Zahmat-ruzi llc



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.09.2018
ölçüsü1,73 Mb.
#68820
1   2   3   4   5   6   7   8   9   10

Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(17) 



 

 



Əsas Uçot Prinsiplərinin Xülasəsi (Davamı) 

(ə) müəssisənin və ya müəssisə ilə əlaqəli olan hər hansı müəssisənın işçiləri üçün pensiya təminatı 

planıdırsa. 

Əlaqəli  tərəflərlə  əməliyyatlar  qiymətin  hesablanmasından  asılı  olmayaraq,  əlaqəli  tərəflər  arasında 

ehtiyatların, xidmətlərin və ya öhdəliklərin köçürülməsidir. 



Xarici valyutanın çevrilməsi.  Qrupun əməliyyat valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin 

valyutası  hesab  edilir.  Qrupun  əməliyyat  valyutası  və  təqdimat  valyutası  Azərbaycan  Respublikasının 

milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”). 

Hər balans tarixində xarici valyuta ilə olan monetar aktiv və öhdəliklər son məzənnədən, yəni Azərbaycan 

Respublikası Mərkəzi Bankının  (“ARMB”) balans tarixinə qüvvədə  olan  spot mübadilə  məzənnəsindən 

istifadə etməklə əməliyyat valyutasına çevrilir. 

Xarici valyuta ilə əməliyyatların həyata keçirilməsi və ilin sonuna ARMB-nın rəsmi valyuta məzənnəsi 

ilə xarici valyutada ifadə olunan monetar aktiv və öhdəliklərin hər bir müəssisənin funksional valyutasına 

çevrilməsi  nəticəsində  yaranan  müsbət  və  mənfi  məzənnə  fərqləri  mənfəət  və  zərərə  aid  edilir.  Xarici 

məzənnə  fərqlərindən  yaranan  bütün  gəlir  və  zərərlər  mənfəət  və  ya  zərər  hesabatında  “Məzənnə 

fərqindən yaranan gəlir (zərər)” maddəsində təqdim edilmişdir. 

Xarici  valyutada  həyata  keçirilən  əməliyyat  ilkin  tanınma  zamanı  əməliyyat  valyutasında,  xarici 

valyutada  olan  məbləğə  əməliyyat  valyutası  ilə  xarici  valyuta  arasında  əməliyyatın  keçirildiyi  tarixdə 

mövcud  olan  spot  məzənnəsini  tətbiq  etməklə  uçota  alınır.

 

Hər  balans  hesabatı  tarixində:  (a)  xarici 



valyuta ilə olan monetar maddələr son məzənnədən istifadə etməklə çevrilirlər; (b) xarici valyuta ilə olan 

və ilkin dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr əməliyyatın həyata keçirilmə tarixinə mövcud 

olan məzənnəyə görə çevrilirlər; və (c) xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-

monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilirlər.

 

İstifadə edilmiş qüvvədə olan valyuta məzənnələri aşağıdakılardır: 



 

Aşağıdakı tarixdə bitən il üzrə 

 

 



 

 

31 dekabr 2015-ci il 



31 dekabr 2014-cü il 

İlin sonuna məzənnə (AZN/USD) 

1.5594 

0.7844 


İlin sonuna məzənnə (AZN/EUR) 

1.7046 


0.9522 

 

Daşınmaz  əmlaka  investisiyalar  (investisiya  məqsədli  daşınmaz  əmlak),  aşağıdakılar  istisna  olmaqla, 

icarə  ödənişlərinin  əldə  edilməsi  və  ya  kapitalın  artırılması  məqsədilə  və  ya  hər  iki  məqsəd  üçün 

saxlanılan (mülkiyyətçi və ya maliyyə icarəsi şərtlərinə əsasən icarəçi tərəfindən) əmlakdır (torpaq və ya 

tikili — ya da tikilinin bir hissəsi — və ya hər ikisi):  

(a)  malların  istehsalı  və  ya  təchizatı,  yaxud  xidmətlərin  göstərilməsi  üçün  istifadə  edilən  və  ya 

inzibati məqsədlər üçün saxlanılan; və ya  

(b) adi fəaliyyət halında satış məqsədilə saxlanılan. 

 

İnvestisiya mülkiyyətinin yenidən qiymətləndirilməsindən gəlir. Investisiya məqsədli daşınmaz əmlakın 

ədalətli  dəyərində  dəyişikliklərdən  yaranan  qazanc  və  ya  zərər  yarandığı  dövrün  mənfəət  və  zərər 

haqqında hesabatında tanınmalıdır. 



Embawood MMC 

Konsolidə edilmiş maliyyə hesabatlarına aid Qeydlər 

(Azərbaycan Manatı ilə)

  

 

(18) 



 

 

4



 

Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr 

Əvəzləşdirmə. Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin balans hesabatına daxil 

edilməsi,  qeydə  alınmış  məbləğlərin  əvəzləşdirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  hüquq, 

eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyəti 

mövcud olduğu hallarda həyata keçirilə bilər. 



Konsolidə  edilmiş  maliyyə  hesabatlarına  dərc  edildikdən  sonra  əlavələr.  Konsolidə  edilmiş  maliyyə 

hesabatlarına dərc edildikdən sonra hər hansı dəyişikliklərin edilməsi üçün bu konsolidə edilmiş maliyyə 

hesabatlarının dərc edilməsini rəsmiləşdirən Qrupun rəhbərliyinin təsdiqi tələb olunur. 

Qrup  növbəti  maliyyə  ili  ərzində  hesabatlarda  əks  etdirilən  məbləğlərə  və  aktiv  və  öhəliklərin  balans 

dəyərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm 

olaraq  rəhbərliyin  təcrübəsinə  və  digər  amillərə,  həmçinin  rəhbərliyin  fikrincə  mövcud  şəraitə  uyğun 

olaraq  əsaslandırılmış  gələcək  hadisələr  üzrə  təxminlərə  əsasən  təhlil  edilir.  Uçot  siyasətinin  tətbiqi 

zamanı  rəhbərlik,  həmçinin  peşəkar  mülahizələr  və  ehtimallar  irəli  sürür.  Konsolidə  edilmiş  maliyyə 

hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili 

ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan ehtimallara 

aşağıdakılar daxildir:  

Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin faydalı xidmət müddəti.  Rəhbərlik, əsas vəsaitlər və qeyri-

maddi aktivlər üzrə təxmin edilən ədalətli dəyəri və müvafiq amortizasiya ayırmalarını müəyyən edir. Bu 

təxminlər, Qrupun həmin aktivlər üzrə iqtisadi səmərə əldə etməyi planlaşdırdığı dövrə əsaslanır.  

Əgər  faydalı  xidmət  müddəti  əvvəlki  illərdə  təxmin  edilmiş  faydalı  müddətdən  aşağı  olarsa,  o  zaman 

rəhbərlik amortizasiya ayırmasını artıracaq və ya ləğv edilmiş və ya satılmış texniki cəhətdən köhnəlmiş 

aktivləri  siləcəkdir.  Faydalı  xidmət  müddətinə  hər  maliyyə  ilinin  sonunda  yenidən  baxılır.  Yuxarıda 

göstərilən  şərtlərdən  və  ya  ehtimallardan  hər  hansı  birində  dəyişiklik  gələcək  köhnəlmə  dərəcələrinə 

düzəlişlərlə nəticələnə bilər. 



Debitor  borclarının  dəyərsizləşməsi.  Debitor  borclarının  dəyərsizləşməsi  üzrə  ehtiyatlar  fərdi  olaraq 

müştərilərdən  debitor  borclarının  yığılması  ehtimalının  rəhbərlik  tərəfindən  qiymətləndirilməsinə 

əsaslanır. 

Müştərinin  əhəmiyyətli  maliyyə  çətinlikləri,  onun  müflisləşmə  və  ya  maliyyə  strukturunun  yenidən 

təşkilinə məruz qalması ehtimalı və defolt və ya ödənişlərin gecikdirilməsi debitor borclarının potensial 

olaraq  dəyərsizləşmiş  olmasını  əks  etdirən  göstəricilər  hesab  edilir.  Əgər  əsas  müştərinin  ödəniş 

qabiliyyətində pisləşmə baş verərsə və ya bu faktiki defolt təxminlərindən yuxarı olarsa, faktiki nəticələr 

bu  təxminlərdən  fərqlənə  bilər.  Debitor  borcları  üzrə  əlavə  pul  vəsaitlərinin  bərpası  gözlənilmədikdə, 

debitor  borcları  müvafiq  ehtiyatlara  silinir.  Debitor  borclarının  qiymətdəndüşmə  kimi  dəyərləndirilən 

gələcək pul vəsaitləri axını aktivlərin müqavilə üzrə pul vəsaitləri şəklində axınına və rəhbərliyin keçmiş 

dövrlərə  istinadən  hansı  məbləğdə  gecikdirilmələrin  olacağı  və  onların  hansı  hissəsinin  bərpa  olacağını 

təyin etmə təcrübəsinə əsasən təxmin olunur. Keçmiş dövrlərin təcrübəsi cari müşahidə olunan məlumata 

köçürülərək  cari  vəziyyətin  keçmiş  dövrlərə  təsir  göstərməyən  və  keçmişə  aid  cari  dövrdə  mövud 

olmayan effektləri əks etdirmək üçün uyğunlaşdırılır. 

 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə