Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   ...   57

20
// HİSSƏ
QIZILAĞAC KÖRFƏZİ REGİONUNUN  TƏBİİ 
SƏRVƏTLƏRİ VƏ İQTİSADİ İM KANLARI1
Regionun  təbii  sərvətləri  dedikdə,  ilk  növbədə  həm  qu­
ruda,  həm  də  su  mühitində  bərqərar  olan  fauna-flora  və  böl­
gənin  hidrosferinə  aid  mənbələr  yad  ediləcək.  Öncə  qeyd 
etmək  lazımdır  ki,  öz tutduğu  təbii-coğrafi  mövqeyinə,  təbii  sər­
vətlərlə  səciyyəli  zənginliyinə  görə  regiona  dair  ədəbiyyat 
məlumatları,  Azərbaycanın  başqa  ərazilərinə  nisbətən  az  olma­
sa  da,  Lənkəran  təbii  bölgəsi  həmişə tədqiqatçıların  diqqət mər­
kəzindədir.  Yuxarıda  göstərildiyi  kimi,  Qızılağac  körfəzinin  elm 
aləmi  üçün  maraqlı  ərazi  olması  yenə  də  regionun  əsrarəngsiz 
təbii  sərvətlərlə zənginliyi  ilə  əlaqədardır.
Regionu  səciyyələndirən  cəhətlər  çoxdur,  ilk  növbədə 
ərazinin  təbii xüsusiyyətinin  üçüncü  dövrlə  əlaqədar olaraq özü­
ndə cəmləşdirdiyi  flora  ön  plana  çəkilir.  Heç  də təsadüfi  deyildir 
ki,  regionun  meşələri  relikt  və  endemik  ağac,  kol  və  bitki  növ­
lərinə  görə  möcüzələr  diyarı  sayılır.  Son  mənbələrə  görə  (Əli­
yev,  Həsənov,  1993)  regionda  1900  növə  qədər  bitki  vardır. 
Səciyyəvidir  ki,  Azərbaycanın  cəmi  8%  ərazisini  təşkil  edən 
regionda,  bütün  respublikada  yayılan  bitki  növünün  45%-i, 
endemik  bitki  növlərinin  isə  43,5%-i  bu  bölgədə  cəmləşmişdir. 
Lənkəran  zonası  haqlı  olaraq  III  dövrün  relikt  və  nadir  ağac­
larından  -   dəmirağacın,  şabalıdyarpaq  palıdın,  Lənkəran  akasi­
yasının,  şümşadın  vətəni  sayılır.  Həmçinin,  təbiətin  inciləri 
sayılan  azat,  Qafqaz  xurması,  bigəvər,  danaya,  yalınqoz,  Hir-
1 Qeyd: 
Körfəzin  Lənkəran  iqtisadi  bölgəsində  yerləşməsi  və  Cənubi
Xəzərlə  sıx  surətdə  əlaqədar olmasına  görə,  istər-istəməz,  onların 
da  təbii  sərvətlərinə  toxunulur.  Bununla  belə,  şərh  olunan 
məlumatlar tam və hərtərəfli sayılmamalıdır.
21
kan  ənciri,  Hirkan  ağcaqayını  və  b.  məhz  burada  yaşayır. 
Azərbaycanın  başqa  regionları  kimi  Lənkəran  bölgəsi  də  uzun 
illərdən  bəri  antropogen  təsirlərə  məruz  qalır.  Endemik  və  relikt 
bitki  növlərinin  qismən  də  olsa  mühafizəsi  üçün  Hirkan  Dövlət 
Qoruğu 
yaradılıb 
(1936). 
Regionun 
cənub-şərq 
hissəsi 
rəngarəng  təbii  sərvətlərlə,  bulaq-qaynaqlarla,  münbit  torpaq 
sahələri,  göl,  çay  silsiləsi  və  b.  xüsusiyyətlərlə  fərqlənir.  Bir 
qayda  olaraq,  ərazinin  quru  hissəsində  əkinçilik,  maldarlıq,  su 
ilə  örtülü  sahəsində  balıqçılıq  (ümumiyyətlə,  balıq  sənayesi) 
geniş  inkişaf  etmişdir.  Bundan  başqa,  şərqi  Zaqafqaziyada 
Lənkəran  təbii  regionu  sitrus,  şərq  qitəsinə  məxsus  bir  çox 
texniki  bitkilərin  introduksiya  məkanı  sayılmışdır.  Heç  təsadüfi 
deyildir  ki,  Azərbaycanın  təbii  sərvətləri  cərgəsində  Lənkəran 
çayı,  feyxoa  və  b.  məhsullar  layiqli  yer  tutur  və  iqtisadiy­
yatımızda  mühüm  rol  oynayır.  Təkcə Lənkəran  bölgəsində  kənd 
təsərrüfatına  yararlı  torpaq  sahəsinin  (28,5  min  ha)  suvarılan 
hissəsinin  (8,1  min  ha)  75%-də  tərəvəz-bostan  bitkiləri  əkilirdi. 
Çay  plantasiyaları  5  min  ha-ya  bərabər  idi  1.  Rayonun  torpaq 
örtüyünün  əsasını  podzollu-sarı  və  dağ-sarı  torpaqlar  təşkil 
edirdi.
Regionun  təbii  sərvətlərindən  su  mənbələri,  xüsusən 
göllər  sistemi,  bataqlıq-yarımbataqlıqlar,  çay  silsiləsi  Qızılağac 
körfəzi  və  onun  bioloji  məhsuldarlığı  ilə  daha  sıx  bağlı 
olmuşdur.  Gördüyünüz  kimi,  biz  bu  üzvi  əlaqəni  «olmuşdur» 
kimi  qeyd  edirik.  Çünki,  son  25-30  ildə  regionda  baş  verən 
antropogen  təsirlər,  daha  doğrusu,  torpağa,  suya,  ümumiyyətlə, 
təbiətə  kor-koranə  müdaxilə  etməklə  milyon  illərdən  bəri  tən­
zimlənən  təbii  sistemlər əlaqəsini,  demək  olar ki,  ləğv  etmişik.
Lənkəran  təbii  regionunda  çaylar silsiləsinin  ümumi  uzun­
luğu  4418  km,  sutoplayıcı  hövzənin  sahəsi  5200  km2  və  çay
1 Qeyd: 
Təəssüflər  olsun  ki,  son  20  ildə  tərəvəzçilik  və  çayçılıq  ən  azı  85-
95%  ixtisar olunub.


22
şəbəkəsinin  sıxlığı  0,84  km2-ə  bərabərdir.  Bu  göstəricilər  bütün 
Azərbaycanda  ən  böyük  sıxlıqdır.  Bununla  belə,  regionda  su 
çatışmır.  Marsonun,  Alxovkanın,  Cil  gölünün  və  b.  qurudulması 
regionun  su  balansını,  nəmişlik  dövranını,  havanın,  torpağın, 
yeraltı  sututumu  nisbiliyini  kökündən  dəyişmişdir.  Bundan  baş­
qa,  Lənkərançay,  Qumbaşı,  Viləşçay,  onların  əsas  qollarının 
məcrasının  dəyişilməsi,  Qızılağac  körfəzinin  təbii  sərvəti  sayılan 
balıqların  inkişafına,  bərpasına  ağır  zərbə  vurmuşdur.  Məhz 
regionun  hidroqrafik  sabitliyi  pozulduğu  üçün,  bölgənin  torpaq 
örtüyünün  60-70%-i  eroziyaya  məruz  qalıb,  dağ,  dağətəyi 
sahələr  aşınır,  böyük  sahələr  quraqlıq  keçirir,  fauna-flora  məhv 
olur.  Unutmaq  olmaz  ki,  təbii  landşaft  milyon  illər  ərzində  min 
dəfələrlə  şəkildən-şəklə  düşərək  formalaşıb  «sakitləşir»  və  biz 
onu,  tarixi  ölçü  vahidi  ilə  desək,  bir  göz  qırpımında  dəyişirik. 
Əlbəttə,  təbii  əlaqələr  zənciri  xatırladır,  onun  bir  həlqəsi  qırılsa, 
bütün  sistem  dəyişə  bilər.  Bu  baxımdan,  Qızılağac  körfəzi  regi­
onunda  baş verən  ekoloji  uyğunsuzluq  regionun  təbiətinə,  onun 
bərpa  olunan  sərvətinə  böyük  zərbə vurmuşdur.
Biz,  əvvəlki  bölmələrdə,  Qızılağac  körfəzində  baş  verən 
ekoloji  təzadların  yaranmasında  onun  su  balansının  pozul­
masını  dəfələrlə əsas amil  kimi  göstərmişik.  Bununla  belə,  əsas 
məqsədimizi  daha  nəzərəçarpacaq  dərəcədə  şərh  etmək  üçün 
bir  daha  körfəzlə  əlaqədar  olan  çayların  hidroqrafik  vəziyyətinə 
qısa toxunmağı zəruri sayırıq.  Həmçinin,  necə  deyərlər,  çox şey 
müqayisədə  daha  parlaq  nəzərə  çarpır və  asan  dərk  edilir.  Elə 
bu  səbəbdən  də  Qızılağac  körfəzinin  iqtisadiyyatımızda,  təbii 
sərvətlərimizin  mühafizəsində,  saxlanılmasında  kəsb  etdiyi  əhə­
miyyəti  dərindən  dərk  etmək  üçün  biz  bu  əsrarəngiz  guşəni  -  
dünən,  bu  gün  və  sabah  -   baxımından  təqdim  etməyi  nəzərdə 
tutmuşuq.
Çox  haqlı  olaraq  Q.K.Gül  (1967)  yazır:  «Qızılağac  kör­
fəzinin  balıqçılıqda  əvəzsiz  rolu,  körfəzin  başqa  su  hövzələrinə
23
görə  təbii  üstünlüyündən  və  balıqlar  üçün  münasibliyindən  asılı 
deyildir.  Bu,  körfəzin  öz  təbii  xüsusiyyətindən  başqa,  onu  də­
nizlə  və  əksinə,  dənizi  onunla  əlaqələndirən  su  sahələrindən, 
onu  əhatə  edən  qurunun  təbiətindən,  körfəzin  düzənliklərdə 
olan  bataqlıqlar,  mərdolar,  çala və  axmazlar,  yüksək  dağ  gölləri 
və  çaylarla  əlaqələndirən  su  yollarından,  bütün  rayonun  iqli- 
mindəki  xüsusiyyətlərdən,  ümumiyyətlə,  bunların  vəhdətindən, 
qarşılıqlı  əlaqəsindən  asılıdır  (səh.  128)».  Göründyü  kimi, 
körfəzin  təbii sərvətlərindən  ən  əhəmiyyətlisi -  balıqlardan  danı­
şanda  yuxarıda  göstərilən  amillərin  hər  birinin  xüsusi  mövqeyi 
nəzərə alınmalıdır.
Hər şeydən  qabaq  unutmaq  olmaz  ki,  Qızılağac  körfəzinin 
balıq  sərvəti  Cənubi  Xəzərlə,  Kürlə,  Arazla,  Lənkərançayla, 
Ağçala,  Mahmudçala,  hətta  Ağcaqabul,  Gamışovan,  Qumbaşı, 
Viləşçay  və  b.  təsiri  və  əlaqəsi  çərçivəsində  inkişaf  etmişdir. 
Təsadüfi  deyildir  ki,  Lənkəran  bölgəsinə  məxsus  çaylar,  göllər, 
axmazlar,  çalalar  bilavasitə  Qızılağac  körfəzinin  hövzəsinə  aid 
edilirlər.  Həmin  mənbə  və  sututarların  hər  hansı  ləğv  edilirsə, 
bu  körfəzin  fauna-florasının  həm  kəmiyyət  və  həm  də  keyfiy­
yətcə  kasadlaşmasına  səbəb  olur.  Əlbəttə,  körfəzin  dünəninə 
aid  sututarları  sadaladıqda  neçə-neçə  «təzə»  adlar eşidirik.  Tə­
əssüflər  olsun  ki,  indi,  hətta  yerli  adamların  da  çoxu  həmin  göl, 
çala,  axmazların  tutduqları  ərazilərin  yerini  bilmir.  Heç  olmasa, 
yaddan  çıxmamaq xatirinə  onların bir neçəsinə  bələd olaq.
Viləşçay.  Bu  çay  regiondakı  çayların  ən  böyüyüdür,  onun 
uzunluğu  115  km,  sutoplayıcı  hövzəsinin  sahəsi  isə  936  km2-ə 
bərabərdir.  Yüksək  dağ  zirvəsindən  başlanan  (1880  m)  Viləş­
çay  axım  boyu  bir çox çay  sularını  qəbul  edir ki,  bu  qollardan  da 
ən  iriləri  -   Şaratyuk,  Paqar  (sağ  qollar)  və  Matalı  (sol  qol) 
çaylarıdır.  Məhz bu  qollar hesabına Viləşçay məcrasında  su  yaz 
aylarında  (yüksək  dağ  zirvələrində  əriyən  qar  suları)  həddən 
artıq  artır  və  tez-tez  daşqınlar  olur.  Çay  çökəklik  ərazilərdə


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə