Zabil Ibayev


  String-lə bağlı praktiki məsələlər – “+=”



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



18

 

String-lə bağlı praktiki məsələlər – “+=” 

Yuxarıda qeyd olunanlardan başqa String-in 

(+=)


 operatorlarının birləşməsindən olan funksiyası vardır. (+=) 

operatoru  String-ə  bir  neçə  dəyərin  verilməsində  istifadə  olunur.  Fərz  edək  ki,  qeydiyyat  pəncərəsi 

düzəldirsiniz və onun təvəllüd hissəsindəki məlumatları bir sətrə yığmaq istəyirsiniz.   

 

Yuxarıda göstərilən misalda “TEVELLUD” deyişəninin təkrar-təkrar yazıldığını görürsünüz. (+=) operatoru 



isə “Dogumtarixi” dəyişənini daha az təkrar etməklə nəzərdə tutulmuş məsələni həll edir. 

Bütün hərflərin böyük və ya kiçik yazılması – “.toUpperCase” və”.toLowerCase” 

Proqramınıza daxil edilmiş yazıları sadəcə “.toUpperСase()” və “.toLowerСase()” metodlarını yazmaqla 

bütün hərflərini böyüdə və ya kiçildə bilərsiniz.  

 

 




 

 

 



19

 

İki String-i müqayisə etmək – “==” və “.equals()” 

Fərz edək ki, qeydiyyat səhifəsi yaratmışıq. Səhifədə şifrə daxil edilir və əmin olmaq üçün ki adam şifrəni 

düzgün daxil edib ondan şifrəni təkrar yazmasını tələb edirik. Bu zaman bizdən asılı olan məsələ iki ayrı 

xanada daxil edilmiş şifrənin bir-biri ilə eyni olmasını yoxlanılmasını təşkil etməkdir.  

 

Bu  zaman  “.equal()”metodundan  və  ya  “==”  qoşa  bərabərlik  operatoundan  istifadə  edirik.  Nəticədə 



gördüyünüz kimi cavab “False”(fols) yalnışdır. Əgər bərabər olsa idi “True”(tru) doğrudur olacaqdı. 

QEYD:  “.equal()”  yazıların  yoxlanılmasında  böyük  və  kiçik  hərfə  fikir  verir.  Əgər  “Zabil”  və  “zabil” 

sözlərini yoxlasanız, cavab  eyni deyil “False”-dur. Kompüter hər əmri necə var elə anlayır, böyük və kiçik 

hərfləri fərqli görür. Əgər hərflərin kiçik və ya böyük olmasına baxmayaraq mətni yoxlamaq istəyirsinizsə o 

zaman  “.equalsIgnoreCase()”  (İqnor-fikir  vermə,  keys-hal,  forma)  hərfin  böyük  kiçik  olmasına  fikir 

vermədən bərabərliyi yoxla  metodundan istifadə edin.  

Sətrin uzunluğunun müəyyənləşdirilməsi – “.length()” 

Fərz  edək  ki,  daxil  edilən  şifrənin  minimum  6  simvoldan  ibarət  olmasını  istəyirsiniz.  Bu  zaman  yazılan 

simvolların sayını “length()”(lenqs) uzunluq, metodu ilə aşağıdakı kimi ölçmək olar. 

 

Ölçü olaraq 6 simvol qoymuşduq və “İBAYEV” yazısı 6 simvoldur ona görə nəticə True- yəni doğrudur. 




 

 

 



20

 

Yazı daxilində axtarış vermə -“.contains()” və  “.indexof()”  

 

Conatin(konteyn) – saxlamaq, daxilində olma mənasına gəlir. Verilmiş mətn daxilində müəyyən bir String-i 



axtara bilir. Əgər verilmiş String mətn daxilində varsa True, yoxdursa False nəticə verir.  

 

İndexof(indeks  of)  indeksi  neçədir,  axtarılan  String  neçənci  simvoldan  başlayırsa  o  nöqtəyə  kimi  olan 



simvolların sayını bildirir. Əgər String ümumiyyətlə yoxdursa “-1” cavabını verir.  

Char

  yaddaşında bir simvol saxlaya bilir. Bir hərf və ya bir ədəd. Tək dırnaq daxilində yazılır.  String-dən 

digər bir fərqi dəyişənləri ilə riyazi hesablamalar etmək mümkündür. 

Nəticə: A 0 



Rəqəm dəyişənləri 

Java-da rəqəmlə işləyən dəyişənlər miqyaslarına görə bölüşdürülmüşdür. Bunlar İnteger, Double, Float, Byte, 

Short və Long-dur.   

Integer


(int) tam ədəd deməkdir.  Öz yaddaşında 2.14 milyard müsbət (2147483647) və 2.14 milyard mənfi (-

2147483648) tam ədəd saxlaya bilər. 

Double

 - integer-dən böyük həcmdə ədədləri saxlaya bilir. 300 simvola yaxın ədəd. Eyni zamanda float(kəsr) 



ədədlərini də saxlaya bilir. 


 

 

 



21

 

Floating



 – Bu ədədlər hər hansı bir yerində nöqtə ilə bölünmüş olması deməkdir. Kəsr ədədlərə bənzəyir. 38 

simvola  qədər  yadda  saxlaya  bilir.  Float  ədədləri  təyin  edərkən  sonlarına  “F”  əlavə  edərək  fərqləndirə 

bilərsiniz.  

 

Yuxarıdakı  misalda  double-ın  tərkibində  integer-i  və  float-ı  saxlaya  bilməsi  göstərilib.  Eyni  zamanda  final 



əmri  ilə  hər  hansı  bir  dəyişənə  constanat(konstant-sabit)  ədəd  verilməsi  qaydası  göstərilmişdir.  Adətən 

konstanatlar böyük hərflə yazılır. SABİTEDED deyişəni proqram boyunca ancaq 10-a bərabər olacaq, dəyəri 

dəyişməyəcəkdir. 

Byte


  - 128  dən 127 kimi tam ədədləri yadda saxlaya bilir. 

Short


  - 32767 dən -32768 kimi tam ədədləri yadda saxlaya bilir. 

Long


   - 9.22 quintliondan 9.22 quintiliona kimi tam ədədləri yadda saxlaya bilir. 

Məntiq dəyişənləri və operatorları 

Boolean


 məntiq dəyişəni iki tip ola bilər : true (doğru) və false(yalnış). Məntiq operatorları əsasən şərtlərin 

yazılmasında istifadə olunur.  

 

&& - və 

 

 



== - eyni dəyərdədir 

|| - və ya 

 

!     - inkar, deyil 

 

 

QEYD: public, class, true, false –dan başqa bütün adları dəyişənlərə vermək olar. Dəyişən adları bir hərflə, 

(_) aşağıdan xətlə və ya ($) dollar işarəsi ilə başlaya bilər. Dəyişənlərin böyük və ya kiçik hərflə yazılmasına 

diqqət edin. Əgər hər hansı əməliyyatda, ən adi println-də belə dəyişəni böyük-kiçik hərf səhvi ilə yazsanız 

proqram error(səhv) verəcək. 

 



Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə