Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   ...   37

 

Kitabda Car-Balakən camaatları, İlisu sultanlığı və Şəki xanlığında yaşayan 



əhalinin  ümumi  sayı,  etnik  tərkibi,  Rusiya  işğalı  dövründə  baş  verən  siyasi 

hadisələrin demoqrafik proseslərə təsiri və başqa məsələlərdən söhbət açılır, 1819-

cu  ildə  Şəkidə  xanlıq  idarə  üsulunun  ləğv  edilməsindən  sonra  yaradılmış  Şəki 

əyalətində yaşayan əhalinin sayı və sosial tərkibi göstərilir. 

Z.Ə.Cavadovanın  haqqında  bəhs  etdiyimiz  qiymətli  tədqiqatında  Car 

cəlladlarının  qoltuğuna  sığınmış  erməni  generallarının  Azərbaycan  torpaqlarına 

yiyələnmək  üçün  həyata  keçirdikləri  "uzaqgörən"  və  hiyləgər  tədbirlərin  yeni 

səhifələri açıqlanır. Əsərdəki faktlardan aydın olur ki, Rusiya ordusunun tərkibində 

azərbaycanlıları  kütləvi  surətdə  məhv  etməkdə  "ad  çıxarmış"  erməni  generalı 

Madatov Şəkidə yaşayan albanları Azərbaycanın içərisində ermənilərin toplu halda 

yaşadıqları  və  çoxluq  təşkil  etdikləri  bir  ərazi  yaratmaq  məqsədilə  Qarabağa 

köçürtmüşdü.  Bunun  mütabilində  isə,  Rusiya  tərəfindən  Şəkiyə  xan  təyin  edilən 

Cəfərqulu xan, qabaqcadan düşünülmüş plana uyğun olaraq, Xoydan Şəkiyə çoxlu 

erməni  ailələri  gətirtmiş,  onları  xanlığın  ərazisində  yerləşdirmişdi.  Şəki  şəhərinin 

və xanlığın çox əlverişli strateji məntəqələrində yerləşdirilən bu erməni ailələri elə 

ilk gündən Rusiya imperiyasının xüsusi "qayğısı" ilə əhatə edilərək, yerli əhalidən 

"qorunub"  saxlanılırdı.  Xoydan  köçürülən  ermənilər  yerli  əhaliyə  qarşı  Rusiya 

müstəmləkəçilərinə  xidmət  müqabilində  hətta,  dövlət  vergilərinin  xeyli 

hissəsinindən azad edilmişdilər. 

Birinci  Rusiya-İran  müharibəsi  zamanı,  habelə  sonralar  Şəki  xanları 

Qarabağda  hərbi  əməliyyatlar  meydanında  köməksiz  qalıb  qırılmaqda  olan  çoxlu 

Azərbaycanlı  ailələrini  Şəkiyə  köçürmüşdülər.  Digər  tərəfdən,  əlverişli  təbii-

iqtisadi  şəraitə  və  nisbətən  təhlükəsiz  yaşayış  yerinə  çevrilən  Şəki  xanlığının 

ərazisinə  Qarabağdan  çoxlu  qaçqın  ailələri  köçüb  gəlmişdilər.  Şəhərdə  "Gəncəli 

məhəlləsi",  xanlığın  ərazisində  bir  sıra  köç  yerləri  -  Salbanlar,  Köçəri  Axullu, 

Şirinbəyli  və  s.  kimi  yaşayış  məskənləri  belə  yaranmışdı.  Həmin  dövrdə  Şimal-

Qərbi  Azərbaycanda  Qafqaz  dağlarından  vadilərə  enən  dağlı  tayfalarına  məxsus 

yaşayış məskənləri də salınmağa başladı. Məsələn, bu dövrdə Şəki ərazisində Şin, 

Qazmalar, Haputlu, Mıçıx, Mazıllı kimi kəndlərin əsası qoyuldu. Beləliklə, Şəkidə 

və  xanlıq  ərazisində  Azərbaycanı  türklərinin  yeganə  etnos  olması  ilə  barışa 

bilməyən müstəmləkəçilər özlərinin gələcəkdə bu bölkədə də qarşıdurma yaratmaq 

məqsədilə ilk addımlarını atmağa başladılar. 

Kitabda  Rusiya  əsarətinə  qarşı  çevrilən  azadlıq  hərəkatı,  o  cümlədən 

qüvvətli xalq üsyanları barədə də geniş və maraqlı məlumat verilir. Hələ işğalın ilk 

dövründəcə  -  1807-ci  ildə  baş  verən  Köynük  üsyanı  göstərdi  ki,  Şimal-Qərbi 

Azərbaycan  çarizmin  milli  müstəmləkə  zülmünə  qarşı  Azərbaycanın  ən  qüvvətli 

azadlıq mübarizəsi mərkəzinə çevrilməkdədir. 

Z.  Ə.  Cavadovanın  yuxarıda  bəhs  etdiyimiz  mətləbləri  açıqlamaq  yolunda 

ilk addım olan "Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat)" əsəri uğurlu 

araşdırmadır. Oxucuların bu kitabı rəğbətlə qarşılayacağına şübhə etmirəm. 




 

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudlu 



 

GİRİŞ 

 

XX yüzilliyin sonunda qədim və zəngin dövlətçilik ənənələrinə malik olan 

Azərbaycan  xalqı  öz  dövlət  müstəqilliyini  yenidən  bərpa  edərək  tarixi  haqqına 

qovuşdu.  Əsrin  sonunda  genişlənən  milli-azadlıq  mübarizəsinin  gedişində  xalqın 

öz  tarixinə,  soykökünə  qayıtması  prosesi  gücləndi.  Bu  istək  isə  saxtalaşdırılmış 

vətən  tarixinin  yenidən,  obyektiv,  doğru-dürüst  yazılmasını  tələb  edirdi.  Qısa 

müddətdə bu sahədə bir sıra mühüm işlər görüldü. Xalq özünün zəngin və qədim 

dövlətçilik tarixi, qəhrəmanlıq mübarizəsi haqqında çox şey öyrəndi. Lakin bütün 

görülən işləri, aparılan elmi araşdırmaları tam bitmiş hesab etmək olmaz. Ona görə 

ki, tariximizin araşdırılmamış, öyrənilməmiş səhifələri hələ çox qalır. 

Şimal-qərbi  Azərbaycanın  ayrı-ayrı  tarixi  dövrlərdə  demoqrafik 

durumunun,  etnik  tərkibinin  öyrənilməsi  bu  gün  xüsusi  aktuallıq  kəsb  edən 

məsələlərdən 

biridir. 

Azərbaycanın 

bu 


regionu 

ictimai 


fikrimizin, 

mədəniyyətimizin inkişafında və  formalaşmasında  mühüm  rol oynamışdır. Qədim 

Azərbaycan  dövlətlərindən  biri  olan  Qafqaz  Albaniyasının  paytaxtı  Qəbələnin 

məhz bu ərazidə yerləşməsi də təsadüfi deyildi. Şimal-qərbi Azərbaycan ən qədim 

türkdilli  soyların  məskunlaşdığı  ərazi  olmaq  etibarilə  dövlətçiliyimizin 

yaranmasında və qorunub saxlanmasında əvəzsiz rol oynamışdır. 

Hazırkı  dövrdə  bir  tərəfdən  Gürcüstan,  digər  tərəfdən  Dağıstan 

respublikaları ilə sərhəddə yerləşən bölgənin zəngin və qədim tarixinin öyrənilməsi 

xüsusi  əhəmiyyətə  malikdir.  Ona  görə  ki,  vətən  sərhəddən  başlanır.  Bu  gün 

sərhədlərimizi  təkcə  müharibə  aparılan  ərazilərdə  qoruyub  saxlamaq  haqqında 

düşünməməliyik. Real tarixi faktların araşdırılması və tədqiq edilməsi dövlətimizə 

qarşı əsassız torpaq iddiası ilə çıxış edənlərə, xalqımızın soy kökünü birtərəfli və 

qərəzli  surətdə  ancaq  gah  irandilli,  gah  da  qafqazdilli  tayfalarla  bağlamağa  cəhd 

göstərənlərə tutarlı cavab verməlidir. 

Şimal-qərbi  Azərbaycan  əhalisinin  etnik  tərkibi  xeyli  dərəcədə 

mürəkkəbdir.  Azərbaycanın  əlverişli  təbii-coğrafi  şəraitə  malik  olan  bu  guşəsi 

yurdumuzun ən qədim insan məskənlərindən biridir. Qaynaqlardan məlum olduğu 

kimi bu ərazinin ən qədim sakinləri türk və qeyri-türk kökündən olan qədim alban 

tayfaları  olmuşdur.  Bu  gün  bu  ərazidə  öz  varlığını  qoruyub  saxlamış  olan 

toponimlər  şimal-qərbi  Azərbaycanda  yaşayan  on  qədim  soyların  məhz  türkdilli 

tayfalar olduğunu bir daha təsdiq edir. Öz adını sak tayfalarının adından götürmüş 

Şəki,  Zaqatala, türk tayfalarının adı ilə  bağlı olan Qaraqoyunlu,  Cəyirli,  Göynük, 

Qaradağlı, Qıpçaq, Bəydərli, Tanqıt kimi yaşayış yerlərinin bu gün də bu ərazidə 

qalması dediklərimizi bir daha təsdiq edir. 

Yurdumuzun  tarix  salnaməsi  olan  "Kitabi  Dədə-Qorqud"la  səsləşən 

toponimlər bu bölgənin zəngin və qədim tarixindən xəbər verir. Y. M. Mahmudlu 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə