Zabil Ibayev



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



3

 

Kitab kimlər üçündür. 



İlk olaraq onu bildirmək istəyirəm ki, kitab professional proqramçılar üçün  deyil həvəskarlar üçün nəzərdə 

tutulub. Çünki özüm professional proqramçı deyiləm. 

 Azərbaycan dilində Java proqramlaşdırma dili üzrə ədəbiyyatın olmaması və ya mövcud kitabların yetərincə 

mənə  aydın  yazılmadığını  nəzərə  alıb  digər  həvəskarlarında  belə  çətinliklə  üzləşəcəyini  düşünüb 

proqramlaşdırmada əldə edəcəyim təcrübəmi bu kitabda toplayıb sizinlə bölüşürəm.  

Yaradılmış proqramlaşdırma dillərinin ingilis dilli olması bizi eyni zamanda ingilis dilini müəyyən səviyyədə 

öyrənməyə məcbur edir. İngilis dilində zəif bilən və ya yeni başlayanlara kömək olsun deyə bəzi terminlərin 

oxunuşunu yanında yazıram. Professional proqramist dostlarım təcrübələrinə əsaslanaraq proqramlaşdırmada 

yüksək  nəticə  əldə  etmək  üçün  ingilis  dili  biliyinin  vacib  olduğunu  deyirlər.  Sərbəst  şəkildə  çalışacağınız 

zaman qarşınıza çıxan problemlərə həlləri nə bu kitab nə də başqası internet üzərindəki material qədər sizi 

qane  edə  bilməz.  İnternetdə  axtarışda  daha  dəqiq  nəticə  əldə  etmək  üçün  isə  ingilis  dili  bilmək  vacibdir.  

Daha  bir  əmma  var  əməliyyat  sistemi  olaraq  Windows  OS  8.1,  Java-da  yaza  bilmək  üçün  NetBeans 

proqramını  ingilis  dilində  işlədirəm.  Əgər  heç  bir  ingiliscə  biliyiniz  yoxdursa  belə  narahat  olmayın  bu 

kitabdan yenə də nə isə öyrənə bilərik.   

Əvvəlki  eksperimetlərimi  də  kompüter  şəbəkələrini  öyrəndiyim  zaman  Zİ-N  Kompüter  şəbəkələri  və 

Çatışmayan biliklər kimi kitablarımda bölüşmüşəm. Zİ-N Kompüter şəbəkələri kitabında da göstərildiyi kimi 

mənim tərəfimdən yazılan kitabların müəllifi göstərilməklə çap və satışdan gəlir əldə edilə bilər. Məncə bilik 

pulsuz paylaşılmalıdır.   

 

 



 

 

 



4

 

Kompüter sizi necə başa düşür və ona necə əmr verilir. 



Kompüterlər ikili say sistemi üzərində işləyir. İkili say sistemində 0 və 1 var. Bu qurğulardan hər hansı bir iş 

görməsi tələb edildiyində bizim verdiyimiz əmrlər 0 - yanlış, olmaz, dayan və ya 1 - doğru, olar, davam et 

kimi tərcümə edilir. Ümumilikdə isə belə başa düşmək olar kompüterin hansısa hissəsinin naqillərinə elektrik 

axımı verilsin ya yox.   

Kompüterimizdəki  işləri  görən  mikrosxem,  xalq  deyimi  ilə  kompüterin  beyni  CPU(si  pi  yu)  adlanlır.  :)  

CPU(Central Processing Unit-Sentral prosessinq yunit) mərkəzi hesablayıcı qurğu anlmına gəlir. CPU-ya əmr 

verilməsi  üçün  istehsalçılar  İnstruction  Set(instrakşn  set)  adlı  instruksiyalar  dəsti  digər  deyimlə  qaydalar 

toplusu  düzəldiblər.  Bütün  yazılan  proqramlar  prosessora  nə  etmək  istədiklərini  bu  qaydalar  əsasında  izah 

edirlər.  

Biz kompüter proqramlarını necə yaza bilərik. 

Sadə dildə desək proqram yazmaq  adi mətn yazmaq  kimidir. Bu mətnlər sonda 0 və 1-ə tərcümə olunur və 

kompüter istədiyimiz əmri yerinə yetirir. 

Bəzi  proqramlaşdırma  dilləri  xüsusi  redaktə  proqramları  vasitəsilə,  bəziləri  Windows  OS  daxilindəki  adi  

Texteditor-la  və  ya  MSDOS-da  yazıla  bilər.  Hər  proqramlaşdırma  dili  fərqli  üslubda  müəyyən  olunmuş 

kodlarını  ikili  say  sisteminə  tərcümə  edir.  Windows  daxilindəki  CMD(command  line  –kommand  layn-əmr 

sətri ) ilə DOS-da proqram yazmaq mümkündür. CMD-yə daxil olmaq üçün Start -dan sonra CMD yazaraq 

proqramı açın.  

 

"@echo."- əmrindən sonra nə yazsanız yeni sətrə həmin yazı çıxacaqdır, sadə bir əmr. Bundan başqa DOS-da 



daha nə etmək olar deyirsinizsə "help" yazıb digər əmrlərə baxa bilərsiniz.  

Proqramlaşdırma dilləri - nə üçün fərlənir? 

Yuxarıda bildirildiyi kimi kompüter ikili say sistemindəki əmrləri anlaya bilir. Belə olan halda biz insanlar 

üçün  bu  şəkildə  proqram  yazmaq  çox  çətindir.  İkili  say  sistemi  ingilis  dilində  Binary(bayneri)  adlanır.  " 



http://www.binarytranslator.com " səhifəsində bunu rahat görmək olar.  

 

Sadəcə "Alma" sözünün sağdakı ikili say sistemindəki uzunluğuna baxın. :) 




 

 

 



5

 

Proqramçılar bu üsulu sadələşdirmək üçün 16-lıq say sistemindən istifadə etməyə başladılar.  İngiliscə 16-lıq 



say  sistemi  Hexadecimal(heksadesimal)  adlanır.  Aşağıdakı  şəkildə  "Alma"  sözünün  2-li  və  16-lıq  say 

sistemindəki yazılışı göstərilib. 

 

16-lıq  say  sistemində  proqramlaşdırmaya  misal  olaraq  Assembler–i  göstərmək  olar.  Proqramlaşdırmada 



növbəti mərhələ kimi vizual görünüşü daha rahat olan  BASİC dilini misal çəkmək olar. BASİC-də verilmiş 

mətni  ekrana  çıxartmaq  üçün  tələb  olunan  əmrlər  aşağıda  təsvir  olunub.  Şəkildə  göstərilən  redaktor  

"http://www.readybasic.com" səhifəsindəndir. Bu səhifə Java dilində hazırlanıb. 

 

BASİC-də  proqrama  verilən  əmrlər  sizin  tərəfinizdən  təyin  olunmuş  rəqəmlərin  ardıcıllığına  uyğun  olaraq 

işlənir.  Yazılmış  hər  sətir  ayrıcalıqda  oxunur  sonra  tərcümə  və  icra  edilir.  Bu  üsulla  işləyən  proqrama 

"interpreter" - tərcümə proqramı deyilir. Yəni hər yazılan əmri kompüterin başa düşəcəyi dilə çevirir. Bu cür 

yaxınlaşma  proqramın  aşağı  sürətdə  işləməsinə  səbəb  olur.  Əgər  BASİC-də  əmrlərin  qabağında  rəqəm 

yazmasan  birbaşa  əmrin  icrasına  keçir,  bu  səbəbdən  ilk  əmr  PRİNT-in  (çap  etmək,  ekrana  çıxartmaq) 

qarşısına rəqəm qoymuşam ki,  1-ci "Salam  Zabil" sözünü ekrana çıxartsın sonra 2-ci əmri İNPUT-u (daxil 

etmək)  ekrana  çıxartsın  ki,  məndə  ona  qarşılıq  verim.  RUN(ran)-  proqramın  oxunması  kimi  qəbul  edək, 

proqramı  işə  salır.  Bəs    A$  nədir.  $-  dəyişən  deməkdir.  A  dəyişəni($)  hər  hansı  bir  məlumatla  əvəz  oluna 

bilər.  Rəqəm  və  ya  yazı.  Nəticədə  isə  proqram  məni  salamlayır  və  məndən  cavab  aldıqda  sona  çatır.  Daha 

sonra yeni sətirdən yeni əmr daxil edilməsini gözləyir.  

Java- nə ilə fərqlənir? 



Java  OOP  texnologiyasından  istifadə  edir.  Object  Oriented  Programming (OOP)-obyekt  yönümlü 

proqramlaşdırma. Adından da müəyyən dərəcədə anlamaq olar, obyekt yönümlü yəni obyekt yaratmaq üçün 

proqramlaşdırma dili. Ən azı mənə bu cür anlamaq rahatdır.  

Obyekt hər hansı bir əşya, funksiyası olan qurum və ya canlı ola bilər.  OOP əvvəlki dillərdən fərqli olaraq 

bir obyekti bir neçə yerdə istifadə etməyə imkan verir. Bir az texniki dillə desək, OOP yazdığınız proqramın 



Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə