Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   2   3   4   5   6   7   8   9   10   ...   57

24
bataqlıqlar  yaradır  ki,  bunların  da  çox  hissəsi  Ağquba,  Tuliçay, 
Seyidrza,  Sallacaq  qolları  əhatəsindədir.
XX  yüzilliyin  əvvəllərində  Viləşçay  vətəgə  əhəmiyyətli 
balıqçılıq ərazisi  sayılmışdır.  Belə  ki,  bu  çayda  hər il  yüz  tonlarla 
ziyad,  çəki,  kələmo,  nərə  balıqları  ovlanardı.  Qotvaldın  yaz­
dığına  görə  (1909) Viləşçayda  16-18  kq-lıq  qızıl  balıq  ovlanması 
adi  hal  idi.  Həmçinin,  çayın  yuxarı,  şəffaf  sularında  külli 
miqdarda  forel  ovlanması  da  qeyd  olunur.  Əlbəttə,  indi  göstə­
rilən  dəlil-faktlar əfsanə kimi  səslənir.
Viləşçayın  bu günü  çox  miskindir.  O,  xeyli  vaxtdır öz balıq­
çılıq  əhəmiyyətini  itirib,  məcrasını  və  hətta  görkəmini  belə  dəyi­
şib.  Hazırda  çay  demək  olar  ki,  körfəzə  axmır.  Çay  məcrasında 
su  elektrik  stansiyaları,  sututarlar  yaradılıb.  Yaz,  payız  və  qış 
aylarına  aid  su  toplanıb,  50-dən  çox  arxlar  vasitəsilə  suvar­
maya  sərf  olunur.  Düz  30  il  öncə,  bu  sətirlərin  müəlliflərindən 
biri  Viləşçayın  mənsəbində  Kiçik  Qızılağac  körfəzindən  çaya 
kürü  tökməyə  qalxan  çəki,  ziyad  sürülərinin  şahidi  olmuşdur. 
Lakin,  70-ci illrdən  bəri çayın  mənsəbi,  Kiçik Qızılağac körfəzinə 
açılan sahədə  qamış,  cil  cəngəlliklərində  bataqlığa sızıb  «qeyb» 
olmuşdur.
Kənd təsərrüfatında,  yerli  əhalinin  tələbatını  ödəmək  üçün, 
vaxtı  ilə  körfəzə  axan  (Astraxanka)  Həmşəri,  Göytəpə,  onun 
Türbə  adlı  qolu  da  səmərəsiz  istifadə  olunduğuna  görə  har­
dasa,  Qızılağac körfəzinə  çatmamış  itib  batır.
Qum başı  çayı  həmişə  öz  suyunu  Kiçik  Qızılağac  kör­
fəzinə  axıtmaqla  Cənubi  Xəzərin  keçici  və  yarımkeçici  balıqla­
rının  artıb-çoxalmasında  mühüm  rol  oynamışdır.  Lakin,  son  30- 
35  ildə  çaydan  suvarmada  istifadə  olunduğuna  görə,  demək 
olar  ki,  o,  balıqçılığın  inkişafındakı  öz  əvvəlki  mövqeyini  itir­
mişdir.
Çayın  mənsəbi  Xəzər  qəsəbəsindən  (keçmiş  Port  İliç)  8 
km  şimalda  Kiçik  Qızılağac  körfəzinin  cənub-qərb  hissəsinə
25
açılır və öz mənbəyini  Boradigə çayından  alır.  Çayın  hövzəsinin 
sahəsi  400  km2-dir  və  axım  boyu  ona  yerli  kiçik  çaylar  da 
qarışır.  Onlardan  Boladiçayı,  Şıxəliçayı,  Mahmudovarı,  Xorçayı 
və  b.  göstərmək  olar.  Qumbaşı  çayının  dib  hissəsi,  onun  su- 
toplayan  sahəsinin  xüsusiyyətindən  asılı  olaraq,  narın  və 
yumşaq  lillə  örtülmüşdür.  Bu  cür çöküntülər  çay  məcrasında  su 
azalan  zaman  ən  çox  onun  mənsəb  hissəsində  toplanır,  ali  su 
bitkilərinin  inkişafına  zəmin  yaradır.  Ona  görə,  çayın  mənsə­
bində  qamışlıq,  cil  ilə zəbt olunan  sahələr əmələ gəlir və  onların 
sahəsi  Kiçik  Qızılağac  körfəzinin  sahil  dayazlıqları  boyu,  kör­
fəzin  daxili  istiqamətində  ilbəil  artır.
Qumbaşı  çayı  hövzəsinə  aid  olan  ərazi  yağmurların  miq­
darının  nisbətən  çoxluğu  ilə  səciyyələnir.  Həmçinin,  çay  mənsə­
binin  geomorfoloji  quruluşu,  qonşu  ərazilərin  rütubətli  olması  ilə 
əlaqədar  olaraq,  regionda  küləkli  günlər  (137  gün)  çoxdur.  Re­
giondakı  çaylar  kimi,  Qumbaşı  çayı  ilə  axan  suyun  miqdarı,  orta 
aylıq  sərfi  cəminin  1-4%-nə  bərabər  olmuşdur.  Əlbəttə,  müasir 
dövrdə çayın  suyu  kəskin  azaldığı  (çox vaxt çayın  mənsəbi  tam 
quruyur)  üçün,  onun  körfəzin  həyatındakı  rolu,  demək  olar  ki, 
tam  ixtisar olunmuşdur.
Qumbaşı  çayı  50-ci  illərin  ortalarına  kimi  Gamışovan  gölü 
ilə  əlaqədar  şəkildə  balıqçılıq  təsərrüfatının  məhsuldar  sahə­
lərindən  biri  hesab  olunurdu.  Məsələn,  1942-1947-ci  illərdə 
Qumbaşı  çayında  21-32  min  sentner  balıq  ovlanmışdır  ki, 
bunun  da  98%-ni  ziyad  (kütüm),  çəki  və  külmə  balıqları  təşkil 
etmişdir (Quliyev,  1989).
Qumbaşı  çayı  körfəzə  axan  yeganə  çaydır  ki,  onun 
üzərində  xüsusi  vətəgə,  balıq  məhsulları  istehsal  və  tədarük 
edən  sərbəst  müəssisələr  fəaliyyət  göstərirdi.  Maraq  üçün  2-ci 
cədvəldə  ovlanan  və  emal  olunan  balıq  məhsulları  nəzər- 
diqqətinizə çatdırılır.


26
Cədvəl 2:  Qumbaşı çayında ovlanan  və  Qumbaşı balıq 
zavodunda emal olunan  balıqların orta illik  miqdarı,  sentnerlə
(1937-1942-ci illər)
Balıq növləri
Ovlanan
Zavodda  em al edilən
Ziyad
10107
2022
Külmə
21151
984
Çəki
1435
300
Çapaq
288
58
Başqa  balıqlar
347
70
Qeyd  etmək  lazımdır  ki,  Xəzərdə  su  səviyyəsinin  aşağı 
düşməsinin  ilk  mərhələlərindən  etibarən  (1928-1935)  Qızılağac 
körfəzində,  onun  iri  çaylarında  ovlanan  balıqların  azalmağa 
doğru  meyl  etməsi  aşkar  olmuşdur.  Məsələn,  1931-1935-ci  il­
lərdə  21235,  1936-1940-cı  illərdə  8939  və  1942-1947-ci  illərdə 
isə 3914  sentner  balıq ovlanmışdır.  Bu  baxımdan yaxın  keçmişə 
aid göstəricilər də maraqlıdır.  Belə ki,  1960-cı  ildə 4819,  1961-ci 
ildə  1982,  nəhayət,  1964-cü  ildə  isə  cəmi  1167  sentner  balıq 
tutulmuşdur.  Göründüyü  kimi,  körfəzdə  balığın  azalması  su  sə­
viyyəsinin  aşağı  düşməsi,  ekoloji  sabitliyin  pozulması  ilə  üzvi 
surətdə əlaqədar olmuşdur.
Xəzərin,  o  cümlədən  də  Qızılağac  körfəzinin  məlum  sə­
bəblər  üzündən  kəskin  dəyişməsini  qeyd  etmişik  və  regionda 
körfəzlə  bilavasitə  bağlı  olan  bir  neçə  göl  və  sututarların  quru­
masını  göstərmişik.  Bununla  belə,  onların  bəzilərinin  yaddaşı­
mızdan  silinməməsi  naminə,  gələcəkdə  bu  təbii  sərvətlərin  bər­
pası  qayğısını  unutmamaq  üçün  bir neçə göl  və  çayları  qeyd et­
məyi  lazım  bildik.
Gamışovan1  və  Cil  gölü.  Gamışovan  gölü  və  yaxud
1 Qeyd: 
Gamışovan  adlı  hövzə  çoxdan  quru  sahəyə  çevrilmiş  və  müasir
anlamda  Göyşaban  adlı  kənd,  qəsəbə,  hətta  dəmir  yolu 
dayanacağı  kimi qeyd  edilir.
27
Gamışovan  mərdosu  körfəzin  cənubunda,  Lənkəranla  Xəzər 
qəsəbəsi  arasında  olmuşdur.  Qumbaşı  çayı,  gölü  körfəzlə  əla­
qələndirən  vasitə  rolu  oynamışdır.  Lənkəran-Astara  bölgələrinə 
aid  göllərin  ən  irisi  sayılan  Gamışovanın  iki  qonşu  bataqlıq  və 
axarlı  gölməçəsi -  Gil  və  ya  Cil  mərdosu  da  balıqçılıq  təsərrüfatı 
üçün  yararlı  ərazi  olmuşdur.  Lakin,  50-ci  illərin  sonuna  kimi  Ga- 
mışovanın  ümumi  sahəsinin  60%-dən  çoxu  qurumuş,  dayaz­
laşan  əraziləri  isə  bitkilər zəbt etmişdir.
Maraqlıdır  ki,  Gamışovan  və  onun  qonşu  mərdolarında  su 
səviyyəsi  yaz,  qış  fəsillərində  yüksək,  yay,  ümumiyyətlə  isti 
aylarda  2-3  dəfə  aşağı  düşsə  də,  bu  vəziyyət  ekoloji  sistem 
üçün  qanunauyğun  hal  sayılmışdır.  Belə  ki,  yağmurlar artan  za­
man  Gamışovan  dolmuş,  onun  «artıq»  suyunu  Qumbaşı  çayı 
qəbul  edib  Kiçik  Qızılağac  körfəzindəki  kürü  tökməyə  «hazır 
olan»  yüz  minlərlə  balığın  Gamışovana  və  başqa  sututarlara 
qalxmasına  imkan  vermişdir.  Təbii  olaraq  çay,  göl  və  körfəzlə 
əlaqə  elə  tənzim  olunmuşdur  ki,  kürü  tökməyə  gələn  balıqların 
əksəriyyəti  geriyə,  yəni  Qızılağac  körfəzinə  qayıtmağa  «macal» 
tapmışdır,  necə  deyərlər,  təbii  itki  çox  cüzi  olmuşdur.  Olduqca 
səciyyəvidir  ki,  isti  aylarda  gölün  su  səviyyəsi  aşağı  düşəndə, 
boşalan  sahələrdə  su  bitkiləri  inkişaf  etmiş,  yaz-qış  aylarında 
isə,  əksinə,  səviyyə  qalxdığı  zaman  həmin  bitkilər  su  altında 
qaldığına  görə,  balıq  kürülərinin  inkişafına  (yapışması)  müsbət 
təsir göstərmişdir (balıq  kürüləri  üçün  substrat lazımdır).
Gamışovanın  mövcud  olduğu  dövrlərdə  ona  bir  neçə  çay 
-   Girdəni,  Ləkər,  Sudaşaru  axarmış,  Boradigə  çayı  isə  gölü 
Qumbaşı  çayı  vasitəsilə  körfəzlə  birləşdirərmiş.  Göründüyü 
kimi,  təbiət  bu  ərazidə  Xəzər  kimi  sərvətli  dənizin  keçici  və 
yarımkeçici  balıqlarının  artıb-çoxalması  və  necə  deyərlər,  ərsə 
çatması  üçün  necə  gözəl  və  əlverişli  şərait  yaratmışdır. 
Əfsuslar  olsun  ki,  biganəlik,  təbiətin  min  illərdən  bəri  tənzim­
lədiyi  qanunlara  qarşı  nadanlıq  üzündən  nə  qədər sərvət  itirilib,


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə