Zabil Ibayev



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



6

 

içindəki  müəyyən  kodları  ayrı-ayrılıqda  həmin  və  ya  digər  proqram  daxilində  obyektin  xüsusiyyətlərini 



yenidən yaratmadan istifadə etmə imkanı yaradır.  

Məsələn  yaratdığınız  maşın  obyektini  (eyni  zamanda  "maşın  proqramını"  əgər  belə  adlandırsaq)  digər 

proqramın daxilindən çağırıb istədiyiniz yerə tətbiq edə bilərsiniz. Siz çağırılan obyektin kodunu tamamı ilə 

köçürtmədən, sadəcə mənbəyini göstərməklə, ona verilən adı yeni proqramdakı müəyyən olunmuş yerə daxil 

edərək proqramı işə salırsınız.  

Java  OOP  "Compile"(kompayl  -  komplektləşdirən,  toplayan,  birləşdirən)  texnologiyasından  istifadə  edir. 

Java  bütün  compile  etdiyi  proqramlara  ".class"  sonluğunu  əlavə  edir.  Compile  olmuş  proqram  bytecode-a 

çevrilir.  Əgər  ".class"  faylı  görsəniz  bilin  ki  içində  bytecode  var.  Java  BASİC  kimi  sadəcə  interpreter 

texnologiyasından  istifadə  etmir.  Kodları  sətir-sətir  və  ayrı-ayrılıqda  oxuyub  tərcümə  etmir.  Əvvəlcədən 

proqram  daxilində  yazılan  əmrləri  müəyyən  edir,  sonra  vahid  şəkildə  proqramın  harada  başlayıb,  harada 

bitəcəyini, iş prosesində hansı əmrlərin yerinə yetirəcəyini anlayır. Yazacağımız "Salam dünya" proqramının 

bytecode-a çevirilmiş şəkli aşağıdakı kimidir. 

 

Şəkildən də göründüyü kimi kod compile olunan kimi  faylın sonuna ".class" əlavə edilmişdir. Bu proses də 



öz növbəsində JAVA Virtual Machine(Java Virtual Maşını-JVM) işinə start verir.  JVM bytecode-u binary 

koda çevirir. Java bu metodla daha sürətli və CPU-nun versiyasından asılı olmayaraq bütün kompüterlərdə 

işləyə bilir.   

İndi bütün yuxarıda izah etdiyim addımları bir araya toplayıb Java OOP-nin prosesi tam olaraq necə yerinə 

yetirdiyinə baxaq.  

1. "Salam.java" proqramı yazılır; 

2. "Salam.class" artıq compile olunur və fayl bytecode-da çevrilir; 

3. JVM vasitəsilə bytecode binary koda çevirilir; 

4. Nəticə əldə edilir. 

 

 



 

 

 



7

 

OOP –nin məntiqi və prinsipləri. 



Həvəskar  proqramçı  üçün  dərin  nəzəri  biliklərin  olması  vacib  deyil.  Bu  baxımdan  OOP-yə  səthi  yanaşaraq 

bizə  hazırda  lazım  ola  biləcək  məqamlara  toxunmuşam.  OOP  həyatda  olan  obyektləri  virtual  aləmdə 

yaratmaq  üçün  düşünülmüş  nəzəriyyədir.  Digər  bir  deyimlə  real  həyatdakı  həm  hərəkətli,  həm  hərəkətsiz 

obyektləri, onların digər obyektlərlə münasibətlərini virtual aləmdə yarada bilmək üçün hazırlanmış üsullar, 

qaydalar  toplusudur.  Obyekt  hər  hansı  bir  əşya,  xidmət  göstərən  qurum  və  ya  canlı  ola  bilər.  Buna  misal 

olaraq avtomobil, bank, heyvan, su, qravitasiyanı göstərmək olar.  



Obyektin təhlili 

Obyekti  real  həyatdakı  kimi  virtual  olaraq  yaratmaq  üçün  onu  tam  incələmək,  mümkün  xüsusiyyətlərini 

anlamaq lazımdır.  Təhlil üçün avtomobil obyektini götürək: 

Avtomobil haqda bizə nə məlumdur: 

 

İstehsal edən firmanın adı 



 

Modelin ili 



 

Motoru 



 

Rəngi 



 

Salonu 



bu xüsusiyyətlər ATRİBUTE-lar adlanır. Bəs maşının nə kimi funksiyaları vardır? 

 



İşə düşür 

 



Sönür 

 



Əyləci sıxdıqda dayanır 

 



Qapı və baqaj hissəsi açılır/qapanır 

 



Şüşə silənləri hərəkət edir 

Bu funksiyalar Method(metod) və Operation(opereyşn-əməliyyatlar, funksiyalar) adlanır.  

Digər bir misal olaraq bank hesabını götürə bilərik. Hesabda bizə nə bəllidir: 

 



Hesabın nömrəsi 

 



Hesabın kimə aid olması 

 



Balansı 

 



Gəlir faizi 

 



Ünvanı 

Yuxarıdakı məlumatlar Attribute-lardır. Bəs bank hesabının hansı funksiyaları vardır? 

 

Deposit qoymaq 



 

Bankomatdan pul çıxartmaq 



 

Çek yazmaq 



 

Ünvanı dəyişmək 



 

Telefon nömrəsini dəyişmək 




 

 

 



8

 

Bu  funksiyalarda Metod  və  Operation-lardır.  Yəqin ki  artıq  aydın  oldu, hər hansı  bir  obyektin  məlum  olan 



xüsusiyyətləri Attribute-ları və attribute-ları işə salan Method-ları vardır. Bəzi hallarda method-lar attribute-la 

əlaqəli olmaya bilər.  



Sinifləndirmək - CLASS nədir? 

Təhlil  üçün  avtomobil  obyektini  götürək.  Avtomobilin  ban  növündən,  firmasından  və  ya  ölçüsündən  asılı 

olmayaraq obyektdəki attribute-lar və method-lar eynidir. Bu da onları eyni sinfinə daxil etməyə imkan verir. 

El  dilində  belə  izah  edim,  yolda  uzaqdan  bir  minik  vasitəsini  görəndə  siz  onun  markasını  və  ya  nömrəsini 

görməyə bilərsiniz amma onun attribute-larına görə avtomobil sinfinə aid olduğunu deyə bilərsiniz. Daha qısa 

şəkildə desək attribute-ları və method-ları eyni olan obyektlər bir sinfə, bir class daxilinə salına bilərlər. Eyni 

zamanda heyvanları, bitkiləri və s.  eyni xüsusiyyət daşıyan obyektləri bir sinfə, bir class altına salmaq olar.   

İnstance

(instans-instansiya,  obyektin  oxşarı).  Məmin  notbukum  və  Orxanın  notbuku,  notbuklar  sinfinə, 

notbuk class-ına aiddir. Məmin və Orxanın notbuku notbuk class-nın instance-dır. Daxilində fərqli attribute-

ları olmağına baxmayaraq ümumi göstəriciləri class-la eyni olan obyektlərdir. 

El  dilində  belə  deyək  adından  və  ya  sahibindən  asılı  olmayaraq  notbuk  deyendə  nə  ağlına  gəlir,  bax  elə  o 

təsvir  notbuklar  sinfinə  aid  olması  deməkdir.  Kiməsə  deyirsiniz  mən  notbuk  almışam  onu  görməyən  adam 

belə artıq təsəvvürü var ki notbuk sinfinə aid ola biləcək obyekt necə olmalıdır. Onun instance-nı fikirləşir( 

rəngini, ağırlığını və s.) 



Encapsulasiya 

Attribute-ların  obyekt  haqqında  məlumat  verdiyini  artıq  bilirik.  Obyekt  funksionallaşdığında    encapsulasia 

method-lar vasitəsi ilə obyektin məlumatlarını gizlətmək rolunu oynayır. Proses sonundakı nəticə məlum olsa 

belə daxildə hansı attribute-ların qarşılıqlı əlaqəsindən nəticənin yarandığı gizlədilir. 



Abstraction 

Abstraction  isə  vacib  detalları  göstərməklə  lazımsızları  kənarlaşdırmaq  funksiyasını  icra  edir.  Misal  olaraq 

avtomobili  işə  salan  sahibi  açarı  döndürdükdə  avtomobilin  işə  düşəcəyindən  başqa  obyektdə  gedən 

proseslərin  necə  icra  olunduğunu  görmür.  O  sadəcə  açarı  döndürüb  avtomobilin  işləməsini  gözləyir,  digər 

proseslər ondan uzaq tutulur və ya gizlədilir.  

İnheritance(irsilik) 

Velosiped, avtomobil, yük maşını ayrı-ayrılıqda sinifdirlər. Avtomobil sinfinin alt sinifləri kimi mini, VAN, 

SUV-ləri götürmək olar.  Amma hamısı insanlar üçün yaradılmış minik vasitələrinə aiddirlər. Minik vasitəsi 

irsilik daşıyır və ondan sonra gələn siniflər və alt siniflər birlikdə irsilik daşıyırlar. İrsilik varsa  əlaqə təbii 

olaraq var. 

Polymorphism(polimorfizm) 

Poly-çoxlu,  morph-forma,  davranış  deməkdir.  Bir  neçə  obyekt  arasından  ən  düzgün  olanın  seçilməsində 

polymorphism method-dan istifadə edilir.  

Bir az lori dildə izah edim. Fərz edin ki şirkətdə işləyirsiniz və nəqliyyat departamentinə zəng edib deyirsiniz 

ki şirkətin rəisinə digər şirkət tərəfindən orta həcmdə heykəl hədiyyə edilib və rəis deyir ki olduğunuz yerə 

heykəli  daşıya  biləcək  minik  vasitəsi  göndərilsin.  Şirkətin  balansında  olan  minik  vasitələri  sinfində  sedan, 

SUV, yük maşını və traktor var. Polymorphism bu yerdə işə düşür. Əsas dəyərlər minik vasitəsinin seçilməsi, 



Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə