Юзял секторун милли игтисади сийасят интеграсийасы олур



Yüklə 80,4 Kb.
tarix06.05.2018
ölçüsü80,4 Kb.
#42839


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«BİZNES VƏ CƏMİYYƏT» FƏNNİNİN
TƏDRİS PROQRAMI


Magistratura pilləsi üçün

Azərbaycan Respublikasının Təhsil

Nazirliyi tərəfindən təsdiq edilmişdir

(əmr № 37B, 12.03.2012)

BAKI – 2012

Tərtib edənlər: A.D.Hüseynova

iqtisad elmləri namizədi,

dosent

A.Şükürova,

iqtisad elmləri namizədi,

müəllim
Elmi redaktor: M.Ə.Əliyev,

iqtisad elmləri namizədi, dosent



GİRİŞ
Özəl sektor milli iqtisadi siyasətə inteqrasiya edir. Biznes və cəmiyyət bir-biri ilə dialoq aparmağa və qarşılıqlı fəaliyyətin strategiya və taktikalarını, həmçinin bu müna­sibətlərin prinsiplərini təyin etməyə çalışırlar.

Bu gün dövlət, biznes və cəmiyyətin qarşılıqlı fəaliyyətlərinin idarə edilmə sistemlərinin və mexanizmlərinin formalaşmasına tələbatı var: Azərbaycan biznesinin sosial-siyasi qanunlaşması, onun cəmiyyət tərəfindən tanınması, ölkədə sistem böhranının keçilməsi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, iqtisadiyyatın sənaye sektorunun struktur yenidənqurulması və modernləşməsi.

Dövlət, biznes və cəmiyyətin strateji məqsədləri – vətəndaş cəmiyyətinin formalaşmasıdır. Burada vətəndaş cəmiyyətinə – cəmiyyət subyektlərinin qarşılıqlı fəaliyyət­lərinin institusional sahəsi kimi baxılır.

Azərbaycanda biznes cəmiyyətdə yaranan müna­sibətlərə təsir və təyin edən ictimai-siyasi əhəmiyyətli subyekt olub.

Vətəndaş cəmiyyətində institusional mexanizmlərin inkişafı vasitəsilə biznes və cəmiyyət arasında dialoqun yaradılması – Azərbaycanda biznesin inkişafı üçün şəraitin, iqtisadi və siyasi məqsədlərini qoruyan işgüzar birliyin özünütəşkili və ümumiləşdirilməsidir.

Biznesin özünütənzimləmə prosesi onun cəmiyyət qarşısında şəffaflığını və açıqlığını gücləndirir və biznesin qanunlaşdırılmasının sürətlənməsinə və Azərbaycan iqtisa­diy­yatının investisiya cazibədarlığının artırılmasına kömək edir.

Ona görə də cəmiyyət münasibətləri sistemlərinin nizamlanması kompleks tədbirlərinin işlənməsi və həyata keçməsi cəmiyyət və dövlətin strateji təhlükəsizliyinin, təmi­natının əsas məsələsi olur.

Bu tədbirlər sistemində ən aktual və təxirəsalınmaz problemlərdən biri vətəndaş cəmiyyətinin və sosial və sosial-iqtisadi konfliktlərin qarşısının alınması və həll edilməsi mexanizmlərinin formalaşmasıdır.

«Biznes və cəmiyyət» sosial qrup olan sahibkarlıq, onun cəmiyyətdə yeri və rolu, biznesin iqtisadi, hüquqi və sosial aspektlərini öyrətmək üçün nəzərdə tutulmuşdur. Kursun proqramı biznes və cəmiyyətin qarşılıqlı münasibətlərini, biznesin əsas və sosial-iqtisadi məğzini, biznesin formalaşması prinsiplərini, elektron biznes, biznesin iqtisadi, hüquqi və sosial aspektlərini öyrədir. Alınan biliklər biznes və bazar şəraitində cəmiyyətlə onun mövqeyini bilməyə imkan verir. Bu biliklər olmadan müasir cəmiyyətdə müvəffəqiyyət qazanmaq olmaz.

Bu kurs fəlsəfə, sahibkarlığın əsasları, marketinq, menecment, etika və s. kurslara əsaslanır.

Kursun əsas məqsədi tələbələrin dövlət, biznes və cəmiyyətin qarşılıqlı münasibətlərinə dair nəzəri bilikləri və biznesin iqtisadi, hüquqi və sosial şərtlərinin praktiki vərdişlərini əldə etməsidir.
Mövzu 1. Fənnə giriş

Biznes və cəmiyyət: qarşılıqlı təsirin
nəzəriyyə və praktikası

Kursun məqsədi, əsas məsələləri. Cəmiyyətin anlayışları, xüsusiyyətləri. Dövlət, biznes və cəmiyyət qarşılıqlı əlaqəsi. Cəmiyyətin inkişaf mərhələləri.

Müasir cəmiyyət - siyasi sistem. Müasir ictimai-siyasi sistemin altsistemləri: istehsal və ya iqtisadi, sosial, mənəvi və siyasi. Vətəndaş cəmiyyəti, iqtisadi modellər. Bazar iqti­sadiyyatı. Müxtəlif ölkələrdə biznes və cəmiyyətin qarşılıqlı təsiri. Müasir ictimai-siyasi sistem. İctimai-siyasi sistemdə vətəndaş cəmiyyətinin rolu. Dövlət tənzimlənməsinin əsasları: klassik liberalizm, monetarizm.



Mövzu 2. Biznes və dövlətin qarşılıqlı təsiri – vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyətinin inkişafı. Vətəndaş cəmiyyətinin əsas ənənələri: L və M ənənələri. Vətəndaş cəmiyyətinin qərb konsepsiyası. Vətəndaş cəmiyyətinin əsas prinsipləri. Vətəndaş cəmiyyətinin siyasi rolu, iqtisadiyyat və ya dövlətə münasibəti. Siyasi-iqtisadi sistem çərçivəsində vətəndaş cəmiyyətinə aid olan institutlar.

Mövzu 3. Biznes və cəmiyyət arasında
münaqişə

İqtisadiyyatın əsas məqsədi. İndivid və cəmiyyətin təsərrüfat fəaliyyətinin iqtisadi və qeyri-iqtisadi məhdudiyyətləri. Təsərrüfat subyektinin üstünlükləri. Cəmiyyət və biznes arasında konflikt.

Mövzu 4. Bazar sistemi şəraitində azadlıq və ədalətlilik dəyərləri arasında münasibət
Bazar sistemi şəraitində sosial-siyasi məsələlər. Liberal ənənələr. Bazarın tənzimlənməsində dövlətin rolu. Müasir iqtisadiyyatın əlaqələndirmə prinsipləri. Biznesin əsasları, iqtisadi, hüquqi və sosial aspektləri.

Mövzu 5. Biznesin sosial məsuliyyəti - sosial idarəetmənin prinsipləri

Dövlətin sosial siyasətinin prinsipləri və formalaşmasının prinsipləri. Hüquqi və sosial məsuliyyət. Sosial məsuliyyətli biznes konsepsiyasının mahiyyəti. Biznesin cəmiyyətdə rolu. “Sosial etika” anlayışı. Cəmiyyətlə biznes rəhbəri arasında münasibət. Müxtəlif modellərdə sosial idarəetmədə sosial cavabdehlik.



Mövzu 6. Biznes və muzdlu əmək münasibətində
yeni meyl

Bazar münasibətində sahibkar, sahibkarlıq fəaliyyəti və funksiyalar. Sahibkar və muzdlu işçi arasında münasibət. Sahibkar birləşmələri.
Mövzu 7. Biznesin sosial-iqtisadi mahiyyəti
və əsasları

Menecer, sahibkar və biznes: oxşar və fərqli cəhətləri. Biznesin vəzifəsi, sosial-iqtisadi mahiyyəti, iqtisadi, hüquqi və sosial baxış: bazar iqtisadiyyatına keçid və bazar mühitinin yaradılması. Sahibkarın dövlət dəstəyi və tənzimlənməsi.
Mövzu 8. Biznes və cəmiyyət: qarşılıqlı təsir
proseslərinin idarə edilməsinə yeni yanaşma

Ənənəvi idarəetmə yanaşmaları prinsipləri, idarəetmənin üslubları, idarəetmənin 3 əsas aləti, idarəetmənin şəbəkə modeli. İdarəçilik mədəniyyəti, iqtisadi demokratiya.
Mövzu 9. Biznesin formalaşmasında
ictimai-siyasi zəmin

Siyasi sistem və iqtisadiyyat arasında münasibət. Sosial-iqtisadi islahatların ictimai-siyasi zəmini. Sosial-iqtisadi islahat. Özəlləşdirmə proqramı və onun həyata keçmə yolları, obyekt və subyektləri.
Mövzu 10. Biznesin formalaşması mərhələ və
mənbələri

Sahibkarlığın formalaşması mərhələləri, kapitalın formalaşması, yeni kapitalın mənbələri, iqtisadi renta. Sosial-iqtisadi islahatların nəticələrinə cəmiyyətin münasibəti.

Mövzu 11. Biznesin təşkili strukturu və onun təkmilləşdirilməsi

Azərbaycanda biznes, biznesin strukturu. Biznesin müasir strukturunun fərqli cəhətləri. Azərbaycan biznesində daxili konfliktlər. Azərbaycanda aparılan islahatlar və biznes mühitinin yaxşılaşdırılması. Biznesin idarəetmə strukturunun təkmilləşdirilməsi.



Mövzu 12. Biznesin özünütənzimləmə sisteminin
təşəkkülü

Özünütənzimləmə anlayışı və xüsusiyyətləri. Özünütənzimləmədə məqsəd. Özünütənzimləmə sistemində dövlətin rolu.
Mövzu 13. Biznesin informasiya və proqram təminatı
Biznesdə və cəmiyyətdə informasiyanın yeri və rolu. Cəmiyyətdə informasiya prosesləri. İqtisadi fəaliyyətə informasiya təminatının təsiri. İnformasiya sistemləri və onların növləri. İdarəetmənin informasiya və təşkilati strukturu. İstifadə edilən proqram təminatı.

Mövzu 14. Elektron biznes
Elektron ticarət. Virtual ticarət. Elektron ticarət qanunçuluğu. Elektron ticarət mərhələləri. İqtisadiyyatda elektron ticarətinin rolu.
Mövzu 15. Biznesin sosial şərtləri
Biznesin sosial məsuliyyəti anlayışı. Biznes etikası. Bazarın əxlaqi dəyərləri. İşgüzar etika və „təmiz” rəqabət. Sahibkarın etika kodeksi və sivil etikanın formalaşma şərtləri.

«BİZNES VƏ CƏMİYYƏT»
fənninin mövzuları üzrə ayrılmış
TƏDRİS SAATLARI




Mövzular

Cəmi

O cümlədən

Müha­zirə

Semi­nar

1

Fənnə giriş

Biznes və cəmiyyət:qarşılıqlı təsirin nəzəriyyə və praktikası



4

2

2

2

Biznes və dövlətin qarşılıqlı təsiri – vətəndaş cəmiyyəti

4

2

2

3

Biznes və cəmiyyət arasında münaqişə

4

2

2

4

Bazar sistemi şəraitində azadlıq və ədalətlilik dəyərləri arasında münasibət

4

2

2

5

Biznesin sosial məsuliyyəti - sosial idarəetmənin prinsipləri

4

2

2

6

Biznes və muzdlu əmək münasibətində yeni meyl

4

2

2

7

Biznesin sosial-iqtisadi mahiyyəti və əsasları

4

2

2

8

Biznes və cəmiyyət: qarşılıqlı təsir proseslərinin idarə edilməsinə yeni yanaşma

4

2

2

9

Biznesin formalaşmasında ictimai-siyasi zəmin

4

2

2

10

Biznesin formalaşması mərhələləri və mənbələri

4

2

2

11

Biznesin təşkilati strukturu və onun təkmilləşdirilməsi

4

2

2

12

Biznesin özünütənzimləmə sisteminin təşəkkülü

4

2

2

13

Biznesin informasiya və proqram təminatı

4

2

2

14

Elektron biznes

4

2

2

15

Biznesin sosial şərtləri

4

2

2

YEKUNU

60

30

30


İstifadə edilmiş ədəbiyyat


  1. Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. Bakı: ADİU nəşriyyatı, 1998, 212 c.

  2. Biznesin əsasları. Dərslik. İ.e.d., prof. A.B.Abba­sovun ümumi elmi redaktəsi ilə. Bakı: Nurlan, 2005, 656 c.

  3. Qasımov F.H. İsmayılov İ.H. Qasımova L.F. Sahibkarlığın əsasları: Dərs vəsaiti. Bakı: Milli Aviasiya Akademiyasının nəşriyyatı, 2008, 602 s.

  4. Qasımov F.H., Nəcəfov Z.M. İnnovasiyalar: ya­ranması, yayılması və inkişaf perspektivləri. Bakı: Elm, 2009, 416 s.

  5. Qasımov F.H., Nəcəfov Z.M., Hüseynova A.D. Elmi-tədqiqat işlərinin qiymətləndirilməsinin və idarə olunmasının informasiya təminatı sistemi. Bakı: Elm, 2005, 118 s.

  6. Гайнутдинова Л.А. Факторы формирования социальной ответственности российского бизнеса // Актуальные проблемы социальных наук. Герценовские чтения // РГПУ им. А.Герцена. 2004

  7. Елисеев С.М. Сравнительный анализ социал-демократической и либеральной стратегий формирования гражданского общества в условиях демократического транзита. // Гражданское общество России: стратегия и тактика формирования. Материалы к научному симпозиуму / Под общ. ред. проф. В.Г.Марахова. Изд-во СПбГУ. 2001.
  8. Марахов В.Г. Гражданское общество в России: теория и стратегия формирования// Стратегии форми­рования гражданского общества в России. / Под общ. ред. проф. В.Г.Марахова. Изд-во СПбГУ. 2002.


  9. Радзинский Э. Мир устал от великих. «Деловые люди». №139, октябрь 2002.

  10. Рих А. Хозяйственная этика. М. Посев. 1996.

  11. Семенова Е. Интервью с М.Ходорковским. Аргу­менты и факты. №5. 2003.

  12. Schmidt F. Russland – Land der Extreme // Aus der Politik und Zeitgeschichte. 1998.

Çapa imzalanıb 09.04.2012 Kağız formatı 60x84 1/16

Həcmi 0,6 ç.v. Sifariş 88 sayı 300
“İqtisad Universiteti” nəşriyyatı

Az 1001, Bakı, İstiqlaliyyət küçəsi,6




Yüklə 80,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə