Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

19 

 

xanlığı, dağlı tayfalarının Rusiya əsarətinə qarşı amansız nifrəti, mübarizə əzmi və 



qətiyyəti rus qoşunlarının car ərazisinə girməsini bir qədər ləngitdi. 

Öz  öhdəsində  kifayət  qədər  güclü  hərbi  qüvvə  olduğuna  baxmayaraq  rus 

komandanlığı  birbaşa  car  üzərinə  hücuma  keçməyə  cəsarət  etmir,  əksinə  Şərqi 

Gürcüstanda  yerləşən  rus  qoşunları  üzərinə  carlıların  hər  an  hücum  edəcəyini 

gözləyirdilər.  1801-ci  ilin  aprelində  Sığnaq  qalasında  yerləşdirilmiş  rus 

qoşunlarının  polkovniki  Karyagin  general  Knorrinqə  göndərdiyi  məlumatında 

4.000  nəfərlik  ləzgi  qoşununun  Kaxetiya  üzərinə  hücuma  hazırlaşması  haqqında 

məlumat verirdi (56, s. 646). Rusiya hakimiyyət orqanları carlılara qarşı mübarizə 

aparmaq  üçün  hətta  Axalsixə,  türk  paşası  Şərif  paşaya  müraciət  edərək  onları  öz 

ərazisinə buraxmamağı xahiş edirdi. Dağıstandan Balakənə gələn dağlı tayfalarının 

sayı  gündən-günə  artırdı.  Qafqazdakı rus qoşunlarının baş  komandanı Knorrinqin 

imperatora göndərdiyi raportlarda bu qorxu açıq-aydın hiss edilirdi (70, s. 368, 2, s. 

376). 

1802  və  1803-cü  ilin  əvvəllərini  qorxu  içərisində  keçirən  rus  qoşunları 



carlıların və dağlı tayfalarının Şərqi Gürcüstana yürüşünü hər an gözləyirdilər. 

1802-ci ildə P. D. Sisianovun (1754-1806) Qafqazdakı rus  qoşunlarına baş 

komandan  təyin  edilməsilə  çarizmin  Azərbaycandakı  işğalçılıq  planının  həyata 

keçirilməsi sürətləndi. Milliyyətcə gürcü olan P. D. Sisianov Azərbaycanın şimal-

qərb  hissəsinin  ələ  keçirilməsi  zamanı  xüsusi  qəddarlıq  və  amansızlıq  törətmişdi. 

Rus  qoşunlarının  Car  üzərinə  hücumu  1803-cü  il  martın  2-də  başladı.  General 

Qulyakovun  başçılıq  etdiyi  bu  hərbi  ekspedisiyanın  tərkibinə  1482  piyada,  8  top 

200  kazak,  eyni  zamanda  5  minə  qədər  gürcü  milisi  daxil  idi  (115,  s.  93).  Qeyri 

bərabər döyüşdə işğalçılar xüsusi qəddarlıq törətdilər. Balakənin işğalı zamanı 500 

nəfər avar, o cümlədən dinc əhali öldürüldü (128, s. 85). Martın 8-də Balakəni ələ 

keçirən  rus  qoşunları  evləri  yandırır,  qarət  və  talınçılıqla  məşğul  olurdu.  İnadlı 

mübarizənin  gedişində  Balakən  icması  daxili  idarəçilik  qaydalarını  saxlamaq 

şərtilə  öz  üzərinə  bir  sıra  öhdəlik  götürməyə  məcbur  oldu.  Balakən  icması  gürcü 

Carı Aleksandra və onun yaxınlarına öz ərazisində sığınacaq verməməyi öhdəsinə 

götürür, bununla belə ərazidə rus qoşununu yerləşdirməli, ipək vergisi ödəməli və 

Tiflisə 5 girov göndərməli idi (43, s. 683-684). 

Balakənin  işğalı  Car  və  digər  icmaların  mövqeyini  zəiflətdi.  Xarici  siyasi 

vəziyyət  də  onların  xeyrinə  deyildi.  Dağıstandan  gözlənilən  köməyi  də  almaq 

mümkün  olmadı,  çünki  dağ  yolları  qarla  örtülü  və  keçilməz  idi.  Carlılar  öz 

müttəfiqləri  şəkili  Məhəmmədhəsən  xanın  köməyinə  arxalanaraq  rus  qoşunlarına 

qarşı hücuma keçmək niyyətində idi. Bu təhlükəni hiss edən Qulyakov martın 27-

də  Car  üzərinə  yeridi.  Şəkili  Məmmədhəsən  xan  öz  qoşunu  və  2  topla  carlıların 

köməyinə gəldi. Martın 20-da Car Qulyakov tərəfindən tutuldu. 1803-cü il aprelin 

12-də  Tiflisdə  Car-Balakənin  Rusiyanın  tərkibinə  qatılması  şərtləri  və  andlı 

öhdəlik  haqqında  sənəd  imzalandı.  Bu  öhdəliyə  əsasən  carlılar  "həmişəlik"  rus 

imperiyasının təbəəliyinə keçirdi. Bundan əlavə hər il Rusiyanın dövlət xəzinəsinə 




20 

 

220  pud  ipək  vergisi  ödəməli,  Gürcüstana  qarətçi  yürüşlər,  edən  dağlıları  öz 



ərazilərindən  buraxmamalı  və  hər  camaatlıqdan  Tiflisə  daimi  yaşamaq  üçün 

girovlar göndərməli idi (3, s. 686). Carın işğal edilməsinə baxmayaraq azadlıqsevər 

xalq mübarizəni davam etdirirdi. 1804-cü ilin yanvarında Qulyakov yenidən 2500 

nəfərlik qüvvə  ilə  Car-Balakənə  yürüş etdi. Car  yenidən ruslar tərəfindən tutuldu, 

heç bir hərbi zərurət olmadan top atəşi ilə dağıdılıb  yandırıldı. Lakin bu dəfə rus 

qoşunları  da  xeyli  itki  verdilər.  Qaniçən  general  Qulyakov  isə  xalq  intiqamçıları 

tərəfindən  öldürüldü.  Sisianov  Car-Balakənin  işğalı  haqqında  vitse-kansler  qraf 

Koçubəyə  yazırdı  ki,  bu  zəbt  xüsusi  diqqətə  layiqdir.  Car-Balakən  kompaniyası 

yeni düşmənin hərbi qüvvəsinin və  yerli əhaliyə qarşı qəddarlığın nümunəsi kimi 

bu gün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalı idi (40, s. 687). 

Öz  amansızlığı  və  qəddarlığı  ilə  fərqlənən  Sisianov  strateji  əhəmiyyətə 

malik  olan  Car-Balakənin  ələ  keçirilməsini  rus  silahının  qələbəsi  adlandırırdı.  Bu 

işə  ürəkdən  sevinən  Sisianov  rus  qoşunlarının  sonrakı  işğalçılıq  yürüşləri  üçün 

artıq  imkan  yarandığını  qeyd  edirdi.  "Mən  öz  müvəffəqiyyətlərimə  möhkəm 

inamla artıq vaxt itirmədən Gəncə və İrəvanı fəth etmək üçün gedə bilərəm. (40, s. 

687). Öz milli mənsubiyyətinə sadiq qalan Car generalı (o əslən gürcü idi - Z. C.) 

Azərbaycanın  şimal-qərb  hissəsini  məhz  Gürcüstanın  tərkibində  Rusiyaya 

birləşdirmək niyyətində olduğunu da  gizlətmirdi.  Təsadüfi  deyil  ki, Sisianov  Car-

Balakənin  işğalından dərhal  sonra Kartli  və Kaxetiyanın  komendantlarına  məktub 

göndərərək  bu  hadisəni  çox  böyük  sevinclə  onlara  çatdırmağı  özünə  bors  bilirdi.   

"Allaha  şükürlər  olsun  ki,  əlahəzrətin  şanlı  silahının  himayəsi  və  mərhəməti 

sayəsində  Gürcüstanın  rifahı  naminə  Balakən  üzərində  mühüm  qələbə  qazanılmış 

və  general-mayor  Qulyakovun  başçılıq  etdiyi  ekspedisiyanın  igidliyi  ilə  Car 

əyalətinin  işğalı  başa  çatmışdır".  Sisianov  bu  hadisəni  Gürcüstanda  kilsə 

zənglərinin bütün gün ərzində səsləndirilməsi yolu ilə təntənəli şəkildə elan etməyə 

çağırırdı (102, s. 689). 

Sisianov  Car-Balakəni  fəth  etməklə  öz  işini  bitmiş  hesab  etmirdi.  O, 

bütünlüklə  ərazinin  sərvətlərini  çapıb-talayır,  Car-Balakən  icmasını  işğal  olunan 

zaman  öz  üzərinə  götürdüyü  öhdəliyi  yerinə  yetirməyə  məcbur  edirdi.  Vergilərin 

gecikdirilməsi zamanı  əhalini rus silahının  gücü ilə qorxudurdu. "Yadda saxlayın, 

əgər siz Rusiyanın itaəti altın-daşınız da, onda üzərinizə qoyulan vergiləri vaxtında 

ödəməlisiniz. Sizin güllələriniz  5 nəfəri öldürmür, lakin  mənim  topum bir dəfəyə 

30 nəfəri yerə sərir". (21, s. 690). 

Sisianov  Car-Balakən  əhalisinə  müraciətində  həmişə  onları  "kafir  xalq", 

"həyasız  camaat",  "etibarsız  yaramazlar"  adlandırırdı.  Bu  qaniçən  general 

vergilərin  vaxtında  ödənilmədiyi  təqdirdə  onların  torpağını  od  vo  qılıncla 

yandıracağını,  əhalini  sürgün  edəcəyini  gizlətmirdi.  Rus  generalının  vəhşiliyi 

ölçüyəgəlməz  idi.  "Mənim  gəlişimi  gözləyin,  o  zaman  mən  sizin  evlərinizi  yox, 

sizi  yandıracağam,  uşaqlarınızı  arvadlarınızın  bətnindən  dartıb  çıxaracağam.  Siz 

xainlərə bu mənim son sözümdür". (38, s. 691). 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə