Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

AÇIQ NƏCƏFALI
XIX  əsrin  2-ci  yarısı  və  XX  əsrin  əvvəllərindəki 
onilliklərdə  Şahbuz  bölgəsinin  Klikü  kəndində  yaşayıb. 
Deyilənə  görə,  yaradıcı  olub.  Aşağıda  verilən  şeir  də  aşığın 
yaradıcı olduğunu göstərir.
Aşığın  1920-ci illərdən sonra vəfat etdiyi  güman edilir.
Rəvayətə  görə,  Nəcəfalı  nökəri  olduğu  Qara  ağa  tərəfin­
dən bir əhvalata görə qovulduğu üçün aşağıdakı şeiri söyləyib.
BİR GÜN
QOŞMA
Zaman belə qalmaz, bir dövran gələr, 
Ağalar alçalar, nökər yüksələr.
Qamçı işdən düşər, ürəyim bilər, 
Zülmünü yadına salarsan bir gün!
Mən bilirəm məndən xuda alıbdır, 
Özüm qovulmuşam, haqqım qalıbdır, 
Yerinən göy bu zülm  ilən dolubdur, 
Vaxt olar bu günü dilərsən bir gün!
Nəcəfalı sənə dedi sözünü,
Qan-yaş ilə sən doldurdun gözünü, 
Bir vaxt olar tanıyarsan özünü, 
Əhdini nökərdən dilərsən bir gün!
41


AŞIQ MƏMMƏDCƏFƏR
Aşıq  Məmmədcəfər  XIX  əsrin  ortalarında  Naxçıvan 
bölgəsinin Vayxır  kəndində  anadan olub.  Əldə  olan  bir-iki  şei­
rindən  yaradıcı  aşıq  olduğu  məlum  olur.  Bundan  başqa  onun 
Səhnə  xanımla  deyişməsi,  Şərurun  Dəmirçi  kəndində  Əli  Ko- 
xaya şeir qoşması haqqında məlumatlar vardır.
Aşıq təxminən XX əsrin 30-cu illərində vəfat etmişdir.
QOŞMA
ƏLİ KOXA
Ay ağalar, gəlin sizə söyləyim,
Dəmirçidə Əli Koxa var imiş.
Biz dindirdik, o nataraz danışdı,
Demiyəsən, hövsələsi dar imiş.
Əvvəlcə bilmədik onun halını,
Dindirəndə tez qabartdı yalını,
Çapovul aparsın mülkü-malım,
Çörək vermək onun üçün ar imiş.
Qonaq gəlcək durub evdən qaçacaq,
Tələsiyib yarğanlardan uçacaq,
Düşündük gözünü yumub açacaq,
Deməyəsən bir gözü də kor imiş.
Cəfər deyər, moltanıca malı var,
Bu köpəyin şeytanlıqda əli var,
Biz dedik koxadı, bir kamalı var,
Demiyəsən, boz qulaqlı xər imiş.
42
Ч ‘


AŞIQ MƏMMƏDCƏFƏRLƏ 
SƏHNƏ XANIMIN DEYİŞMƏSİ
Tırkeşli  Aşıx  Məmmədcəfər  olub.  Şair  imiş.  Bir  gecə 
yuxuda  bıııa  Qarabağın  Mehdili  kəndindən  Səhnə  adında  bir 
qız  vergi  verilir.  Bı  gətirip  özdərinin  ala  öküzünü  duzla  yüh- 
ləyir,  sazmı  da götürüb Səhnə xanımın arxasınca Qarabağa yol­
lanır.  Gəlip  Mehdiliyə  çatır.  Özün  duz satan  kimi  göstərib,  de­
yir  duz  satmağa  gəlmişəm.  Binin  gəlməyin  Səlinə  xanım  da 
bilir.  Məmmədcəfərə  deyir sən  duz satan  dəyilsən.  Mənnən de­
yişməyə  gəlmisən.  Məmmədcəfər  başa  düşür  ki,  bina  verildiyi 
kimi,  qıza  da  vergi  verilip.  Deyirlər  Səhnə  də  Qarabağda  şairə 
imiş.  Meydan  qurdurur.  Geyinip-gecinip  sazım  da  əlinə  götü- 
rüp meydana gəlir.  Sazı köhlüyüb zilini zil, bəmini  bəm eyliyir. 
Başdıyır Aşıx Məmmədcəfərə hərbə-zorba gəlir:
Bizdən salam olsun gələn aşığa,
Həbəs-həbəs bu meydana gəlmisən.
Eşitmədin mənim adı-sanımı?
Ya dəlisən, ya divanə gəlmisən.
Məmmədcəfər:_Bizdən_salam_olsun_Səhnə_xanıma,_Davı_təbəm_bu_meydana_gəlmişəm._Yolunda_qoymuşam_sərinən_başı,_Qəsd_eləyip_şirin_cana_gəlmişəm._Səhnə_xanım'>Məmmədcəfər:
Bizdən salam olsun Səhnə xanıma,
Davı təbəm bu meydana gəlmişəm.
Yolunda qoymuşam sərinən başı,
Qəsd eləyip şirin cana gəlmişəm.
Səhnə xanım:
Dürüst danış, dürüst söylə sözünü,
Pərvanə tək oda salma özünü,
Yəqin bil ki, oy duraram gözünü,
Ajdığın var bəlkə nanə gəlmisən?
Məmmədcəfər:
Adam övladıyam gürühum məci,
Ağam Şahi-Mərdan doyurur acı,
43


Bir dərdə düşmüşəm yoxdu əlacı,
Sən təbibsən, mən dərmanə gəlmişəm.
Səhnə xanım:
Könül gəzər Hindistanı, Kaşanı,
Tammanam xanı, bəyi, paşanı,
Yoxdu səndə aşıxlığm nişanı,
Duz satansan,  sən karvana gəlmisən.
Məmmədcəfər:
Gəl  sən etməginən bizə o fəııdi,
Boynuma salmısan eşqi-kəməndi,
Matahım duz deyil, yaqut-yaməııdi, 
Sığınmışam Sübahana gəlmişəm.
Səhnə  xanım  fıkirrəşdi,  sözün bı  xanasına cabap tapa  bil­
mədi.  Belə olanda Aşıx Məmmədcəfər götürüb binin cavabında 
dedi:
Qurban olum, sənin qələm qaşına,
İzin versən, mən dolanam başına,
Canımı salmısan eşq ataşına,
Pərvanə tək yana-yana gəlmişəm.
Səlmə  xanım  sazı  qoydu yerə.  Məmmədcəfər  onu  bağla­
dıqdan  sonra  el  adətiynən  ata-anasının  irazılığım  aldı.  Səlmə 
xanımı  da  götürüb Naxçıvan torpağına  gəldi.  Toy  elətdirib  ona 
evləndi.
44
%


AŞIQ ABBAS  DƏHRİ
Aşıq  Abbas  təxminən  1818-ci  ildə  Ordubad  bölgəsinin 
Dəstə  kəndində  anadan  olub.  Ərəb-farsca  təhsili  olan  Abbas 
“Əncüməni-şüəra”  ədəbi  məclisinin  üzvü  olub.  “Dəhri”  təxəl­
lüsü  ilə  qəzəllər  yazıb.  O,  “Əncüməni-şüəra”  məclisi  bağlan­
dıqdan  sonra  aşıqlıq  etmişdir.  Bayatı,  gəraylı,  qoşma  formala­
rında  şeirlər yaratmışdır.  “Olmaz”,  “İstərəm”,  “Oğul”  adlı  şeir­
ləri  belə  örnəklərdəndir.  Aşıq  Abbas  sağlığında  Naxçıvan  böl­
gəsilə  yanaşı,  Cənubi  Azərbaycanın  Ələmdar,  Mərənd,  Xoy, 
Zaqafqaziyanın  İrəvan,  Göyçə,  Tiflis,  Gəncə,  Şəmkir  bölgələ­
rində tanınmışdır.
Aşıq  1932-ci ildə vəfat etmişdir.
QOŞMALAR
\
OLMAZ
Heyif deyil çuğul gələ, bac ala,
Bir adam ki, könlü, gözü ac ola,
Ya bir divar bünövrədən kəc ola 
Başı ərşə qalxsa, dibi düz olmaz!
Aşıq yerişində  işvə-naz olmaz,
Toyuq uçmaq ilə gəlib qaz olmaz,
Aşıq Abbas ölsə aşıq  az olmaz 
Bir gülünən bahar olmaz, yaz olmaz!
İSTƏRƏM
Əhmədxan qızıyam adım Züləldan,
Qəm-qüssə bilmədim ömrümdə bir an.
Elçilər göndərir mənə Ağaxan,
Gedin məndən edin siz ona bəyan:
t
45


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə