Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   ...   57

8
çatır.  Lənkəran  iqtisadi  bölgəsi  Azərbaycanın  flora  sarıdan  ən 
zəngin  ərazilərindən  biridir.  Lakin  bölgənin  çoxmailli  yamac­
larında güclü  aşınma  prosesləri  gedir.
Lənkəran  bölgəsinin  müxtəlif iqlimə  malik  olması,  ərazinin 
relyef  xüsusiyyətləri  ilə  əlaqədardır.  Belə  ki,  dənizə  qonşuluq, 
yüksək  dağ  zirvələrinə  yaxınlıq,  Xəzər  üzərindən  şərq  və  şimal- 
şərq  küləkləri  ilə  gətirilən  rütubəti  kondensasiyaya  uğradır.  Ona 
görə  ərazi  yağmurlu  sayılır  və  Zaqafqaziyanın  şərqində  yer­
ləşən  subtropik  zona  hesab  olunur.  İqlimşünasların  fikrincə 
Lənkəran  bölgəsində  yağmurların  əmələ  gəlməsinə  səbəb  olan 
sinoptik  proseslər,  Asiya  maksimumu,  Avropanın  cənubunu  və 
Qazaxstanın  səmasında  yaranan  yüksək  təzyiq  mərkəzlərindən 
gələn  soyuq  hava  ilə  də  sıx  əlaqədardır.  Başqa  sözlə  desək, 
Xəzər üzərindən  keçən  hava  kütləsi  Lənkəran  sahillərindəki  ha­
va  ilə  təmasda  xeyli  isidilir  və  rütubətlə  zənginləşir  ki,  bu  da 
yağıntıların  miqdarını  artırır.
Bölgəyə  yağmurların  75-80%-i  payız  və  qış  fəsillərinə  dü­
şür.  Yayda,  bir  qayda  olaraq  ərazinin  iqlimi  quru  keçir.  Əgər 
sentyabr-aprel  aylarında  yağmurlar,  orta  hesabla,  1000-1200 
mm  təşkil  edirsə,  may-avqust  aylarında  atmosfer  çöküntülərinin 
cəmi  100  mm-dən  artıq olmur.  Yağmurların  il  ərzində  bu  cür for­
malaşma  xüsusiyyəti  regionun  iqlim  şəraitinin  səciyyəvi  cəhət­
lərindən  biri  sayılır.  Lənkəran  bölgəsinin  özünəməxsus  faydalı 
qazıntıları,  termal,  mineral  qaynaqları  vardır  (bu  barədə  sonrakı 
hissələrdə  qeyd olunacaq).
Qeyd  etmək  lazımdır  ki,  Qızılağac  körfəzi,  Xəzərin  təbiətinə 
xas  olan  səviyyə  rejiminin  vaxtaşırı  dəyişməsi  ilə  əlaqədar  olaraq 
gah  kiçilib,  gah  böyüyüb.  Bu  barədə  səlis,  ardıcıl  arayış,  Xəzərin 
dəqiq  bilicilərindən  biri,  mərhum  prof,  Q.K.Gülün  1967-ci  ildə  çap­
dan  çıxan  «Xəzər  dənizi  Qızılağac  körfəzinin  coğrafiyası»  adlı 
kitabında verilmişdir.  Ona görə,  biz  körfəzin tarixi və  coğrafi  cəhət­
dən  geniş  izahını  təkrar  etməmək  şərti  ilə  onun  indiki  və  yaxın
9
keçmişinə  aid  vəziyyəti  barədə  şəxsi  araşdırmalar,  tədqiqat- 
müşahidələrimizə əsasən  məlumatlarla  kifayətlənirik.
Qızılağac körfazinin  tədqiqi barədə 
qısa  tarixi məlumat
Körfəzin  tədqiq  olunması  dövrü,  Xəzərə  olan  maraq  tari­
xinə  təsadüf  edir.  Bu  barədə  də  kifayət  qədər  yazılı  mənbələr 
vardır.  Xəzər  hələ  eramızdan  əvvəl  qədim  ərəb,  yunan  səyyah­
larını  maraqlandırmışdır.  Əlbəttə,  bu  da  təsadüfi  deyildir.  Əv- 
vəla,  şərqi  Avropadan  Mərkəzi  Asiyaya  yönəldilən  yol  üzərində 
yerləşən  və  əfsanəvi  balıq  sərvətinə  malik  olan  Xəzər  əlverişli 
nəqliyyat,  sərfəli  qazanc məkanı sayılmışdır.  Bununla  belə,  dün­
yanın  ən  böyük  gölü  -   Xəzərin  (əvvəlki  sənədlərə  nisbətən) 
daha  dolğun 
izahı, 
yəni 
coğrafiyası 
barədə  məlumatlar 
XVII-XVIII əsrlərdə verilmişdir.
Qeyd  etmək  lazımdır  ki,  orta  əsrlərdə  Xəzəri,  ərəb,  İran 
coğrafiyaşünaslarından  İbn-Herdobdin,  idrisi  Məsudi,  İstəhrin 
və  başqaları  tədqiq  etmişlər.  Ulu  babalarımız  -   Əbdu-Rəşid- 
İbn-Saleh  Bakuvi,  Hacı  Zeynalabdin  Şirvanı'  Xəzərin 
öyrə­
nilməsi  ilə  xüsusi  tədqiqatlar aparmışlar  (Yaxın  keçmişdə  hər 
iki  alimin  adını  daşıyan  AMEA-ya  məxsus  xüsusi  elmi-tədqiqat 
gəmiləri  olmuşdur).  Xəzər  başqa  dənizlərdən  fərqli  olaraq  çox- 
adlıdır.  Əksərən  Xəzərin  qədim  zamanlara  aid  adı,  onun  sahil­
lərində  məskən  salan  xalqlar,  tayfaların  adına  uyğun  qeyd 
olunmuşdur.  Bəzi  mənbələrdə Xəzərin  adı  ona  yaxın  ərazilərdə 
hökmranlıq  edən  dövlətlər,  xanlıqlar,  hətta  şəhər  adları  ilə  də 
bağlı  olmuşdur.  Məsələn,  Heredotun,  Eratosfenin,  Aristotelin, 
Strobonun  əsərlərində  Xəzər  Hirkan,  yaxud,  İrikan  adlandırılır 
ki,  bu  da  Hirkanıi  vilayətinin  adıdır.  İbn-Hordadbex  (846-cı  il) 
onu  «Xozar»,  Əhməd  əl-Yaqubi  (891),  İbn-Rüstə  (903)  Xəzər


10
adlandırmışdır.  Ümumiyyətlə,  qədim  mənbələrdə  Xəzərin  on­
larla  adına  rast  gəlinir.  Bununla  belə,  XIII  əsrdə  Xvalın,  Geor- 
giyevsk,  Tabasaran,  XVII  əsrdə  isə  Salyan,  Şirvan,  Dərbənt və 
s.  adlara  da  təsadüf olunur.
Xəzərin  elmi  əsaslarla  öyrənilməsi  XVIII  əsrin  əvvəllərində 
I  Pyotrun  xüsusi  tapşırığına  əsasən  aparılmışdır.  Qəsbkarlığı  ilə 
səciyyələnən  keçmiş  rus  imperiyası,  şərq  ölkələrinin  sərvətinə 
yiyələnmək  məqsədi  ilə  Xəzəri  ən  sərfəli  yol  seçmiş,  onun  təbii 
iqlim  şəraitini,  ərzaqla  təmin  olunmaq  üçün  əvəzsiz  imkanlara 
malik  olmasını  nəzərə  alaraq,  Xəzəri  maraq  hədəfi  seçməklə, 
Xəzəryanı  dövlətlərin  də  öz  ixtiyarına  keçməsini  dəqiq  ölçüb- 
biçmişdir.  Məhz  bu  məqsədlərlə  də  ardıcıl  olaraq  Aleksandr 
Bekoviç-Çerkasskinin,  Saymonovun,  Tokmaçevin,  Qmelinin, 
Voynoviçin,  Eyxvaldın,  Karelinin  və  nəhayət,  Knipoviçin  rəh­
bərliyi  altında  200  ilə  yaxın  (1730-1921)  müddətdə  Xəzərdə 
ardıcıl  ekspedisiyalar  həyata  keçirilmişdir.  İstər  sülh  məramlı 
gəliş-gediş  və  ticarətlə  bağlı  səfərlər,  istərsə  də  qəsbkarlıq 
məqsədi  ilə  təcavüz  zamanı  Xəzərlə  hərəkət  edən  bütün  gə­
milərin  daldalanmaq,  qorunmaq,  şirin  su  və  ərzaq  ehtiyatı  gö­
türmək  üçün  ən  əlverişli  məkan  kimi  Qızılağac  körfəzi  hamının 
nəzər-diqqətini  cəlb  etmişdir.
Qızılağac  körfəzinin  hər  cəhətdən  əlverişli  mövqeyini  dərk 
edən  I  Pyotr  1722-ci  ildə  İrana  yürüş  zamanı  bu  körfəzin  öyrə­
nilməsini  əmr etmişdir.
Qızılağac  körfəzi  birinci  dəfə  Xəzərin  1720-ci  ildə  tərtib 
olunan  hidroqrafik  xəritəsində  əks  olunsa  da,  onun  müfəssəl 
xəritəsi  1826-cı  ilə  aid  edilir.  Beləliklə,  Xəzər  kimi  Qızılağac 
körfəzinin  də  müxtəlif  dövrlərə  aid  və  onun  hidroloji  rejimi  ilə 
əlaqədar  olan  bir  neçə  xəritəsi  mövcuddur.  Elmi  baxımdan  bu 
cür  sənədlər  olduqca  qiymətlidir  və  onlar  Xəzərlə,  körfəzə  qo­
nşu  çay  vadilərinin  zaman  -zam an  dəyişməsinə  dair  dəyərli 
dəlil-sübutlardır.  Körfəzin  geoloji  tarixi  Xəzər-Aral 
çökəyində
11
baş  vermiş  tektonik  prosesləri  əhatə  edir.  Ona  görə,  Qızılağac 
körfəzinin  geoloji  inkişaf 
tarixini  Xəzərin,  xüsusilə  də  onun 
cənub-qərb  zonasının  ümumi  tarixi  izahı  ilə  əlaqədar  şəkildə 
qəbul  etmək  lazımdır.  Beləliklə,  ehtimal  olunur  ki,  Xəzər  qədim 
Tetis  okeanından  Alp  dağəmələgəlmə  prosesləri  zamanı  ay­
rılmışdır.  Geoloi  dəlillərə  əsasən  Xəzər  sərbəst  hövzə  kimi  öz 
inkişaf  tarixini  Sarmatdan  (15-17  milyon  il  əvvəl)  başlamışdır. 
Həmçinin  sübut  olunmuşdur  ki,  Xəzər  bütün  tarix  boyu  kəskin 
dəyişikliklərə  məruz  qalmışdır  və  Miotisdə  (25  mln  il  əvvəl)  o, 
Azov,  Qara  dənizlər  ilə  birləşmişdir.  Xəzərin  ayrılması  Pontun 
sonuna  aid  edilir.  Q.K.Gül  (1967)  qeyd  edir  ki,  Xəzər  Qara  də­
nizdən  ilk dəfə təxminən  15  milyon  il əvvəl ayrılmışdır.  Sonra  bu 
iki  hövzə  bir  neçə  dəfə  birləşib  və  yenə  ayrılıb.  Son  dəfə  Xə­
zərin  təcrid  olunması  Xəzər  əsrində  (135  əsr  qabaq)  baş  ve­
rmişdir.  Nəhayət,  Xvalın  əsri  başlamış  və  göl  tədricən  dəyi­
şilərək müasir görkəmə düşmüşdür.
Maraqlıdır  ki,  bütün  dövrlərdə  Xəzərin  dəyişməsi  onun 
əhatəsində  olan  körfəzlərə  də  təsir  etmişdir.  Bu  baxımdan 
Arazın,  Kürün  Xəzərə  axması  yolları  da  müxtəlif  istiqamətlərlə 
səciyyələnir.  Məsələn,  Heredotun  məlumatlarına  görə  (485- 
425-ci  illər)  Araz  çayı  sərbəst  olaraq  Xəzərə  axır.  Həmçinin  eh­
timal  olunur  ki,  Strobon  və  Ptolomey  dövrlərində  (2000  il  öncə) 
Kür və Araz  çayları  Xəzərə  ayrılıqda  axırmış.  Həmin  çayların  in­
diki  Sabirabad  bölgəsi  ərazisində  birləşməsinin  Xəzər  tran- 
sqressiyası  ilə  əlaqədar  olması  şübhə  doğurmur.  Bununla  belə, 
Samoylovun  çəkdiyi  planda  (XVIII  əsrin  əvvəlləri)  Kür  və  Araz 
çaylarının  birgə,  bir neçə  qollarla Xəzərə  axması  açıq görünür.
Qızılağac  körfəzinin  formalaşması  proseslərində  ərazidə 
olan  çayların  gətirdikləri  çöküntülər  mühüm  rol  oynamışdır. 
Müəyyən  edilmişdir  ki,  Kür  çayı  qollarından  biri  -   Aşenabad 
müasir Kürdili  üçün  əsas  bünövrə olmuşdur.
Beləliklə  güman  edilir  ki,  müasir  Qızılağac  körfəzi  XVIII


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə