Zahmat-ruzi llc



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix17.09.2018
ölçüsü1,73 Mb.
#68820
1   2   3   4   5   6   7   8   9   10

Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(13) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

-

 



girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi. 

Qrup  birinci  növbədə  eyni  dərəcədə  əhəmiyyətli  olan  maliyyə  aktivləri  üçün  ayrı-  ayrılıqda  və  eyni 

dərəcədə  əhəmiyyətli  olmayan  maliyyə  aktivləri  üçün  ayrı-ayrılıqda  və  ya  kollektiv  şəkildə 

qiymətdəndüşmə ilə bağlı obyektiv sübutun olub-olmamağını müəyyən edir. 

Əgər  müəssisə  müəyyən  edirsə  ki,  fərdi  olaraq  qiymətləndirilmiş  maliyyə  aktivinin  qiymətdəndüşməsi 

haqqında heç bir obyektiv sübut yoxdur, əhəmiyyətli olub-olmamağından asılı olmayaraq o, həmin aktivi 

eyni kredit (borc) riski xüsusiyyətləri ilə maliyyə aktivləri qrupuna daxil edir və onların ümumi şəkildə 

qiymətdəndüşməsini  təyin  edir.  Qiymətdəndüşmədən  dəyən  zərərləri  tanınan  və  ya  tanınmaqda  davam 

edən  qiymətdəndüşmə  üçün  fərdi  şəkildə  müəyyən  olunan  aktivlər  ümumi  qiymətləndirmənin  tərkibinə 

daxil edilmir. 

 

Əgər  növbəti  bir  dövrdə  qiymətdəndüşmədən  dəyən  zərərlərin  məbləği  aşağı  düşərsə  və  bu  azalma 



qiymətdəndüşmənin  tanınmasından  sonra  baş  verən  hadisə  ilə  obyektiv  şəkildə  əlaqələndirilə  bilərsə 

(debitorun və ya borcalanın kredit reytinqinin (ödəmə qabiliyyətinin) təkmilləşdirilməsi kimi), əvvəlcədən 

tanınmış qiymətdəndüşmədən dəyən zərərlərin birbaşa uçotuna düzəliş etməklə ləğv edilir. Bu ləğvetmə 

maliyyə  aktivinin  balans  dəyəri  ilə  (qiymətdəndüşmənin  ləğv  edildiyi  tarixdə  tanınmamış 

qiymətdəndüşmə  ilə  aparılmış  amortizasiya  dəyərdindən  artıq  olduğu  balans  dəyəri)  nəticələnmir. 

Ləğvetmə məbləği mənfəət və ya zərərdə tanınır. 



Avans ödənişləri. Avans ödənişləri maya dəyərində qeydə alınır. Avans ödənişi üzrə mal və xidmətlərin 

bir ildən sonra əldə edilməsi nəzərdə tutulduqda, yaxud bu ödəniş ilkin olaraq uçotda uzunmüddətli kimi 

təsnifləşdiriləcək aktivə aid olduqda uzunmüddətli aktiv kimi təsnifləşdirilir. 

Aktivi  əldə  etmək  üçün  avans  ödənişləri  Qrup  bu  aktiv  üzərində  nəzarət  əldə  etdikdə  və  həmin  aktivlə 

bağlı gələcək iqtisadi səmərənin Qrupa daxil olacağı ehtimal edildikdə aktivin qalıq dəyərinə köçürülür. 

Digər  avans  ödənişləri  bu ödənişlərin aid  olduğu mal və  xidmətlər əldə edildikdə  mənfəət və ya zərərə 

silinir.  

Əgər avans ödənişinin aid olduğu aktivlər, mallar, yaxud xidmətlərin əldə edilməməsi gözlənilirsə, həmin 

avans  ödənişinin  qalıq  dəyəri  müvafiq  şəkildə  balansdan  silinir  və  il  üzrə  mənfəət  və  ya  zərərdə 

dəyərsizləşmə üzrə ehtiyat tanınır. 



Pul  vəsaitləri  və  pul  vəsaitlərinin  ekvivalentlərinin  komponentləri.  Pul  vəsaitləri  nağd  pul  vəsaitləri, 

bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir. 

 

Pul vəsaitlərinin ekvivalentləri qısa 



ödəniş  müddətinə,  yəni  əldə  olunduğu  tarixdən  3  ay  və  ya  daha  az  ödəniş  müddətinə  malik  olan,  pul 

vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər üzrə dəyərin dəyişməsi 

riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır. 

Əlavə Dəyər Vergisi və digər vergilər. Pul vəsaitlərinin hərəkəti, onunla bağlı hər hansı alınmış aktivlər 

üzrə  əvəzləşdirilən  ƏDV,  habelə,  satış  ilə  bağlı  ƏDV  və  digər  vergilər  çıxılmaqla  göstərilir.  Vergi 

orqanlarına  ödənilməli  və  ya  vergi  orqanlarından  alınmalı  olan  vergi  məbləğlərinin  dəyişdirilməsi 

əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinə aid edilir. Vergi orqanlarına ödənilməli və 

ya  vergi  orqanlarından  alınmalı  olan  əhəmiyyətli  məbləğlər  investisiya  fəaliyyətinə  və  ya 

maliyyələşdirmə üzrə fəaliyyətə xüsusi olaraq aid edildiyi halda, bu məbləğlər fəaliyyətin müvafiq növü 

üzrə pul vəsaitlərinin hərəkəti kimi açıqlanır. 



Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(14) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

ƏDV  və  ya  satışdan  digər  vergilərin  əvəzləşdirilməsinə  məhdudiyyətlər  tətbiq  edildikdə, 

əvəziləşdirilməyən  məbləğ  bu  məhdudiyyətlərlə  bağlı  fəaliyyətin  müvafiq  növündən  yaranan  pul 

vəsaitlərinin hərəkətinə aid edilir. 

Şirkətin mənfəət vergisi, ƏDV və ya satışdan digər vergilər istisna olmaqla, vergi məbləğlərinin hərəkəti 

onun yaranmasına səbəb olan fəaliyyətin müvafiq növləri üzrə pul vəsaitlərinin hərəkətinə aid edilir. 



Əlavə Dəyər Vergisi , Vergi qurumları tərəfindən satışlar və alışlar üzrə əlavə dəyər vergisinin (“ƏDV”) 

xalis əsasda hesablanmasına icazə verilir. 



Ödəniləcək  ƏDV  -    balans  hesabatı  tarixində  alışlar  üzrə  hesablanmış  ƏDV  çıxılmaqla,  müştərilərdən 

debitor  borclarının  yığılması  üzrə  vergi  qurumlarına  ödəniləcək  satışla  bağlı  ƏDV-ni  əks  etdirir.  Əlavə 

olaraq, ödəniləcək ƏDV-yə balans hesabatı tarixində hesablanmamış satışla bağlı ƏDV (təxirə salınmış 

ƏDV)  də    daxildir.  Debitor  borclarının  dəyərsizləşməsi  üzrə  ehtiyat  ayrıldığı  halda  dəyərsizləşmə  üzrə 

zərər ƏDV də daxil olmaqla, debitor borclarının ümumi məbləği üzrə qeyd edilir. 

Müvafiq  təxirə  salınmış  ƏDV  öhdəliyi  debitor  borcunun  vergi  məqsədləri  üçün  silinməsinə  qədər 

qüvvədə qalır.  

Əvəzləşdiriləcək  ƏDV  -  balans  hesabatı  tarixində  hesablanmamış  alışlara  aid  edilir.  Əvəzləşdiriləcək 

ƏDV alışlar üzrə ödəniş edildikdə satışlar üzrə ƏDV ilə əvəzləşdirilə bilər. 



Kreditor  borcları.  Kreditor  borcları  qarşılıqlı  tərəfin  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirməsi 

zamanı hesablanır və sonralar effektiv faiz metoduna əsasən amortizasiya dəyərində qeydə alınır. 



Dividentlər. Qrupun xalis mənfəətinin səhmdarlar arasında onların müvafiq iştirak paylarına uyğun olaraq 

bölüşdürülmüş  məbləğləridir.  Divident  formasında  yaranan  gəlir  səhmdarlar  tərəfindən  bu  dividentləri 

almaq hüququ əldə olunduqda tanınır. Dividentlər öhdəlik kimi qeyd edilir, elan və təsdiq edildiyi dövrdə 

kapitaldan  çıxılır.  Hesabat  dövründən  sonra,  lakin  konsolidə  edilmiş  maliyyə  hesabatlarının  təsdiq 

edilməsindən  əvvəl  elan  edilmiş  istənilən  dividentlər  hesabat  dövründən  sonrakı  hadisələr  qeydində 

açıqlanır. 

 

Qiymətləndirilmiş  öhdəliklər  və  digər  öhdəliklər.  Qiymətləndirilmiş  öhdəliklər  qısa  müddətli  kreditor 

borcları  və  hesablanmış  borclar  kimi  digər  öhdəliklərdən  onunla  fərqlənir  ki,  qiymətləndirilmiş 

öhdəliklərdən  yaranan  gələcək  məsrəflərin  ödəniş  vaxtı  və  məbləği  qeyri-müəyyəndir.  Hesablanmış 

öhdəliklər adətən qısa müddətli kreditor borcların bir hissəsi kimi açıqlanır, qiymətləndirilmiş öhdəliklər 

isə ayrıca göstərilir. 

Qiymətləndirilmiş  öhdəliklərin  şərti  öhdəliklərdən  fərqi  aşağıdakılardan  ibarətdir:  (a)  qiymətləndirilmiş 

öhdəliklər – cari öhdəlik olduğu səbəbindən və onun ödənməsi üçün iqtisadi səmərəni təcəssüm etdirən 

resursların  xaricolmasının  tələb  olunacağı  ehtimal  olunduğu  üçün  (etibarlı  qiymətləndirilə  biləcəyini 

nəzərə  almaqla)  öhdəlik  kimi  tanınır;  və  (b)  şərti  öhdəliklər  –  aşağıdakı  səbəblərə  görə  öhdəlik  kimi 

tanınmır: (i) mümkün öhdəlikdir, çünki onun iqtisadi səmərəni təcəssüm etdirən vəsaitlərin xaricolmasına 

gətirib çıxara bilən cari öhdəlik olub olmaması hələ də təsdiqlənir; ya da (ii) cari öhdəlikdir, lakin hazırkı 

Standartın tanınma meyarına cavab vermir 

 

 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə