Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

32
ildə  Həştərxana  300  000  baş  müxtəlif  növ  nərə  balıqları 
göndərilmişdir.  Maraqlıdır  ki,  tutulan  balıqlar  içərisində  250-400 
kiloqramlıq  bölgələr olmuşdur.
1829-cu  ildə  Şirvan  xanlığına  aid  balıq  vətəgələri  Rusiya 
imperiyasının  mülkiyyətinə  çevrildi  və  vətəgələr  ayrı-ayrı  şəx­
slərə  -   tacir-sövdəgərlərə  verildi,  onlar  isə  qazanc  məqsədi  ilə 
vətəgələri  alverçilərə  icarəyə  verdilər.  Elə  bu  dövrlərdən  baş­
layaraq,  Cənubi  Xəzərin  amansız istismarı  başlayır.  1880-cı  ildə 
Xəzərdə  balıq  ehtiyatının  kəskin  azalması  müşahidə  olundu 
və  1930-cu  ilə  qədər balıq  ovunu  tənzimləyən  xüsusi  qanun 
qüvvədə  idi.  1922-ci  ilə  aid  statistik  məlumatda  gös-tərilir 
ki,  1910-1912-ci  illərdə Azərbaycana  aid Xəzər sahillə-rində  bir 
milyon  üç  yüz  doxsan  üç min  sentner balıq  ovlan-mışdır.  Həmin 
dövrdə  çay və  göllərdə  isə  dörd  yüz  yetmiş  üç min  sentner ba­
lıq tutulmuşdur.
Xəzərdə  ovlanan  balığın  sahə  üzrə  ən  böyük  qismi  məhz 
Qızılağac  körfəzi  akvatoriyasına  aid  edilir.  Bir  sözlə,  körfəzin 
hər  hektar  sahəsinə  düşən  balıq  məhsulu,  Xəzərin  başqa  mü­
vafiq  sahəsindən  ovlanan  balıq  kütləsindən  10-12  dəfə  çox 
olmuşdur.  Aydın  olmaq  üçün  bir  neçə  rəqəm  göstərək.  1926- 
1930-cu  illərdə  körfəzdə  184,  1931-1935-ci  illərdə  203,4  min 
sentner balıq ovlandığı  halda,  1956-1960-cı  illərdə  123 min sen­
tner balıq tutulmuşdur ki,  bunun  da  78 min sentnerini  kilkə təşkil 
edir.  Göründüyü  kimi,  cəmi  20  ildə  (1935-1956)  kilkəsiz  tutulan 
balığın  həcmi  4,5-5 dəfə  azalmışdır.
XX  yüzilliyin  əvvəllərində  bütün  Rusiya  imperiyasının  də­
niz,  çay və göllərindən  tutulan  balığın  52,7%-i  Xəzərdə  istehsal 
olunmuşdur.
Akademik  Knipoviç  qeyd  edir  (1930)  ki,  1913-1921-ci 
illərdə Xəzərin  bütün  çay  məcralarında  (Volqa,  Ural,  Terek,  Sa- 
mur,  Sulak,  Emba  və  b.)  ovlanan  nərə  balıqlarının  61%-i  Kür 
çayının  payına  düşür.  Həmçinin,  o,  göstərir  ki,  Kür  vətə­
33
gələrində  hər  il,  orta  hesabla  7,5-8  min  ton  qara  kürü  istehsal 
edilmişdir.
Səciyyəvidir  ki,  balıq  vətəgələrinin  əksəriyyətində  əsas  iş 
icraçıları  başqa  millətlərin  nümayəndələrindən  ibarət olmuşdur.
1979-cu  ildə  bu  sətirlərin  müəlliflərindən  biri  Gürcüstanın 
Pərvanə  gölündə  elmi  ekspedisiyada  olan  zaman  yaşlı  balıqçı 
(68-70)  ilə  görüşəndə  qocaman  balıqçı  etiraf etmişdir  ki,  «Mən 
və  mənim  övlad-nəvələrim  sizin  Azərbaycan  torpağına  çox 
borcluyuq. 
Çünki  1926-1937-ci  illərdə  sizin  Kür  çayı  vətə­
gələrinin  birində  briqadir  olan  zaman  topladığım  sərvətlə  ev- 
eşik,  mülk,  maşın,  bağ-bağat  sahibi  olmuşam  və  dar  günüm 
üçün  də xeyli ehtiyatım var».
Azərbaycanın,  o cümlədən  də Xəzərin,  Qızılağacın,  Kürün 
sərvətlərini,  yüzlərlə,  minlərlə  yadellilər,  Çar  imperiyası  kimi 
qəsbkar  dövlət  yüz  illərlə  mənimsəmişdir.  Statistik  məlumatlara 
görə  1830-1846-cı  illərdə  təkcə  icarə  haqqından  imperiya  xəzi­
nəsinə  13  milyon  manat  gəlir  keçirilmiş,  icarədarlar  isə  123 
milyon  manat  (qızıl  pul)  qazanc  əldə  etmişlər  (Derjavin,  1956). 
Bu  cür  soyğunçuluq  sovet  dövründə  də  davam  etdirilmişdir. 
Heç cür ağıla  sığmır  ki,  Sovet dövründə,  Xəzər hövzəsinin  balıq 
sərvətinin  yarıdan  çoxuna  malik  olan  Azərbaycanda,  hətta  elmi 
məqsədlərlə  də  icazəsiz  bir  dənə  də  nərə  balığı  tutmaq  ol­
mazdı!  Məhz,  mərkəzin  məkrinə,  tələblərinə  görə  Qızılağac 
körfəzi,  Xəzər  sahillərimiz  viran  edilmiş,  çaylarımız  məcrasını 
itirmiş,  göllərimiz  qurudulmuş,  torpaqlarımız  göylərə  sovrulmuş 
və sularımız zəhər,  çirkab  axarına  çevrilmişlər.
Qızılağac körfazinin iki hissayə ayrılması zəruriyyati va 
onun  elmi, iqtisadi ahamiyyati
Biz  indiyə  kimi  şərh  etdiyimiz  məsələlərdə  Qızılağac  kör­
fəzini  vahid  ərazi  kimi,  vəhdət  şəkildə  səciyyələndirmişik.


34
Əslində Qızılağac körfəzi  1950-ci  illərin  ortalarına  qədər bir höv­
zə  sayılmışdır.  Lakin,  ekoloji  sistem  baxımından  onu  Bala  dəniz 
(Kiçik  Qızılağac  körfəzi)  və  Böyük  dəniz  (Böyük  Qızılağac  kör­
fəzi)  adlandırmışlar.
Həqiqətən  də  bu  körfəz  iki  hissəyə  ayrılana  kimi  onlarda 
qaz-duz  rejimləri,  suyun  fiziki-kimyəvi  və  b.  xassələri  bir-birin­
dən  fərqlənmişdir.  Kiçik  körfəz  şirin  suları  Böyük  körfəzlə  nis­
bətən  daha  çox  qəbul  etdiyi  üçün  orda  duzluluq  həmişə  az 
olmuşdur.  Sututumu,  fauna-floranın  müxtəlifliyi,  dərinlik,  tem­
peratur və  b.  cəhətlərlə  də  hər  iki  körfəz  arasında  fərq  mövcud 
olmuşdur.  Biz  bu  fərqli  cəhətləri  geniş  şərh  etmirik.  Ancaq 
Xəzərin  su  səviyyəsinin  aşağı  düşməsi,  sahil  dayazlıqlarının 
qurumasına,  Sara  adasının  yarımadaya  çevrilməsinə,  bir  neçə 
körfəz-axmazların  ixtisarına  səbəb  olmuşdur.  Yaranmış  vəziy­
yət  və  xüsusi  ilə  Kür  çayı,  Araz  çayı  məcrasının  bəndlərlə 
kəsilməsi,  Cənubi  Xəzərin,  Kürətrafı  akvatoriyasının  keçici  və 
yarımkeçici  vətəgə  balıqlarının  kürütökmə  ərazilərinin  ixtisarına 
səbəb  olmuşdur.  Bundan  başqa,  Böyük  Qızılağac  körfəzində 
suyun  azalması,  onu  Kiçik  Qızılağac  körfəzi  ilə  əlaqədən 
məhrum  edə  bilərdi.  Beləliklə,  regionun  balıq  ehtiyatının  kəskin 
azalması,  Kiçik  Qızılağac  körfəzinin  tədricən  məhv  olması  və 
başqa  ağır aqibətli ekoloji  təhlükələr yarandı.
Yuxarıda  Kiçik  Qızılağac  körfəzi  ilə  bilavasitə  əlaqədar 
olan  çaylar-göllər sistemini  şərh  etmişik,  həmçinin  onların  balıq­
çılıq  təsərrüfatı  üçün  əvəzsiz  əhəmiyyətini  də  yada  salmışıq. 
Ona  görə,  Kiçik  Qızılağac  körfəzinin  ləğv  olunmasının  nə  dərə­
cədə  böyük  iqtisadi,  təbii,  ekoloji  itki  olmasını  təsəvvür  etmək 
çətin  deyildir.  Məhz  körfəzin  balıq  təsərrüfatı,  milyonlarla  su 
quşlarının  mühafizə olunması  üçün  əvəzsiz imkanlarının  saxlan­
ması  naminə  çıxış  yolları  araşdırıldı.  İlk  növbədə  Kiçik  Qızılağac 
körfəzi  arasında  xüsusi  bəndin  çəkilməsi  və  hər  iki  hövzənin 
kanallar vasitəsi  ilə  əlaqələndirilməsi  nəzərdə  tutuldu.  Beləliklə,
35
1955-1956-cı  illərdə  Xəzər  qəsəbəsi  ilə  Sara  adası  arasında  3 
km  bənd  inşa  edildi  və  Kiçik  Qızılağac  körfəzi  Böyük  Qızılağac 
körfəzindən  ayrıldı.  Bəndlə  kəsiləndən  sonra  Kiçik  Qı-zılağac 
körfəzi  şirin  sulu  hövzəyə  çevrildi.
Qızılağac  körfəzinin  iki  hissəyə  ayrılması  əsas  iki  məqsəd 
üçün  münasib  sayılmışdır.  Birinci  məqsəd -  Cənubi  Xəzərin  ke­
çici  və  yarımkeçici  pullu  balıqlarının  çoxalması  üçün  şirin  su 
sahəsi  ilə  təmin  edilməsi,  ikinci  amal  isə  -   Qızılağac  Dövlət 
Qoruğunda  köçəri  və yerli  su  quşlarının  mühafizəsinin  təşkili  idi.
Həqiqətən,  nəzərdə  tutulan  hidromeliorativ  tədbir  yaran­
mış  müşkül  vəziyyətdən  çıxış  üçün  mümkün  variantlardan  ən 
əlverişlisi  idi (şəkil  1).
Kiçik  Qızılağac  körfəzini  Böyük  Qızılağac  körfəzi  ilə  3 
kanal  əlaqələndirdi.  Onlardan  biri  -   balıqkeçən,  ikincisi  -  qəza1, 
üçüncüsü  isə  suburaxma  kanalı  adlanır.  Layihəyə  əsasən,  hər 
üç  kanal  şlyuzlarla  təchiz  edilmişdir.  Payız  və  qış  aylarında 
Kiçik  Qızılağac  körfəzi  şirin  su  ilə  dolur,  balıqların  kütləvi 
kürütökmə  zamanı  birinci  kanal  açılır,  şirin  su  Böyük  Qızılağac 
körfəzinə  axır.  Beləliklə,  şirin  su  «izinə»  düşən  keçici  balıqlar 
Kiçik  Qızılağac  körfəzinə  keçir,  kürü  tökəndən  sonra  geriyə, 
yəni  Böyük  Qızılağac  körfəzinə,  oradan  da  Xəzərə  qayıtmağa 
imkan  tapırlar.  Çox  vaxt  bu  məqsədlə  suburaxan  kanaldan  da 
istifadə  olunur.  Qəza  kanalı  isə,  Kiçik  Qızılağac  körfəzində  həd­
dindən  çox  su  toplanan  zaman  istifadə  edilir,  yəni  artıq  su  xü­
susi  astana  ilə  təchiz  olunan  kanalla  ixrac  edilir.  Şirin  su  ilə 
qəza  kanalı  astanası  nahiyyəyə xeyli  törədici  balıq yığılır.  Bu za­
man  qoruğun  və  balıq  zavodunun  əməkdaşları  həmin  balıqları 
xüsusi  ov  alətləri  ilə  tutub,  Kiçik  Qızılağac  körfəzinə  köçü­
rürdülər.
1 Qeyd: 
Qəza  kanalına -  ehtiyat;  balıqkeçənə -  balıqyolu da deyirlər.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə