З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə1/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
  1   2   3   4   5   6   7   8   9   ...   40


Az rbaycan Respublikas T hsil Nazirliyinin
я
ы я
24 9
2
1507 нюì яëè я
я
.0 .201 -ci il tarixli,
mri il
я
ø
t sdiq olunmu dur.
З ЩÐÀ ÀЬÀÉÅÂÀ
ЛИЗÀÌÀÍ B
Ш
ABA OV
GЦЛÍÀРBИNN TOVA


ISBN 978-9952-34-8 -
90 3
З ЩÐÀ ÀЬÀÉÅÂÀ
ЛИЗÀÌÀÍ
B
Ш
ABA OV
GЦЛÍÀРBИNN TOVA

Шя
я
яø
я няø оë нан
øö
ы
я
øö
ыüы
я
rq-Q rb” N riyyat Evind
“Material nasl q v
” d rsliyi ilk
elektrik material nasl
pe -ixtisas t hsili m ssis l rinin agird v m lliml ri
n n z rd tutulmu dur. D rslikd m xt lif
øя
я
öя
я я
ø
я
öя
я ö÷ö
я я я
ø
я
я
ö я
metallar, onlar n xass l ri, rintil r, uqun v onun n vl ri, polad, onun m xt lif istehsal sullar , metallar n
ы
я я я
я ÷
я
ю я
ö я
ö
ы
ы
korroziyas , qeyri-metal materiallar haqq nda m lumat verilir. Kitabda h m inin elektrotexniki materiallar,
ы
ы
я
я ÷
dielektrikl r, yar mke iricil r, maqnit materiallar trafl izah edi
я
ы
÷
я
ы я
ы
lir.


3
GIRIŞ
Ölkəmizdə xalq təsərrüfatının inkişafı sənaye sahələrinin sürətli inkişafı ilə 
əlaqədardır. Bu, hər şeydən əvvəl, bütün sahələri texniki cəhətdən təchiz edən 
maşınqayırma sənayesinə aiddir. Müəssisələrin texniki cəhətdən yenidən qurul-
ması, daha da təkmilləşdirilmiş texnoloji proseslər ücün keyfiyyətcə yeni əmək 
alətlərinin (avadanlıq, aparatlar, cihazlar, alətlər, tərtibatlar, nəqliyyat vasitələri 
və s.) yaradılması, yüksək effektli maşınların və maşınlar sisteminin istifadəyə 
verilməsi və s. maşınqayırma sənayesinin vəzifəsidir.
Texniki tərəqqinin sürətləndirilməsi təkrar istehsalın genişləndirilməsindən, 
qara  metallurgiyanın  inkişafından,  bu  sahədə  çeşid  müxtəlifliyindən  və  onun 
artırılmasından, və keyfiyyətin yaxşılaşdırılmasından bilavasitə asılıdır.
Qara metallurgiya xalq təsərrüfatının digər sahələri ilə əlaqədardır. Səna yeni, 
tikinti  və  kənd  təsərrüfatı  sahələrini  metalla  fasiləsiz  surətdə  təchiz  etməklə 
yanaşı, qara metallurgiya özü də sənaye məhsulunun ən iri istehlakçısıdır. Qara 
metallurgiyada gələcək inkişafın başlıca istiqaməti metal məhsulunun səmərəli 
növlərinin  keyfiyyətini  əsaslı  surətdə  yaxşılaşdırmaqdan  və  buraxılışını  artır-
maqdan ibarət olacaqdır. Əlvan metallurgiyada mövcud müəssisələrin xammal 
bazası  möhkəmlənəcək,  eləcə  də  onun  inkişafına  bundan  sonra  da  üstünlük 
veriləcəkdir. Polad istehsalı artırılacaq, sink – qurğuşun, maqnezium kimi qiy­
mətli metallar, volfram və molibden konsentratları, niobium və başqa legir lə­
yici istehsal çoxalacaqdır.
Yaxın gələcəkdə yarımkeçiricilərin, çox saf və xüsusi materialların, presizion 
ərintilər və yüksək parametrli digər materialların, prokatın, bimetalların, nazik 
alüminium və mis elektrolitik folqanın, ovuntuların, bərk ərintilərdən və mineral 
keramikadan  ibarət  yenidən  itilənməyən  löhvələrin  sərfəli  növlərinin  istehsalı 
sürətlə inkişaf etdiriləcəkdir. 
Materiallar bəşər mədəniyyətinin inkişafında böyük rol oynamış və indi də 
oynamaqdadır. Tarixin böyük dövrləri də materialların adı ilə bağlıdır: Dəmir 
dövrü, Daş dövrü, Tunc dövrü, Mis dövrü. İnsanlar ilk əvvəllər materiallardan 
təbii halda istifadə edirdilər, zaman keçdikcə isə onlar materialları emal etməyi, 
onlardan müxtəlif əşyalar hazırlamağı öyrəndilər. İnsanlar təbiətin onlara bəxş 
etdiyi resurslardan, yeni materiallar hazırlamağa başladılar. Hal­hazırda təbi ətdə 
olmayan sintetik materiallardan bir çox sahələrdə geniş istifadə edilir. Keyfiyyətli 
materiallardan istifadə edilməsi texniki sahənin uğurlu inkişafına səbəb olur.


4
I FƏSIL 
METALLAR, ƏRINTILƏR VƏ ONLARIN XASSƏLƏRI 
HAQQINDA ƏSAS MƏLUMAT
§1. Qara və əlvan metallar
Texnikada tətbiq edilən metallar qara və əlvan metallara bölünür. Dəmir və 
onun ərintiləri (polad və çuqun) qara metallara aiddir. Texnikada ən çox yayılan 
qara metaldır. Bu isə Yer qabığında böyük dəmir filizi ehtiyatlarının olması,qara 
metalların əridilməsinin nisbətən sadə texnologiyası və onların yüksək davamlı-
lığı ilə əlaqədardır.
Müasir texnikanın əsas metal materialı dəmirin karbonla ərintisidir. Karbo-
nun miqdarından asılı olaraq həmin ərintilər polad və çuquna bölünür.
Polad­dəmir – karbon ərintisidir, tərkibində 2%­ə qədər karbon vardır. Pola-
dın maşınqayırma sənayesində onu əvəzedilməz materiala cevirən özünə məx­
sus xassələri vardır. Polad yüksək möhkəmliyə və bərkliyə malikdir, zərbə yük­
lərinə yaxşı müqavimət göstərir. Poladı döymək, yaymaq, metalkəsən dəzgahlarda 
asanlıqla emal etmək mümkündür. Polad məmulat yaxşı qaynaq edilir.
Çuqun – tərkibində 2%­dən çox karbon olan dəmir­karbon ərintisidir. Tər­
kibində 2,4%­dən 3,8%­ə qədər karbon olan çuqun texnikada daha cox yayıl-
mışdır. 
Çuqun polada nisbətən daha kövrəkdir, pis qaynaq edilir, lakin onun daha 
yaxşı tökmə xassəsi vardır. Odur ki, çuqun məmulatını ancaq tökmə üsulla alır-
lar. Çuqunun əsas hissəsi poladın alınması üçün yenidən əridilməyə gedir. Qara 
metallara nisbətən əlvan metallar texnikada az tətbiq edilir. Bu onunla izah olu-
nur ki, Yer qabığında bir çox əlvan metalların miqdarı azdır, onların filizlərdən 
alınması  prosesi  mürəkkəbdir.  Əlvan  metallar  qara  metallara  nisbətən  baha 
başa gəlir. Əlvan metallar şərti olaraq aşağıdakı qruplara bölünür: 
a) yüngül əlvan metallar (litium, maqnezium, berillium, alüminium, titan və s.) 
bunlar kiçik sıxlığa malikdir;
b) asan əriyən əlvan metallar (civə, qalay, qurğuşun, sink və s.), hansı ki, 
aşağı ərimə temperaturlarına malikdir;
c) çətin əriyən əlvan metallar (volfram, tantal, molibden, vanadium və s.) – 
dəmirə nisbətən ərimə temperaturları yüksəkdir;
ç) cins əlvan metallar (qızıl, gümüş, platin qrupu metallar) korroziyaya qar­
şı yüksəkdavamlıdırlar;
d) uran metalları – aktinoidlər atom texnikasında tətbiq edilir;
e) lantanoidlər (skandium, ittrium, lantan və lantanoidlər), digər ele ment lə­
rin ərintilərinə aşqar kimi əlavə edilir;


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə