Zahmat-ruzi llc



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix17.09.2018
ölçüsü1,73 Mb.
#68820
1   2   3   4   5   6   7   8   9   10

Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(7) 



 

1

 

Qrup və Onun Əməliyyatları 

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixində bitən il üzrə, bundan sonra 

birlikdə  “Qrup”  adlandırılacaq,  Embawood  MMC  (“Şirkət”)  və  onun  törəmə  müəssisəsi  olan  Masallı 

Konserv Zavodu ASC (“Törəmə müəssisə”) üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 

2007-ci  il  tarixli  I-73/1  nömrəli  əmri  ilə  təsdiq  edilmiş  Kommersiya  təşkilatları  üçün  Milli  Mühasibat 

Uçotu Standartlarına (“MMUS”) uyğun şəkildə tərtib edilmişdir.  

Şirkət  Azərbaycan  Respublikasında  yaradılmış  və  payçılarının  məhdud  məsuliyyət  daşıdığı  məhdud 

məsuliyyətli cəmiyyət olaraq Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təsis edilmişdir.  

Şirkət hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət 

göstərir  və  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mebel  istehsalçısı  və  pərakəndə  satıcısıdır. 

Şirkətin istehsal obyektləri əsasən Azərbaycan Respublikasının müxtəlif regionlarında yerləşdirilmişdir.  

31 dekabr 2015-ci il tarixinə Şirkətin qeydiyyatdan keçmiş hüquqi ünvanı və əsas fəaliyyət yeri aşağıda 

göstərilmişdir:  

Hüquqi ünvan: Dadaş Bünyatzadə küç. 1A, Lökbatan qəsəbəsi, Bakı AZ1063, Azərbaycan Respublikası. 

Əsas fəaliyyət yeri: Bəsti Bağırova küç. 15B, Bakı AZ1065, Azərbaycan Respublikası.  

31 dekabr 2015-ci il və 31 dekabr 2014-cü il tarixlərinə Şirkətin aşağıdakı pay sahibləri olmuşdur:  



Pay sahibləri 

31 dekabr 2015-ci il 

 

31 dekabr 2014-cü il 

Elşad Abbasov 

36% 

 

36% 



Məşhur Məmmədov 

32% 


 

32% 


Bəşir Sultanov 

32% 


 

32% 


 

100% 

 

100% 

Şirkət  2010-cu  ildən  Törəmə  müəssisənin  səhmlərini  əldə  etməyə  başlamışdır  və  2015-ci  ilədək 

müəssisənin 93.39% səhmlərinə malik olmuşdur. 31 dekabr 2015-ci il tarixinə Şirkət Törəmə müəssisənin 

93.45% səhmlərinə malikdir. Səhmlərin qalan 6.55% hissəsi müxtəlif fiziki şəxslərə məxsusdur. 

 

2

 

Qrupun Əməliyyat Mühiti 

Azərbaycan  Respublikasında  inkişaf  etməkdə  olan  bazar  iqtisadiyyatına  xas  xüsusiyyətlər  mövcuddur. 

Vergi, valyuta və gömrük qanunvericiliyi ölkədə fəaliyyət göstərən şirkətlərin üzləşdiyi hadisələrlə bağlı 

müxtəlif izahatlara və əlavələrə məruz qalır. 

Hazırda  maliyyə  bazarlarında  mövcud  qeyri-müəyyənlik  və  dəyişkənlik,  o  cümlədən  Şərqi  Ukrayna  və 

Orta Şərqdə mövcud şərait, regiondakı bir sıra ölkələrin valyutalarının devalvasiyası və dünya bazarında 

neft  qiymətlərindəki  azalma  kimi  amillər  ölkənin  maliyyə  və  korporativ  sahələrinə  mənfi  təsir  göstərə 

bilər. Qrupun rəhbərliyi ölkə iqtisadiyyatına təsir göstərə biləcək bu cür bütün amilləri və müvafiq olaraq 

bu amillərin Qrupun gələcək maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini əvvəlcədən proqnozlaşdıra 

bilmir. Lakin rəhbərlik hesab edir ki,  Qrupun fəaliyyətinin davamlılığını və inkişafını təmin etmək üçün 

bütün zəruri tədbirləri həyata keçirir. 

 

 




Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(8) 



 

 

3



 

Əsas Uçot Prinsiplərinin Xülasəsi 

Konsolidə edilmiş maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri. Hazırkı konsolidə edilmiş 

maliyyə  hesabatları  Azərbaycan  Respublikasının  Kommersiya  Təşkilatları  üçüb  Milli  Mühasibat  Uçotu 

Standartlarına (“MMUS”) uyğun olaraq hazırlanmışdır. 

Qeyd  olunan  konsolidə  edilmiş  maliyyə  hesabatlarının  hazırlanmasında  istifadə  edilən  əsas  uçot 

prinsipləri aşağıda göstərilir. Həmin uçot prinsipləri bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir. 

Təqdimat valyutası. Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarında, başqa cür qeyd edilmədiyi halda, 

bütün məbləğlər Azərbaycan manatı (“AZN”) ilə ifadə edilmişdir. 



 

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları.. Maliyyə aləti bir müəssisənin maliyyə aktivinin və ya 

maliyyə  öhdəliyinin  yaranmasına  səbəb  olan  hər  hansı  müqavilədir.  Təsnifat  formalarından  asılı  olaraq 

maliyyə  alətləri  ədalətli  dəyərdə  və  ya  amortizasiya  olunmuş  maya  dəyərində  qeydə  alınır.  Həmin 

qiymətləndirmə üsulları aşağıda əks etdirilir. 

 

Ədalətli dəyər.  Ədalətli dəyər bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı 

həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin dəyişdirilə, öhdəliyin isə yerinə yetirilə biləcəyi 

məbləğdir. Ədalətli dəyər fəal bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə 

öhdəlikləri  üzrə  cari  təklif  qiymətini  əks  etdirir.  Bazar  riskləri  qarşılıqlı  şəkildə  əvəzləşdirilən  aktiv  və 

öhdəliklər  ilə  əlaqədar  Qrup  qarşılıqlı  surətdə  əvəzləşdirilən  risklər  üzrə  ədalətli  dəyər  göstəricilərinin 

müəyyən edilməsi üçün orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq tələb 

və təklif qiyməti tətbiq edə bilər. 

 

Maliyyə aləti fəal bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların 



qiymətləri  haqqında  məlumat  fond  birjasında  və  ya  digər  maliyyə  təşkilatından  sərbəst  və  müntəzəm 

şəkildə əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar şərtləri çərçivəsində həyata 

keçirilən real və müntəzəm əməliyyatları əks etdirsin. 

 

Bazar  qiymətləri  mövcud  olmayan  maliyyə  alətlərinin  ədalətli  dəyərini  müəyyən  etmək  üçün  diskont 

edilmiş pul vəsaitlərinin hərəkəti modeli, könüllü şəkildə həyata keçirilən ən son əməliyyatlar haqqında 

məlumata  əsaslanan  modellər  kimi  qiymətləndirmə  üsulları,  eləcə  də  investisiya  qoyulan  müəssisələr 

haqqında maliyyə məlumatlarının təhlilindən istifadə edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən 

bazar məlumatları ilə dəstəklənməyən təxminlər tələb edə bilər. 

 

İlkin dəyər.  Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin 

və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə 

verilmiş  qeyri-monetar  aktivlərin,  qəbul  edilmiş  öhdəliklərin,  buraxılmış  kapital  alətlərinin)  ədalətli 

dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi Qrupun 

adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya 

onların  ekvivalentlərinin  məbləği,  yaxud  borc  öhdəliyi  əvəzinə  alınmış  pul  vəsaitlərinin  və  ya  onların 

ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə 

tutur. İlkin dəyər ilə qiymətləndirmə yalnız elan edilmiş bazar qiymətinə malik olmayan və ədalətli dəyəri 

etibarlı şəkildə qiymətləndirilə bilinməyən kapital alətlərinə investisiyalar üçün tətbiq edilir.    

Əməliyyat  xərcləri. Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, 

buraxılması  və  ya  satışı  ilə  əlaqəlidir.  Əlavə  xərclər  əməliyyatın  həyata  keçirilmədiyi  təqdirdə 

yaranmayan xərclərdir.  



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə