Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

17 

 

Çavuş  kəndxuda  və  tabunbaşıya  tabe  olan  ən  aşağı  səviyyəli  məmur  idi. 



Çavuşlar əhalini bir yerə toplaşmağa çağırır, sahibkara müxtəlif mükəlləfiyyətlərin 

yerinə yetirilməsini xəbər verirdi. 

Yasovul  bir  qayda  olaraq  kəndxudanın  yanında  olur  və  müəyyən  xidmət 

dalınca göndərilirdi. 

İctimai  vəzifələrə  seçkilər  heç  bir  ənənə  ilə  müşayiət  olunmur,  xidmət 

müddəti  qəti  müəyyənləşdirilmirdi.  Qazıların  üç  il,  imamların  iki  il  kəndxuda  və 

tabunbaşının bir il müddətinə seçilməsinə baxmayaraq bu son xidmət həddi hesab 

olunmurdu. Sui-istifadə halları, qanunsuzluq, özbaşınalıq baş verdiyi hallarda onlar 

vaxtından əvvəl öz toxumları tərəfindən azad edilə bilər və yaxud əksinə, heç bir 

qanunsuzluğun baş vermədiyi təqdirdə öz vəzifələrini daha artıq müddətə icra edə 

bilərdilər. Bir qayda olaraq kəndxuda və kənd starşinaları tanınmış feodal nəslinin 

nümayəndələri içərisindən seçilirdi. 

İcmalarda məhkəmə işi aşağı və ali məhkəmələrə məxsus idi. Ali idarəçilik 

həmçinin  ali  məhkəmə  funksiyasını  da  yerinə  yetirirdi.  Bu  məhkəmə  kənd 

hakimlərinin şikayətlərini qəbul edir, ayrı-ayrı toxumlar və kənd icmaları arasında 

mübahisəli  məsələləri  aydınlaşdırırdı.  Aşağı  məhkəmə  isə  bir  qayda  olaraq  kənd 

məhkəmələri idi  və ali  məhkəməyə  yaxud icmaların ali idarəçiliyinə tabe idi. Hər 

bir  məhkəmə  ayrıca  götürülmüş  formaya  malik  deyildi.  Məhkəmə  işləri  şəriət 

qaydaları  əsasında  aparılır,  prosesin  əsasını  iddiaçı  ilə  cavabdehin  şifahi 

dindirilməsi təşkil edirdi. İddiaçı imam və starşinanın iştirakı ilə öz şikayətini izah 

edir, cavabdehin gətirilməsini tələb edir, digər sübut və şahidlərdən istifadə edirdi. 

Cavabdeh isə iddiaçıların iştirakı ilə and içir, sonra isə ərizəçinin iştirakı olmadan 

dindirilirdi. Kəndxuda, toxum başçısı və imam kənd məhkəməsini təşkil edirdi. 

XIX  əsrin  əvvəlində  qanunçuluqda  şəriət  qaydalarından  istifadə  edilməsi 

daha  da  gücləndi.  Şəriət  qaydalarının  mövcud  olan  adətləri  sıxışdırıb  aradan 

çıxarması nəsli qəbilə quruluşunun dağılması, feodallaşma prosesinin sürətlənməsi 

və toxumlar içərisində sosial antoqonizmin inkişafı ilə bağlı idi. 

Bütün mühüm məsələlər yığıncaqlarda həll edilirdi. Kənd yığıncaqlarından 

fərqli olaraq camaatların yığıncaqları siyasi xarakter daşıyırdı. Bu yığıncaqlarda bir 

qayda olaraq icmaların xarici əlaqələri müzakirə olunurdu. Yığıncaqlar camaatların 

kəndxudalarının  razılığı  əsasında  Ağdam  və  yaxud  Muxax  dərəsində  çağırılırdı. 

Yığıncaqlarda icmaların başçısı, toxumların starşinaları iştirak edirdi. Ağsaqqal və 

hərbi  başçı  seçilməsində  bütün  kişilərin  eyni  hüquqları  var  idi.  Yığıncaqlarda  bir 

qayda olaraq bütün icmalara aid olan məsələlər, xarici əlaqələr, həmçinin toxumlar 

arasında  olan  mübahisə  və  çəkişmələr  müzakirə  olunurdu.  Bəzi  mənbələrdə  bu 

yığıncaqlar "ittifaq seymi" adlandırılır. Lakin İ. P. Petruşevski qeyd edir ki, əvvəla 

bu yığıncaqlar müntəzəm fəaliyyət göstərən orqanlar deyildi. Digər tərəfdən burada 

bərabərhüquqlu  federasiyadan  da  söhbət  gedə  bilməzdi.  İcmaların  hamısı 

bütünlüklə bərabərhüquqlu deyildi. 



18 

 

XIX əsrin 30-cu illərinə qədər Car icması daha güclü və nüfuzlu icma hesab 



olunurdu. Car icması iqtisadi və siyasi cəhətdən digər icmalardan üstün idi. Bu isə 

onun  digər  icmalar  üzərində  həlledici  üstünlüyünə  səbəb  olmuşdu.  Camaatların 

bütün  yığıncaqlarında  carlıların  səsi  həlledici  əhəmiyyətə  malik  idi.  Carın 

üstünlüyü  ilk  növbədə  onun  iqtisadi  gücü  ilə  izah  olunurdu.  Digər  tərəfdən  Car 

Qafqazın  ən  mühüm qul bazarlarından biri  idi.  Bu bazara  müxtəlif  ərazilərdən, o 

cümlədən Gürcüstandan ələ keçirilən əsirlər gətirilirdi. Əsirlərin bir hissəsi satılır, 

çoxu  isə  öz  sahibkarları  tərəfindən  pulla  azad  edilirdi.  Car  icmasının  siyasi 

nüfuzunun artması onun əsas işçi qüvvəsi bazası rolunu oynaması ilə də əlaqədar 

idi (128, s. 19). 

XIX  əsrin  30-cu  illərinə  qədər  Car  icması  Katex,  Balakən  icmalarını, 

özündən  asılı  vəziyyətə  salmışdı.  Carlılar  öz  iradələrini  digər  camaatlıqlara  da 

qəbul  etdirmək  istəyirdilər.  Car  və  digər  icmalar  arasında  ittifaq  möhkəm  deyildi 

və yalnız zahiri xarakter daşıyırdı. Hətta carlılar hərbi və diplomatik məğlubiyyətə 

uğrayan  zaman  müttəfiqləri  ondan  ayrılır  və  bəzən  düşmən  tərəfə  də  keçirdilər. 

1830-cu ildə ruslar Carı işğal edən zaman digər icmalar carlılardan üz döndərmiş, 

həmin ildə baş verən  üsyan zamanı Tala və Katex icmaları passiv  mövqe  tutmuş, 

Muxax və Cınıx icmaları isə bu üsyana qoşulmamışdı (128, s. 38). 

İ.  P.  Petruşevski  icmalar  arasında  müttəfiqlik  münasibətlərinin  zəif 

olmasının səbəblərini onların müxtəlif inkişaf səviyyəsində olması ilə izah edirdi. 

Belə ki, Carda feodal münasibətlərinin inkişafı Balakən, Katex və Tala icmalarında 

olduğundan  yüksək  idi.  Digər  tərəfdən  Qafqazı  işğal  edən  ruslar  Car  icmasını 

zəiflətmək  üçün  ayrı-ayrı  icmalar  arasında  düşmənçilik  yaradır,  bu  isə  carlıların 

Rusiyanın müstəmləkə əsarətinə qarşı mübarizəsini zəiflədirdi. 

İcmalarda  feodal  ünsürlərinin  güclənməsi  nəticəsində  camaatların  ümumi 

yığıncağının rolu getdikcə azalırdı. 

XIX  yüzilliyin  əvvəlində  Rusiya  Qafqazın  istilasına  bu  əlverişli  strateji 

məntəqədən  başladı,  Car  I  Aleksandr  (1801  -  1825)  1801-ci  il  sentyabrın  12-də 

Şərqi  Gürcüstanın  Rusiyaya  birləşdirilməsi  haqqında  manifest  imzaladı.  Bu 

fərmanla  Rusiya  Zaqafqaziyada  həyata  keçirəcəyi  işğalçılıq  siyasətinin  mühüm 

istiqamətini  də  müəyyənləşdirmişdir.  Şərqi  Gürcüstanla  birlikdə  bəzi  Azərbaycan 

torpaqları  da  Rusiyanın  təbəəliyi  altına  keçdi.  Şərqi  Gürcüstanda  möhkəmlənən 

Rusiya  faktik  olaraq  Azərbaycanla  müharibəyə  başladı.  İlk  hədəf  kimi  Car-

Balakənin  seçilməsi  təsadüfi  deyildi.  Şərqi  Gürcüstana,  Dağıstana  və  Şəki 

xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bu ərazi 

rus  qoşunlarının  Azərbaycanın  içərilərinə  doğru  irəliləməsi  yolunda  ciddi  maneə 

idi.  Yalnız  Car  Balakəni  işğal  etdikdən  sonra  Rusiya  şərqi  Gürcüstanda 

möhkəmlənə  bilər,  azadlıqsevər  dağlı  tayfalarını  diz  çökdürə  bilərdi.  Bütün 

Qafqazın  işğalı  Car-Balakəndən  başlayırdı.  XIX  yüzilliyin  əvvəlində  Rusiyanın 

işğalçılıq  siyasətində  Car-Balakən  məsələsi  ümumqafqaz  əhəmiyyətli  məsələyə 

çevrilmişdi. Lakin carlılar tək deyildi. Onlarla müttəfiq olan. İlisu sultanlığı, Şəkir 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə