Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun


Xəzərin  və Qızılağac körfəzinin  hidroloji rejimi,  səviyyəsi



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   ...   57

16
Xəzərin  və Qızılağac körfəzinin  hidroloji rejimi,  səviyyəsi
Yuxarıda  qeyd  olunduğu  kimi,  Xəzərin  su  balansının  də­
yişməsi,  körfəzin  səviyyəsinin  tərəddüd  edilməsində  əsas  amil 
sayılır.  Kiçik  Qızılağac  körfəzində  isə,  səviyyə  rejimi  ona  axan 
çaylardan  (xüsusi  ilə  onlar  bəndlə  təcrid  olunandan  sonra)  asılı 
olmuşdur.
Qeyd  etmək  lazımdır  ki,  körfəzin  hidroloji  rejimi  Xəzərlə 
üzvi  surətdə  əlaqədar  olduğu  üçün,  xüsusi  ilə  son  80  ildə  Xə­
zərin  səviyyəsinin  qalxması  və  aşağı  düşməsi  səbəblərini  qısa 
izah  etmək faydasız olmaz.
Xəzərin  səviyyəsinin  1928-ci  ildən  kəskin  aşağı  düşməsi 
və 
1978-ci 
ildən  sonra  sürətlə  artması  böyük  narahatlıq 
yaratmışdır.  Təəssüflər  olsun  ki,  su  səviyyəsinin  yüksəlməsi 
Xəzərətrafı  sahil  ərazilərində  on  min  hektarlarla  qurunu  zəbt 
edir,  yüzlərlə  qurğu,  kommunikasiya  vasitələrini,  dəmir,  şosse 
yollarını,  əkin,  yaşayış ərazilərini  və s.  su  altına  alır.
Səciyyəvi  haldır  ki,  çoxları,  geniş  ictimaiyyət  Xəzərin  sə­
viyyəsinin  yüksəlməsini  gözlənilməz,  təsadüfi  hal  kimi  qiymət­
ləndirir.  Əslində  isə  Xəzərdə  su  balansının  «şıltaqlıq»  etməsi 
heç  də  «göydəndüşmə»,  gözlənilməz  hadisə  deyildir.  Xəzərin 
su  balansının  qeyri-sabitliyi  barədə  kifayət  qədər  elmi  dəlillər 
mövcuddur.  Bundan  başqa,  VIII  əsrdən  üzü  bəri  Xəzərin  vax­
taşırı,  zaman-zaman  böyüyüb-kiçilməsi  dəfələrlə  müşahidə 
edilmişdir.  Bu  barədə  tarixi,  arxioloji  dəlillər  də  kifayət  qədərdir. 
Hətta  bu  barədə  ulu  əcdadlarımızın  məşhur  Qobustan  qaya­
larında  da  xəbərdarlıq  işarələrinə  rast  gəlinir.  Maraqlıdır  ki, 
1736-cı  ildə  Peterburqda  nəşr olunan jurnalda  P.Samoylov  (çar 
ordusunun  zabiti) 
« Б а ки н с ка я   кр е п о с ть »  
adlı  məqaləsində,  öz 
əli  ilə  çəkdiyi  rəsmdə  Qız  qalasının  ləpələrlə  əhatə  olunmasını
/6
W
17
göstərir.  Həmçinin  sübut  olunmuşdur  ki,  Xəzərin  qərb  sahil­
lərindəki  düzənliklərdə  ləpədöyər ərazidə  orta  hesabla,  5-6  min 
metrə  yaxın  heç bir  daimi  məskən  izinə təsadüf edilmir.  Deməli, 
keçmiş  Xəzəryanı  xalqlar,  tayfalar  Xəzərlə,  necə  deyərlər, 
daban-dabana  daimi  məskən  salmamış və  onun  xislətinə  bələd 
olmuşlar.
Həqiqətən,  təəssüf doğuran  haldır ki,  müasir elmi  biliklərə 
malik  olan  soydaşlarımız  Xəzərin  dünəninə  aid  məlumatlara  fi­
kir verməmiş,  yüz  milyonlarla  vəsait,  ölçüsüz  zəhmət  bahasına 
əmələ gələn  qurğular yaratmış,  binalar inşa etmişlər.
Xəzərin  səviyyəsinin  tərəddüdü  barədə  müxtəlif  fikirlər, 
fərziyyələr  mövcuddur.  Əsasən  iki  fərziyyə  ətrafında  elmi  mü­
bahisələr  davam  edir.  Birinci  fikir  tərəfdarları  səviyyə  rejiminin 
tektonik  proseslərlə  bağlı  olmasını  təkid  edir.  İkinci  fərziyyəyə 
əsasən  Xəzər  hövzəsində  suyun  artması  iqlimlə  əlaqədardır. 
Lakin  son  axtarışlara  görə,  Xəzərdə  səviyyə  rejiminin  dəyiş­
məsinin,  onun  dib  yatağının  süngər  kimi  sıxılıb-genişlənməsi 
prosesləri  ilə əlaqədar olması  ehtimal  edilir.
Qeyd  etmək  lazımdır  ki,  Xəzər  dənizi  regionunda  diqqətə­
layiq  tektonik  hadisələr  heç  bir seysmik  məntəqə-stansiyalarda 
müşahidə  olunmamışdır.  Ona  görə  iqlimlə  əlaqədar  hövzədə 
suların  artması  faktını  da  inkar  etmək  olmaz.  Həmçinin,  su  sə­
viyyəsinin  enib-qalxmasının,  bütün  ehtimal  olunan  amillərin 
birgə,  qarşılıqlı təsiri  ilə  bağlılığı  məqbul  sayırlar.
Yada  salmaq  lazımdır  ki,  Yer  kürəsinin  ən  böyük  çökək­
liyini  Xəzər tutur.  Elə  bu  səbəbdən  də Xəzər yerləşən  ərazi  dü­
nya  okeanı  səviyyəsindən  28  m  aşağıdadır.  Bundan  başqa,  Xə­
zər  planetar  hövzə  sayılır.  Başqa  sözlə  desək,  biosferdə  baş 
verən  hadisələrin  çoxu  Xəzərə  də  təsir  edir  və  onun  özü  də 
planetar proseslərə  biganə  qalmır.
Xəzəri  başqa  iri  hövzələrdən  fsıW
4
te^iw № ^hetleP (^ıbiıiriır,ı 
də  onun  hövzəsinin  ölçüsünün,  sutjjtumu  saHösfıiirir;öfçüsünə
PREZİDENT KİTABXANASI


18
nisbətən  böyük  olmasıdır.  Başqa  sözlə  desək,  Xəzər  hövzəsi 
3,8  milyon  kvadrat  km  olduğu  halda,  onun  su  səthi  390-395 
(müasir  səviyyə)  min  kvadrat  km-dir.  Göründüyü  kimi,  Xəzərə 
aid suların,  nəmişliyin  formalaşma  ərazisi,  gölün  öz sahəsindən 
10  dəfə  böyükdür1.
Xəzəri  səciyyələndirən  cəhətlərdən  biri  də  onun  yerləşdiyi 
ərazinin  müxtəlif  iqlim  şəraitləri  ilə  əhatə  olunmasıdır.  Həmçinin 
dünyada  heç  bir  dəniz  Xəzər  gölü  kimi  meridian  istiqamətində 
düz  xətt  boyu  -   şimaldan-cənuba  1200  km  məsafə  tutmur. 
Xəzərin  geomorfoloji  quruluşu,  su  kütləsinin  axımı,  cərəyan  et­
məsi,  küləklərin  intensivliyi  və  nəhayət,  dünya  okeanından 
təcrid  olunması  və  s.  xüsusiyyətləri  onu  bənzərsiz  etmişdir.  Bü­
tün  göstərilən  amillər  Xəzərdə  və  onun  müxtəlif  körfəz-liman­
larında  bioloji  və  kimyəvi  proseslərin  gedişi  xüsusiyyətlərini  sə­
ciyyələndirir.  Bu  baxımdan  nəmişli,  quru  subtropik  və  mülayim 
iqlim  əhatəsində  mövqe  tutan  Qızılağac  körfəzində  canlı  aləmin 
bərqərar  olması,  onların  biotik  və  abiotik  faktorlarla  əlaqədar 
şəkildə  icra  etdikləri  proseslər  başqa  ərazilərdə  olduğundan 
əsaslı  surətdə  fərqlənir.  Elə  bu  cür  fərqli  cəhətlərdən  biri  də 
səviyyə  rejimi  ilə  əlaqədar  olaraq  körfəzdə  baş  verən  ekoloji 
təzadların  daha  qabarıq  şəkildə  təzahür etməsidir.
Biz  yuxarıda  Xəzərin  səviyyə  rejiminin  dəyişmə  səbəb­
lərinə  toxunduq.  Buna  baxmayaraq,  yada  salmaq  lazımdır  ki, 
Xəzərdə  su  səviyyəsinin  enib-qalxması  üçün  qeyd  olunan 
müddət  arasında  da  fərq  vardır.  Xəzərin  su  rejiminə  dair  külli
1 Qeyd: 
Məlum  səbəblərə  görə,  Xəzər  dünyanın  ən  böyük  gölüdür.  Məhz
öz  sahəsinə  görə  onu  səhvən  dəniz  adlandırırlır.  Lakin  unutmaq 
olmaz  ki,  beynəlxalq  qanunlara  əsasən,  müştərək  «göl»  və 
dənizlərin  sahillərində  yerləşən  dövlətlərin,  onlardan  istifadə 
etmək  qaydaları  bir-birindən  fərqlənir.  Belə  ki,  dənizin  12  milə  (1 
mil  -   1852  m-dir)  bərbər  ərazisi,  gölün  isə  sərhəd  boyu  tən  yarısı 
müvafiq dövlətə  məxsus olur.  Ona  görə  biz Xəzəri qanuni  olaraq göl 
kimi qeyd  etməyi  müvafiq və düzgün  sayırıq.
19
miqdarda  hesablamalar,  qrafiklər,  cədvəllər  vardır.  Onların  va­
sitəsi  ilə  asanlıqla  müəyyən  etmək  olur  ki,  sonuncu  səviyyə 
rejiminin  dəyişməsində,  azalma  uzun  müddətli,  çoxalma  isə  qı­
sa  müddətlidir.  Məsələn,  əgər  1928-1978-ci  illərdə  su  səviy­
yəsinin,  orta  hesabla,  2,5  m  aşağı  düşməsi  50  il  çəkmişsə,  lakin 
indiki  -   2,8  m  qədər  su  səviyyəsinin  qalxması  15  ildən  də  az 
vaxtda  baş  vermişdir.  Həmçinin,  1993-cü  ildə  səviyyənin  13-18 
sm  yüksəlməsi  proqnazlaşdırıldığı  halda,  faktiki  olaraq  səviyyə 
42-46 sm yüksəlmişdir.
Xəzərlə  Qızılağac  körfəzi  arasında  su  mübadiləsi  yenə  də 
səviyyə  rejimi  ilə  əlaqədardır. 
Hər  iki  akvatoriyada  su 
mübadiləsinə  fəal  təsir  edən  amillərdən  biri  də  küləklərdir. 
Beləliklə,  gətirmə  və  qovuşma  hadisələrində  küləklər  mühüm 
rol  oynasa  da,  su  səviyyəsi  «hərəkət»  edən  su  həcmini  artırıb- 
azalda  bilir.  Hesablamalara  görə,  hər  iki  əsas  amilin  təsiri 
çərçivəsində Xəzərlə  Qızılağac  körfəzi  arasında  bir ildə  35  dəfə 
su  mübadiləsi  baş  verir.  Maraqlıdır  ki,  Xəzərlə  Qızılağac  körfəzi 
arasında  su  mübadiləsi  1955-1956-cı  ildən  sonra  Kiçik  Qızıla- 
ğac körfəzinə aid edilm ir1.
Qızılağac  körfəzinin  bioloji  məhsuldarlığı  baxımından 
zəngin  olmasına  zəmin  yaradan  amillərdən  biri  də  Xəzərlə  in­
tensiv  su  mübadiləsidir.  Özü  də  bu  cür  müsbət  təsir,  necə 
deyərlər,  ikitərəflidir  (regionun  bioloji  məhsuldarlıqla  əlaqədar 
xüsusiyyətləri  aşağıda  ayrıca  qeyd  edilir).
Bir  sözlə,  səviyyə  rejimi  Xəzərlə  Qızılağac  körfəzi  ara­
sında  qaz-duz  rejimlərinin  də  tənzimlənməsində  həlledici  əhə­
miyyətə  malikdir.
1 Qeyd: 
Son  20  ildə  şərq  və  şimal-şərq  küləkləri  zamanı  (Xəzərdə  səviyyə
qalxdığına  görə)  Böyük  körfəzdən  Kiçik  körfəzə  kanallarla  su 
keçməsi  müşahidə olunur.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə