Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Aşıq All
Fərzənd olub, gecə-gündüz dərs aldım, 
Zəhmət çəkib, dərgahında tər saldım, 
Dosta həlim, müxənnətə tərs oldum.
Ol səbəbdən qeyrət düzüb dal-dala.
Ağ Aşıq
Ağ Aşıq, hər kəlamın bir həyatdı, 
Şəyirdlərin nur çeşmi bir həyatdı, 
“Divani”, “Duvaqqapma”m bir həyatdı, 
Şükür haqqa, verdi bəhrin dal-dala.
Aşıq Alı
Aşıq Alı, mərddi meydan içində,
Saz sinədə sərtdi meydan içində, 
Ustadım Ağ Aşıq meydan içində,
Odur, ayəsi süzülüb dal-dala.
KEŞİŞOĞLU İLƏ 
DEYİŞMƏ
Keşişoğlu
Şəyird olan qulluq edər ustada,
Ol mənim yanımda lal, Allahverdi.
Bir məylisdə sözün yoxdu, danışma, 
Qalar ürəyində xal, Allahverdi.
Allahverdi
Əlbət şəyird olan baxar fərmana,
İndi alımını al, Keşişoğlu.
Tutar qulağından qoşar xırmana,
Sənsən ağzıbağlı mal, Keşişoğlu.


Keşiş oğlu
Qulluq et ustaya olmaynan naşı, 
Tökərəm gözündən al-qanlı yaşı,
Hər uşaq bu sözdən çıxarmaz başı, 
Kirimiş yerində qal, Allahverdi.
Allahverdi
Bir.qulaq as, sən də bu tək səbirə,
Sən tək tülkü neylər, mən tək bəbirə, 
Tutub canəzəndən qoyaram qəbrə, 
Döşərəm üstündən sal, Keşişoğlu.
Keşişoğlu
Keşişoğlu içib göysərdən bir cam, 
Təcnisi, təxmisi söyləyir tamam, 
Yetişsin dadıma sahib əl-zaman,
Ol mənim yanımda lal, Allahverdi.
Allahverdi
Allahverdi  qorxmaz pələngdən, şirdən, 
Almışam dərsimi ustadi-pirdən,
Xaliq allah salmaz məni  nəzərdən, 
Otur, sən yerində qal, Keşişoğlu.
35


DƏVƏÇİ HEYDƏR
Dəvəçi  Heydər  XIX  əsrin  ortalarında  Şərur-Dərələyəz 
mahalının  Dərəli  kəndində  anadan  olub.  Deyilənə  görə,  yara­
dıcı  aşıq  olub.  El  şairi  olduğunu  da  ehtimal  etmək  olur.  Dəvə- 
çiliklə  bağlı “Dəvəçi” təxəllüsünü işlədib.  Şeirləri  bizə az çatıb. 
Əldə olan şeiri onun yaradıcı sənətkar olduğunu göstərir.
Ehtimal ki, Dəvəçi Heydər XIX əsrin sonlarında vəfat edib.
OOSMA
AÇILIR
İki sevgi bir araya gələndə, 
Sanasan behiştdə güllər açılır. 
Bir-birinə nazü-qəmzə edəndə, 
Utana-utana dillər açılır.
Atlas zər-zibadan geyib əyninə,
Qızıl həmayili  salıb boynuna, 
İstədim ki, əl uzadam qoynuna, 
Öz-özünə düymələri açılır.
Mən Heydərəm,  mənzil oldu iraxlar, 
Yar evində yanar şamü çıraxlar,
İki həsrət bir-birini qucaxlar,
Axar gülab kimi sellər açılır.


AŞIQ  ƏLİ XANXANIMOGLU
Naxçıvanın  Şərur  bölgəsinin  tanınmış  aşıqlarından  biri 
Əli  Xanxanımoğludur.  XIX  əsrdə  bölgənin  Sədərək  kəndində 
yaşamışdır.  Anadan  olduğu  və  vəfat  etdiyi  tarixlər  məlum  de­
yil.  Yaddaşlarda yaşayan söhbət və  rəvayətlərdən,  əldə  olan bir 
neçə  şeirindən  yaradıcı  aşıq  olduğu  məlum  olur.  Aşığın  “Aşan 
yollar yar yanına gedirmi?”  şeiri  də  onun  Sədərəkdə  yaşadığını 
təsdiq  edir.  Aşığın  çap  edilmiş  qoşma  və  təcnisləri  fikir,  məz­
mun  aydınlığı,  forma  gözəlliyilə  diqqəti  çəkir.  Aşağıdakı  şeir­
lər belə örnəklərdir.
QOŞMALAR
XOŞ  GƏLDİN
Səni ağlar gördüm, dərdim çoxaldı,
Qədəm basıb sən bu yana xoş gəldin.
Ağlama, amandı yarılır bağrım,
Loğmansan, təbibsən, cana xoş gəldin.
Müştağam əzəldən ala gözünə,
Şəhdi-şəkərinə, şirin sözünə,
Naz-qəmzə qıl, günəş doğsun üzünə,
Gözüm baxsın zənəxdana, xoş gəldin.
Mən səni görəndə dərdim azaldı,
Taqətə gəlibən qəddim düzəldi,
Boyun tamaşadı, zülfün gözəldi,
Əli  qurban qədəminə, xoş gəldin.
NƏ SİNƏ BAĞLAR
Məxmər çuxa geyib, qolları nazik,
Dəstinə yaraşır gümüş  bilərzik,
Veriblər xoryada, olubdu yazıq,
37


Nə üzün daldalar, nə sinə bağlar. 
Məxmər çuxa geyib, ucu dizindən, 
Doymaq olmur bunun ala gözündən.
Bir gözəl törəyib urum qızından,
Nə üzün daldalar, nə sinə bağlar.
Allahım veribdi, bu da bir paydır, 
Ördəyin məskəni çəməndi, çaydı,
Asmlı  Əlini çarvadar saydı,
Nə üzün daldalar, nə sinə bağlar.
YÜZ DƏRDƏ
(tDCIlİS)
Davasız dərdimə bir əlac eylə,
Səndən yana mən ha düşdüm yüz dərdə. 
Ləblərindən özgə şəfa bilmənəm, 
Dərmandı bal dodaq, qönçə yüz dərdə.
Xalların tək can quşuna ya səndən, 
Harda görsən həzər eylə yasərdən.
Səni görcək əqlim getdi ya şərdən, 
Divanətək gözüm qaldı yüz dərdə.
Üstümüzə gətirmisən bağı sən,
Tax boynuna güləbətin bağı sən.
Yaz çağında gir seyr elə bağı sən, 
Süsən-sünbül, qönçə gülü yüz dər də.
At oxunu bu Əliyə dəryanı,
Qəvvas olan dolanmazım dəryanı, 
Kəlbin olsun, sənə qalsın dər yanı, 
Sərgərdan mən dolanmayım yüz dərdə.


GÖZƏLİN
Gözü badamıdı,  gərdəni mina, 
Şişədəndi solu,  sağı  gözəlin.
Kəbə qəndilidi püstanı-rəna, 
Qoynu içi  cəmıət bağı gözəlin.
Başına örtübdür ağ nazik cuna, 
Yaxılmış əllərə al-əlvan həna. 
Camalı lağ edir günə, həm dana, 
Yanaqları gül yarpağı  gözəlin.
Əli görməyibdi sən tək növcəvan, 
Hökmündədir Gəncə,  Şəki, İrəvan, 
Səhər yeli əsdi, aşdı  giriban,
Qoruq olub gecə bağı  gözəlin.


G Ü L A L I   M Ə M M Ə D
XIX  əsrclə  Naxçıvanın  Şərur  bölgəsində  yaşamışdır. 
Anadan  olduğu  və  vəfat  etdiyi  tarixlər  məlum  deyil.  Deyilənə 
görə,  yaradıcı  və  ifaçı  aşıq  olub.  Şeirlərindən  biri  bizə  məlum­
dur.
QOŞMA
QURBAN OLDUĞUM
Ağ əllərin oynar bağda gül ilə,
Dindirərəm səni şirin dil ilə.
Qapında əylənib qallam il ilə,
Oyan, gözlərinə qurban olduğum.
Bahar olcaq bağçanıza bar gələr,
Payız olcaq dağınıza qar gələr,
Səndən ayrı düşmək mənə ar gələr,
Oyan, gözlərinə qurban olduğum.
Gülalı Məmmədəm, qadan alayım, 
Ölməyəyim, qol boynuna salayım,
İstərsən qapında qulun olayım,
Oyan, gözlərinə qurban olduğum.
40


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə