Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

29 

 

15  ildən  artıq  Car  qoşunlarına  qarşı  vuruşan  Daniyal  sultan  Şamilin 



məğlubiyyətindən sonra hərbi rütbəsi və təqaüdü saxlanmaq şərtilə rus hökumətinə 

tabe oldu. Bir müddət Şəkidə yaşayan sultan 1869-cu ildə Türkiyəyə getdi. 

1860-cı ildə isə Car-Balakən hərbi dairəsi Zaqatala dairəsinə çevrildi. 

 

§ 3. Sonuncu Şəki xanı erməni  generalı tərəfindən qətlə yetirildi 

 

XIX  əsrin  əvvəlində  Azərbaycanın  şimal-qərbində  yerləşən  dövlət 



təsisatlarından  biri  də  Şəki  xanlığı  idi.  Şimal-qərbdə  Dağıstan  və  İlisu  sultanlığı, 

şimal-şərqdə Quba xanlığı, şərqdə Şamaxı xanlığı, qərbdə Gürcüstan, cənubda isə 

Qarabağ  xanlığı  ilə  həmsərhəd  olan  xanlıqda  Rusiya  işğalı  ərəfəsində  20  min  ev 

vardı (40, s. 646). Qutqaşın və Ərəş sultanları da Şəki xanlığından asılı vəziyyətdə 

idi. Strateji cəhətdən əlverişli olan Şəki xanlığının ələ keçirilməsinə Rusiya xüsusi 

əhəmiyyət verirdi. Belə ki, xanlığın ərazisindən istifadə edərək Rusiya bir tərəfdən 

dağlı  tayfalarının  hücumlarının  qarşısını  ala  bilər,  digər  tərəfdən  Car-Balakən 

üzərində  daimi  nəzarəti  təmin  edə  bilərdi.  Rusiya  işğalı  ərəfəsində  xanlığı  Səlim 

xan  idarə  edirdi. Təəssüflər  olsun  ki,  Azərbaycanın  bir  çox  feodal  hakimləri  kimi 

Səlim xanın da şəxsiyyəti birtərəfli şəkildə təsvir edilmişdir. Əslində Səlim xan öz 

dövrünün  cəsur  və  ağıllı  dövlət  başçısı  idi.  Məhz  qətiyyəti  və  igidliyi  sayəsində 

xanlığı ələ keçirən Səlim xan mövcud vəziyyəti düzgün qiymətləndirərək siyasi və 

hərbi  qüvvələr  arasında  manevr  etməyi  bacarırdı.  Gəncə  yaxınlığında  Kürəkçay 

sahilində düşərgə salmış general Sisianovun düşərgəsinə gələn Səlim xan Qarabağ 

xanı  İbrahimxəlil  xandan  bir  həftə  sonra  1805-ci  il  mayın  21-də  Şəki  xanlığının 

Rusiyanın himayəsi altına keçməsi haqqında müqavilə imzaladı. Tarixə Kürəkçay 

müqaviləsi adı ilə  düşmüş bu sazişə  əsasən Şəki xanlığı da  Qarabağ xanlığı  kimi 

Rusiyadan  vassal  asılılığına  düşürdü.  Müqaviləyə  görə  xan  qonşu  hakimlərlə  heç 

bir  əlaqə  saxlamamalı,  onlardan  aldığı  məktubların  daha  mühüm  olanlarını 

Qafqazdakı  rus  qoşunlarının  baş  komandanın  həllinə  göndərməli,  digər 

məsələlərdə  onun  xanlıqdakı  nümayəndəsi  ilə  məsləhətləşməli  idi.  Bundan  başqa 

Səlim xan hər il dövlət xəzinəsinə 7000 çervon xərac verməli, xanlığın ərazisində 

500  nəfərlik  rus  qoşunu  yerləşdirməli,  qoşunlar  üçün  bina  ayırmalı,  odun  tədarük 

etməli idi. Xan sədaqət ələməti olaraq 4 yaşlı oğlunun əvəzinə (kiçik yaşlı olduğu 

üçün  -  Z.  C.)  beş  bəyin  uşağını  əmanət  verməli,  iki  ildən  sonra  öz  oğlunu  daimi 

yaşamaq üçün Tiflisə göndərməli idi (40, s. 646). 

Əvəzində  Rusiya  xanlığın  irsi  idarəçiliyini  tanıdığını  bildirir,  məhkəmə 

işlərini,  cəza  vermək  və  vergi  toplamaq  hüququnu  xanın  ixtiyarında  saxlayırdı. 

Xana  öz  evində  daimi  saxlamaq  üçün  üzərində  Rusiyanın  gerbi  olan  bayraq  və 

qılınc bağışlanırdı (49, s. 652). 

Xanlığın  ərazisində  yerləşdirilən  rus  qoşunu  ərazidə  çarizmin 

müstəmləkəçilik siyasətini həyata keçirirdi. Bu qoşun birləşməsindən istifadə edən 

Rusiya  əsarətə  qarşı  çevrilən  azadlıq  mübarizəsini  yerindəcə  dərhal  yatırır,  onun 



30 

 

iştirakçılarına  isə  amansızlıqla  divan tuturdu. Hələ  1805-ci  ilin  martında  işğaldan 



əvvəl  Sisianov  Şəki  bəylərinə  məktubunda  Rusiyaya  qarşı  çevrilən  ən  kiçik 

narazılıqları ciddi cəzalandıracağını bildirməkdən çəkinmirdi (9, s. 605). 

Kürəkçay  müqaviləsini  imzalayan  və  könüllü  Rusiyanın  himayəsini  qəbul 

edən  Səlim  xanın  səmimiyyətinə  Sisianov  şübhə  ilə  yanaşırdı.  Belə  ki,  Sisianov 

Səlim xanı dağlı tayfaları və İranla yaxınlaşmaqda günahlandırırdı. 

1806-cı  ilin  iyununda  Qarabağ  xanı  İbrahimxəlil  xan  öz  ailəsi  ilə  birlikdə 

vəhşisəcinə  qətlə  yetirildi.  İbrahimxəlil  xanın  arvadı  Səlim  xanın  bacısı  idi. 

Qarabağda baş verən bu faciə Şəkidə də böyük həyəcana səbəb oldu. Yelizavetpol 

komendatına göndərilən məktubda Səlim xan mayor Lisaneviç, gürcü Milaxvar və 

Qarabağ məliki Cümşüdün öz aralarında məsləhətləşərək törətdiyi vəhşiliyi pisləyir 

və bunu xanların sədaqətinə qarşı xəyanət adlandırırdı (74, s. 272) 

Bu  hadisədən  qəzəblənmiş  Səlim  xan  Şəkidə  yerləşdirilmiş  rus  qoşunları 

üzərinə  hücum  etdi.  Başda  Parfyanov  olmaqla  Tiflis  alayının  iki  rotası  şəhərdən 

qovuldu.  Şəki  xanını  cəzalandırmaq  üçün  göndərilən  general-mayor  P.  F. 

Nebolsinin  başçılığı  altında  olan  qoşunla  vuruşmada  Səlim  xan  məğlub  edildi, 

əvvəlcə Kəldək kəndinə, sonra isə Abbas Mirzənin düşərgəsinə qaçdı. Səlim xanın 

ailəsi  xan  olmaq  hüququndan  məhrum  edildi.  Xanlığın  idarəçiliyindən 

kənarlaşdırılan  Səlim  xan  ömrünün  sonuna  qədər  çarizmə,  müstəmləkə  osarotinə 

qarşı qotiyyətlo mübarizə aparmışdı. Onun adı ruslar üçün həmişə təhlükə və qorxu 

yaradırdı.  Rus  hərbçiləri  bütün  yazışmalarında  Səlim  xanın  gah  bir,  gah  da  digər 

ərazilərdə  görünməsini  çox  böyük  təlaş  və  vahimə  ilə  bir-birinə  çatdırırdılar. 

Sonralar  onun  oğulları  bu  mübarizəni  davam  etdirmiş,  itirdikləri  mülkiyyət 

hüquqlarını özlərinə qaytarmağa cəhd göstərmişdilər.

*

 



1806-cı  il  dekabrın  10-da  İrandan  üz  döndərib  Rusiya  tərəfinə  keçən  Xoy 

hakimi  Cəfərqulu  xan  Şəki  xanı  təyin  edildi.  Dekabrın  31-də  Tiflisdə  general-

feldmarşal  qraf  İ.  V.  Qudoviçlə  Cəfərqulu  xan  arasında  xanlığın  Rusiya 

tabeçiliyində saxlanması haqqında traktat imzalandı. Bu traktat vaxtilə Kürəkçayda 

                                                           

*

 



Səlim  xanın  oğullarından  biri  Süleyman  xan  1827-ci  ildə  Azərbaycana  qayıdaraq  Rusiyanın 

himayəsini  qəbul  etmişdi.  Gənc  xandan  öz  məqsədləri üçün istifadə  etməyə  çalışan Rusiya  imperiyası 

ona  600  manat  təqaüd  təyin  etmişdi.  1838-ci  ildə  Varşavada  əla  xidmətinə  görə  polk  komandirinin 

müavini təyin olunmuşdu. 1841-ci ildə isə əlahəzrət imperatora öz təşəkkürünü bildirmək üçün Sankt-

Peterburqa gedən deputat qrupunun tərkibinə daxil edilmişdi. Burada ona polkovnik rütbəsi verilmiş və 

qiymətli  hədiyyələr  təqdim  edilmişdi  (58,  s.  910-911).  1844-cü  ildə  Süleyman  xan  ailə  məsələləri  ilə 

əlaqədar  İrana  getmişdi.  Bundan  şübhələnən  Rusiya  onu  Qarabağda  yaşayan  qohumlarını  İrana 

köçürmək və qarışıqlıq yaratmaqda günahlandırmışdı. Süleyman xan hərbi xidmətdən qovulmuş və ona 

rus imperiyasının sərhədlərinə qayıtmaq qadağan edilmişdi. Lakin onun İranda da qalmasından qorxan 

ruslar  Süleyman  xanı  Təbrizdəki  rus  konsulluğuna  çağıraraq  həbs  etmiş,  əvvəlcə  Tiflisə  gətirmiş, 

buradan  isə  Voronejo  sürgün  etmişdi  (8,  s.  913).  1846-cı  ildə  sürgündən  geri  qayıdan  Süleyman  xan 

yenidən  vətənə  dönmüş,  hərbi  xidmətə  götürülmüş  və  dağlılara  qarşı  keçirilən  hərbi  əməliyyatlarda 

fərqləndiyi üçün təqaüdü yenidən bərpa edilmişdi (67, s. 830). 

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə