Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   ...   57

4
ÖN SÖZ
Bərəkətli  və  təbii  sərvətlərlə  zəngin  olan  Xəzərin  sahilləri 
müxtəlif  morfoloji  quruluşu,  hidroloji-hidrokimyəvi  və  başqa  xü­
susiyyətləri  ilə  bir-birindən  fərqlənən  körfəzlərlə  səciyyələnir. 
Bu  körfəzlər əsasən  Xəzərin  qərb  və  şərq sahillərində yerləşir.
Xəzərin  qərb  sahillərində  mövcud  olan  Aqraxan,  Gizlər, 
Abşeron,  Bakı,  Qızılağac,  Ənzəli;  şərq  sahillərdə  isə  -   Qoçaq, 
Iskəndərbay,  Qaraboğazqol,  Qazax,  Krasnovodsk,  Türkmən  və 
Gürgən  (Bəndərgəz)  körfəzlərini  göstərmək  olar.  Həmin  körfəz­
lər Xəzərin  bioloji  məhsuldarlığında  mühüm  rol  oynamaqla,  təbii 
sərvətlər  sarıdan  da  olduqca  zəngin  ərazilərdir  və  onların 
hamısının  böyük  iqtisadi  əhəmiyyəti  vardır.  Bununla  belə,  öz 
təbii-coğrafi  mövqeyi  və  fauna-flora  baxımından,  Qızılağac 
körfəzi  Xəzərin  bütün  körfəzlərindən  kəskin  dərəcədə  fərqlənir. 
Məhz  təbii  gözəlliyi,  tutduğu  ərazinin  iqlim  şəraiti,  Qızılağac 
körfəzini  canlı  aləmin,  o  cümlədən  qiymətli  balıq  növlərinin, 
köçəri  və  yerli  su  quşlarının,  bir  çox  məməli  heyvanların,  bitki 
növlərinin  intensiv  inkişafını  təmin  edən  region  kimi  səciy­
yələndirir.  Təsadüfi  deyildir  ki,  Qızılağac  körfəzi  tarix  boyu  səy­
yahların,  gəmiçilərin,  balıq  ovlayanların,  coğrafların,  hətta 
tarixçi-etnoqrafların və b.  diqqətini  cəlb  etmişdir.
Məlumdur  ki,  Xəzərin  su  səviyyəsinin  qeyri-sabitliyi  sayə­
sində  onun  sahillərinin  morfoloji-hidroloji  xüsusiyyətləri  vaxtaşırı 
dəyişir.  Məhz  səviyyə  rejiminin  təbəddülatı,  Xəzərin  körfəzləri, 
adaları,  çay  vadiləri,  liman-axmazlarının  formalaşma  xüsusiy­
yətlərinin  də  vaxtaşırı  dəyişməsinə  səbəb  olur.  Əgər  XX  əsrin 
30-cu  illərinə  kimi  körfəzlərin  təbii  xüsusiyyətləri  su  balansı  ilə 
əlaqədar  olmuşdursa,  son  50-60  ildə  onlar  antropogen  am il­
lərdən  daha  çox  zərər  çəkmişlər.  Cənubi  Xəzərin,  xüsusi  ilə 
Kürətrafı  regionun  balıq  sərvətinin  yüksək  məhsuldarlığında
5
Qızılağac  körfəzi  həmişə  müstəsna  rol  oynamışdır.  Elə  bu 
səbəbdən  də  Azərbaycanın  Xəzər  sahillərinin  ən  iri,  etibarlı 
balıq  vətəgələri  Qızılağac  körfəzi  sahillərində  fəaliyyət  göstər­
miş,  10  minlərlə  əhalini  işlə,  ərzaqla  və  maddi  imkanla  təmin 
etmişdir.  Lakin,  son  50  ildə  Xəzərdə  təzahür  edən  ekoloji 
təzadlar,  Qızılağac  körfəzinin  həm  fiziki-kimyəvi,  həm  hidroloji 
və  həm  də  bioloji,  geomorfoloji  cəhətdən  dəyişilməsinə  səbəb 
olmuşdur.
Başqa  körfəzlərdən  fərqli  olaraq,  Qızılağac  körfəzinin  eko­
loji  sabitliyinin  dəyişməsi  ən  çox  bizim  balıqçılıq  sənaye-mizə, 
iqtisadiyyatımıza,  xüsusi  ilə  əhalinin  gün-güzəranına  ağır  zərbə 
vurmuşdur.  Bundan  başqa,  Kür-Araz  hövzələrinə  məxsus  çay­
ların  bəndlərlə  kəsilməsi,  Kürətrafı  akvatoriyaların  keçici  və 
yarımkeçici  balıq  növlərinin  təbii  artım  ərazilərinin  ixtisarına 
səbəb  olmuşdur.  Ona görə,  göstərilən  regionun  balıq ehtiyatının 
saxlanması  qayğısı,  Qızılağac  körfəzinin  öhdəsinə  düşmüşdür. 
Bu  məqsədlə  də  yaranmış  vəziyyətdən  çıxış  üçün  (Xəzərin 
səviyyəsinin  aşağı  düşdüyünə  görə)  Böyük  Qızılağac  körfəzi 
xüsusi  bəndlə  Kiçik  Qızılağac  körfəzindən  ayrılmışdır.  Təəs­
süflər  olsun  ki,  Qızılağac  körfəzlərinin  nəzərdə  tutulan  imkan­
larından  səmərəli  istifadə edilməmişdir.
Bu  kitabda  Qızılağac  körfəzinin  müasir  ekoloji  vəziyyəti 
təhlil  edilir,  onun  yaxın  keçmişi,  bu  günü  və  sabahı  mövcud  də­
lillər  əsasında  şərh  olunur.  Məqsədmiz,  Qızılağac  körfəzinin 
çoxsahəli  əhəmiyyətini  nəzərə  alaraq,  onun  iqtisadiyyatımız, 
təbii  zənginliyimiz,  nəhayət,  əhalini  ərzaq,  xüsusi  ilə  zülal  qıtlığı 
kimi  müdhiş  bəladan  xilas  etmək  üçün  nə  dərəcədə  zəruri  ol­
masını,  malik  olduğu  imkanları  bir  daha  yada  salmağı  zəruri 
sayırıq.
Təqdim  olunan  kitabda  qüsur,  çatışmamazlıq  ola  bilər. 
Ona  görə,  irad-tövsiyyə  bildirənlərə  müəlliflər  qabaqcadan  öz 
razılıqlarını  bildirirlər.  Əsər ekoloq  mütəxəssislər,  bioloqlar,  eko­


6
loji tədris-tərbiyə ilə məşğul  olan  müəllimlər,  təbiət -  ətraf mühi­
tin  qorunması,  qoruq,  yasaqlıq,  milli  parkların  sabit  saxlanma­
sına  xidmət  edənlər və  geniş  oxucular  üçün  vəsait  kimi  istifadə 
oluna  bilər.
7
I  HİSSƏ
QIZI LAĞ AC KÖRFƏZİNİN 
YERLƏŞDİYİ ƏRAZİ BARƏDƏ 
QISA MƏLUMAT
Qızılağac  körfəzi  Xəzərin  cənub-qərbində  -   Lənkəran  iqti­
sadi  rayonunun  bir  hissəsində  yerləşir.  Ona  görə  körfəzi,  Lən­
kəran  iqtisadi  rayonunu  və  Cənubi  Xəzərlə  əlaqədar şəkildə xa­
rakterizə  etmək  lazımdır.  Əgər  Xəzər  öz  su  rejimi  və  hidro- 
faunası  ilə  Qızılağac  körfəzinə  təsir göstərirsə,  Lənkəran  iqtisa­
di  rayonu  öz  iqlim  şəraiti,  alloxton  tullantıları,  hava  cərəyanı,  at­
mosfer  çöküntüləri  və  s.  xüsusiyyətləri  ilə  körfəzə  bilavasitə 
təsir edir.
Lənkəran  Azərbaycanın  cənub  bölgəsi  olmaqla,  şərqdə 
Xəzərə  qovuşur,  şimalda  Kür-Araz  ovalığı,  cənub-qərbdə  isə 
İran  İslam  Respublikası  ilə  həmsərhəddir.  Lənkəran  XIX  yüzil­
liyin  əvvəllərinə  kimi  Talış  xanlığının  mərkəzi  sayılmış və  Gülüs­
tan  müqaviləsindən  sonra  (1813)  rus  imperiyasına  daxil  olub, 
Lənkəran  qəzasına  çevrildi  və  1930-cu  ildə  isə 6  inzibati  rayona 
(Lerik,  Astara,  Lənkəran,  Masallı,  Yardımlı,  Cəlilabad)  bölündü. 
Ərazinin  iqlimi  Talış  dağları  silsiləsinin  təsiri  ilə  sıx  əlaqədardır. 
Səciyyəvidir ki,  dağ  silsiləsinin  şimal-qərb yamacları  quraqlıq  iq­
limlə  seçilirsə,  onların  cənub-qərb  hissəsi,  yəni  Xəzərə  tərəf 
yamaclar  bol  yağmurlu  sıx  meşəliklərdən  ibarətdir.  Məhz  bu 
qarşılıqlı  təsir  münasibəti  rütubətli  subtropik  iqlimin  yaran­
masına  səbəb olmuşdur (Gül,  1967).
Talış  dağları  ətəklərinin  dəniz  istiqamətində  mailliyi  təd­
ricən  azalmaqla  Lənkəran  düzənliyini  yaradır  və  bu  düzənlik 
Qaraquş  sahəsində  sadə  relyefə  malik  olan  Sara  yarımadasına


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə