Z ərifə Əliyeva 95 Universitetd ə Z



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü27,34 Kb.
#51095


 

Z

ərifə Əliyeva 95 

 

 

Universitetd

ə 

Z

ərifə Əliyevanın anadan 

olmasının 95-ci ildönümü 

münasib

ətilə tədbir 

keçirildi. 

 

 



Aprelin 26-da Elm v

ə  Təhsil mərkəzi  “Təfəkkür”  universitetinin  akt  zalında 

görk

əmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü 



münasib

ətilə  tədbir keçirildi. Universitetin professor-müəllim heyətinin və  tələbələrin 

iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Rahim Hüseynov 

s

əhiyyə  sahəsi ilə  yanaşı,  respublikanın  ictimai  həyatında böyük hörmət və  ad-san 



qazanmış  Zərifə  Əliyevanın  həyat və  fəaliyyəti  haqqında  tədbir  iştirakçılarına  ətraflı 

m

əlumat verdi. Zərifə Əliyevanın tibb elminin  və Azərbaycanın səhiyyəsinin inkişafında 



müst

əsna xidmətləri  olduğunu  deyən rektor, akademik Zərifə  xanım  Əliyeva 

ofta

lmologiyanın  aktual  problemlərinə  həsr  etdiyi  sanballı  tədqiqatları  ilə  təkcə 



Az

ərbaycanda, keçmiş SSRİ-də deyil dünya miqyasında böyük şöhrət qazandığını dedi. 

Z

ərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə insanlara şəfa vermiş, 



ən  ağır  mürəkkəb  əməliyyatlar aparmaqla görmə  qabiliyyəti zəif olan, yaxud tamamilə 

görm


əyənlərin  qaranlıq  dünyasını  işıqlandırmışdır.  Bu  işdə  ona təkcə  biliyi,  savadı  və 

s

əriştəsi  deyil,  həmdə  insani keyfiyyətləri,  insanların  hamısını  öz  doğması  kimi  qəbul 



etm

əsi kömək olmuşdur. 

Z

ərifə xanımı insanlar və insanlıq üçün ləyaqət simvolu adlandıran  professor Rahim 



Hüseynov h

ələ  Respublika  Səhiyyə  Nazirliyində  işləyərkən respublika miqyasında 

keçiril

ən bir çox tədbirlərdə  Zərifə  xanımla  birgə  fəaliyyət göstərdiklərini yada salaraq 



dedi:  M

ənim Zərifə  xanımla  ilk  görüşüm  Bakı  Məişət kondisionerləri zavodunda 

olmuşdur.  O  vaxt  zavodun  nəzdində  peşə  yönümlü göz xəstəlikləri Elmi-tədqiqat 

laboratoriyası fəaliyyət göstərirdi və Zərifə xanım bu laboratoriyaya rəhbərlik edirdi. Mən 

o vaxt S

əhiyyə  Nazirliyində  müalicə-profilaktika  baş  idarəsinin rəisi vəzifəsində 

çalışırdım.  Bir  gün  Elmi-tədqiqat göz institutunun o vaxtki direktoru, mərhum Nazim 

 




Əfəndiyevlə birgə zavoda getmişdik. Zərifə xanımla ilk yaxından tanışlığımız elə həmin 

z

avodda oldu. Zavoddan ayrılanda Nazim müəllimlə Zərifə xanımın nə qədər sadə, yüksək 



m

ədəniyyət sahibi və gözəl insan olduğu barədə fikirlərimizi bölüşdük. Yadımdadır Zərifə 

xanıma  Averbax  mükafatı  veriləndə  Azərbaycanın  tibb  ictimaiyyətində  bir neçə  gün 

bayram 


əhval-ruhiyyəsi oldu, hamı sevinir, bu mükafatdan danışırdı.  

Növb


əti dəfə  Zərifə  xanımla  görüşüm  respublikada  ilk  dəfə  keçiriləcək, sahə 

h

əkimlərinin  birinci



 

qurultayına  hazırlıq  ərəfəsində  oldu. Nazirlikdə  yaradılmış  təşkilat 

komit

əsinin  üzvü  olduğundan  Zərifə  xanım  Nazirliyə  tez-tez gəlir, tədbirin layiqincə 



keçirilm

əsi üçün öz tövsiyyələrini və təkliflərini verir, lazımi köməkliyini əsirgəmirdi. 

Z

ərifə xanımla növbəti əlaqəmiz telefonla olub. O vaxt Zərifə xanımın bacısı Gülarə 



xanım  avtomobil  qəzasına  düşərək,  sol  bazu  sümüyünü  sındırmışdı.  Nazirimiz 

ezamiyy


ətdə  idi, mənə  o vaxt Mərkəzi Komitənin katibi vəzifəsində  çalışan    Həsən 

H

əsənov zəng vurdu, O, mənə  təcili olaraq Sabunçu xəstəxanasına  getməyi və  Gülarə 



xanımın vəziyyətini araşdırıb, ona məlumat verməyi tapşırdı. Xəstəxanaya getdim, aparıcı 

müt


əxəssislərin iştirakı ilə xəstəyə konsilium olundu və lazımi əməliyyat aparılaraq qolu 

gips


ə  salındı.    Zərifə  xanım  o vaxt ezamiyyədə  olan  həyat  yoldaşı  Heydər  Əliyevlə 

Moskvada  idil

ər. Bir azdan Həsən Həsənov özüdə  xəstəxanaya gəldi, məlumat aldıqdan 

sonra x


əstəxanadan Zərifə xanıma zəng vuraraq onu məlumatlandırdı, sonra Gülarə xanım 

danışdı və o, bizdən razılığını Zərifə xanıma çatdırdı və Zərifə xanımın mənimlə danışmaq 

ist

əyini deyib telefonu mənə uzatdı. Mən xəstənin vəziyyəti barədə Zərifə xanıma ətraflı 



m

əlumat verdim. Zərifə  xanım  minnətdarlığını  bildirdi  və  siz  ordasınız,  deməli hər  şey 

yaxşı olacaq,  Gülarə xanımı Sizə tapşırıram dedi. 

O vaxt, Gülar

ə  xanım  qardaşı  Tamerlan  müəllimdən də  xahiş  etmişdi  ki,  mən 

h

əmişə  onun  yanında  olum.  Tamerlan  müəllim mənim  ən sevimli müəllimlərimdən biri 



olub, sonralar biz onunla sad

əcə  dost  olmuşuq.  Beləliklə  mən 3 gün xəstəxanadan 

çıxmadım.  Gülarə  xanım  ağrılarına  baxmayaraq  gün  ərzində  məndən təkrar-təkrar 

soruşurdu:  mən piano çala biləcəm ya yox.  Mən də onu sakit edib deyirdim ki, əvvəlki 

kimi çalacaqsınız. Bir həftə keçdikdən sonra Gülarə xanım artıq evində müalicəsini davam 

etdirirdi. Dem

ək olar ki, hər gün mənə  zəng  vurub,  qardaşım  deyə  müraciət edirdi, 

r

əhmətlik  çox  istiqanlı  insan  idi.  Növbəti  danışıqların  birində  Gülarə  xanım  Zərifə 



xanımında onlarda olduğunu və mənimlə  danışmaq istədiyini dedi. Zərifə xanım Gülarə 

xanıma göstərilən xidmətə və diqqətə görə bir daha dərin təşəkkürünü bildirərək gülə-gülə 

dedi ki, Gülar

ə xanım deyir ki, bizim artıq bir qardaşımız da var, o sizsiniz. 

Bu  gün  bu  faktları  yada  salmaqda  məqsədim bu ailənin qeyri-adi  səmimiliyini, 

t

əmizliyini, sadəliyini, mədəniyyətini, qayğıkeşliyini, diqqətini sizlərə çatdırmaqdır. Əziz 



Əliyev kimi şəxsiyyətin tərbiyyəsini, öyüd-nəsihətini almış övladlar yalnız belə də olmalı 

idi. M


ən fəxr edirəm ki,  Ulu öndər Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnən 

insanlardan biriy

əm. Mən  xöşbəxtəm  ki,  Əziz  Əliyevin  Azərbaycan  xalqına  bəxş  etdiyi 

 




əvəzsiz  övladları,  Zərifə  xanımı,  Gülarə  xanımı,  Tamerlan  müəllimi və  Cəmil müəllimi 

şəxsən tanıyıb, onlarla ünsiyyətdə olmuşam. 

Z

ərifə  xanımın  olduqca  sadə, səmimi, xeyirxah, və  təvazökar  bir  insan  olması 



haqqında maraqlı faktlar danışan R.Hüseynov dedi ki, O, Heydər Əliyev kimi böyük bir 

şəxsiyyətin ömür-gün yoldaşı olsada, o bunu heç vaxt hiss etdirməzdi. Elə bütün bunlara 

gör

ə də hamı onu çox istəyirdi. 



Professor  R. Hüseynov vurğuladı ki,  Zərifə xanım bütün digər xidmətləri ilə yanaşı 

h

əmdə yaxşı ana idi. O, Azərbaycana olduqca ləyaqətli və istedadlı övladlar bəxş etmişdir. 



O, Az

ərbaycan üçün Azərbaycanın  müstəqilliyini  şərəflə, dəyanətlə  qoruyan,  inkişaf 

etdir

ən Prezident İlham Əliyev kimi bir oğul yetişdirmişdir. O, həyatdan tez getsə də, öz 



əməlləri ilə xoşbəxt tale yaşamış bir insan kimi əbədiyaşarlıq qazanmışdır. 

 

T



ədbirdə  çıxış  edənlər Zərifə  xanım  Əliyevanın  elmi-pedaqoji və  ictimai 

f

əaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin 



inkişafına  güclü  təsir göstərdiyini,  adının  bu  gündə  Azərbaycanda fəxrlə, sonsuz qürur 

hissi il


ə çəkildiyini dedilər. Ömrünü insanların sağlamlığına həsr etmiş bu nəcib insanın 

m

əhz bütün keyfiyyətlərinə  görə  hər zaman hər kəs tərəfindən sevildiyini, xatirəsinin 



ehtiramla yad edildiyini vurğuladılar. 

 

 





 

Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə