Molla Qasım dedi:
-Sənin  halm-xasiyyətin  yoxdur,  sənnən  aşıx  olmaz.  Get, 
bağımıza bağmanlıx elə.
Kərim dedi:
-Yox, mənnən bağman olmaz, aşıxlığa gedəcəm.
Molla  Qasım  dedi,  Kərim  dedi.  Axırda  Qasım  oğluna bir 
şillə çəhdi.  Kərim acıx eliyib əvdən çıxdı.
Kərim  şəhər  karvansarasına  gəldi.  Gördü  karvan  Naxçı­
vana  yola  düşür.  Qoşuldu  karvana,  gəbp  Naxçıvana  çatdı,  so- 
raxlaşıb  tacir  dükannarı  yerrəşən  bazara  getdi.  Başdadı  bazarı 
dolanmağa.  Gəzə-gəzə  gəlip  bir  sazbənd  dükanı  qarşısında  da­
yandı.  Sazbənd  baxdı  ki,  bir  oğlan  dükanın  qarşısından  içəri 
baxır.  Səslədi ki, ay oğul, içəri  gəl görüm, nə isdiyirsən?
Kərim içəri keşdi.
Dedi:
-Salam ay usta, isdiyirəm bir saz alam.
Usta dedi:
22


-Əleykümə  salam.  Oğul  məxsədin  yaxşıdı,  amma  qabın­
da  bir  şey  olsa.  Çünki  burda  hər  gələnə  saz  satmazdar.  Bir-iki 
havacat gərəh biləsən.
Kərim dedi havacat çalmağı bacarmıram.
Sazbənd dedi:
-Onda  bizimki  tutmadı.  Mən  saz  düzəldənəm,  həm  də 
aşıx.  Bilsəydin  səni  şəyird  götürərdim.  Kərim  fıkirrəşdi  ki,  ya­
man  yerdə  axşamladım,  indi  atam  soraxlaşıb  arxamca  gəlsə, 
işim  pis  olacax.  Əl  atıb  divardakı  sazdardan  birini  götürdü. 
Aşıx havasına oxşar bir hava dilləndirdi.
Dedi:
Canım usta,  gözüm usta,
Usta sonra sma məni,
Gəlib görər atam Qasım 
Bulayar al-qana məni.
Sazbənd baxdı, Kərimin yaxşı səsi var, söz qoşmağı var. 
Dedi:
-Hə,  indi  işin düzəldi.  Yaxşı  səsin,  təbin var,  sənnən  aşıx
olar.
O  günnən  Kərim  şəyird  oldu.  Sazbəııdliyi  öyrəndi,  saz 
çaldı.  Belə deyərdilər, Kərim yaxşı aşıx oldu.
23
I
9


KOSACANLI AĞ AŞIQ ALLAHVERDİ
Kosacanlı  Ağ  Aşıq  Allahverdi  təxminən  1754-cü  ildə 
Şərur  mahalının  Kosacan  kəndində  məşhur  şeyx  nəslindən  ol­
muş  Qara  Osmanoğlunun  ailəsində  anadan olmuşdur.  Deyilən­
lərə  görə,  Qara  Osmanoğlunun  atası  Cənubi  Azərbaycanın  Mə- 
rənd  bölgəsindən  Kosacan kəndinə  gəlmişdir.  Qara  Osman oğ­
lu  dövrünün  saz-söz  ustadlarından  olmuşdur.  Ağ  Aşiqin  ustadı 
atası  olmuşdur.  Allahverdiııin sifəti  çox  ağbəniz olduğundan el 
arasında  ona  “Ağ  Aşıq”  deyilib.  Təxminən  41-42  yaşlarında 
Göyçə  mahalının  Kərkibaş  kəndinə  köçmüşdür.  Bundan  sonra 
Aşıq Almın  ustadı  olub.  Ağ Aşıq aşıq  şeirinin əksər janrlarında 
şeirlər  yaratmışdır.  Bunların  çoxu  unudulmuşdur.  Dövrümüzə 
aşığın bayatı, gəraylı, qoşma, təcnis, ustadnamə  şəklində  şeirlə­
rinin  bir  qismi,  “Ağ  Aşıq-Süsənbər”  dastanı  və  bir  neçə  aşıqla 
deyişmələri gəlib çatmışdır.
Kosacanlı  Ağ  Aşıq  1860-cı  ildə  Göyçə mahalının  Şəfəq 
kəndində (indiki Ermənistan ərazisində) dünyasın dəyişmişdir.
Kosacanlı  Ağ  Aşıq  Kərkibaşlı  Ağ  Aşıq  Allahverdinin 
babası olub.
BA YA TILAR
Əzizim, kamil  ustada,
••
Qurban kamil ustada.
Ağ Aşıq tək ərkanı
Gözlə, kamil  ustada.  *
Əzizim, oyan yeri,
Arazın oyan yeri.
Yüz min loğman neyləsin
Qəm-qüssə oyan yeri.
Əzizinəm, ələndi,
Giinüm-gündən ələndi,
24


Vətən deyib qocaldım 
• •
Omür-günüm ələndi.
Əzizinəm, daş idi, 
Nazbalışım daş idi. 
Qərib-qürbət diyarda 
Air mənə yoldaş idi.
Əzizinəm, dəryalar, 
Çalxalandı dəryalar,
Car oldu gözüm yaşı 
Silələndi dəryalar.
Əzizinəm qaraldı,
Dağlar başın qar aldı. 
Oğul öldü, dağ çəkdi 
Od-ocağım qaraldı.
Eləmi, oda gəldi, 
Pərvanə oda gəldi.
El köçdü, yurdda qaldım 
Başıma o da gəldi.
Gəl gəzək yenə dağı, 
Görməyək sinə dağı.
Dağ içində məşhurdur 
Tur ilə Mina dağı.
Bu gələn Ağ Aşıqdır, 
Süsənbər  yaraşıqdır. 
Sözü dərdlərə dərman 
Ellərə yaraşıqdır.
Qar vurub Şah dağını, 
Don vurub növrağını


Çəkilib tülək-tərlan  »
Sar alıb ovlağını.
Aşıq deyər nə qaldı,
Bu nə qayda, nə qaldı?
Mərd-iyiddən şan-şöhrət,
Bəs namərddən nə qaldı?
Əzizinəm qan damar,
İlan vurar qan damar.
Kasıblıq adın çəkmə 
■ 0
Ürəyimə qan damar.
Zaman yaman gəliddir,
Zülüm salan gəlibdir.
Qılıncın insanlara 
Tərsə çalan gəlibdir.
GƏRA YU LAR
SƏNİN
Alçaqlı, ucalı dağlar,
Xub əsir yellərin sənin.
Bəlli deyil yazın, qışın,
Qar qucar ellərin sənin.
Yay olanda gülün qaynar,
Agır ellər səndə yaylar.
Bir cüt yaşılbaşlı oynar,
Bulanar göllərin sənin.
Allahverdi, budur yurdum,
Nə bir yerdə məskən qurdum,
Xub gözləyib, dürüst vurdun,
Qurusun qolların sənin.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə