1
Z. Ə. CAVADOVA
ŞİMAL-QƏRBİ AZƏRBAYCAN
(tarixi-demoqrafik araşdırma)
Tədqiqat M. Ə. Rəsulzadə adına
Bakı Dövlət Universitetinin
Dünya Azərbaycanlıları (tarixi demoqrafiya)
Elmi-tədqiqat lobaratoriyasında yerinə yetirilmişdir
Bakı - 1999
2
Naşiri, elmi redaktoru və ön sözün müəllifi əməkdar
elm xadimi, tarix elmləri doktoru, professor
YAQUB MAHMUDLU
Kitab M. Ə. Rəsulzadə adına
Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Elmi Şurasının qərarı ilə çap olunur
Z. Ə. Cavadova:
Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat)
Kitabda Şimal-Qərbi Azərbaycan tarixinin indiyədək oxuculara məlum
olmayan maraqlı səhifələrindən söhbət açılır, Şəki xanlığı, İlisu sultanlığı, Car-
Balakən camaatlarının tarixinə dair yeni faktlar gətirilir. Əsərdə XIX yüzilliyin
əvvəlində çarizmin Şimal-Qərbi Azərbaycanda yeritdiyi qanlı müstəmləkəçilik
siyasətinin mahiyyəti açıqlanır, bu barədə oxuculara yeni və maraqlı faktlar təqdim
olunur.
© ―Altay‖ nəşriyyatı, Bakı, 1999
3
ŞİMAL-QƏRBİ AZƏRBAYCAN: YURDUN TARİX XƏZİNƏSİ
ÖN SÖZ
Ata yurdumuz Azərbaycanın indiyədək layiqincə öyrənilməyərək qalan bir
guşəsi var. Coğrafiya dərsliklərində "Şimal-Qərbi Azərbaycan" adlandırılır bu
diyar! Yurdun tarix xəzinəsindir Şimal-Qərbi Azərbaycan! Həm də zaman-zaman
qarı düşmənlərin qarət etdikləri, yağıların indi də göz dikdikləri və öz bəd
niyyətlərini içimizdəki dönüklərin əli ilə əlaltdan xısın-xısın həyata keçirdikləri
xəzinə!!! Minillər boyunca doğma tariximizin neçə-neçə nadir incilərinin
toplandığı və qorunub saxlandığı bu nadir xəzinə hələ də Vətən qeyrətli
tədqiqatçıların yolunu intizarla gözləməkdədir!...
Vətən torpaqları sərhədlərdən başlanır. El-obamıza, Ata yurduna təcavüz
edən, yurd yerlərimizi əlimizdən qoparıb almağa çalışan yağılara qarşı nər igidlərin
qeyrət davası, namus qovqası da məhz sərhədlərdən başlanır. Bu baxımdan ulu
tariximiz boyunca Azərbaycanımıza xaricdən aramsız olaraq vurulan ən ağır
zərbələri öz üzərinə götürən, müqəddəs Vətən torpağının bir qarışını belə əldən
verməmək üçün özündən qat-qat güclü düşmənlərlə döşləşən, qanlı qırqınlar,
sitəmlər görən, ata-babalarımızın uyuduğu müqəddəs qəbristanları qoruya-qoruya
Vətən tarixini neçə-neçə şəhid qəbristanları ilə daha da şərəfləndirən Şimal-Qərbi
Azərbaycan ellərinin tarix araşdırıcılarını (bəlkə də ilk növbədə də bu sətirlərin
müəllifini!) qınamağa doğrudan - doğruya haqları vardır.
Haqları vardır ona görə ki, uludan ulu tarixə malik olan əkinçilik və
sənətkarlıq mədəniyyətimizin ən qədim izləri ilə nə qədər də zəngindir Yurdun bu
guşəsi! Qanıx çayı boyunca qərbə doğru uzanıb gedən əski yaşayış yerlərinin, ucu-
bucağı görünməyən məhsuldar düzlərin, iskit-türk kurqanlarının, kimmerlərlə,
iskitlərlə, saklarla, hunlarla, xəzərlərlə, oğuzlarla, qıpçaqlarla bağlı neçə-neçə
abidənin ünvanıdır bu yerlər!
Qədim iskitlərin yadigarı, neçə-neçə qoşmalarımızın, bayatılarımızın əzəl
mübtədası olan Şəki də burdadır, saklardan qalma dünya gözəli Zaqatala da! Dədə
Qorqud boylarının cərəyan etdiyi Oğuz qəhrəmanlarının ―qara donlu kafirlər‖ə qan
uddurduğu yerlərdir bu yerlər! Daş Oğuz (Daşüz) da burdadır, Qıpçaq da burda!
Qüdrətli Oğuz sərkərdəsi Beləkanın uyuduğu Balakən də burdadır, adını bu
yerlərin dağa-dərələrinə, yaşayış yerlərinə, Qanıx çayına yadigar buraxaraq Cənubi
Qafqazda və Anadoluda özündən sonra neçə-neçə ―Köynük‖ kəndi yadigar
qoymuş Köynük tayfasının qədim nəsilləri də burda!
Bu gün Dədə Qorqud qəhrəmanlarının dilindən qopan şirin oğuz türkcəsini
kim öz qulaqları ilə eşitmək istəyirsə, Şimal-Qərbi Azərbaycana gəlsin, Şəkinin,
qədim Taraqayın (Qaxın) dağ kəndlərinə - Baş Köynüyə, İlisuya, Sarıbaşa getsin,
Zaqatalanın, Balakənin ―muğal‖ kəndlərinə baş vursun, Oğuz, Qəbələ camaatı ilə
4
görüşsün! Bu yerlərin istiqanlı camaatının minillərlə qoruyub saxladığı qədim türk
məişəti ilə canlı təmasa girsin!
Şimal-Qərbi Azərbaycanın tarixi həm də yurdumuzun ən qədim dövlətçilik
tarixidir. Bu gün Qafqaz Albaniyasının tarixi məhz Şimal-Qərbi Azərbaycanda
yaşayır. O dövrlərdən qalma saysız hesabsız qədim alban abidələri yaşadır bu
tarixi! Albaniya tarixinin canlı yadigarları olan qədim alban etnosları, o cümlədən
ingiloylar, udilər və bir çoxlarının gündəlik həyatında - məişətində, mərasimlərində
yaşayır bu tarix! Bütün bunlar real tarixi keçmiş olmaqla yanaşı, həm də bu günkü
gerçəklikdir, inkarolunmaz həqiqətdir! Başqa sözlə, Qafqaz Albaniyasının həm
siyasi ağırlıq mərkəzi (paytaxt Qəbələ də daxil olmaqla), həm də qaynar mədəni
mühiti idi Şimal-Qərbi Azərbaycan! Elə buna görə də tarixin ən qədim çağlarından
başlayaraq həmişə Yurdun, Azərbaycan dövlətçiliyinin keşiyində durub bu yerlər!
Qanlı fırtınalara, qasırğalara sinə gərib, lakin bir qarış da olsun yağılara torpaq
verməyib bu ellərin nər igidləri! Albaniya dövründə Qədim Roma qoşunları ilə də
qılınc döyüşdürüb, ad çıxarıb, sonralar Bizans imperiyasının irəli buraxıb arxadan
güc verdiyi qonşu ölkələrin feodal cəlladlarına da öz gücünü göstərib Şimal-Qərbi
Azərbaycan igidləri!
Nə etməli?! Oğuz - qıpçaq tarixinin ən qanlı qardaş qırğınlarının baş verdiyi
acı tale qisməti də bu yerlərin payına düşüb. ―Qara donlu kafirlər‖in min bir
hiyləsinə uyaraq, eyni kökdən törəyən - Oğuzun belindən gələn oğuz və qıpçaq
türklərinin bir-birinin üzərinə yeridiyi, qardaş qanı axıtdığı yerlərdir bu yerlər! Bir
sözlə, Dədə Qorqud boylarının Vətənidir bu yerlər! Bütün bununlarla yanaşı, həm
açı təəssüflər, həm də nə yazıqlar ki, ―Vətən!‖ bağırtısından qulaq tutulan yalançı
―vətənpərvərlərin‖ (əslində isə böyük hərflərlə NADANLARIN!) "etniklərin
yaşadığı yerlər" kimi tanıdıqları, buna görə də gözdən uzaq, könüldən iraq düşmüş
yerlərdir bu yerlər!
Tarix haqqı tapdalamaz! Naqqı tək-tək dönüklər tapdalamağa çalışar. Lakin
zaman keçər, tarix yenə hər şeyi öz yerinə qoyar! Öyrən tariximizi, əziz oxucu,
saxtakarların qələm tapdağına çevrilməmiş doğma tariximizi, əsl tariximizi! O
cümlədən də Şimal-Qərbi Azərbaycanın gerçək tarixini!
Yurdun hər guşəsi bir tarix xəzinəsidir! Şimal-Qərbi Azərbaycan da bir
guşə, bir xəzinədir! Öyrən, Albaniya dövründən sonra, orta əsrlərdə paytaxt
Qəbələdən uzaqlaşdıqca Azərbaycan hökmdarlarının siyasət dünyasından da
uzaqlaşan, nəhayət Vətənin ucqar bir guşəsinə çevrilən Şəkinin - Şimal-Qərbi
Azərbaycanın tarixini! Onda görərsən sənin bu ellərindəki soydaşların nə qədər
mürəkkəb şəraitlərlə, nə qədər çıxılmaz vəziyyətlərlə üzləşməli olmuş, dara
düşmüş, köməksiz qalmış, neçə-neçə Qazan xanlarımız Daşüzdə, Qanlı Qobuda,
Qıpçaqda, Çarda, Balakəndə kürək-kürəyə verib "qara donlu kafirlər"ə qarşı
döyüşlərdə şəhid düşən torpağa qovuşan oğuz igidlərinin dadına çata bilməmiş,
qəbristanlar dalınca qəbristanlar salınmış, saysız-hesabsız şəhid məzarlıqlarına
çevrilmişdir Şimal-Qərbi Azərbaycan! Tarixin sərt sınaqları, torpağa bağlılıq, elə