Zahmat-ruzi llc



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix17.09.2018
ölçüsü1,73 Mb.
#68820
1   2   3   4   5   6   7   8   9   10

Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(15) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

 

Gəlirlərin tanınması.  Gəlirlər onlar ilə əlaqədar gələcək iqtisadi səmərənin Qrupa daxil olacağı ehtimal 

olunduğu  və  bu  səmərənin  dəyərinin  etibarlı  səviyyədə  qiymətləndirilə  biləcəyi  anda  Mənfəət  və  zərər 

haqqında  hesabatda  tanınır.  Gəlir  yalnız  Qrupun  hesabına  daxil  olmuş  və  ya  daxil  olacaq  iqtisadi 

səmərənin  ümumi  mədaxilini  özündə  əks  etdirir.  Üçüncü  tərəfin  adından  yığılan  vəsaitlər  Qrupa  daxil 

olan  iqtisadi  səmərə  hesab  edilmir  və  Qrupun  kapitalının  artması  ilə  nəticələnmir.  Bu  səbəbdən,  belə 

vəsaitlərin  daxil  olması  gəlir  hesab  edilməyərək  Mənfəət  və  zərər  haqqında  hesabatda  və  kapitalda 

tanınmır. 

 

Əməliyyatdan  yaranan  gəlirin  məbləği,  adətən  Qrupa  və  aktivin  alıcısı  və  ya  istifadəçisi  arasındakı 



razılaşma  əsasında  müəyyənləşdirilir.  Bu  gəlir  Qrup  tərəfindən  aktivin  satılması  nəticəsində,  təqdim 

olunan  hər  hansı  satış  endirimləri  nəzərə  alınmaqla,  əldə  olunmuş  və  ya  əldə  edilməsi  gözlənilən 

ödəmənin ədalətli dəyəri ilə qiymətləndirilir. Bu gəlir pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri-pul 

(qeyri-monetar) aktivləri, habelə Qrupun öhdəliklərinin azalması şəklində əldə edilə bilər. 



Birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatları  –  müəssisələr  qrupunun  vahid  mühasibat  uçotu 

subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. 

Birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarını  hazırlayarkən  müəssisə,  analoji  aktiv,  öhdəlik, 

kapital,  gəlir  və  xərc  maddələrini  sətirbəsətir  toplamaqla  əsas  müəssisənin  və  onun  törəmə 

müəssisələrinin  maliyyə  hesabatlarını  birləşdirir.  Birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə 

hesabatlarında qrup haqqında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi üçün 

aşağıdakı addımlar atılmalıdır:  

(a)  əsas  müəssisənin  hər  bir  törəmə  müəssisəyə  qoyduğu  investisiyanın  balans  dəyəri  və  əsas 

müəssisənin hər bir törəmə müəssisənin kapitalındakı payı ləğv edilir;  

(b)  birləşdirilmiş  (konsolidə  edilmiş)  törəmə  müəssisələrin  hesabat  dövrü  üzrə  mənfəət  və  ya 

zərərində azlıqların payı müəyyənləşdirilir; və  

(c) birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisələrin xalis aktivlərindəki azlıqların payı əsas 

müəssisənin  onlarda  olan  səhmdar  payından  ayrıca  olaraq  müəyyənləşdirilir.  Xalis  aktivlərdəki 

azlıqların payı aşağıdakılardan ibarətdir:  

(i) ilkin birləşmə tarixində hesablanmış həmin azlıqların payı; və  

(ii) birləşmə tarixindən etibarən azlıqların kapitalda dəyişikliklər üzrə payı. 



Azlıqların  payı  –  əsas  müəssisənin  birbaşa  və  ya  törəmə  müəssisələr  vasitəsilə  dolayı  yolla  sahib 

olmadığı,  lakin  kapital  payılarına  aid  olan  törəmə  müəssisənin  mənfəət  və  ya  zərərinin  və  xalis 

aktivlərinin bir hissəsidir. 

Törəmə müəssisə - əsas müəssisənin nəzarəti altında olan və onun tərəfindən idarə olunan kommersiya 

təşkilatıdır. 



Əhəmiyyətli  təsir  müəssisənin  maliyyə  və  əməliyyat  siyasəti  ilə  bağlı  qərarların  verilməsində  iştirak 

etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir. 

 



Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(16) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

Əgər  investor,  birbaşa  və  ya  dolayı  olaraq  (məsələn,  törəmə  müəssisələri  vasitəsilə),  investisiya 

obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli 

təsirə  malik  olduğu  hesab  olunur.  Lakin  buna  baxmayaraq,  səhmlərin  20  və  ya  daha  çox  faizinə  sahib 

olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmamaq mümkündür. 

Digər  tərəfdən,  əgər  investor,  birbaşa  və  ya  dolayı  olaraq  (məsələn,  törəmə  müəssisələri  vasitəsilə), 

investisiya  obyektinin  səsvermə  hüququ  verən  səhmlərinin  20  faizindən  az  faizinə  sahib  olarsa,  onun 

əhəmiyyətli  təsirə  malik  olmadığı  hesab  olunur.  Lakin  buna  baxmayaraq,  səhmlərin  20  faizindən  az 

faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmaq mümkündür. Səhmlərin mühüm hissəsinin və 

ya nəzarət paketinin digər investora məxsus olması, investorun əhəmiyyətli təsirə malik olmasına mütləq 

şəkildə maneə yaratmır. 

İştirak  payı  metodu.  İştirak  payı  metoduna  əsasən  asılı  təsərrüfat  cəmiyyətinə  qoyulmuş  investisiya 

məbləği əvvəlcə ilkin dəyəri ilə tanınır və investisiya obyektinin alış tarixindən sonra əldə etdiyi mənfəət 

və  ya  zərərində  investorun  payını  tanımaq  üçün  investisiyanın  balans  dəyəri  artırılır  və  ya  azaldılır. 

Investorun  investisiya  obyektinin  mənfəət  və  ya  zərərindəki  payı  investorun  mənfəət  və  ya  zərərində 

tanınır. İnvestisiya obyektindən əldə olunan bölüşdürmələr investisiyanın balans dəyərini azaldır. Balans 

dəyərinə düzəlişlər həmçinin, investisiya obyektinin kapitalında baş vermiş dəyişikliklərdən irəli gələn və 

ivestisiya  obyektinin  mənfəət  və  ya  zərərində  hələ  tanınmayan  məbləğlərin  investorun  investisiya 

obyektindəki  mütənasib  iştirak  payına  təsirini  əks  etdirmək  üçün  tələb  oluna  bilər.  Bu  dəyişikliklərə 

torpaq,  tikili  və  avadanlıqların  yenidən  qiymətləndirilməsindən  və  məzənnə  fərqlərindən  yaranan 

dəyişikliklər aiddir. İnvestorun bu dəyişikliklərdəki payı birbaşa investorun kapitalında tanınır. 



Əlaqəli tərəflər və onlarla əməliyyatlar. Hüquqi və ya fiziki şəxs aşağıdakı şərtləri ödədikdə, müəssisə ilə 

əlaqəli tərəf hesab edilir:  

(a) birbaşa və ya dolayı yolla bir və ya bir neçə vasitəçi ilə:  

(i) müəssisəyə nəzarət edir, müəssisə tərəfindən nəzarət olunur və ya müəssisə ilə birlikdə ümumi 

nəzarət altındadırsa (bura əsas müəssisə, törəmə müəssisə və eyni əsas müəssisəyə aid olan törəmə 

müəssisələr daxildir);  

(ii) müəssisədə əhəmiyyətli təsirə malik olmasını təmin edən paya malikdirsə; və ya  

(iii) müəssisəyə birgə nəzarət edirsə;  

(b) müəssisənin asılı müəssisəsidirsə;  

(c) müəssisənin sahibkar olaraq iştirak etdiyi birgə fəaliyyətdirsə;  

(ç) müəssisənin və ya onun əsas müəssisəsinin idarə heyətinin üzvüdürsə;  

(d) (a) və ya (ç) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvüdürsə;  

(e) (ç) və ya (d) bəndlərində göstərilən şəxslərin nəzarət etdiyi, onlarla birgə nəzarət edilən və ya 

həmin  şəxslərin  əhəmiyyətli  təsirə  malik  olduğu  müəssisədirsə,  ya  da  birbaşa  və  ya  dolayı  yolla 

həmin müəssisədə əhəmiyyətli səsvermə hüququna malik olduğu müəssisədirsə; və ya  

 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə