Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   ...   37

13 

 

salmışdı.  Belə  bir  mürəkkəb  şəraitdə  Azərbaycan  xalqı  öz  dövlət  müstəqilliyini 



itirdi. Xalqın apardığı qəhrəmanlıq mübarizəsinə baxmayaraq Car-Balakən, İlisu və 

Şəki xanlığının ərazisi işğal edildi. Bu isə bölgənin sonrakı siyasi, iqtisadi, etnik və 

mədəni inkişafına ağır təsir göstərdi. 

XIX  yüzilliyin  əvvəlində  şimal-qərbi  Azərbaycanda  mövcud  olan  dövlət 

təsisatlarından  biri  Car-Balakən  camaatlığı  idi.  "Camaat"  ərəb  sözü  olub  ayrıca 

icmanı  bildirir.  Şimal-qərb  və  qərbdən  Kaxetiya,  cənubdan  Şirək  düzü,  şərqdən 

Şəki xanlığı ilə  həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında 

yerləşirdi.  Ərazinin  tərkibinə  Baş  Qafqaz  silsiləsinin  şimal  yamacında  yerləşən 

torpaqlar  da  dəxil  idi.  Qədim  Azərbaycan  torpaqlarında  yaranan  Car-Balakən 

camaatları  özündə  altı  camaatı-Car,  Balakən,  Tala,  Katex,  Muxax  və  Cınıxı 

birləşdirirdi. 

Car-Balakən  camaatlarının  formalaşması  prosesi  əsasən  XVI  əsrdən 

başlamışdı.  XVI  əsrin  sonu,  XVII  əsrin  əvvəllərində  şimal-qərbi  Azərbaycana 

Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car, 

Muxax,  Tala  və  Katex  kəndlərində  məskunlaşırdılar.  Dəniz  səviyyəsindən  3000 

metr  yüksəklikdə,  qeyri-məhsuldar  və  yoxsul  təbiətə  malik  olan  ərazidə  yaşayan 

dağlı  tayfalarının  qış  otlaqları  əsasən  Baş  Qafqaz  silsiləsinin  cənub  yamaclarıda 

yerləşirdi.  Əkinçi-maldar,  yarımköçəri  həyat  sürən  dağlı  tayfaları  öz  qoyun 

sürülərini  müntəzəm  olaraq  bu  əraziyə  sürürdülər.  Qeyri-məhsuldar  şərait, 

aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu. 

Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə 

enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən XVI əsrdə başlamış və 

sonrakı  yüzilliklərdə  də  davam  etmişdi.  Başqa  sözlə  desək  dağlı  tayfalarının 

Azərbaycanın düzən ərazilərində məskunlaşması prosesi tədricən getmişdi. 

Rus  zadəgan  tarixşünaslığında  dağlı  tayfalarının  Qafqazın  cənub 

yamaclarındakı  zəngin  və  münbit  ərazilərə  axını  yalnız  birtərəfli,  həm  də  qərəzli 

mövqedən  təsvir  edilir.  "Hər  il  on  minlərlə  davakar  ləzgilər  dağlardan  Qara  və 

Xəzər  dənizi  arasında  olan  vadilərə  enərək  talançılıq  və  quldurluq  edir,  xərac 

toplayır, çoxlu sayda əsir ələ keçirirdilər. Bu yürüşlər zamanı ləzgilərin bir hissəsi 

vadilərdə  məskunlaşır,  digər  hissəsi  isə  cənub  əyalətlərinin  isti  hava  şəraitinə 

uyğunlaşmadıqları  üçün  dağlara  qayıdır  və  gələcək  qarətlərin  başlanmasını 

gözləyirdilər.  Ləzgi  basqınlarının  bir  müddət  ara  verməsi  Gürcüstan,  İran  və 

Azərbaycan  xanlıqlarında  yaşayan  əhalinin  bu  davakar  xalqın  tamamilə  əsirinə 

çevrilməsi təhlükəsindən xilas edirdi" (118 s. 377.). 

 Rus  zadəgan  tarixşünaslığının  nümayəndəsi  İ.  Lineviç  yazırdı  ki,  Car  və 

Qax  ərazilərinin  ləzgilər  tərəfindən  tutulması  ləzgi,  ingiloy  və  muğalların 

rəvayətləri  və bu  məsələ  ilə  maraqlanan adamlar tərəfindən toplanan  materiallarla 

ziddiyyət  təşkil  etmir.  Belə  ki,  polkovnik  Koseb  tərəfindən  1826-cı  ildə  tərtib 

olunmuş  statistik  məlumatlara  görə  qarlı  dağlar  arxasında  yaşayan  və  qluxodar 

(açıq  sinəli  adam)  adı  ilə  tanınan  bu  adamlar  iş  üçün  Kaxetiyaya  gəlirdilər. 




14 

 

Gürcülər  onlardan  ən  ağır  işlərdə  istifadə  edirdilər.  İş  dalınca  Kaxetiyaya 



gələnlərin  sayı  ildən-ilə  çoxaldığı  üçün  onların  hamısının  ehtiyacını  ödəmək 

mümkün olmurdu. İşsiz və ac qalan qluxodarlar oğurluq və quldurluğa qurşanırdı. 

Qluxodarların  getdikcə  güclənən  quldurluğu  və  talançılığı  kaxetiyalıların  onların 

bu  əraziyə  keçməsini  qadağan  etməsinə  səbəb  oldu.  Səfil  və  ac  vəziyyətə  düşən 

dağlılar  Kaxetiyaya  böyük  silahlı  dəstələrlə  hücum  etməyə  başladılar.  Dağıstanın 

digər  qonşu  əhalisini  çağıran  qluxodarlar  Kaxetiyada  qorxulu  dağıntılara  başladı. 

Kaxetiyalıların qluxodarlar üzərində bir neçə qələbəsi heç bir nəticə vermədi. Ona 

görə  ki,  qluxodarlar  uğursuzluğa  düçar  olan  zaman  ağlagəlməz  çətin  keçilən  dağ 

cığırlarından istifadə edirdilər (123, s. 3, 57, s 485). Bir sıra tarixi mənbələrdə dağlı 

tayfaları  qluxodar  adı  ilə  qeyd  edilir.  Petruşevski  bu  sözün  mənasının  məlum 

olmalığını  göstərir,  lakin  bununla  belə  sözün  türk  mənşəli  olub  "qul"    "quldur" 

mənaları verdiyini də istisna etmir (128, s. 11). 

Göründüyü  kimi  dağlı  tayfalarının  vadilərə  axını  zamanı  onlar  "quldur", 

"oğru" və s. adlarla adlandırılır. Əlbəttə bu birtərəfli və qərəzli mövqe ilk növbədə 

Rusiya  imperiyasının  dövlət  maraqlarından  irəli  gəlirdi.  Belə  ki,  XIX  yüzilliyin 

əvvəlində  şərqi  Gürsüstanı  işğal  etmiş  Rusiya  öz  işğalçılıq  siyasətinə  haqq 

qazandırmaq  üçün  özünü  xristian  gürcülərin  "vəhşi  müsəlmanlar"dan  xilaskarı 

kimi  qələmə  verməyə  çalışırdı.  Bununla  da  inandırmaq  istəyirdi  ki,  yalnız  Car 

Rusiyasının qüvvətli əli Gürcüstanı dağlı tayfalarının hücumlarından müdafiə edə 

bilər. Petruşevski  yazırdı ki,  dağıstanlıların Gürcüstan  və  Azərbaycan  əyalətlərinə 

yürüşü tarixi faktdır. Lakin onlara qarşı mübarizə aparan rus hökumətini bu ərazidə 

yaşayan  əhalinin  müdafiəsi  daha  az  düşündürürdü.  Bu  yalnız  Dağıstanda  rus 

ekspansiyası üçün bir bəhanə idi (128, s. 10). 

Tarixi faktlardan aydın olur ki, avar və saxurların vadilərdə məskunlaşması 

ilk  növbədə  iqtisadi  amillərlə  bağlı  idi.  Vadilərin  zəngin  otlaqları,  əlverişli  təbii 

şəraiti inkişaf edən maldarlıq təsərrüfatı üçün əsas şərt idi. Digər tərəfdən avar və 

saxur  icmalarının  formalaşması  siyasi  səbəblərlə  bağlı  idi.  Güclü  dövlətlərin 

Gürcüstan,  Gəncə,  Şəki  xanlığının  əhatəsində  yaşayan,  İran  və  Türkiyə  arasında 

gedən  mübarizədə  öz  mövqeyini  qoruyub  saxlamağa  çalışan  dağlı  tayfalarının 

icmalarda  birləşməsi  labüd  idi.  XIX  yüzilliyin  əvvələrində  isə  rus  istilasına  qarşı 

dayanmaq  üçün  icmalar  arasındakı  ittifaq  daha  da  gücləndi.  Nəhayət,  vahid  din-

islam dini dağlı tayfaları ilə düzən yerlərdə yaşayan əhalini birləşdirən ən mühüm 

amil idi. Dini birlik bu xalqları yadelli əsarətinə, müstəmləkə zülmünə qarşı birgə 

mübarizəyə səfərbər edirdi. 

Mənbələrdə Dağıstan xalqlarının müəyyən etnik qrupuna aid edilən "ləzgi" 

etnonimi  yalnız  bir  millətin  adı  kimi  deyil,  ümumən  dağ  xalqlarının  təyini  kimi 

çıxış edir. Bu termin görünür, ilk əvvəl etnik yox, ictimai məna daşımışdır. 

Formalaşan azad  icmalar getdikcə  müstəqilliyə  can atır-heç  bir təsir altına 

düşməmək  üçün  müntəzəm  mübarizə  aparırdılar.  Azad  yaşamaq  uğrunda  gedən 

mübarizədə islam amili mühüm rol oynayırdı. Beynəlxalq karvan və ticarət yolları 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə