Zabil Ibayev



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



15

 

Dəyişənlərə istədiyiniz adı vermək mümkündür. Digər dəyişənlər və onların fərqləri proqram yazdıqca aydın 



olacaqdır. 

Dalğalı mötərizə { }  

Nə  üçün  istifadə  olunur?  Yazdığınız  proqramların  başlanğıc  və  bitmə  nöqtəsini  bildirir.  Eyni  zamanda 

proqram sətirlərini qruplaşdırır. Bu qruplaşdırmaya BLOCK(blok) deyilir. Bloklar digər blokların tərkibində 

ola bilər. NetBeans sarı rənglə blokların başlanğıc və son mötərizənin yerini görməkdə yardımçı olacaqdır. 



// comment(şərh) 

NetBeans-də  "//Mənim  birinci  Java  proqramım"  sətri  boz  rənglə  göstərilmişdir.    Cümlənin  əvvəlindəki  "//"  

şərh işarələri proqramın daxilində yazılmasına baxmayaraq kompüter üçün heç bir iş əmri vermir. Şərhlər nə 

üçün  lazımdır?  Fərz  edək  ki,  proqramçı  bir  müddət  sonra  proqramının  hansısa  bir  funksiyasını  ayrıcalıqda 

götürmək  istəyəndə  əvvəlcədən  proqramda  qeyd  etdiyi  şərhlərlə  hansı  sətirdə  nə  yazdığını  anlaya  bilər.  

Şərhlərin aşağıdakı növləri var: 

1.  // burda şərh yazılıb  

2. /*  burda şərh yazılıb  */ 

3. /** burda şərh yazılıb  */ 

System.out.println();  

Basic-də  göstərdiyim  nəticəni  ekrana  çıxartmaq  üçün  istifadə  olunan  əmr  print-in  artıq  JAVA-dakı 

istifadəsini görürük. Proqramlaşdırma dilinin imkanları genişləndikcə yazı stilidə dəyişmişdir. Burdakı ekrana 

çıxartmaq üçün istifadə olunan yazı şəklinin mürəkkəbliyi proqramın digər imkanlarının da olmasından xəbər 

verir.  System(sistem),  Out(aut-çöl),  println(print line(layn)-yeni  sətirdən  çap  et)  hərfi  mənada  da  məqsədini 

aydın edir “məlumatı sistemdən çölə çıxart və yeni sətirdən çap et”.   



Qeyd: System.out.println(); -bu yazını sadəcə “sout” yazıb sonra TAB düyməsinə basaraq sürətli şəkildə 

daxil edə bilərsiniz. 



Qeyd: Println – yeni sətirdən çap edir, print isə eyni sətirdən çapı davam edir. 

 " ; " nöqtə vergül 

Sətirlərin sonunu göstərmək üçün proqramlaşdırmada əsasən nöqtə vergüldən istifadə edilir. Əmrin bitməsini 

göstərir. 

Sonda proqramı işlətmək üçün birinci proqramı yaddaşa vermək sonra RUN etmək lazımdır. Yaddaşa vermək 

üçün  CTRL+S  və  ya 

   düyməsini  sıxmaq,  proqramı  işə  salmaq  üçün  F6  və  ya 

 RUN  düyməsini 

sıxmağınız yetərlidir. NetBeans-in daha bir üstünlüyü ondadır ki, yaddaşa verdiyiniz bütün fayllar avtomatik 

olaraq  compile  olunur.  Proqramın  sətirlərini  düzgün  yazdığınız  halda  aşağıdakı  nəticəni  əldə  edəcəksiniz. 

Əgər  hər  hansısa  bir  səhv  varsa  sadəcə  sətirləri  yoxlayın.  Nöqtə  vergül  və  ya  adların  eyni  yazılması  kimi 

səhvlər tez-tez təkrarlanır. 



 

 

 



16

 

 



NetBeans-də səhvlərin aydınlaşdırılması 

Yazdığımız  proqramda  bilərəkdən  cavabda  göstərilməli  "salamlama"  dəyişənini  "sala"  ilə  əvəz  edirəm,  bu 

zaman proqram RUN ola bilməyəcək və solda qırmızı lampa bizə səhvin nə olduğunu göstərəcəkdir.  

 

Qeyd:  İşimizi  sürətləndirmək  üçün  artıq  bəzi  prosesləri  təkrarən  görüntülü  izah  etməyəcəm.  Buna  misal 

olaraq  yeni  java  faylı  yarat  dedikdə  faylı  yaratmaq  üçün  CTRL+N  və  ya  File/New  file/Empty  Java  file 

ardıcıllığını özünüz əvvəldəki izahlardan təkrar etməlisiniz. 



Qeyd: Növbəti proqramları əgər eyni pakage-in tərkibində yaratsanız RUN etmənizdə problem yarana bilər. 

Yazılan  proqramı  Save  etdikdən  sonra  proqramın  üzərinə  sağ  düyməni  sıxıb  RUN  File  sətrini  seçin  və  ya 



Shift+F6(Shift-in  üzərinə  sıxıb  saxla,  eyni  zamanda  F6  düyməsi  sıx  deməkdir)  düymələrini  sıxın.  Proqram 

RUN ola bilmədikdə səhvlərin hansı sətirdə olmasına baxın. 



Qeyd:  Müəyyən  əmrlərin  çağırılması  və  ya  daha  başqa  hansı  funksiyaların  mümkün  olduğunu  görmək 

istəyirsinizsə  CTRL+Space(boşluq)  düymələrini  birlikdə  sıxın,  açılan  pəncərədən  seçilmiş  əmri  ENTER 

düyməsini sıxmaqla daxil edə bilərsiniz. 

Qeyd:.  Proqramın  səliqəli  tərtibi  müəyyən  müddət  sonra  proqrama  qayıdıb  baxdığınızda  nəyi  nə  üçün 

yazdığınızı  anlamağa  kömək  edəcəkdir.  NetBeans-də  yazdığınız  proqramın  üzərinə  sağ  düyməni  və  ya 



Alt+Shift+F  düymələrini  sıxaraq  yazıları  Format(formaya  salmaq)  edə  bilərsiniz.  Şəkillər  çox  yer  tutduğu 

üçün bəzi proqramların səliqəsiz sıxlıqda yazılmasını və bəzi əyri mötərizələrin göstərilmədiyini bildirirəm. 

Yuxarıdakı  misaldan  da  bəlli  olduğu  kimi  pakage,  class,  public,  dəyişənlər,  print  müəyyən  aralıqda 

yazılmalıdır.  Mötərizələr  və  tələb  olunan  simvollar  şəkildə  qeyd  olunmayıbsa  error  veriləndə  artıq  qayda 

olaraq açılmış mötərizələrin qapanması, əmrlərin sonunun “;” ilə bitməli olmasından xəbərdarsınız. 

 

 




 

 

 



17

 

JAVA-da dəyişənlər 



Dəyişənlər  hər  hansı  bir  məlumatı  özündə  saxlayaraq  proqramın  iş  prosesində  lazım  olan  yerdə 

informasiyasını yaddaşdan çağırmaq üçündür. Artıq String-dən istifadə etmişik.  

 

String

-lə dəyişənlərə dəyər qazandırmaq üçün qoşa dırnaqdan istifadə edilir. Qoşa dırnaq daxilində yazılan 

bütün  simvollar  fərz  edin  ki  şəkil  kimi  qəbul  edilir.  Rəqəmləri  rəqəm  kimi  deyil,  rəqəmlərlə  yazılmış  bir 

görüntü  kimi  yadda  saxlayır.  Belə  olduğu  halda  siz  String  dəyişəni  ilə  hesablama  apara  bilmirsiniz.  Bu 

səbəbdən nümunədəki rəqəmlər nəticədə sadəcə yan-yana yazılmaqla kifayətləniblər.   

  

Bildiyimiz  kimi  String  dəyişəninə  mənimsədilən  mətnlər  qoşa  dırnaq  daxilində  yazılır.  Bəzən  mətnin 



daxilində  qoşa  dırnaq  və  digər  funksiyalar  lazım  gəlir,  bu  zaman  yuxarıdakı  nümunədən  istifadə  edə 

bilərsiniz. String-in müxtəlif funksiyaları mövcuddur (\’ –tək dırnaq, \”qoşa dırnaq,  \\- geri sləş, \t - TAB(8 

simvol  sağa  boşluq),  \b  -  Backspace(bəkspeys  -  bir  simvol  geriyə,  sola  pozma),  \r  -  Carrige  return(kəric 

ritörn-  sətirbaşına  qayıtma),  \f  -  Formfeed  (formfid  -  formanı  doldurma  printerlərdə  istifadə  olunan  köhnə 

funksiyadır, demək olar java-da istifadə olunmur), \n –Newline(nyulayn- yeni sətir)).   

QEYD: (+) işarəsi dəyişənləri görüntü olaraq yan-yana eyni sətirdə çapa vermək üçün istifadə edilir.  



Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə