Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   ...   37

 

yazır:  "Azərbaycanın  bu  bölgəsində  iskit  (skif)-sak  dövründən  başlayaraq 



ümumtürk  tarixinin  bütün  qatlarından  dərin  izlər  qalıb.  ―Daş  Oğuz‖dan  yadigar 

qalan  ―Daş  üz‖,  qıpçaqlardan  yadigar  qalan  ―Qıpçaq‖  kəndi  buradadır.  Oğuzun 

nəsil  şəcərəsindəki  türk  sərkərdəsi  Belekanın  adından  yadigar  qalan  və  yerli 

camaatın  indi  də  ―Bələkon‖,  ―Beləkan‖,  ―Belekan‖  adlandırdığı  ―Balakən‖  də 

burdadır‖. (124, s. 58). 

Oxuculara  təqdim  etdiyimiz  bu  tarixi  araşdırma  arxiv  materiallarına, 

statistik  müşahidələrə  və  müxtəlif  xarakterli  məlumatlar  toplularına,  təsvirlərə, 

aktlara, siyahıyaalmalara əsaslanır. 

İstifadə  etdiyimiz  mənbələr  içərisində  1866  -1904-cü  illərdə  Tiflisdə  nəşr 

olunmuş 12 cildlik ―Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları‖ (AKAK) xüsusi 

yer  tutur.  Aktlarda  toplanan  sənədlər  Qafqazın  XVIII-XIX  əsrlər  tarixinin 

öyrənilməsində  mühüm  əhəmiyyətə  malik  olmaqla  yanaşı,  eyni  zamanda  Rusiya 

imperiyasının  Qafqazda  yeritdiyi  müstəmləkəçilik  siyasətinin  əsl  mahiyyətini 

açmağa imkan verir sənədlər içərisində iqtisadi və sosial münasibətlər tarixinə aid 

materiallar  nisbətən  azlıq  təşkil  etsə  də,  dövrün  siyasi  tarixinin  bir  çox 

məqamlarının  açılmasına  xidmət  edən  sənədlər  bizə  həm  də  şimal-qərbi 

Azərbaycan  əhalisinin  demoqrafik  durumunu,  etnik  tərkibini  izləmək  üçün  bütöv, 

zəngin faktik material verir. 

XIX  yüzilliyin  əvvəlində  Car-Balakən,  İlisu  və  Şəki  xanlığında  yaşayan 

əhalinin  etnik  tərkibi,  demoqrafik  durumu  ilə  tanışlıq  göstərir  ki,  məhz  əsrin 

əvvəlində  baş  verən  siyasi  hadisələr  bu  prosesə  ciddi  şəkildə  təsir  göstərirdi. 

Rusiya imperiyasının Azərbaycana qarşı Gürcüstan ərazisindən başlanan işğalçılıq 

siyasətinə  qarşı  çıxış  edən  dağlı  tayfalarının  azadlıq  mübarizəsi,  çarizmin 

repressiyaları  və  köçürmə  siyasəti  nəticəsində  əvvəllər  Baş  Qafqazın  dağlıq 

ərazilərində  yaşayan  avarların  düzənliklərə  axışması  prosessinin  XIX  əsrin 

əvvəlində sürətlənməsi məhz siyasi hadisələrin nəticəsi idi. Bu, bir tərəfdən işğala 

qarşı  mübarizədə  Qafqaz  xalqlarının  vahid  islam-türk  birliyinin  yaranması,  digər 

tərəfdən vadilərin əlverişli iqtisadi şəraiti ilə əlaqədar idi. 

Aktlardakı sənədlərdən aydın olur ki Rusiya Car-Balakəni işğal edən zaman 

bu  ərazidə  yaşayan  türk  əhalisini  onların  ata-baba  torpaqlarına  -  Gürcüstanın 

içərilərinə  köçürmək,  əvəzində  isə  burada  Rusiyanın  mərkəzi  quberniyalarından 

köçürülən rusları yerləşdirmək niyyətində idi. Bu məqsədlə də o zaman 1000 türk 

ailəsi  Car-Balakəndən  -  öz  yaşayış  yerindən  zorla  çıxarılaraq  Gürcüstanın 

içərilərinə  köçürülmüşdür.  Köçürülən  əhali  yenidən  öz  əvvəlki  yaşayış  yerinə 

qayıdarkən rus hərbçiləri onların ərazidə məskunlaşmasına hər vasitə ilə maneçilik 

törədirdi. 

1852-ci ildə siyasi və hərbi səbəblərə görə keçmiş Dağ mahalının (Saxurun) 

bütün  əhalisinin  Zaqatala  dairəsinə  köçürülməsi  haqqında  da  aktlarda  maraqlı 

sənədlər var. 



10 

 

Aktlardakı  sənədlərin  təhlili  göstərir  ki  Xoy  hakimi  Cəfərqulu  xan 



tərəfindən  Şəkiyə  gətirilən  erməni  ailələri  məhz  Rusiyanın  himayesi  və  qayğısı 

nəticəsində  bu  ərazidə  saxlanmış,  erməni  generalı  V.  Q.  Madatov  Qarabağdan 

Şəkiyə qaçan erməniləri (keçmiş albanları - Z. S.) xüsusi erməni mərkəzi yaratmaq 

məqsədi ilə zorla öz əvvəlki yaşayış yerinə qaytarmışdı. 

Aktlarda  Rusiyanın  XIX  əsrin  əvvəlində  köçürmə  siyasəti,  rus 

təriqətçilərinin  Şimali  Azərbaycana,  o  cümlədən  qeyd  etdiyimiz  əraziyə 

köçürülməsi,  ərazinin  yerli  əhalisi  olan  qədim  türk  etnoslarının,  ingiloyların, 

udinlərin (utilərin) xristianlaşdırılması siyasətini izləməyə imkan verən sənədlər də 

xüsusi maraq doğurur. 

Bununla  yanaşı  aktlardakı  sənədlər  içərisində  şimal-qərbi  Azərbaycanda 

çarizmin müstəmləkə əsarətinə qarşı çevrilən milli-azadlıq mübarizəsinin xarakteri, 

gedişi və bu mübarizənin qəhrəmanları haqqında qiymətli materiallar vardır. 

Azərbaycan Respublikasının Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan bir 

çox sənədlər tarixi araşdırma zamanı xüsusi rol oynamışdır. Bu sənədlər içərisində 

siyahıyaalmaların özünəməxsus yeri var.

1

 



Tarixi  araşdırma  zamanı  istifadə  etdiyimiz  mənbələr  içərisində 

siyahıyaalmalardan  başqa  təsvirlərin  və  statistik  müşahidələrin  xüsusi  rolu 

olmuşdur.

2

 



Rusiya  Mərkəzi  Dövlət  Hərbi  Tarix  Arxivindən  tapılan  sənədlərin 

toplusundan  ibarət  olan  sənədlər  külliyatı

3

  Car-Balakən  və  İlisu  sultanlığının 



əhalisi, yaşayış yerləri haqqında maraqlı məlumat verir. 

XIX yüzilliyin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildi. 

Qafqazı  işğal  edən  rus  hərbçiləri  işğalın  ilk  günündən  bu  ərazinin  tarixini,  onun 

təbii  sərvətlərini,  əhalisinin  etnik  tərkibini,  dini  mənsubiyyətini,  xalqın 

etnoqrafiyasını  öyrənməyə  xüsusi  diqqət  yetirirdi.  Qafqazın,  o  cümlədən  şimal-

qərbi  Azərbaycanın  hərtərəfli  öyrənilməsində  yalnız  bir  məqsəd-işğal  olunmuş 

ərazilərdə  çarizmin  müstəmləkəçilik  siyasətini  möhkəmləndirmək  məqsədi 

güdülürdü.  Məhz  bu  maraq  nəticəsində  XIX  əsr  rus  zadəgan  tarixşünaslığının 

                                                           

1

Описание  Шекинской  провинции  составленное  в  1819  г.  ген.  май.  Ахвердовым  и  статским 



советником  Могилевским  -  Печатное.  Тифлис,  1866.  ЦГИА  Азерб.,  ф.  24.  оп.  1.  д.  71; 

Камеральное описание жителей города Нухи и Шекинской провинции за 1824 год. ф. 24. оп. 1. д. 

162; Опись с переводами по Шекинской провинции 1831. ф. 24. оп. 1. д. 364; Опись с переводами 

Шекинской провинции камеральное описание 1831, часть  IV, ф. 24. оп. 1. д. 365; Камеральное 

описание мусульманских провинций (списки жителей семей) 1830, ф. 24. оп. 1. д. 331; Описи с 

переводами  Шекинской  провинции.  Камеральное  описание.  1831,  ф.  24.  оп.  1.  д.  363; 

Камеральное  описание  жителей  города  Нухи,  платящих  подати,  ф.  29,  оп.  1.  д.9;  Камеральное 

описание  крестьян  селений  Нухинского  участка,  часть  1,  ф.  29.  оп.  1,  д.  21;  Камеральное 

описание селений Нухинского участка, часть II, ф. 29. оп. 1, д. 12. və s. 

2

Обозрение  Российских  владений  за  Кавказом.  СПб.,  1836,  Статистическое  описание 



Закавказского края. СПб., 1833; Статичтические труда И. Ф. Штукенберга. СПб., 1860 və s. 

3

История, география и этнография Дагестана XVIII—XIX вв. Москва, 1958. 



 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə