Zahmat-ruzi llc



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.09.2018
ölçüsü1,73 Mb.
#68820
1   2   3   4   5   6   7   8   9   10

Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(11) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

Amortizasiya.  Torpaq  və  davam  etməkdə  olan  tikintilər  üzrə  köhnəlmə  hesablanmır.

 

Əmlak  və 



avadanlığın digər maddələri üçün köhnəlmə azalan qalıq dəyəri metodundan istifadə etməklə hesablanır 

və bu aktiv kateqoriyaları üçün aşağıdakı dərəcələr tətbiq edilir:  

 

Binalar, tikililər və qurğular 



  

 

7% illik (azalan qalıq dəyəri əsasında); 



Maşınlar, avadanlıqlar və hesablama texnikası 

 

4% illik (azalan qalıq dəyəri əsasında); 



Nəqliyyat vasitələri  

  

 



9% illik (azalan qalıq dəyəri əsasında); 

Digər əsas vəsaitlər 

  

 

4% illik (azalan qalıq dəyəri əsasında). 



 

Aktivin  artıq  köhnəldiyi  və  istismar  müddəti  başa  çatdığı  halda,  satış  üzrə  təxmin  edilən  xərclər 

çıxılmaqla, Qrupun həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin son qalıq 

dəyəridir. Əmlak və avadanlılar üzrə tətbiq edilən amortizasiya metodu, avadanlıqların qalıq dəyərləri və 

onların faydalı xidmət müddətləri ən azından hər maliyyə ilinin sonunda yenidən nəzərdən keçirilir. 

Mənfəət  vergisi.  Mənfəət  vergisi  hazırki  konsolidə  edilmiş  maliyyə  hesabatlarında  Azərbaycan 

Respublikasının qüvvədə olan  vergi qanunvericiliyinə və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş 

vergi  qanunvericiliyinə  uyğun  olaraq  göstərilmişdir.  Vergi  xərci  (vergi  gəliri)  cari  və  təxirə  salınmış 

vergilərlə  əlaqədar  olaraq  dövr  üzrə  xalis  mənfəət  və  ya  zərərin  hesablanmasına  daxil  edilən  məcmu 

məbləğdir. 

Vergi tutulan mənfəət (vergi zərəri) – Azərbaycan Respublikasının Vergi Orqanları tərəfindən qoyulan 

qaydalara  uyğun  olaraq  müəyyən  olunan,  mənfəət  vergisinin  hesablandığı  dövr  üzrə  mənfəət  və  ya 

zərərdir. 

Cari vergi - əvvəlki dövrlər üzrə düzəlişlər nəzərə alınmaqla, hesabat dövrü üzrə vergi tutulan mənfəət və 

ya zərər ilə əlaqədar  ödənilməli və  ya əvəzi alınmalı olan  vergi məbləğidir.  Mənfəət vergisindən başqa 

digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.  

Təxirə salınmış vergi - cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin 

qiymətləndirilmiş gələcək vergi nəticələridir.

 

Təxirə salınmış vergi aktivi aşağıda göstərilən mənbələrdən 



yarandığı  hallardan  başqa,  bütün  çıxılan  müvəqqəti  fərqlər  üçün  tanınır.  Lakin  bu  təxirə  salınmış  vergi 

aktivi vergi tutulan mənfəətin gələcəkdə mövcud olacağı və çıxılan  müvəqqəti fərqlərin həmin  mənfəət 

hesabına istifadə olunacağı miqdarda tanınır: (a) təxirə salınmış mənfəət kimi uçota alınan mənfi qudvil; 

və  ya  (b)  müəssisələrin  birləşməsi  olmayan  və  əməliyyatın  həyata  keçirildiyi  anda  uçot  mənfəətinə  və 

vergi tutulan mənfəətə təsir göstərməyən əməliyyatlar üzrə aktiv və ya öhdəliyin ilkin tanınması. 

Qrup törəmə müəssisələrə, filiallara və asılı şirkətlərə, habelə birgə şirkətlərdə iştirak paylarına qoyulmuş 

investisiyalar ilə bağlı bütün çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivini yalnız aşağıdakı 

ehtimalların mövcud olduğu təqdirdə tanıyır: (a) müvəqqəti fərq yaxın gələcəkdə bərpa olunacaq; və (b) 

müvəqqəti fərqin istifadə olunması üçün vergi tutulan mənfəət əldə olunacaq. 

Təxirə salınmış vergi öhdəlikləri – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan 

mənfəət vergisi məbləğidir. Təxirə salınmış vergi öhdəliyi, onun aşağıdakılardan yarandığı hallar istisna 

olmaqla,  bütün  vergi  tutulan  müvəqqəti  fərqlərlə  əlaqədar  tanınır:  (a)  qiymətdəndüşmə  zərəri  vergi 

məqsədləri üçün çıxıla bilməyən qudvil; və ya (b) şirkətlərin birləşməsi olmayan və əməliyyatın həyata 

keçirildiyi anda uçot mənfəətinə və vergi tutulan mənfəətə təsir göstərməyən əməliyyat üzrə aktiv və ya 

öhdəliyin ilkin tanınması. 




Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(12) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

Qrup  aşağıdakı  hər  iki  şərtə  eyni  zamanda  cavab  verməsi  halları  istisna  olmaqla,  törəmə  şirkətlərə, 

filiallara  və  asılı  şirkətlərə,  habelə  birgə  şirkətlərdə  iştirak  paylarına  investisiyalar  ilə  bağlı  bütün  vergi 

tutulan  müvəqqəti  fərqlər  üzrə  təxirə  salınmış  vergi  öhdəliyini  tanıyır:  (a)  əsas  şirkət,  investor  və  ya 

sahibkar  müvəqqəti  fərqin  bərpa  olunmasının  vaxt  üzrə  paylanmasını  idarə  edə  bilir;  və  (b)  müvəqqəti 

fərqin yaxın gələcəkdə bərpa olunmayacağı ehtimalı mövcuddur. 



Ehtiyatlar.  Ehtiyatlara  aşağıdakı  aktivlər  aiddir:  (a)  Qrupun  adi  fəaliyyəti  zamanı  satış  məqsədilə 

saxlanılan;  (b)  satış  üçün  istehsal  prosesində  hazırlanmaqda  olan;  və  ya  (c)  xidmətlərin  göstərilməsi 

prosesində sərf edilən xammal və materiallar formasında çıxış edən.  

Ehtiyatlar mövcud  olan  iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilir:  ilkin dəyər və ya mümkün  xalis 

satış dəyəri. 

Ehtiyatların ilkin dəyərinə onların əldə edilməsi, istehsalı və ya emalı və hazırkı vəziyyətə və yerləşdiyi 

əraziyə  gətirilməsinə  çəkilən  digər  məsrəflər  daxil  edilməlidir.  Xüsusiyyəti  və  istifadə  edilməsi 

baxımından  eyni  olan  bütün  ehtiyatlar  bir  qrupda  cəmləşdirilir  və  bu  qrupların  ilkin  dəyəri  çəkili  orta 

dəyər düsturu əsasında hesablanır. 

Mümkün  xalis  satış  dəyəri  –  adi  fəaliyyət  zamanı  nəzərdə  tutulmuş  satış  qiymətindən  işin 

tamamlanmasına  çəkilməsi  ehtimal  edilən  xərclər  və  satışın  həyata  keçirilməsi  üçün  ehtimal  edilən 

xərclər çıxıldıqdan sonra qalan məbləğdir. 

Debitor  borcları.  Debitor  borcları  ilkin  olaraq  ədalətli  dəyərdə  tanınır  və  sonralar  effektiv  faiz 

metodundan istifadə edərək amortizasiya dəyərində qiymətləndirilir. 



Amortizasiya  edilmiş  dəyəri  ilə  uçota  alınan  maliyyə  aktivlərinin  dəyərsizləşməsi.  Əgər  amortizasiya 

dəyərində  uçota  alınan  ticarət  debitor  borcları  və  ya  ödəmə  müddəti  başa  çatana  qədər  saxlanılmış 

investisiyada  qiymətdəndüşmədən  dəyən  zərərə  məruz  qalınmasına  aid  obyektiv  sübut  varsa,  zərərin 

məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsi (bu effektiv faiz dərəcəsi 

metodu  ilkin  tanınmada  hesablanır)  metodu  diskontlaşdırılmış  gələcək  pul  vəsaitlərinin  cari  dəyəri 

arasındakı  fərq  kimi  (məruz  qalmamış  gələcək  kredit  (borc)  zərərləri  istisna  olaraq)  qiymətləndirilir. 

Aktivin  balans  dəyəri  birbaşa  uçotdan  istifadə  edərək  azaldılır.  Zərərin  məbləği  mənfəət  və  ya  zərərdə 

tanınır. 

Maliyyə  aktivinin  qiymətdəndüşməsi  məsələsinə  baxarkən  Qrupun  nəzərə  aldığı  əsas  amillər  həmin 

aktivin  vaxtı  keçmiş  statusu  və  hər  hansı  girov  təminatının  realizasiya  oluna  bilməsidir. 

Qiymətdəndüşmədən dəyən zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını  müəyyən 

edən əsas meyarlar aşağıda göstərilir: 

-

 

hər hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki 



gecikmə ilə izah edilə bilməməsi

-

 



debitorun və ya borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Qrup borcalan 

haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi

-

 

debitorun  və  ya  borcalanın  müflisləşməsi  və  ya  onun  maliyyə  strukturunun  yenidən  təşkil 



edilməsi riskinə məruz qalması; 

-

 



debitor və ya borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun 

ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya 




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə