Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

28
təbii  gözəllik viran  qalıb.
Maraqlıdır  ki,  Qotvald  Gamışovan  gölünü  regionun  incisi 
adlandırmış  və  göstərmişdir  ki,  ərazi  balıqçılıq  üçün  əfsanəvi 
imkanlara  malikdir.  1871-ci  ildə  burada  təkcə  200  min  ədəd  sıf 
balığı  ovlanmışdır.
Xeyli  vaxtdır  göl  və  onun  bataqlıq,  axarlı  sahələri  (3  min 
hektara  qədər)  quru  əraziyə  çevrilib.  Əlbəttə,  indi  ərazidən  əldə 
edilən  məhsulu  həm  iqtisadi,  həm  də  izafi  və fizioloji  əhəmiyyət 
baxımından  bərabər  tutmaq  olmaz.  Bundan  başqa,  zülal  mən­
bəyi,  ərzaq  amilinin  ən  zərurilərindən  biri  sayılan  balıq  sərvəti 
üçün  yanacaq,  traktor,  kotan,  gübrə,  pestisidlər,  daha  nə  bilim 
nələr tələb  olunmur,  özü  də  bu  sərvət  bərpa  olunan,  ekoloji  cə­
hətdən  təmiz,  iqtisadi  cəhətdən  dəfələrlə sərfəli sayılır.
Yazılı  mənbələrə  görə,  əsrin  əvvəllərinə  dair  Qızılağac 
körfəzləri  və  Cənubi  Xəzərin  balıq  kimi  təbii  sərvətlərinin  forma­
laşması  və  tənzimlənməsində  əvəzsiz  rol  oynayan  Aquşa  çayı 
(Ağquş),  Ağçala,  Xurşudçala  (Acıqoltuq)  adlı  sututarlar  barədə 
xeyli  maraqlı  məlumatlara  rast gəlinir.  Ona görə,  onlara  aid  qısa 
izahat verməyi  zəruri  sayırıq.
Kür  çayının  qolu  sayılan  A quşa  barədə  məlumatlar  daha 
qədimdir.  Aquşa  Salyan  şəhəri  yaxınlığında  Kürdən  ayrılıb  6 km 
cənub-şərqə  istiqamətlənərək,  Qızılağac  kəndi  ərazisində  kör­
fəzin  Acıqoltuq  adlanan  sahəsinə  tökülürmüş.  Hətta,  Aquşa 
çayının  Muğangöl,  Ləzgi,  Orta  Qobu,  Babaqol,  Kötüklüqol,  Nur- 
məmmədqol  adlı  qolları  da  olmuşdur.  Aquşa  çayının  bu  cür 
bəx-təvərli  çağları  100 il  əvvələ aid edilir.
Maraqlıdır  ki,  Aquşa  çayına  dair  qollar  əsas  etibarı  ilə 
qızılbalığın  ərsə  yetən  məskəni  sayılmışdır.  Bundan  başqa,  bu 
qolların  bir  çoxu  onda  üstünlük  təşkil  edən  balıq  növlərinin  adı 
ilə səciyyələnmişdir.  Məsələn,  Qotvald  qeyd  edir  ki,  Aquşa  çayı 
qızılbalıq  sarıdan  o  biri  qollarından  fərqlənir  və  ildə,  orta  he­
sabla,  bu  çayda  12000  ədəd  qızılbalıq  tutulur.  Bundan  başqa,
29
Aquşanın  Beluje  (bölgə),  Severyuje  (uzunburun)  adlı  qolları 
göstərir  ki,  onlar  ovlanan  balıqların  kəmiyyətcə  çoxluğuna  görə 
belə adlandırılmışdır.
Təkcə  bu  qısa və  bənzərsiz  dəlillər,  hövzənin  təbii  imkan­
larının  miqyası  barədə  maraqlı  sübutlardır.  Həqiqətən  də  inan­
maq olmur ki,  Kür kimi  nəhəng  çayın  adicə  qolu  sayılan,  özü  də 
təbii  şəraitlə  əlaqədar  olaraq  sabit  rejimə  malik  olmayan 
Aquşanın zərif qollarının  hər biri sərbəst olaraq ayrı-ayrı  qiymətli 
balıq  növlərinin  artıb  çoxalması  üçün  yararlı  sahə  sayılmışdır. 
Məhz  balıq  sərvətinə  görə  Aquşa  hövzəsində  də  iri  balıq 
vətəgələri  olmuşdur.  Əsrin  əvvəllərində  çay  və  onun  qollarında 
7  növ  ovlanan  balıqların  ümumi  çəkisi  15378  sentner  olmuşdur 
ki,  bunun  da  3000  sentnerini  nərə,  uzunburun  balığı  təşkil 
etmişdir.  Aquşa  çayı  30-cu  illərdə  balıqçılıq  əhəmiyyətini  itirmiş, 
onun  körfəzlə fəal  əlaqəsi  kəsilmişdir.
X urşudçala  (A cıqo ltuq )  Qızılağac  körfəzinin  bir  hissəsi 
olmaqla,  Aquşa  çayı  ilə  körfəz  arasında  əlaqə  vasitəsi  rolu 
oynamışdır.  Qızılağac  körfəzinin  balıq  sürülərinin  dənizdən 
gölə,  göldən  isə  çaylara  qalxması  sxemi  Gamışovanda  olduğu 
kimidir.
Cənubi  Xəzərin,  Qızılağac  körfəzinin  vətəgə  əhəmiyyətli 
və  qiymətli  balıq  növlərinin  (8-10  növə  məxsus!)  maneəsiz,  özü 
də  ideal  şəkildə  artıb-çoxalması  üçün  təbii  şəraitin  məhz 
təbiətin  «əli  ilə»  tənzimlənməsinə  heyran  qalmamaq  olmur.  Axı 
bu  cür  «ölçülüb-biçilərək»  ən  sərfəli  variantın  «seçilməsi»  min- 
min  illərin  bəhrəsi  kimi  qiymətləndirilə  bilər.  Bəs  nə  üçün  onlara 
qəsd olundu?
Bu  cür imkanların  itirilməsinə  bəraət  qazandırmağa  şüurlu 
insan  zəkası,  vicdanı  heç cür razı olmaz!.  Taleyin  bizlərə qismət 
etdiyi  təbii  sərvətlər  içərisində  Xəzərin,  Qızılağac  körfəzinin 
balıq  sərvəti  ön  cərgədədir,  çünki  biz  o  nemətin  becərilməsi 
üçün  heç  bir  maddi  vəsait  sərf etmirik,  yalnız  ona  toxunmamaq


30
qayğısından  başqa alın təri tökmürük.  Nə isə...
Xurşudçala  Qızılağac  körfəzinin  şimal  hissəsində  (kiçik 
körfəz) uzun  müddət geniş  sahə tutmuş və cənub-şərq tərəfdən 
Böyük  Qızılağac  körfəzi  ilə  əlaqədar  olmuşdur.  Xurşudçala 
1944-cü  ilə  kimi  iri  sututarlı  sahə  kimi  (dərinliyi  2  m-ə  qədər) 
vətəgə  balıqçılıq üçün  böyük əhəmiyyətə  malik olmuşdur.
Maraqlıdır  ki,  50-60  il  öncə,  Xurşudçala  Azərbaycanın 
cənubunda  fəaliyyət  göstərən  balıq  vətəgələrinin  ən  irisi  sayıl­
mışdır.  Ədəbiyyat  məlumatlarına  görə,  «ömrünün»  son  çağ­
larında  belə  burada  160  000  sentnerə  qədər  qiymətli  balıq  ov­
lanmışdır  (Gül,  1967).  Bəli,  Xurşudçala  da  quraqlığa  çevrilmiş 
və adı  qalmışdır.
A ğçala  1923-cü  ilə  kimi  23  000  ha  qədər sahəyə  malik idi. 
Hazırda  Ağçala  çökəkliyi  Qızılağac körfəzini  əhatə edən  sahədə 
yerləşmir.  Yaxın  keçmişlərdə  Ağçala  çökəkliyi  (göl)  Aquşa  və 
Orman  çayları  vasitəsilə Qızılağac  körfəzi  ilə əlaqədar olmuş və 
regionun  keçici  və  yarımkeçici  balıqlarının  kürü  tökməsi  üçün 
əlverişli  şəraitə malik sahə sayılmışdır1.  Ağçalanın su  balansının 
əsasını  Kür  və  Araz  çaylarının  daşqın  suları  təşkil  etmişdir. 
Bundan  başqa,  Kür  çayının  qolları  Ağçalaya  Xurşudçala  və 
Bolharçay vasitəsilə də  axmışdır.
Qızılağac  körfəzi  əhatəsində  yerləşən  göllər  içərisində 
Ağçala  çökəkliyi  körfəzə  tərəf  mailliyi  ilə  fərqlənmişdir.  Ona 
görə,  yağmurlar  və  çay  suları  ilə  dolan  Ağçala,  artıq  sularını 
Aquşa,  Orman,  Beluje və  Severyuje  çayları  vasitəsilə  Qızılağac
1 Qeyd: 
Çox  təəssüflər  olsun  ki,  xalq,  yerli  əhali  tərəfindən  Orman
adlandırılan  çay,  yazılı  mənbələrdə  səhvən  (bəlkə  də  qəsdən!) 
Armyanka  adı  ilə  qeyd  edilir.  Bu  çay  adının  təhriff  edilməsi  ilə 
çoxdan  (son 40  ildə)  maraqlanmışıq.  Məlum  olmuşdur  ki,  XX  əsrin 
əvvəlində  bu  ərazidə  bir  nəfər  erməni  xəritəçəkən  (kartoqraf) 
işləmiş  və  öz  erməni  xislətinə  müvafiq  iz  qoymuşdur.  Görünür  bu 
xain  gələcək  niyyətləri  üçün  «tarixi»  sübut  hazırlamaq  istəmişdir. 
İkrah  doğuran  odur  ki,  indiyə  kimi  bu  hiylə  lazım  olan  qədər 
qiymətləndirilməyib.
31
körfəzinə axıtmaqla,  kürü  tökməyə  qalxan  balıqların  şirin  sulu 
sahələrə  yayılmasına  imkan  yaratmışdır.  Göründüyü  kimi,  is­
tər su  gətirən,  istərsə  də  su  çıxaran  çaylarla,  Qızılağac  körfəzi 
ilə  əlaqədar  böyük  bir  sistem  yaranmışdır.  1907-1908-ci 
illərin  statistik  məlumatlarına  əsasən  Ağçala  gölündə  ildə  orta 
hesabla,  130  000  sentner balıq  ovlanarmış.
Ağçala  çökəkliyində  suların  azalması  barədə  məlumatlar 
1910-cu  illərə  təsadüf edir.  Məhz  bu  vaxtdan  da tədarük  olunan 
balıqların  miqdarca  ixtisarı  su  balansının  pozulması  ilə  izah  edi­
lir.  Maraqlıdır ki,  1928-ci  ildə Ağçalada cəmi  3  000 sentner balıq 
tədarük  olunmuşdur.  Çökəkliyin  qurumağa  meyli  də  bu vaxtdan 
güclənmiş  və  1934-cü  ildə  isə  Ağçala  gölü  öz  mövqeyini  və 
əhəmiyyətini  itirmişdir.
Qızılağac k ö rfə z in in  balıqçılıqda əhəm iyyəti
Qızılağac  körfəzi  və  onunla  əlaqədar  olan  çaylar-göllər 
sisteminin  balıq  sərvəti  barədə  bəzi  məlumatlar  verilsə  də, 
onun  dünəni  o  qədər  səciyyəlidir  ki,  gələcək  nəsil  üçün,  yad­
daşlarda  qalmaq  naminə  bir  daha  onun  balıqçılıqdakı  əfsanəvi 
mövqeyini  qısa  şərh  etməyi  zəruri  saydıq.  Həmçinin,  körfəzin 
itirilmiş  imkanlarının,  iqtisadi  mahiyyətinin  bərpası  ümidini  də 
itirmirik,  Məhz  ona  görə,  Qızılağac  körfəzinin  yaxın  keçmişdə 
nə  qədər qiymətli  və  etibarlı  sərvət  məkanı  olmasını  bilmək fay­
dasız  olmaz.  Azərbaycan  ərazisində  dövlət  və  şirkətlər  tərə­
findən  rəsmi  balıq  ovu,  emalı  yaradılması  XVIII  əsrin  əvvəllərinə 
aid  olunur.  Respublikanın  Xəzər  sahilləri,  çay  məcralarında 
yaradılan  yüzdən  çox  vətəgələr  məhz  bu  regiondan  başlamış­
dır.  Əsrin  sonuna  kimi  bütün  sututarlarda  balıq  ovu  qadağasız 
olmuşdur.  Lakin,  balıq  tutanlar  hər  bir  qızılbalıq,  nərə  balığı 
üçün  dövlətə  2,5  qəpik  (qızıl  pulla)  vergi  ödəməli  idilər.  Elə  bu 
dövrlərdə  Şirvan  xanı  Salyandakı  balıq  vətəgələrini,  ildə  5 000 
manata  Həştərxan  tacirlərinə  icarəyə  vermiş  və  təkcə  1822-ci


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə