Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   ...   37

 

sədaqət,  türk  qılıncının  -  Yataqanının  zəfər  ənənələri,  "qara  donlu  kafirlər"ə  qarşı 



nifrət  və  intiqam  hissi  igidlər  dalınca  igidlər  yetirmişdir  Şimal-Qərbi 

Azərbaycanda! 

Qərbdən sel kimi tökülüşüb gələn Bizans-səlibçi quldurlarına - "qara donlu 

kafirlər"ə  qarşı  qəhrəmanlıq  mübarizəsindən,  qanlı  "oğuz-qıpçaq"  qardaş 

qarşıdurmalarından  -  qırğınlarından  sonra  Şəki  dövrü  başlanır  Şimal-Qərbi 

Azərbaycanın  tarixində!  Şəki  hakimliyi  Böyük  Azərbaycan  Məmləkətinin  Şimal-

Qərbində  müqəddəs  Yurd  sərhədlərimizin  alınmaz  qalasına  çevrilir!  Bu  yerlərdə 

Azərbaycan  dövlətçiliyinin  keşiyində  durur  Şəki!  Yurdun  qərb  sərhədlərində  yağı 

hücumları ara verəndə Vətənin başqa bölgələrinin də dadına çatır Şəki hakimləri! 

Vətən yolunda, Yurdun azadlığı naminə şəhidlik məktəbi keçmiş Şəki igidləri XIV 

yüzilliyin  sonunda  özlərini  Əlinəcəqalanın  qəhrəman  müdafiəçilərinin  köməyinə 

də yetirir, misilsiz igidliklər göstərir, qədim Naxçıvanımız, Əlincə qalamız uğrunda 

döyüşlərdə şəhid düşürlər! 

Bütün  orta  əsrlər  boyu  yurdun  Şimal-Qərbində  basılmaz  sərhəd  qalasına 

çevrilən  Şəki  hakimliyi,  eyni  zamanda,  İran  əsarətinə  qarşı  bütün  Şimali 

Azərbaycanda  ən qüvvətli azadlıq hərəkatı  mərkəzinə çevrilir. Qüdrətli  sərkərdə - 

böyük  İran  hökmdarı  Nadir  və  onun  saysız-hesabsız  hərbi  qüvvələri  də  Hacı 

Çələbinin başçılıq etdiyi Şəki igidlərini məğlub edə bilmirlər. Bu dövrdə - XVIII 

yüzilliyin 40-cı illərində Azərbaycanda İran zülmünə qarşı xalq azadlıq hərəkatının 

gedişində ilk müstəqil Azərbaycan dövləti - Şəki xanlığı da Yurdun bu guşəsində 

yaranır. 

Öz  mənafeləri  xatirinə  bir-birilə  didişən  ayrı-ayrı  xanların  aciz  hala 

saldıqları  və  qüdrətli  dövlətlərin  yağlı  tikəsinə  çevrilməkdə  olan  Azərbaycanı 

birləşdirib  qüdrətli  və  vahid  dövlətə  çevirmək  kimi  nurlu  ideyanın  doğulduğu  

məkanlardan    biri    də    məhz    Şəki,    həmin  ideyanın  banisi  isə  Azərbaycanın 

qəhrəman  oğullarından  biri  olan  Hacı  Çələbi  xan  idi.  Lakin  el  qeyrəti  çəkən, 

cəsurluğuna,  hökmdar  qətiyyəti  və  tədbirliliyinə,  döyüşlərdə  göstərdiyi  şəxsi 

igidliyinə  görə  başqa  Azərbaycan  hakimlərindən  fərqlənən  Hacı  Çələbi  də 

yaxınlaşan  Rusiya  işğalı  ərəfəsində    Azərbaycanı  birləşdirmək  planını  həyata 

keçirə  bilmədi.    Azərbaycanın    digər  xanları  ona  qarşı  birləşdilər  və  Qərbi 

Azərbaycan torpaqlarını, o cümlədən  Şimal-Qərbi  Azərbaycanı zəbt etmək  üçün 

məqam  gözləyən  qonşu  ölkənin  hökmdarını  -    çar    Teymurazı      oğlu    İrakli    ilə  

birlikdə    köməyə  çağırdılar    (kimə  qarşı?!).    Lakin    özləri    düşdülər  toxuduqları   

düşmən    toruna      -    əsir    alındılar    yağı  düşmən  tərəfindən!      Lakin    Vətənin 

qeyrətini,  Yurdun şərəfini uca tutan Hacı Çələbi qeyrət səlnaməmizə daha bir şanlı 

səhifə  yazdı.  Ona  düşmənçilik,  Vətənə  isə  xəyanət  edən  Azərbaycan  xanlarının 

yadellilər  tərəfindən  əsir  alınıb  aparılmasını  qeyrətinə  sığışdırmadı.  Qoşun  çəkib 

xarici düşmənin hərbi qüvvələrini pərən-pərən saldı, "Azərbaycan xanları" adlanan 

daxili dönükləri xilas etdi. 



 

Beləcə,  Rusiya  və  İran  işğalçılarının  qəsbkarlıq  müharibələri  ərəfəsində 



Azərbaycanı  birləşdirmək  üçün  edilən  daha  bir  cəhd  də  baş  tutmadı.  Öz  içindən 

parçalanmış  Azərbaycanın  qara  günləri  başlandı.  Qafqazın  şimalında  dağlıların 

getdikcə  alovlanmaqda  olan  azadlıq  hərəkatını  mühasirəyə  almaq,  Azərbaycanı 

Dağıstanla  əlaqələndirən  dağ  keçidlərini  ələ  keçirməyi  qarşısına  məqsəd  qoymuş 

Rusiya cəlladları Şimal-Qərbi Azərbaycanı qanlı qırğın meydanına çevirdilər. 

Oxucuya təqdim olunan bu kitab  - istedadlı tədqiqatçı Zərinə Cavadovanın 

"Şimal-Qərbi  Azərbaycan  (tarixi-demoqrafik  tədqiqat)"  əsəri  də  məhz  tariximizin 

bu dövrünün işıqlandırılmasına həsr olunmuşdur. 

Əsər  zəngin  tarixə  malik  olan  şimal-qərb  bölkəmizin  tarixi-demoqrafik 

baxımdan  öyrənilməsi  məqsədinə  xidmət  edir.  Qafqaz  Arxeoqrafiya 

Komissiyasının  Aktlarında  (AKAK)  toplanan  mühüm  sənədlər,  həmçinin  digər 

qiymətli  arxiv  sənədlərinin  əsasında  yazılan  bu  kitabda  müəllif  XIX  yüzilliyin  I 

yarısında  regionun  tarixinə  qısa  bir  nəzər  salır,  Azərbaycanın  Rusiya  tərəfindən 

işğalının  məhz  bu  əlverişli strateji məntəqədən başlanmasının təsadüfi olmadığını 

açıqlayır. 

Müəllif  özünün  bu  qiymətli  tədqiqatında  oxucunu  işğal  ərəfəsində  Şimal-

Qərbi  Azərbaycanda  mövcud  olan  dövlət  qurumlarımız  -  Car-Balakən  camaatları, 

İlisu  sultanlığı  və  Şəki  xanlığının  ictimai-siyasi  vəziyyəti  ilə  tanış  edir,  işğal 

zamanı  rus  hərbçilərinin  -  Sisianovların,  Qulyakovların,  Madatovların  törətdiyi 

amansız vəhşilikləri və qəddarlıqları gözlərimiz önündə canlandırır. 

Kitabda tarixi az öyrənilmiş bir dövlətimizin -İlisu sultanlığının keçmişinə, 

Azərbaycanın  qəhrəman  oğlu  Daniyal  sultanın  başçılığı  altında  gedən  azadlıq 

mübarizəsinə,  Car-Balakən  camaatları  və  İlisu  sultanlığının  Rusiyaya 

qatılmasından sonra  inzibati idarəçilikdə  baş verən dəyişikliklərə  toxunan  müəllif 

qeyd  edir  ki,  Rusiya  işğalçıları  təkcə  Azərbaycanı  iki  hissəyə  parçalamaqla 

kifayətlənməmiş,  Şimal-Qərbi  Azərbaycanı  ayrı-ayrı  dövlətlərin  tərkibində 

Rusiyaya  birləşdirmək  kimi  məkrli  bir  planı  da  həyata  keçirmək  istəmişdilər. 

Yalnız  bölgədə  genişlənən  xalq  azadlıq  mübarizəsi  nəticəsində,  habelə  qaniçən 

general  Sisianovun  öldürülməsi  sayəsində  Şimal-Qərbi  Azərbaycanı  bütünlüklə 

Gürcüstanın tərkibində Rusiyaya birləşdirmək niyyəti boşa çıxmışdı. Bununla belə, 

1859-cu  ildə,  yaranmış  fürsətdən  istifadə  edən  Rusiya  İlisu  sultanlığına  məxsus 

tarixi  Azərbaycan  torpaqlarının  bir  hissəsini  -  dağ  mahalını  Dağıstanın  tərkibinə 

qatmışdı.  Beləsə,  keçmiş  İlisu  sultanlığının  bir  hissəsi  -  tarixi  Azərbaycan 

torpaqları Dağıstanın tərkibində Rusiyaya qatılmışdı. 

XIX yüzilliyin əvvəlində çarizmin Azərbaycanda yeritdiyi müstəmləkəçilik 

siyasətinin  ən  mühüm  tərkib  hissəsi  onun  "uzaqgörən"  köçürmə  siyasəti  idi. 

İmperiya  siyasətinin  icraçıları  olan  qanlı  Rusiya  generalları  bu  zaman  strateji 

cəhətdən  misilsiz  əhəmiyyəti  olan  Car-Balakəndən  1000  Azərbaycan-türk  ailəsini 

zorla  öz  tarixi  ata-baba  torpaqlarından  qoparıb  Gürcüstanın  içərilərinə 

köçürmüşdülər. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə