Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
  1   2   3   4   5   6   7   8   9   ...   93


 
 
 
 
 
 
ZAHİD XƏLİL 
 
  
 
 
 
 
 
 
 
SEÇİLMİŞ  ƏSƏRLƏRİ 
 
 
 
VI CİLD 
 
 
 
UŞAQ ƏDƏBİYYATI HAQQINDA MƏQALƏLƏRİ, 
ÇIXIŞLARI, MÜSAHİBƏLƏRİ 
 
 
 
 
 
 
Bakı - 2008 
           _____________Milli Kitabxana________________ 
 
2
 
 
 
 
TƏRTİB EDƏNİ: Şəlalə Nəbiyeva, 
pedaqoji elmlər namizədi 
 
REDAKTORU:     Füzuli Əsgərli, 
filologiya elmləri namizədi, dosent 
 
 
Zahid Xəlil, Seçilmiş əsərləri, VI cild. 
Bu cilddə müəllifin uşaq  ədəbiyyatının nəzəri 
məsələlərinə dair məqalələləri, kitablar və tamaşalar haqqında 
rəyləri, müsahibələri toplanmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


           _____________Milli Kitabxana________________ 
 
 

 
 
 
 
 
 
 
UŞAQ  
ƏDƏBİYYATININ 
ÜMUMİ 
MƏSƏLƏLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           _____________Milli Kitabxana________________ 
 
4
 
 
 
UŞAQ ƏDƏBİYYATİMİZİN TƏDQİQİ HAQQİNDA 
 
Həqiqi uşaq  ədəbiyyatı öz dövrünün real imkanları 
daxilində  zəmanəsinin irəli sürdüyü estetik tərbiyə problemlərinə 
cavab verir.  
Zəmanə  təkcə  uşaq  ədəbiyyatının bədii məhsulunu 
yaradanların deyil, onu tədqiq edənlərin də qarşısında xüsusi 
vəzifələr qoyur. Bu sənətin elmi nəzəri konsepsiyası 
hazırlanmadan, onun keçdiyi yolun həqiqi qiyməti verilmədən söz 
sənətinin yaradıcılarından təzə bir şey ummağa da haqqımız 
yoxdur. 
Müharibəyə  qədərki tədqiqatlar sonrakıların qarşısında çox 
cüzi görünür. Bu cəhət başqa xalqların  ədəbiyyatşünaslığında  da 
nəzərə çarpır. Frankfurtdakı uşaq ədəbiyyatının tədqiqi institutunun 
professoru Klaus Dodorer müharibədən sonra uşaq  ədəbiyyatında 
yaranan ciddi münasibətin səbəbini müharibənin  gətirdiyi 
fəlakətlərdə görür.  
Azərbaycanda isə uşaq ədəbiyyatına diqqət müharibənin son 
illərindən başlandı. S. Vurğunun proqram xarakterli: “Balalarımız 
üçün gözəl əsərlər yaradaq” məqaləsi çap olundu. Bu məqalə sübut 
edirdi ki, uşaq ədəbiyyatı özünün vəzifəsini bütün ciddiliyi ilə başa 
düşməli və yeni, parlaq əsərlər yaratmalıdır.  
Müharibədən sonra planetimizin bir sıra nöqtələrində belə 
bir həqiqət dərk olunmağa başladı ki, bəşəriyyət qarşılıqlı anlaşma 
şəraitində yaşamaq istəyirsə, öz nailiyyətlərini qoruyub mühafizə 
etmək, daha böyük möcuzələr yaratmaq niyyətindədirsə yeni nəslin 
tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Sabah dünyanın sahibi olacaq 
uşağın bu gün alacağı  tərbiyədən çox şey asılıdır. Uşaqların 
tərbiyəsi ilə  məşğul olan böyük və mürəkkəb estetik tərbiyə 
mexanizminin  ən mühüm hissəsi,  ən təsirli vasitələrindən biri 
ədəbiyyatdır.  


           _____________Milli Kitabxana________________ 
 
 

Xalq uşaq  ədəbiyyatının qayğısına qalmaqla cəmiyyətin 
tərbiyə prosesində fəal iştirak etmək imkanı qazanır.  
Uşaq ədəbiyyatının kökləri və mənşəyinin folklora bağlılığı, 
bu  ədəbiyyatın keçdiyi yol, hətta bəzi sənətkarlıq problemləri 
çoxdan bəri estetik fikrimizin əsas mövzusu olaraq qalır. Onun 
müxtəlif problemlərini Abdulla Şaiq, Mehdi Hüseyn, Rəsul Rza, 
Səməd Vurğun,  İlyas  Əfəndiyev, Mikayıl Rzaquluzadə, Mirvarid 
Dilbazi, Teymur Elçin, Maqsud İbrahimbəyov,  Əkrəm  Əylisli, 
Fikrət Sadıq kimi yazıçılarla yanaşı, Məmməd Cəfər, Bəkir 
Nəbiyev, Əflatun Məmmədov, Xeyrulla Məmmədov, Musa Adilov, 
Fərhad Fərhadov, Camal Əhmədov, Qara Namazov, İnayət 
Bəkdaşi, Vaqif Mərdanov, Aydın Hacıyev, Bilal Muradov, Əbdül 
Əzizov, Ramazan Qafarov, Hacı  İsmayılov, Yaqub Babayev, 
Təyyar Cavadov və başqaları aparmış, bu ədəbiyyatın tarixi inkişaf 
qanunauyğunluqları haqqında ayrı – ayrı faktları, görkəmli 
nümayəndələri barədə fikirlər söyləmişlər.  
Uşaq  ədəbiyyatımızın inkişaf tarixini müəyyənləşdirmək 
baxımından bu əsərlərin rolu şübhəsizdir. Lakin uşaq ədəbiyyatının 
tərbiyəvi rolunun onun sənətkarlıq cəhətlərindən çox zaman ayrıca 
tədqiqi bu sahədəki estetik fikrin əsas qüsurlarındadır. Çox zaman 
Azərbaycan estetik fikri bu ədəbiyyatın nailiyyətlərini milli 
çərçivədə qiymətləndirir, onun obrazlı  təfəkkürün məhsulu olması 
haqqı danılır. Beləliklə, sənət nümunələrinin həqiqi qiyməti əvəzinə 
tədqiqatlarda daha çox bu ədəbiyyatın pedaqoji cəhətləri araşdırılır.  
Ümumittifaq mətbuatında çap olunan məqalələrlə milli 
dilimizdəki tədqiqatlar arasında kəskin fərq nəzərə çarpır. Rus 
tənqidçiləri və  həmin dildə  məqalələri çap olunan Azərbaycan 
yazıçıları  və alimləri uşaq  ədəbiyyatı problemlərinə Ümumittifaq 
kontekstində yanaşdıqları halda, Azərbaycan dilində dissertasiya 
yazanlarımızın çoxu həmin məqalələrə bağışlanılmaz bir laqeydlik 
göstərirlər.  
Uşaq  ədəbiyyatı sahəsində müasir nəzəri fikir elə bir 
səviyyəyə  gəlib çatmışdır ki, Azərbaycan  ədəbiyyatşünaslığındakı 
tədqiqatlarla heç cürə kifayətlənmək olmur.  
           _____________Milli Kitabxana________________ 
 
6
Müasir nəzəri estetik fikir uşaq  ədəbiyyatı problemlərinin 
şərhində sənətkarlıq axtarışlarını, fikrin ifadə ustalığını, bədii əsərin 
forma və  məzmun məsələlərini ön plana çəkir. Uşaq 
ədəbiyyatımızın nailiyyətlərini məhdud milli və məhəlli hadisə kimi 
yox, vahid dünya uşaq  ədəbiyyatının problemləri ilə birgə 
öyrənmək zərurəti onun yeni bir nəzərlə  tədqiq etmək ehtiyacını 
doğurur. 
Bu günün tədqiqatları  uşaq  ədəbiyyatımızın mənşəyi olan 
kiçik folklor janrlarının xarakterik cəhətlərini nəzərdən keçirmək, 
bu cəhətlərin uşaq ədəbiyyatımızın formalaşmasında oynadığı rolu 
aydınlaşdırmaq, folklorun fantastik keyfiyyətlərinin, optimizminin, 
lakonizminin uşaq  ədəbiyyatına keçməsini araşdırmaq;  bu 
ədəbiyyatın inkişafında mühüm rol oynayan amilləri 
müəyyənləşdirmək olmalıdır.  
XİX əsrin əvvəllərində Azərbaycanda yeni tipli məktəblərin 
meydana gəlməsi, yeni istiqamətli dərsliklərin, uşaq mətbuat 
orqanlarının yaranması, maarifçilik hərəkatının genişlənməsi, rus 
və Avropa klassiklərinin  əsərlərinin dilimizə çevrilməsi uşaq 
ədəbiyyatının yaranması üçün mühüm zəmin olduğunu göstərmək, 
ilk nümunələrin ideya–bədii xüsusiyyətlərini nəzərdən keçirmək 
müasir tədqiqatların vəzifəsi olmalıdır.  
Azərbaycan uşaq  ədəbiyyatının sənətkarlıq cəhətcə 
inkişafında klassik şərq poeziyasının, rus və dünya ədəbiyyatının 
təsiri problemləri də yaddan çıxmamalıdır. Yaranan əsərlərin 
ənənəyə sadiq qalan nümunələri ilə birlikdə novator 
keyfiyyətlərinin araşdırılması da nəzərə alınmır.  
Tədqiqatların  əsas məqsədi Azərbaycan uşaq  ədəbiyyatının 
köklərini, mənşəyini araşdırmaq, ilk yaranış çağlarında onun hansı 
keyfiyyətlərinin sonrakı inkişafına təsir etdiyini nəzərdən keçirmək, 
bu  ədəbiyyatın söz sənətinin müstəqil bir sahəsinə çevrilməsində 
tarixi-ictimai hadisələrin rolunu göstərmək  və sonrakı inkişafında 
sənətkarlıq axtarışlarının, müvəffəqiyyət və nöqsanlardakı 
xarakterik cəhətləri müəyyənləşdirmək olmalıdır. Uşaq 
ədəbiyyatının keçdiyi yolun həqiqi qiymətini vermək, beləliklə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə