Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   ...   57

12
əsrin  sonunda  formalaşmağa  başlamışdır.  Məhz  bu  dövrdə Ağ- 
çala  və  Mahmudçala  göllərinə  qədər  uzanan,  Xəzərlə  əlaqəsi 
olan  dərin  və  geniş  körfəz  inkişaf  etmişdir.  Hazırda  körfəzi 
Xəzərdən  ayıran  Kürdilinin  intensiv  inkişafı  Kürün  gətirdiyi  külli 
miqdarda  (hər il  20  milyon  tona  qədər)  asılı  materialların  toplan­
ması sayəsində  mümkün  olmuşdur.
Əldə  olan  plan,  cizgi  və  xəritələrdə  Qızılağac  körfəzinin 
sahəsi  müxtəlif  ölçülüdür.  Məsələn,  1820-ci  ildə  tərtib  edilmiş 
xəritədə  Bolharçayın  körfəzin  qərb  sahilinə  axması  aydın  gö­
rünür.  Həmin  dövrlərə  aid,  Berq  tərəfindən  verilmiş  səviyyə 
qrafikinə  əsasən,  Qızılağac  körfəzinin  indiki  Cəlilabada  qədər 
sahə tutduğu  zənn  edilir.  Xəzərin,  o cümlədən  də Qızılağac kör­
fəzinin  dəyişməsinin  su  səviyyəsi  ilə  əlaqədar olması  şübhə  do­
ğurmur.  Ancaq  Qızılağac  körfəzi  Xəzərin  ümumi  su  balansı  ilə 
əlaqədar  olsa  da,  onun  tez-tez  dəyişməsi,  ona  axan,  yaxud  da 
regionda  olan  çay  axımları  ilə  daha  üzvi  surətdə  bağlı  olmuş­
dur.  Məsələn,  1859-1886-cı  illərdə  Kürün  əsas  axımı  onun  şərq 
qoluna  keçəndən  sonra,  Kür,  Lebyaji,  Krestovı,  Kabani  və  b. 
ovalıq-sahil  dilləri  əmələ  gəlmişdir.  Maraqlıdır  ki,  körfəzin  mü­
asir  konturu  və  onu  iki  hissəyə  -   qərbdə  Bala  (və  ya  Kiçik), 
şərqdə  Böyük  körfəzə  ayıran  dil  də  bu  dövrdə  yaranmışdır. 
Həmçinin,  Böyük  və  Kiçik  Kulagin,  Baklanı,  Sara  və  s.  ada 
silsiləsi  Kür  çayı  qolları,  Ağuşa,  Viləşçay,  Qumbaşı  çayları  tə­
rəfindən  gətirilən  materialların  çökməsi  sayəsində  əmələ  gə­
lmişdir.
Qızılağac  körfəzinin  dəyişməsi  bizim  dövrdə  də  davam 
edir.  Belə  ki,  XX  yüzilliyin  əvvəlində  Xəzərin  səviyyəsinin  aşağı 
düşməsi  sayəsində  körfəzin  sahəsi,  dərinliyi,  sututumu  dəyiş­
miş,  Viləşçay,  Qumbaşı  çaylarının  suyundan  suvarmada  isti­
fadə  edilməsi,  Ağuşa  çayı  ilə  əlaqənin  kəsilməsi  və  s.  Səbəb­
lərə  görə  körfəzin  görkəmi,  duz,  qaz  rejimi,  fauna-florasının 
kəmiyyət-keyfiyyətcə  inkişafı  tamamilə  yeni  istiqamətə  yönəl­
13
dilmişdir.  1928-1978-ct  illərdə  su  səviyyəsinin  aşağı  düşməsi, 
körfəzdə  yeni  hidroloji,  hidrokimyəvi  və  hidrobioloji  rejim  yarat­
dığı  halda,  son  25  ildə  yenə  də su  səviyyəsinin  yüksəlməsi  döv­
rü  başlamışdır.  Beləliklə,  yenə də körfəzdə tamamilə  ayrı  ekoloji 
vəziyyət formalaşır  və  onun  aqibətini  tam  təsəvvür etmək  üçün 
monitorinq  xarakterli  müşahidələrin  aparılması  tələb  olunur. 
Çünki,  Qızılağac  körfəzində  sonuncu  səviyyə  təbəddülatı  regi­
onun  kəskin  çirklənmə  dövrünə  təsadüf  edir  (növbəti  bölmə­
lərdə şərh edilir).
Qızılağac körfəzinin lim noloji1xüsusiyyətləri
Körfəzin  son  dövrə  aid  təkamülündə axırıncı  50-60  il  daha 
təsirli  olmuşdur.  Bunun  da  əsas səbəbi  körfəzlə  daimi  əlaqədar 
olan  çayların  ayrı  məqsədlərlə  istifadə  edilməsidir.  Məsələn, 
1928-1965-ci  illərə  aid  dövrdə  körfəzdə  su  səviyyəsi,  orta  he­
sabla  2,2  m  azalmış,  sahəsi  isə  2  dəfə  ixtisar  edilmişdir.  Nəti­
cədə  körfəz Acıqoltuq,  Girdəçala,  Xurşudçala,  Burunkiyə  qədər 
qurumuş,  Kür,  Lebyaji,  Qaban  dilləri  arasında  olan  kiçik  kör­
fəzlər  isə  quruyaraq  qamışlıqlarla  örtülmüşdür.  Böyük  və  Kiçik 
Qızılağac körfəzlərinin  bir-birindən  ayrılması  məhz bu  səbəbdən 
törənmişdir.  Yerli  çaylarla  əlaqənin  zəifləməsi,  xüsusi  ilə  kiçik 
körfəzə  daha  ağır  təsir  etmişdir.  Su  balansının  azalması, 
hövzənin  batimetrik  (dərinlik)  cəhətdən  dəyişməsinə  səbəb  ol­
muşdur  ki,  bu  da  körfəzdə  lillənmə  prosesinin  artmasına  zəmin 
yaratmışdır.  Körfəzdə  sedimentasiyanın  (çöküntü)  güclənməsi, 
bir  tərəfdən  sahilin  aşılanmasını,  digər  tərəfdən  isə  quraqlığa 
çevrilən  ərazilərin  eroziyasını  sürətləndirir.  Nəticədə  küləklər, 
atmosfer  çöküntüləri,  suların  axımı,  cərəyanı,  asılı  maddələri 
hövzənin  dibində  mailli  sahələrdə  cəmləşdirir.  Məsələn,  prof.
1  Qeyd: 
Limnologiya  -   yunanca  limne  -   göl,  kiçik  hövzə,  logiyaisə  -   elm
deməkdir.  Ümumi  mənada -  gölşünaslıqdır.


14
Gülün  hesablamalarına  görə  (1930-1960)  30  il  ərzində  körfəzi 
dənizdən  ayıran  sahədə  lillənmə  19  min  m2  ərazini  zəbt  et­
mişdir.  Bu  baxımdan  Qızılağac  körfəzinin  bir  neçə  morfometrik 
ünsürlərini  yada  salmaq faydalı  olar (cədvəl  1).
Cədvəl  1
Qızılağac körfəzinin morfometrik ünsürləri (Gül,  1967)1
-2
Böyük körfəz
Kiçik körfəz
® 
СЧ,
Ш  J
( O
E  *  
£ !
O
rt
a
 d
a
ri
n,
 n


S
a
h
il
 xətt,
 
u
z
u
n
-l
u
ğ
u
, 
k
m
-l
ə
Ф ( \ |
*   |
C O   - İ C
O')
S
-*e
O
C D
X
I
O
rt
a
 d
ə
rin

m
- 

S
a
h
il
 x
ə
ti
, 
u
z
u
n
-l
u
ğ
u
, 
k
m
-l
ə
1931
1228
4,789
3,9
164
378
1,0
2,6
56,1
1946
938
1,944
1,9
138
226
0,2
1,8
38,9
1965
710
0,562
1,6
124
185
0,15
1,5
34,3
Hər  iki  körfəzin  müasir  sərhədləri  şimaldan  Salyan  düzü, 
qərbdən  Muğan  düzü,  cənub  və  cənub-şərqdə  Xəzərdir.  Lakin, 
Böyük  Qızılağac  körfəzi  şimal-şərqdən  cənub-qərbə  uzanan 
Kürdili  (Kürkosa),  şərq  və  şimal-şərqdən  Krestovı,  Qu,  Qaban 
dilləri,  qərbdən  isə Sara yarımadası  ilə sərhədlənir,
Kiçik  Qızılağac  körfəzi  isə  hazırda  qapalı  su  hövzəsi  olub, 
dənizlə  (Böyük  körfəzlə)  bir  neçə  kanalla  əlaqə  saxlayır 
(aşağıda  qeyd edilir).
Qızılağac  körfəzinin  iqlimi  yerləşdiyi  ərazinin  iqlim  şəraiti 
ilə  əlaqədar  olsa  da,  körfəzin  özündə  onun  müxtəlif  hissələri 
mikro-iqlimə  görə  bir-birindən  xeyli  fərqlənir.  Məhz  iqlim  xüsu­
siyyətinə  görə  körfəzin  ərazisi  iki  hissəyə  ayrılır:  şimal  hissə
1 Qeyd: 
Xəzərdə  su  səviyyəsinin  qalxması  ilə  əlaqədar  körfəzlərin
morfometrik  ünsürlərinin  dəqiq  ölçüsü  məlum  deyildir.  Ehtimala 
görə  həmin  göstəriciləri  50-ci  illərdə  olan  ölçülərə  bərabər  hesab 
etmək olar.
15
mülayim-isti  çöl  iqlimi  olan  quru  subtropik  iqlim  sahəsi  kimi  sə­
ciyyələnir.  Körfəzn  bu  hissəsində  yay  isti  və  quru  keçir.  Cənub 
hissə  isə  isti  yayı,  payız  və  qış  fəslində  bol  yağıntısı  olan,  mü­
layim-isti  iqlim  sahəsi  kimi  xarakterizə  olunur.  Həmçinin  kör­
fəzin  cənub  hissəsi  Xəzər  və  Talış  dağları  ilə  həmsərhəd  oldu­
ğuna  görə  rütubətli-subtropik  Aralıq  dənizi  iqlimi  tipinə  aid 
olunur.
Göründüyü  kimi,  ərazidə  çox  da  böyük  olmayan  körfəzin 
şimal və cənub  hissələri  iqlimə görə bir-birindən fərqlənir ki,  bu­
nun  da  əsas  səbəbi  yağmurlardır.  Çoxillik  aylıq  temperaturun 
regionda  dəyişməsi,  körfəzin  su  rejiminə  nisbətən  sabitdir. 
Sara  yarımadası  üçün  1922-1958 və  1960-1989-cu  illərdə  illik 
temperaturun  çox  cüzi  dəyişməsi  ilə  əlaqədar  olaraq,  orta  aylıq 
temperatur da  az fərqlənir.
Qeyd  etmək  lazımdır  ki,  ərazinin  iqliminə  dair elmi  ədəbiy­
yat  mənbələrinin  çoxunda  körfəzdə  qışın  mülayim  keçməsi  vur­
ğulanır.  Hətta  göstərilir  ki,  ərazidə  temperaturun  0°-dən  aşağı 
olması  nadir hadisədir.  Lakin  son  20-25  ildə  Qızılağac  körfəzi 
regionunda  bir  neçə  dəfə  qarlı-şaxtalı  qış  olmuşdur.  Məsələn, 
1968-1969;  1971-1972;  1992-1993  və  1993-1994-cü  illərdə 
körfəzin  ərazisi  qarla  örtülmüşdür.  Həmçinin,  körfəz  ərazisində 
1924-1925,  1950-1951 -ci  illərdə  güclü  şaxtalı  günlərin  olması 
qeyd  olunur.  Bununla  belə,  ərazidə  şaxtalı  dövr  çox  qısa  müd­
dətlidir  və  temperaturu  10°-dən  yüksək  olan  günlərin  sayı  226- 
230-a  çatır  ki,  bu  da  körfəzdə  canlı  aləmin  intensiv  inkişafına 
müsbət təsir göstərir.
Qızılağac  körfəzinin  suyunun  temperatur  rejimi  il  boyu  ha­
vanın  temperaturundan  orta  hesabla,  2-3°  yüksək  olur.  Ancaq 
isti  yay  və  soyuq  qış  günlərində  havanın  temperaturu  ilə  suyun 
temperaturu  arasındakı  fərq  daha  çox  ola  bilir.  Ərazinin  həm 
atmosferi  və  həm  də  suyunda  yüksək  temperatur  iyul-avqust, 
aşağı  temperatur isə  yanvar-fevral  aylarında müşahidə olunur.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə