Zabil Ibayev



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



9

 

sonra orta həcmdə yük daşıya bilən avtomobilin seçimini həyata keçirir. Daha orta həcmli heykəl üçün traktor 



göndərmir : )  

Association(asosieyşn- əlaqə) 

Obyektlər  arasındakı  hər  hansı  bir  əlaqəyə  association  deyilir.  Avtomobil  obyekti  və  yol  obyekti  arasında 

association var. Belə ki, avtomobil funksiya göstərmək üçün yoldan istifadə edir. 

Aggregation(əqreqeyşn-hissələrin birləşdirilməsi) 

Əlaqəyə  sahib  olmaq  kimidə  qəbul  edilə  bilər.  Avtomobil  funksiya  göstərmək  üçün  daxilindəki  motordan, 

sükandan,  təkərlərdən  istifadə  etməlidir.  Bu  cür  əlaqəyə  aggregation  deyilir.  Həm  onlara  sahibdir  həmdə 

funksiya göstərmək üçün əlaqə saxlayır. 

Composition(kompozisiya) 

Daxilindəki obyekt və ya obyektlərlə birgə funksiya göstərmək üçün əlaqə saxlayır. Buna misal olaraq bina 

obyekti və otaqları arasındakı əlaqəni göstərmək olar. Təxmini belə məntiqlə çalışır motor avtomobilsiz ola 

bilər amma otaqlar binasız ola bilməz. Eyni zamanda binanın yeri dəyişdirildikdə otaqlarında yeri avtomatik 

dəyişdirilir. Bir-birlərinə bağlıdırlar. 

 

 



  

 


 

 

 



10

 

Java-da yazmaq üçün silahlanmaq :) 



JAVA-da  yazmaq  üçün  bizə  bəzi  alətlər  lazım  olacaq.  Java  ORACLE(http://www.oracle.com)  şirkətinin 

məhsuludur  və  saytlarında  proqramçılar  üçün  NetBeans  redaktoru  və  JAVA  JDK(Java  Development  Kit)- 

Java İnkişaf Paketi pulsuz təqdim olunur.  

http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html  göstərilən  ünvandan  kompüterinizin 

32/64 bit olmasına baxaraq sizə uyğun versiyanı paket şəklində endirə bilərsiniz. 

 

 



Proqramı  endirdikdən  sonra  üzərinə  sağ  düymə  sıxaraq  Run  as  administrator  sətrini  seçin.  Kompüterin 

administratoru kimi proqramları yükləyəndə əsasən yükləmə problemsiz başa çatır. Daha sonra şərtləri qəbul 

edərək Accept(aksept-qəbul etmək) yükləməyə davam edin. Hər endirilən versiyada yükləmə fərqli ola bilər. 

Sadəcə Finish(son) düyməsi çıxana qədər gözləyin.  

 

Netbeans-lə tanışlıq. 

Netbeans  -  də  yeni  proqram  yazmaq  istədiyinizdə  sizə  proqramın  təklif  etdiyi  ilk  olaraq  yeni  layihə 

yaratmaqdır.  

 

Yazacağımız  proqramlar  yaratdığımız  layihənin  tərkibində  yer  alacaqdır.    Açılan  pəncərədə  bizdən  nə tipli 



layihə  yaratmaq  istədiyimiz  soruşulur.  Biz  şəkildə  göstərildiyi  kimi  kateqoriyalardan(Categories)  Java  və 

layihələrdən(Projects)  Java  Application(Java  Proqramı)  seçirik.  Sonra  Next  (növbəti)  düyməsini  sıxaraq 

növbəti səhifəyə keçirik.  



 

 

 



11

 

 



Layihəyə  ZJAVA  adını  verirəm.  Aşağıda  Create  Main  Class  qutusunu  söndürün,  məndə  həmin  hissənin 

qarşısında "zjava.ZJAVA" yazısı var. Sonda Finish düyməsini sıxın. 

 



 

 

 



12

 

İndi layihəmizə Java proqramı yazmaq üçün yeni fayl əlavə edək. Bunun üçün aşağıdakı şəkildə göstərildiyi 



kimi 

 New File  düyməsini sıxın. 

 

Açılan pəncərədə kateqoriyadan Java və File Type(Faylın tipi) bölməsindən Empty Java File(Boş Java Faylı) 



sətrini seçin. 

 

Növbəti səhifədə artıq müəyyən mənada proqram yazılışına başlayırıq.  



 

 


 

 

 



13

 

Salam Java proqramı 



 

Class  Name(Klas  Neym  -  Sinfin  adı)  bura  Salam  proqramının adını  yazmışam.  Kompüterə  əmr  verirəm  ki 

mənim proqramımın adı Salam olsun.  



Package(Pəkic-Paket)  adı com.ZJAVAKITABI.  Paket java  proqramlarını bir  arada  qruplaşdırmaq  üçündür. 

Created  File(Kreyted  -  Yaradılmış)  hissəsində  yaratdığınız  faylın  harada  saxlanmasını  təyin  etdiyiniz 

göstərilir.  

 

Finish düyməsini sıxdıqdan sonra Netbeans-də sol tərəfdə proqram faylının direktoriya üzrə necə yerləşməsi 

təsvir olunub. 

 

 

 



 


 

 

 



14

 

Salam.java proqramını seçdikdən sonra aşağıda göstərildiyi kimi sətirləri daxil etməyə çalışın.  



 

Aşağıda  proqramın  strukturunu  nələrin  təşkil  etdiyini  səthi  izah  etmişəm.  İlk  baxışda  qarışıq  görünsə  də 

zamanla bütün sətirləri özünüzə lazım olacaq şəkildə dəyişdirə biləcəksiniz. 

Package  

Proqramları  qruplaşdırmaq,  Class  proqrama  ad  vermək  və  onu  sinifləndirmək  üçündür.  OOP-də  izah 

etdiyimiz  proqramı  çağırmaq  həmin  bu  Class-la  bağlıdır.  Proqram  boyunca  harada  salam  vermək  istəsək  

Salam class-nı çağırıb salam verdirəcik :))) 



public static void main (String [] arguments) 

Bu  sətri  sadəcə  əzbərləyin.  Java-da  yazacağınız  proqramlar  əsasən  belə  başlayacaq.  OOP  tipli  proqram 

yazdığımıza görə artıq bilirsinizki bir layihənin tərkibində çoxlu proqramlar ola bilər. Fərz edək ki, layihəni 

yazdıq  və  bir  icon(ikona) şəklinə  gətirdik  və  üzərinə  sıxdığımızda  sizcə  ZJAVA  layihəmiz  hansı  proqramı 

işlətməlidir.  Bu  zaman  java  sətirləri  daxilində  harada  Main(Meyn  -  Əsas)  sözü  ilə  proqram  qeyd  olunubsa 

həmin proqramı birinci başladır. İlk başlanacaq proqramı  class daxilində "public static void main (String [] 

arguments)" kimi qeyd edirsiniz. 

Public 

Public(pablik-ictimai)  yaratdığınız  obyektin  digər  proqramlar  tərəfindən  istifadə  olunması  və  çağırılması 

üçün açıq olduğunu bildirir. Gizli deyil, ictimaiyyətə açıqdır.  

Static 

Static  (static-sabit,  dəyişməyən)  instance-ı  olmayan  və  dəyişdiyi  zaman  hər  bir  bağlantısına  təsir 

edən class-ı bildirir. Instance-la çağırıla bilmir. Instance OOP-də ətraflı izah edilir.  

Void 

Heç bir dəyər geri qaytarmır. İxtisara salır. 



String arguments 

Bu  hissə  Netbeans-dən  istifadə  etmədən  CMD  vasitəsi  ilə  Java  proqramlarını  compile  etmək  üçün  istifadə 

olunur. Netbeans işlətdiyimiz üçün bu hissəni ətraflı öyrənmirəm. 

String  

Basic-də  izah  etdiyimiz  "$"  işarəsi  kimi  dəyişəni  təyin  edir.  String-in  qarşısına  nə  yazsaq  o  dəyişən 

müvəqqəti  olaraq  özünə  yazı,  rəqəm  və  başqa  mümkün  işarələri  mənimsədə,  yəni  o  dəyəri  daşıya  bilər. 

String-in  bu  dəfə  ki  dəyişəninə  "salamlama"  adını  vermişəm.  Artıq  “salamlama”  =  "Salam  dünya!". 




Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə